ƏlaqəLƏRİn statiSTİK ÖYRƏNİLMƏSİ


). Reqressiya-korrelyasiya metodu. Reqressiya tənliyinin qurulması



Yüklə 0,6 Mb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü0,6 Mb.
#113333
1   2   3   4   5   6   7   8   9
8.Mövzu-Qarşılıqlı əlaqələr
3). Reqressiya-korrelyasiya metodu. Reqressiya tənliyinin qurulması.

Məlum olduğu kimi, sosial-iqtisadi hadisələr arasında qarşılıqlı əlaqə və asılılıqlar korrelyasiya əlaqə formasında baş verir. Korrelyasiya sözü ingilis dilində correlation sözündən əmələ gəlmişdir, bu da “nisbət”deməkdir.

Reqressiya-korrelyasiya təhlili amil əlaməti əsasında analitik qruplaşdırmanın davamı və inkişafıdır. Reqressiya təhlili vasitəsilə amil və nəticə əlamətləri arasında konkret əlaqə növü müəyyənləşdirilir, sonra onun əsasında əlaqə tənliyi qurulur və qiymətləndirilir. Korrelyasiya təhlilində əlamətlər arasındakı əlaqənin sıxlığı və nəticə əlamətinin ümumi dəyişməsində amil əlamətinin rolu müəyyən edilir.

Korrelyasiya təhlili aşağıdakı ardıcıl mərhələlərdən keçir:



  1. ilkin nəzəri təhlil;

  2. məsələnin qoyuluşu, amil və nəticə əlamətlərinin seçilməsi;

  3. statistika məlumatının toplanılması və onun hazırlanması;

  4. qrafik və analitik qruplaşdırma metodlarının köməyilə qarşılıqlı əlaqələrin ilkin öyrənilməsi;

  5. əlaqə modelinin (reqressiya tənliyinin) qurulması;

  6. əlaqənin sıxlığı göstəricilərinin hesablanması;

  7. tədqiqatın nəticəsinin izahı və təhlili.

Hadisələr arasındakı qarşılıqlı əlaqələrin öyrənilməsinə nəzəri təhlildən başlamaq lazımdır. Nəzəri təhlil zamanı tədqiq edilən obyektlə tanış olmaq və tədqiqatın vəzifələrini dəqiqləşdirmək lazımdır. Sonra öyrənilən hadisələr arasında əlaqənin mövcudluğu və istiqaməti müəyyənləşdirilməlidir. Hadisələrin iqtisadi mahiyyətini dərk etmək əsasında amil və nəticə əlamətləri arasında əlaqənin mövcudluğu, əlaqənin düz və ya tərs əlaqə formasında olduğu müəyyənləşdirilə bilər.

Bütün statistika göstəricilərində olduğu kimi, korrelyasiya göstəriciləri də yekcins statistika məcmuyu hüdudunda hesablanmalıdır. Ona görə də tədqiqatçının mühüm vəzifələrindən biri müxtəlif keyfiyyətli məcmudan yekcins məcmuları ayırmaqdır.

Korrelyasiya təhlilinin mühüm məsələlərindən biri nəticə və amil əlamətlərini seçməkdir. Qoşa korrelyasiya təhlilində amil və nəticə əlamətlərinin seçilməsi çox sadədir. Məsələn, işləyənlərin günlük əmək haqqı və boşdayanmalar arasındakı əlaqəni öyrənmək qarşıya qoyularsa, günlük əmək haqqı nəticə əlaməti, boşdayanmalar isə amil əlaməti olacaqdır.

Çoxamilli korrelyasiya təhlilində amil əlamətlərinin seçilməsi mühüm amillərin, yəni onların nəticə əlamətinə təsir dərəcələrindən asılı olaraq həyata keçirilməlidir. Eyni təsir dərəcəsinə malik olan iki az əhəmiyyətli amildən birini götürmək məqsədəuyğundur.

Korrelyasiya təhlilinin növbəti mərhələsi olan statistika məlumatının toplanması və hazırlanması mərhələsində məlumatın yekcins və etibarlı olması, müqayisəli olması, tam olması nöqteyi nəzərindən qiymətləndirilməlidir.

Əlaqə formasının seçilməsi reqressiya tənliyinin qurulması üçün həlledici əhəmiyyətə malikdir. Buradan aydındır ki, əlaqənin forması düzgün seçilmədikdə aparılan hesablamalar istənilən nəticəni verə bilməz. Əlaqənin forması yuxarıda göstərildiyi kimi, hər şeydən əvvəl, öyrənilən hadisənin məzmununun keyfiyyət təhlili əsasında müəyyən edilməlidir. Əlaqənin formasının seçilməsində qrafik metodunun rolu böyükdür. Amil əlaməti və nəticə əlaməti arasında düz əlaqə olduqda düzxətli əlaqə tənliyi qurulur.

Düzxətli əlaqə tənliyinin düsturu aşağıdakı kimi yazılır:

Burada, yx - nəticə əlamətinin dəyişən orta kəmiyyətidir;

a0 və a1 – düz xəttin parametrləridir;

x – amil əlamətidir.

Bu tənlikdə amil əlamətinin (x) qiyməti həmişə məlumdur. Deməli, nəticə əlamətinin orta kəmiyyətini (yx) müəyyən etmək üçün a0 və a1 parametrlərini hesablamaq lazımdır. a0 və a1 parametrlərinin tapılması ən kiçik kvadratlar üsulu ilə aparılır və aşağıdakı düstur üzrə müəyyənləşdiriir:

a0n + a1∑x = ∑y

a0∑x + a1∑x2 = ∑xy

Sistem tənliyin həlli a0 və a1 parametrlərinin tapılmasını aşağıdakı düsturlarla həyata keçirməyə imkan verir:



;

Parametrlərin hesablanmasını və nəticə əlamətinin dəyişən orta kəmiyyətlərinin müəyyən edilməsini hesabat dövründə on yekcins müəssisə üzrə hər işləyənə düşən elektrik enerjisi və məhsul hasilatı misalında izah edək( cədvəl 2).

Buradan a0 və a1 parametrləri

Cədvəl 2


a0 və a1 parametrlərinin hesablanması


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə