Elektron hökumət



Yüklə 18,31 Kb.
tarix22.10.2017
ölçüsü18,31 Kb.
#9152

"Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər

Dünya, elm, iqtisadiyyat, mədəniyyət inkişaf etdikcə, yeni texnologiyalara və tərəqqiyə ehtiyac artır və bu da öz növbəsində cəmiyyətdə tələbləri də dəyişir. Cəmiyyət informasiya texnologiyalarının verdiyi imkanlardan yararlanaraq əlavə zaman itkisinə yol vermədən, rəsmi dairələrdə növbə gözləmədən öz ehtiyaclarını həyata keçirmək istəyirlər. Hazırki dövrdə informasiya texnologiyaları o səviyyəyə çatıb ki, artıq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr öz rəsmi dairələrində və işlərində məhz elektron hökumətin verdiyi imkanlardan daha çox faydalanırlar. Elektron hökumət isə birbaşa olaraq ölkə əhalisinin rifahına xidmət edir və onları dünyəvi səviyyədə formalaşdırır.

Maraqlıdır, Elektron Hökümət deyildiyi anda nə düşünülür. Ümumiyyətlə, Elektron hökümət nədir?

Demək olar ki, çoxları üçün bu anlayış tam aydın deyil.

Elektron hökumət və ya e-hökumət — hər hansı bir ölkənin dövlət strukturları haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı bir nazirlik və komitədən tutmuş, mənzil-təsərrüfat idarəsi ilə məktəbə qədər olan idarənin mövcud durumu, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər.

Mütəxəssislər hesab edirlər ki, "elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə gətirəcək. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda "elektron hökumət" layihəsi "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir. Hazırda elektron hökumətin qurulmasında elektron seçkilərin keçirilməsi tətbiq olunmaqdadır.

E-hökumət probleminin tədqiqatçıları dövlət idarəetmə orqanlarının veb-nümayəndəliklərinin inkişafını 5 mərhələyə ayırırlar:

Baza saytı: Bu mərhələdə internetdə dövlət idarəetmə orqanı haqqında ilkin informasiya yerləşdirilir.

İnformasiyanın dərci: İkinci mərhələdə dövlət idarəetmə orqanlarının saytları informasiya ilə doldurulur, onların strukturu mürəkkəbləşir, digər əlaqədar veb resurslara keçidlər meydana gəlir.

Qarşılıqlı əlaqələrin inkişafı: Bu mərhələnin əsas xüsusiyyəti saytın istifadəçiləri ilə informasiya mübadiləsi mexanizminin yaradılmasıdır.

Transaksiyaların inkişafı: Daxili informasiya infrastrukturu və onun e-hökumətin veb-interfeys ilə inteqrasiyası istifadəçilərə real zaman rejimində müxtəlif transaksiyaları həyata keçirməyə imkan verir.

Tam inteqrasiya: Sonuncu mərhələ hökumət portalının köməyi ilə bütün hökumət xidmətlərinin birləşmiş informasiya bazasına və tam e-xidmətlər kompleksinə vahid çıxış nöqtəsinin yaradılmasını nəzərdə tutur.

Azərbaycanda da XXI əsrin reallığı kimi ortaya çıxan demokratik elektron hökumətin qurulması istiqamətində iş aparılır. Məhz buna görə də prezident İlham Əliyev bu ilin mayın 23-də fərman imzalayaraq sözügedən proseslərin daha da intensivləşdirilməsi ilə əlaqədar dövlət orqanlarının qarşısında məsələ qaldırıb.

Elektron dövlətin yaradılması təbiidir ki, qısa müddətli iş deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır.

Azərbaycanda informasiya texnologiyalarının inkişafı get-gedə yeni mərhələyə qədəm qoyduğu üçün E-hökümət adlı reallıq ortaya çıxır. Bu sahədə mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün informasiya texnologiyaları universiteti yaradılmasına dövlət sərmayələri yatırılması, eyni zamanda İCT sahəsinə dövlət sərmayələrindən daha çox özəl, xüsusilə xarici sərmayənin cəlb olunmasının vacibliyi önəmli amillərdən biridir. Elektron cəmiyyətin inkişafını əngəlləyən amillər sırasında internet paylaşdırıcı infrastrukturun zəif inkişafı, internet trafikin baha olduğunu bir dönəmdə kosmosa çıxarılan Azərbaycanın ilk telekommunikasiya peykinin ölkə vətəndaşlarının internetə qoşulamq imkanlarını gücləndirəcək addımlar sırasında xüsusilə qeyd edilməlidir.

Elektron cəmiyyət sonu görünməyən prosesdir. Çünki bunun elə bir nöqtəsi yoxdur ki, elektron hökumətin qurulması işi başa çatdı deyə düşünülsün. Cəmiyyətin tələbatını ödəmək üçün informasiya resurslarının sayı get-gedə artır, dərinləşir, yeni xidmətlər ortaya çıxır. Yeni texnologiyalar yarandıqca, bu reallıq bir qədər də dəyişir, inkişaf edir. Artıq cəmiyyətin idarə olunması onlayn mühit vasitəsilə həyata keçirilir. Bunun da həyata keçirilməsində hazır texnologiyalar yoxdur ki, birbaşa tətbiq edilsin. Dünyada dövlət və elektron dövlətin növləri yanaşı irəliləyir və ümumi prinsiplər hamı üçün eynidir. Elektron hökumət sərbəst bazar iqtisadiyyatı və hakimiyyət orqanlarının bölünməsi şəraitində, bütün orqanların seçilməsi, şəffaf olması, vətəndaşlara açıq münasibətin göstərilməsi, cəmiyyətdə informasiya azadlığının təmin olunması, insanların informasiya əldə etmək imkanlarının böyük olması, eyni zamanda insanların şəxsi və ailə həyatına aid olan məlumatların qorunması kimi prinsipləri özündə əks etdirməlidir. Əks halda qurulan elektron dövlət vətəndaşların, cəmiyyətin maraqlarına uyğun gəlməyə bilər. Ona görə də Azərbaycanda qurulan elektron dövlət məhz həmin təməl prinsiplər üzərində qurulur. Bunun üçün parlament tərəfindən müvafiq qanunlar qəbul olunur.

Hazırkı dövrdə elektron məktəblərdə fəaliyyət göstərən, elektron qurğularla e-dərslər hazırlayan müəllimlərimiz çoxdur. Məktəblərdə məhz müasir dövrün tələbi olan elektronika, internet vasitəsilə dərslərin tədris edilməsi və bu yolda əsirgənməyən dəstəklər dövlətimizin bu günümüzün və gələcəyimizin qurucuları olan şagirdlərimiz və tələbələrimizə olan əvəzolunmaz qayğısıdır. Yaradılan şərait məhz E-hökümətin məktəblərdən tədrisinə tam imkan verir və bu sahədə sonu görünməyən prosesin getdikcə inkişafı və tətbiqi üçün bir pedaqoq kimi əlimdən gələni əsirgəməyəcəyəm və məhz bu yolda dözlətimizin prinsiplərinə uyğun olaraq bir Azərbaycan vətəndaşı hər zaman onu dəstəkləyəcəyəm.

Sevda İsmayılova



İsmayıllı şəhər 7nömrəli tam orta məktəbin biologiya müəllimi.

"Elektron hökumət"lə bağlı yazı müsabiqəsi üçün hazırlanmışdır
Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin