Elektron iNQİlab



Yüklə 11,66 Kb.
tarix22.10.2017
ölçüsü11,66 Kb.
#9494

ELEKTRON İNQİLAB

Bütün əvvəlki elmi və texnoloji inqilablar kimi , elektron inqilab da cəmiyyətin həyatında köklü dəyişikliklərə gətirib çıxarmalıdır. Artıq indidən təsəvvür etmək olar ki, informasiya texnologiyalarının gələcək inkişafi hansı istiqamətdə gedəcək. 15 il bundan əvvəl qeyri- mümkün görünən və yalnız fantastik romanlarda oxuya biləcəklərimiz indi tədricən bizim həyatimiza daxil olur. Internet ilk əvvəllər sadəcə informasiya mənbələrindən biri idi, indi isə cəmiyyətin bütün sahələrinə nüfuzunu görə bilərik.

Elektron inqilab əhalinin 30-50%-nin internet istifadəçisi olan İEÖ-lərdə gündəmə gəldi. Məsələn, Fransada bütün vətandaşlara anadan olan kimi şəxsi e-mail təyin olunması məsələsi müzakirə olunur. Avstraliyada 6 iyun 2000-ci ildə ilk dəfə hər iki gəncin, şahid və kahinin elektron imzasi ilə nigah rəsmi qeydiyyatdan keçrilmişdir. Bu sahədə ən çox inkişaf etmiş ölkələrdən biri olan Sinqapurda 1999-cu ildə ilk dəfə elektron hökumət portalı yaradılmışdır. http://www.oecd.org/media/oecdorg/topics/internet/48405289.jpg

Elektron Hökumətin mahiyyəti ondan ibarətdir ki, hökumətin fəaliyyəti internet üzərinə köçürülür, internet və digər informasiya şəbəkələri vasitəsi ilə hökumət və vətəndaşlar , eləcə də müxtəlif təşkilatlar arasında əlaqə yaradılır, burada məqsəd işin effektivliyinin yüksəldilməsidir. Göstərilən xidmətlərin keyfiyyətinin artması ilk növbədə vaxta qənaət edir, ikincisi xərclər azalır, sadə vətəşlar üçün hakimiyyət orqanlarına müracət forması sadələşir, nəhayət rüşvətxorluq və korrupsiyanın qarşısı alınır. Elektron Hökumətdə vətəndaşlar internet vasitəsi ilə vergi ödəyir, arayışlar, lisenziyalar, sertifikatlar ala bilir, nigah üçün qeydiyyatdan keçir, səsvermədə iştirak edirlər. Bütün bu proseslər vəzifəli şəxslərin iştirakı olmadan baş tutur.

Elektron Hökumətin yaranması bir neçə mərhələdə gedir. Birinci mərhələdə müxtəlif nazirliklərin və idarələrin saytı yaradılır ki, burada yalnız həmin təşkilatların fəaliyyətləri haqqında məlumat olur. İkinci mərhələdə “Suallar və cavablar” rubrikası yaranır ki, bura suallar və istəklər göndərilir. Üçüncü mərhələdə nazirliklərin saytları interktiv olur, müxtəlif online xidmətlər göstərilir. Nəhayət, son mərhələdə bütün dövlət orqanlarının kompleks xidmətini təmin edən hökumət potalı yaradılır.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2013-cü ili “İKT ili” elan edib. Bu ilin əvvəlində ilk telekommunikasiya peykimizin orbitə çıxarılması bu yolda atılan uğurlu addımlardandır. Azərbaycanda səfərdə olan BMT baş katibinin qlobal tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Əmir Dossal belə söyləyib “Biz Azərbaycanı yüksək texnologiyalar sahəsində dəyişikliklərdə ön cərgələrdə görürük. Azərbaycan bu sahədə region ölkələri üçün nümunəyə çevrilir. http://www.canalinfo.com.br/midia/2013/05/ti10p01.png

Artıq Azərbaycanda da “Elektron Hökumət” portalı (www.e-gov.az) fəaliyyət göstərir. Bu portaldan istifadə üçün sadəcə olaraq sistemdə qeydiyyatdan keçmək lazımdır, bundan sonra hər hansı bir xidmətdən yararlanmaq istədikdə istifadəçi adı və parolu daxil edilir. Portalda 35 dövlət qurumu tərəfindən 207 xidmət vətəndaşlara təqdim edilmişdir. May ayında planşet və smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş Elektron Hökumət portalının mobil versiyası təqdim edilib. (www.e-gov.az/mini) Bu ilin yanvar - may aylarında portaldan istifadə edən 216001 nəfərdən 203929 nəfəri portala daxil olmaq üçün portativ kompyuter və noutbooklardan , 12072 nəfər isə mobil qurğulardan istifadə edib. Elektron hökumət müasir informasiya texnologiyalrından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan respublikasının ərazisində yaşayan bütün vətəndaşlara , hüquqi və fiziki şəxslərə , xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Xaricdə yaşayan Azərbaycanlılara da bu portaldan istifadə imkanının yaradılması üzərində işlər aparılır. Portal vasitəsi ilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi , vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi , Daxili İşlər Nazirliyi, “Azər Enerji ASC” və s. tərəfində istifadəçilərə təqdim olunan e-xidmətlər interaktiv rejimdə işləyir. Lakin , bir sıra qurumlar tərəfində təqdim olunan e-xidmətlərin təkmilləşdirilməsi üzərində işlər aparılır.

Elektron Hökumətin yaradılması və dövlət qurumlarının fəaliyyətinin onlayn rejimə köçürülməsi ənənəvi metodlarla işləyən hökumətdən tam imtina etmək demək deyil. Çünki, hətta İEÖ-lərdə belə əhalinin 30-50%-i internetdən istifadə edə bilir. Müxtəlif təbəqələr var ki, onlar ya heç vaxt , ya da vacib olduqda elektron xidmətlərdən istifadə edir. Bura ilk növbədə texnoloji modernizasiyanı qavraya bilməyən yaşlılar, digəri isə çox kasıb təbəqə aiddir.



Elektron Hökumətin səmərəliliyi hər bir vətəndaşın elektron hökumət xidmətlərinə onlayn rejimdə daxil olmaq imkanı olduqda daha da artacaq.
Yüklə 11,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin