Ələddin Abbasov- 90



Yüklə 23,19 Kb.
tarix26.05.2018
ölçüsü23,19 Kb.
#51640

Ələddin Abbasov- 90
Həyatı

Yaradıcılığı romantik və realist aktyor məktəblərinin poetika göstəriciləri çərçivəsində formalaşıb. Lirik-psixoloji üslublu tamaşalarda məhəbbət qəhrəmanlarını da bacarıqla oynayıb. Xarakterik səs tembri, ifadəli sifət cifət cizgiləri, cazibəli səhnə görkəmi var. Aktyorluq təhsili yoxdur, lakin yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb.

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasma qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcıhğı yalnız bu kollektivlə bağlıdır.Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə,Rəmziyyə xanım Veysəlova,Məhəmməd Bürcəliyev,Sədayə xanım Mustafayeva,Zülfüqar Baratzadə,respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov,Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə calışıb.Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.Aktyor yüzə yaxın personaja səhnə ömrü verib. Onların daha məşhurlarını iki qismə bölüb təqdim etmək olar.
Faciə və dram rolları
Aydın, Qurban, Fərhad, Baxşı, İbad ("Aydın", "Solğun çiçəklər", "Nəsrəddin şah", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Xanmurad, Ziyad Şahsuvarov, Həsənzadə, Sahib ("Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən" və "Mənim günahım", İlyas Əfəndiyev), Şükri Cəfəroğlu ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Frayman, Hakim ("Kəllə" və "Demoklsin qılıncı", Nazim Hikmət), Kassio və Otello ("Otello", Vilyam Şekspir), Seyran (Namus", Aleksandr Şirvanzadə), Lembidt Pedaye ("Azmış oğul", Eqon Rannet), Mekxit ("Üç qəpiklik opera", Bertolt Brext), Ataman ("Anacan", Yusif Əzimzadə), Cəlal ("Komsomol poeması", İsgəndər Coşqun), Tərlan ("Bahar", Məmmədhüseyn Təhmasib), Qatır Məmməd ("Qatır Məmməd", Zeynal Xəlil), Aqabo Boqveradze ("Araba hələ aşmayıb", Otiya İoseliani), Qaçaq Nəbi ("Qaçaq Nəbi), Yazon ("Medeya", Evripid), kriont ("Antiqona", Sofoki), Anton, Səyavuş, Turxan bəy ("Şeyx Sənan", "Səyavuş" və "Maral", Hüseyn Cavid), Fərhad və Şiruyə, Eldar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Zaur, Yusif Sərrac ("Yadmdamı?" və "Ulduzlar gö-rüşəndə", Altay Məmmədov), Pərviz və Rüstəm ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli).

Komediya obrazları
Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", "Küləklər" və "Nişanlı qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi", İslam Səfərli), Dövran ("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul",Altay Məmmədov).

Filmoqrafiya



  1. Bizi dağlarda axtarın (film, 1976)

  2. Dəli Kür (film, 1969)

  3. Dörd bazar günü (film, 1975)

  4. Gəl qohum olaq (film, 2001)

  5. Gözlə məni (film, 1980)

  6. Xatirələr sahili (film, 1972)

  7. İşarəni Dənizdən Gözləyin (1986)

  8. Köhnə bərə (film, 1984)

  9. Koroğlu (film, 1960)

  10. Qatır Məmməd (film, 1974)

  11. Qətl günü (film, 1990)

  12. Qisas (film, 1991)

  13. Qocalar, qocalar... (film, 1982)

  14. Məkanın melodiyası (film, 2004)

  15. Mən ki gözəl deyildim (film, 1968)

  16. Nizami (film, 1982)

  17. Od içində (film, 1978)

  18. Özgə vaxt (film, 1996)

  19. Özgə vaxtın doğma anları (film, 2002)

  20. Papaq (film, 2007)

  21. Səmt küləyi (film, 1973)

  22. Torpaq. Dəniz. Od. Səma (film, 1967)

Ə. Abbasov haqqında

Kitablarda :
Abdin Tofiq .Cahandar ağa .... və Ələddin Abbas // A. Tofiq. Bəlkə bir də görüşdük . - Bakı: İşıq, 1934.- S. 21-30

Qaraqızı Ulduzə . “Dəli kür” “Azərbaycan-film (1969) // Q. Ulduzə Azərbaycan film-ləri-nin yaranma tarixindən I kitab .- BakıNəşriyyat və Poliqrafiya Şirkəti MMC, 2006.- S.171-175


Dövri mətbuatda
1.Tanrıverdiyev Vaqif. “Cahandar Ağa” 90 yaşına çatdı : Aktyor Ələddin Abbasov – 90// Ədalət.- 2012.- 5 may.-N 77.- S. 22

2.Bürcəliyeva Şəhla. Xoşbəxtlik – səni sevənlərin əhatəsində olmaqdır : Görkəmli sənətkar Ələddin Abbasov 90 illik yubileyinə // Mədəniyyət.- 2012.- 4 may.- N 31.- S. 12

3.Nərimanoğlu Məhəmməd. Ekranın Cahandar ağası Xalq artisti Ələddin Abbasov- 90 // Azərbaycan.- 2012.- 4 may.- N 97.- S. 11

4.Qərib Mehdi. Başqaları ilə birlikdə özünü oynayan aktyor // Gəncəbasar .- 2012.- 14- 31 mart.- N 33.- S. 5-6

5.İsmayılova Pərvin. “Dəli Kür”də səhvlər var Xalq artisti Ələddin Abbasov // Həftə içi.- 2011.- 6 yanvar.- S. 7

6.Umarova Fərruxə. Səhnəmizin hökmdarı // Gəncəbasar; Haray - 2012.- 26 iyun.- 11 iyul.- N 86-87.- S. 5 ;

6.Ağaoğlu T. Arzularına çatan sənətkar Gəncə C. Cabbarlı adına dövlət dram teatrının aktyoru, xalq artisti Ələddin Abbasov haqqında // Azərbaycan.- 2008.- 4 oktyabr.- N 220.- S. 6

7.Abbasov Ə. Səhnəmizin Cahandar ağası : Xalq artisti Ələddin Abbasovla müsahibə / Müsahibəni apardı : B. Cahandarov // Paritet .- 2008.- 5-7 aprel.- N 29.- S. 16



.
Yüklə 23,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin