Əlavə Forma 32-13 Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (giz)



Yüklə 34,83 Kb.
səhifə1/7
tarix07.01.2022
ölçüsü34,83 Kb.
#86394
  1   2   3   4   5   6   7

Əlavə Forma 32-13

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) 

Texniki sənədlər

Satıcı mallar ilə birlikdə təyinat yerində üstünlük təşkil edən dildə əməliyyat təlimatları, istismar təlimatı, bağlanma planı, daxili dairə planı kimi bütün lazımi texniki sənədləri çatdırmalıdır. Sənədlər sukeçirmyən kağıza bükülməlidir.



Haqq-hesab sənədləri

GIZ üçün kommersiya haqq-hesabları və çatdırılma bildirişləri bütün müvafiq detalları ehtiva etməlidir. Qablama vahidlərinin nişan və rəqəmləri, ölçüləri və çəkisi qeyd olunmalıdır. Haqq-hesablar iki nüsxədə təqdim olunmalıdır.



Yoxlama

Alıcı bütün malların müvafiq şəkildə səlahiyyətləndirilmiş nümayəndə tərəfindən istənilən vaxt yoxlanılmasına hüququ özündə saxlayır. Hər hansı qüsurlar satıcı tərəfindən dərhal, heç bir əlavə xərc ödənilmədən, düzəldilməlidir. Hər hansı keçirilən yoxlama satıcının öhdəsinə götürdüyü zəmanət və ya spesifikasiyalar kimi vəzifələri ilə əlaqədar bu müqavilənin digər müvafiq müddəalarının həyata keçirilməsinə zərər vurmamalıdır.



Qablaşdırma

Qablama vahidlərinin ölçü və çəkisi təyinat yerində tətbiq olunan şəraitlərə müvafiq olmalıdır ki, hətta nəqliyyat dəyişdirmə halında vahidlərin yükdaşıyanlar tərəfindən təhlükəsiz aparılması mümkün olsun. Əks göstərişlər verilməyibsə, göndərilməsi dəniz ilə nəzərdə tutulan mallar həmişə, karton qutulara yox, qablara yüklənilməlidir. Qabların sukeçirməyən zolağı olmalıdır. Qiymətli avadanlıq, aparat və cıhazlar polietilenə bükülməli, silikon qel ilə qablaşdırılmalı və möhürlənməlidir. Yüksək nəqliyyat xərclərini nəzərə alaraq, yüngül yüklü qablaşdırma materialı hava yükdaşıması üçün istifadə olunmalıdır. Lakin içindəkilərini zərərdən qorumaq üçün qablaşdırma kifayət qədər möhkəm, sınıqlara davamlı və sukeçirməyən olmalıdır. Müvafiq olmayan və ya qüsurlu qablaşdırma nəticəsində yaranan hər hansı zərərə görə ancaq satıcı məsuliyyət daşıyır.



Zəmanət

Satıcı zəmanət verməlidir ki, çatdırılma zamanı müqaviləyə əsasən çatdırılan mallar material və ya keyfiyyət ilə bağlı hər hansı qüsurlardan azad olmalı, təyinat yerində olan iqlim şəraitləri üçün uyğun olmalı və, yoxlayıcının malları yoxlayıb və/və ya qəbul etdiyindən asılı olmayaraq, müqavilənin tələblərinə müvafiq olmalıdır.

Bu zəmanət təyinat yerinə çatdırılma tarixindən sonra bir il müddətində etibarlı olacaq.

Belə qüsurlar və ya uyğunsuzluqdan hər hansı biri haqqında xəbərdarlıq satıcıya GIZ tərəfindən qüsurlu və ya uyğun olmayan malın çatdırılmasından sonra bir il ərzində verilməlidir.

Əgər GIZ tərəfindən tələb olunursa, satıcı qüsurlu və ya uyğun olmayan malı öz hesabına belə xəbərdardarlıqdan sonra ağlabatan müddət ərzində mümkün olan təcililiklə düzəltməlidir.

Bu zəmanətin etibarlılığı düzəldilmiş və ya dəyişdirilmiş malların çatdırılma tarixindən sonra bir ilə qədər uzadılmalıdır. Əgər GIZ qüsurlu və ya uyğun olmayan malların dəyişdirilməsini və ya düzəltməsini tələb etmirsə, satıcı, əgər GIZ tərəfindən tələb olunursa, qusurlar və ya uyğunsuzluq haqqında xəbərdarlıqdan sonra ağlabatan müddətdə qiymətin müvafiq hissəsini qaytarmalıdır.

Satıcı tərəfindən xahiş olunan hər hansı vahidin miqdarında dəyişmə, əgər belə dəyişmə yüklənmə, daşınma və ya qablaşdırma şəraiti və ya istehsal prosesindən irəli gəlməyibsə, qəbul olunmayacaq, və bundan sonra ancaq müqavilənin digər müddəalarında müəyyənləşdirilmiş dərəcədə qəbul olunacaq.


Yüklə 34,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin