Əlyazması hüququnda



Yüklə 496 Kb.
səhifə8/20
tarix10.01.2022
ölçüsü496 Kb.
#108265
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Vergilərin ödəyicilər tərəfindən müstəqil ödənilməsi üzrə tələblər. Yuxarıda qeyd edildiyi kimi vergi əməliyyatlarında ver­ginin müstəqil ödənilməsinə yönəldilmiş tələblər olduqca vacibdir. Ver­ginin ödənilməsi vergi ödəyicisi yaxud vergi münasibətlərinin digər işti­rakçılarının verginin faktik olaraq büdcəyə ödənilməsi (köçürülməsi) üzrə hərəkətlərinin məcmusudur. Verginin ödənilməsi üsulları vergi məb­ləğinin büdcəyə köçürülməsi işində texniki hərəkətləri əks etdirir.

Vergi öhdəliklərinin yerinə yetirilməsi məcburi olduğu halda, vergilərin ödənilməsi üsulları iradə əlamətinə görə könüllü və məcburi olmaqla iki qrupa bölünür. Vergilərin könüllü ödənilməsi texniki əmə­liyyat kimi ödəyicinin müstəqil olaraq büdcəyə köçürməsi və ya verməsidir. Belə ki, müəyyən edilmiş müddətlərdə ödənilməli olan ver­ginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). Burada məcburilik dedikdə isə vergi orqanlarının tələbi ilə, məsələn yaranmış borcların alınması başa düşülür. Bu zaman nəzərə almaq lazımdır ki, vergi orqanları yalnız borc yarandıqda məcburetmə mexanizmindən istifadə edir.

Vergilər aşağıdakı yerlərdə ödənilir:

bildirişdə göstərilən yerlərdə;

– verginin hesablanmasına dair bildiriş tələb edilmirsə, Vergi Məcəlləsində müəyyən edilən yerdə;

– Vergi Məcəlləsində verginin ödənildiyi yer müəyyən edil­mə­mişdirsə, vergi ödəyicisi – fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödə­yicisi – hüquqi şəxsin idarə olunduğu yer üzrə Gömrük Məcəlləsinə əsasən (maddə 118) gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə dövlət rabitə müəssisələrinə ödənilir.

Vergilər büdcəyə bir qayda olaraq ödəmə tapşırığı əsasında nəqdsiz hesablaşma qaydasında ödənilir. Verginin nəqd pul ilə ödə­nilməsinə də icazə verilir. Verginin ödənilməsi üsullarından biri də aksiz markalarının satın alınmasıdır.



Kataloq: application -> uploads -> 2016
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
2016 -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
2016 -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)
2016 -> Dərsliyin didaktik funksiyaları Təlimin mahiyyəti Təlim prosesinin elmi əsasları
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2016 -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
2016 -> İxtisasın şifri və adı: 060321 “Dizayn” İxtisaslaşma: “Dizayn və texniki estetika” Elmi rəhbər: Magistr proqramının rəhbəri
2016 -> Xi-xix əsrlərdə geyim formalarının analizi” mövzusunda magistr dissertasiyasi
2016 -> LayiHƏLƏNDİRMƏ-3 İmtahan sualları

Yüklə 496 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə