Elmin məqaminin əHƏMİYYƏTİ


MÜƏLLİMİN TƏRBİYƏVERİCİ SÖZLƏRİ



Yüklə 10,72 Mb.
səhifə3/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   2   3   4   5   6   7   8   9   ...   81

MÜƏLLİMİN TƏRBİYƏVERİCİ SÖZLƏRİ


Birinci: "Sən mənimlə olsan, səbr edə bilməzsən" cümləsindən mə`lum olur ki, səbirsizlik və taqətsizliklə elm öyrənməyin faydası olmaz. Bəlkə də, insan elm öyrənmək yolunda bütün müşkülatlara dözüb səbirli olmalıdır. Bundan əlavə, səbr edənlərin məqamı mühüm və böyükdür.

İkinci: Müəllimin (Xızrın) Musa (əleyhissalam)-dan səbri inkar etməsi ola bilsin, o cəhətdəndir ki, onu Xızrın işlərində və onların hikmətlərində tələsik nəticə almamağa hazırlaşdırsın.

Üçün: Musa (əleyhissalam) bütün bu zəhmət, məşəqqət və səfərlə nəyin ardınca idi? Layiqli müəllim ardınca gəzirdi. Bu mətləb bizə anladır ki, layiqli müəllimdən ötrü bütün zəhmət və əziyyətlərə dözmək lazımdır. Rəvayətlərdə gördüyümüz kimi rəhbərlərimiz, bizim öz elmimizi hər kəsdən yox, bəlkə də, vilayət məktəbindən almağı əmr edirlər. Musa (əleyhissalam) bə`zən öz elmi səfərində müəlliminin işlərinə etiraz edir.Müəllim gəmini deşir. Müəllim uşaqın başına vurub öldürür. Müəllim uçmuş divarı tə`mir edir. Bütün bunların hamısı Musa (əleyhissalam)-ın etirazına səbəb olur. Lakin, sonradan onun bütün işlərinin sirlərinə agah olur. Bu əhvalat, Quranda "Kəhf" surəsində müfəssəl gəlmişdir. Bizim hədəfimiz ondan bə`zi mətləblərin istifadəsi idi.

QƏZZALİNİN NƏZƏRİNDƏ MÜƏLLİMİN MƏQAMI


Məhəmməd Qəzzali yazır: İnsan öyrəndiyi elmlərdə dörd haldadır. Yə`ni, insan təhsil sərvəti ardıncadır. Mal sahibinin halları bunlardadır:

Birinci: Mal kəsb etmək halı.

İkinci: Mal-dövlət yığmaq və anbar etmək.

Üçün: Öz mal-dövlətindən bəhrələnmək.

Dördün: İnfaq, başqalarına kömək etmək, zəhmətlərinin nəticəsindən başqalarının bəhrələnməsidir. Bu, mal sahibinin ən yaxşı halıdır. Bu halda, ona səxavətli və bağışlayan deyirlər.

Alimin də bu halətləri var: Birinci: Təhsil və elmi mətləbləri cəm etmək haləti. Mal kəsb etmək yox. İkinci: Elmi mətləbləri yazıb zəxirə saxlamaq. Üçün: Ələ gətirdiyin elmdən bəhrələnmək və ondan istifadə etmək. Dördün: Elmi bağışlamaq və başqalarına tə`lim etmək. Bu həmin alimin ən yaxşı halıdır və cəmiyyətə nicat verəndir.

Nəticədə, Qəzzali mö`təqiddir ki, alim və müəllimin ən yaxşı halı, tədris edib öz elmindən başqalarını bəhrələndirməkdir. Həmçinin, insanlara dünyagörüşü və təfəkkür bəxş etməkdir.1

MÜƏLLİM YAXUDPSİXOLOQ?


Şagird, müəllimə bir həkim gözü ilə baxmalıdır. Həkim, dava-dərmanla xəstəni, salamatçılıq və sağlamlığa tərəf apardığı kimi müəllim də şagirdini ağıl, din və insaniyyətçilikdə sağlamlığa tərəf çağırır. Müəllim, bu yolda öyüd-nəsihət və möizə adlı şəfa dərmanlarından istifadə edir. Ona görə də şagird müəllimin sözlərinə yaxşı qulaq asmalıdır ki, elm öyrənməklə təkəbbür və qürur kimi xəstəliklərdən nicat tapsın.2

USTADA HÖRMƏT, ELMİN MƏQAMINA HÖRMƏTDİR


Qədim alimlərdən birisi müəlliminin dərsinə gedərkən yol arası fəqirə bir miqdar sədəqə verib deyir: İlahi! Müəllim və ustadımın eybini məndən gizli saxla və onun elm və biliyinnin bərəkətini məndən əsirgəmə!

