Əlyazma hüququnda İsayev Fərrux Natiq oğlunun


Hansı tədqiqat metodlarından istifadə olunacaqdır?



Yüklə 21,07 Kb.
səhifə3/6
tarix13.01.2022
ölçüsü21,07 Kb.
#113785
1   2   3   4   5   6
Hesabat
Belge (3)
Hansı tədqiqat metodlarından istifadə olunacaqdır?

Tədqiqatı aparılan hesablaşmalar haqqında olan materialların hazırlanması zamanı uçot metodu olaraq hesablaşma və kassa metodlarından istifadə olunur. Məcəlləyə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Fərq seçilən uçot dövrü üçün gəlir və xərclərin əks etdirilməsi üsulundadır. Yəni sual bu cür qoyulur ki, hesabat dövrü ərzində hansı əməliyyatları xərc, hansını gəlir hesab etmək olar? Bilirik ki, müəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Ancaq metod seçimi zamanı bizi bütün dövr deyil, konkret bir dövr maraqlandırır.Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır.Hesablama metodunda müəyyən bir dövr üçün gəlirlər onların ödənişindən asılı olmayaraq, həmin dövr ərzində satılmış malların və xidmətlərin satış dəyəri hesab olunur. Xərc isə realizə olunan malların və xidmətlərin maya dəyəri, habelə müəssisə tərəfindən malların və xidmətlərin istehlakıdır. Bu isə təchizatçıya ödəniş edilib- edilməməsindən asılı olmur. Başqa sözlə, əgər sizin gəlirləriniz mühasibat xidmətlərindən formalaşırsa, bu zaman həmin xidmətlə əlaqəli olan dövrə aid hər şey – icarə, mühasibin maaşı, kommunal xərclər və s. xərclər hesab olunur. Bu isə o deməkdir ki, bütün bunlar məhz həmin mühasibat xidmətinin satılmasına imkan yaradıb.Hesablama metodu və kassa metodu – bu, əməliyyatların qeydiyyatı üçün istifadə olunan mühasibat uçotunun iki üsuludur. İki metod arasındakı əsas fərq əməliyyatın qeydə alınma vaxtıdır. Vaxt keçdikcə iki üsulun nəticələri təxminən eyni olur. Deyilənləri qısa məzmunu olaraq deyə bilərik ki :



  • Hesablama prinsipi: əməliyyat və gəlir yarandıqda qeydə alınır və xərclər isə istehlak edildikcə qeyd olunur;

  • Kassa prinsipi: əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır.


Yüklə 21,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə