Əlillərin hüquqları haqqında Konvensiya
"Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ
Protokoluna qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No. 686-IIIQ
Dostları ilə paylaş: |