Başqa alim yazır: Ustadın heybətinə xatir kitabımın vərəqəsini ahəstə çevirirdim ki, kağızın xışıltısı müəllimə əziyyət verməsin. Əlbəttə, belə işlərin riayəti o kəslərlədir ki, özlərini arif şəxslər kimi tanımış olsunlar.

Əhməd İsfahani nəql edir: Şəriklə birlikdə idim. Birdən xəlifə Əbbasinin övladlarından birisi yə`ni, Məhdi içəri girdi. Divara söykənib Şərikdən hədislərin biri barəsində sual etdi. Şərik cavab vermədi. Yenə də sualını təkrar etdi. Şərik, yenə dəe`tinasızlıq etdi.

Xəlifənin oğlu, Şərikə xitab edərək dedi: Xəlifənin oğluna hörmətsizlik edirsən? Şərik dedi: Xeyr! Lakin, Allah dərgahında elm və bilik o qədər əzəmətlidir ki, mən onu istədiyim vaxt zay edə bilmərəm. Xəlifənin oğlu qarşıya gəlib, Şərikin müqabilində ədəb dizini yerə qoydu. O zaman dedi: Elmi belə öyrənmək lazımdır!1

Bəli! Həmin səbəbə görə İmam Səccad (əleyhissalam) buyurur: Şagird, müəllimin müqabilində başı aşağı və təvazökar olmalıdır. Müəllim ruhani bir ata kimi fikri və ruhi qidanı, şagirdin ixtiyarında qoyur. Ona görə də şagirdin ehtiramı ona vacibdir. Müəllim, bu qidanı eşitmək qüvvəsinin yolu ilə şagirdin ixtiyarında qoyur. Şagirdə lazımdır ki, müəlliminin sözlərinə yaxşı qulaq assın.

Şagird bilməlidir ki, müəllim onunelmi atası sayılır. Elmi atanın ehtiramı, cismi atanın ehtiramından heç də az deyildir. Bəlkə də, ondan üstün və mühümdür. O cəhətdən, şagird öz səsini müəllimin səsindən uca çıxarmamalıdır, əksinə, ustadının müqabilində söz danışmaq ədəbinə riayət etməlidir.

Şagird müəllimin eyblərini örtməkdə ciddi və onun fəzilətlərini aşkar etməkdə çox çalışmalıdır. İskəndərə dedilər: Nəyə görə müəlliminə bu qədər ehtiram göstərib, ata- anandan da üstün bilirsən? Cavab verdi: Müəllim mənim əbədi həyatıma səbəbdir. Halbuki, ata-ana fani dünyamın səbəbidirlər. Cəmiyyətin təkamül mərhələlərindən biri layiqli müəllimlərinin olmasıdır. Müəllimlər cəmiyyətə nicat verib, onu nadanlıq, cəhl, fikri və mədəni sitəmkarlıq və zülmkarlıq qaynağından qurtarmaqdan ötrü qiyam edir, bu yolda özünün ən böyük sərmayəsini yəni, ömrünü fəda edir. Sokrat zindana düşür. Şagirdləri döyüşənə qədər onun azadlığından ötrü çalışırlar. Lakin, o bunu qəbul etməyib, ölümü qanunsuzluq və hərc-mərcliyə müqəddəm bilir.

Sonda İmam Hüseyn (əleyhissalam)-ın adətinə işarə edirik. Əba Əbdürrəhman Süləmi, İmam Hüseyn (əleyhissalam)-ın övladlarından birinə "Həmd"surəsini öyrədir. Həzrət, o müəllimə min əşrəfi (pul vahidi), min libas əta edib, ağzını mirvari ilə doldurur. Bə`ziləri bu bəxşişi çox bilirlər. İmam Hüseyn (əleyhissalam) buyurur: "Bu əta müəllimin öyrətdiyi şeyin hansının əvəzidir? Quran təliminin müqabilində r nə verilsə, yenə azdır!"1



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin