Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.
Elza İbrahimova musiqinin ən müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik, mənəvi saflıq aşılayan çox sayda dərin məzmunlu əsərlər meydana gətirmişdir. Bəstəkarın uzun illər görkəmli ifaçıların repertuarını daha da zənginləşdirmiş mahnıları müasir Azərbaycan musiqi sənəti xəzinəsinin dəyərli nümunələri olub, özünə xas lirizmi və melodikliyi sayəsində dinləyicilərin böyük rəğbətini qazanmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafına layiqli töhfələr vermiş bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2017-ci il.
Elza İbrahimova -80
1938-2012
Elza İmaməddin qızı İbrahimova 1938-ci il yanvarın 10 -da Hacıqabulda ziyalı ailəsində anadan olmuşdur. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfinin bitirmişdir. 1958-1964-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq sinfində , görkəmli bəstəkarlar C. Hacıyev və Qara Qarayevdən dərs almışdır.
Tələbə ikən fortepiano üçün prelüdlər,variasiyalar, sonatina, skerso, 4 hissəli trio və digər əsərlər yazmışdır.
1957- ci ildə əmək fəaliyyətinə müxtəlif musiqi məktəblərində konsertmeyster kimi başlamışdır.1966-1967- ci illərdə Mahacqalada bəstəkar kimi fəaliyyət göstərmişdir.1970- 1972- ci illərdəAzərbaycan Dövlət Televiziya və Radio Komitəsində redaktor işləmişdir.1972- 1983-ciü illərdədə Azərbaycan Dövlət İncəsənət İnstitutu,1985-1993- cü illərdə A. Zeynallı adına Musiqi Kollecində dərs demişdir.
1962- ci ildə R. Həmzətovun sözlərinə yazdığı” More “ romansı ilk və uğurlu addım olmuşdur.İlk mahnıları Dağıstan şairlərinin sözlərinə yazılmış rus və ləzgi dillərində “ Lastoçka aula “, “ Ya xoçu çtobı pesnya moya...”, “ U rodnika”, “Pesnyami serdse moyo polno”, “ Ya daqestanka”, ” Gülşən “, “ Dobroye utro” və başqalarını qeyd etmək olar. Azərbaycan dilində ilk mahnısı M. Rahimin sözlərinə bəstələdiyi “ Yalan ha deyil “ mahnısıdır. Mahnı janrında yazdığı
“ Bakının işıqları”, “ Bulaq başında “,” Səslə məni “, “Gedək üzü küləyə “, “Qurban verərdim “ , Gəl barışaq “, “ Unuda Bilməzsən “ , “ Ey vətən” və sair mahnıları ona şöhrət gətirmişdir.Mahnılarının əksəriyyəti estrada üslubunda yazılmışdır.Onlarda dövrünün müasir ritmləri: tanqo, vals kimi rəqs elementləri
üstün yer tutur.
Bəstəkarın mahnılarını görkəmli müğənnilərimiz Ş. Ələkbərova,R. Behbudov,G. Məmmədov, O. Ağayev,L. İmanov,E. Rəhimova,M. Babayev,Y. Rzazadə, N. Şeyxova,F. Kərimova və başqaları ifa etmişlər.Bəstəkarın sağlığında iki mahnı məcmuəsi ,1976-cı ildə “ Sən bir nəğmə , mən bir nəğmə “, 1988- ci ildə isə “Mahnılar” nəşr edilmişdir.
E. İbrahimova H. Cavidin eyniadlı dramı əsasında “ Afət “, R. Heydərin librettosu üzrə “ Yanan beşiklər”,” Şeyx Şamil “ operalarını yazmışdır .Eyni zamanda Milli Qəhrəmanlarımız S. Əsgərova, T. Xəlilbəyliyə həsr olunmuş rekviyemlərin də müəllifidir.
Bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1992-ci ildə Azərbaycan Respublikasının” Əməkdar incəsənət xadimi “adına, 2008-ci ildə Azərbaycan Respublikasının “Xalq artisti” adına layiq görülmüşdür.Elə həmin il Dağıstanın “ Xalq artisti” adını da almışdır.Azərbaycan Respublikası Prezidenti təqaüdçüsü idi
Keçmiş SSRİ və Musiqi Fondunun, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Dağıstanın birinci professional qadın bəstəkarı olmuşdur.
Elza İbrahimova 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.Ölümündən sonra Azərbaycan musiqi mədəniyyətinə, Azərbaycanın və Dağıstanın qardaş xalqları arasındakı dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əvəzsiz töhfələrinə görə “Mehriban ana” qızıl medalına layiq görülmüşdür.
Bu il yanvar ayında sevimli bəstəkarımız Elza İbrahimovanın 80 illik yubileyi qeyd olunacaq.Yubiley dədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti 22 dekabr 2017 - ci iltarixli sərəncam imzalamışdır. Sərəncama əsasən respublikamızın hər bölgəsində Elza İbrahimovaya olan sevginin, ehtiramın nəticəsi olaraq onu bir daha yada salmaq üçün yubileylə bağli tədbirlərin keçilməsinə geniş hazırlıq işləri görülür. Yubileylə əlaqədar kitabxanalarda müxtəlif kütləvi tədbirlər: kitab sərgisi, musiqi gecələri, oxucu konfransı ,dəyirmi masa, xatirə gecəsı, məlumat günü, anket sorğusu, məruzə və sair tədbirlər keçrilməlidir. Tədbirləri aşağıdakı başlıqlar altında keçirmək olar: “ Elza İbrahimova -80 “,” Nəğmə dolu bir ürəyəm “, “ Bənzərsiz mahnılar müəllifi “, “ Mahnıları ilə sevilən bəstəkar “,” Müsiqiyə köklənən ömür “,“ İç dünyamızın rəssamı “, “ Nəğmə dolu bir ürəyəm “ , “Sən bir nəğmə, mən bir nəğmə” , “Əbədiyaşar nəğməkar bəstəkarımız E.İbrahimova “ və sair .
Dostları ilə paylaş: |