Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər Plan


Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar



Yüklə 124 Kb.
səhifə3/3
tarix13.05.2022
ölçüsü124 Kb.
#115858
1   2   3
Muhazir-1-10
Əmək qanunvericiliyində işlədilən əsas məfhumlar

Azərbaycan Respublikasının Əmək məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq əmək qanunvericiliyində işlədilən əsas məfhumlardan aşağıdakıları göstərmək olar.



1. Müəssisə- mülkiyyətçinin təşkilati –hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun filialı və ya nümayəndəliyi

2. İşçi - isə götürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayacaq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs

3. İşə götürən- tam fəaliyyət qabiliyyətli olub, işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüquna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs

4. Əmək kollektivi – işə götürənlə əmək münasibətlərində olan, normativ hüquqi aktlarla müəyyən edilmiş əmək, sosial, iqtisadi hüquqlarını birgə həyata keçirmək və qanuni mənafelərini kollektiv halda müdafiə etmək səlahiyyətinə malik iş yerlərində çalışan işçilərin birliyidir.

5. Əmək müqaviləsi – işə götürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

6. Kollektiv müqavilə- işə götürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir

7. Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqları və işə götürənlərin respublika, peşələr, sahələr və ya ərazi üzrə birlikləri arasında bağlanan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və digər sosial, müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmadır.

8. İş yeri- işçinin haqqı ödənilməklə vəzifəsi üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri yerinə yetidiyi yer.

9. Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin məcmusudur

10. Əmək şəraiti- işçilərin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları nəzərdə tutulan, habelə əmək müqaviləsində tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur

11. İşçilərin nümayəndəli orqanı- əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları

12. Kollektiv əmək mübahisələri – kollektiv tələblərindən törəyən fikir ayrılığıdır.

13. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin və ya sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə əmək məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işə götürənlə işçi arasında yaranan fikir ayrılığıdır.




Yüklə 124 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə