Endokrinologiya 25. 11. 2014-cü IL tarixində əlavə və dəyişikliklər edilmişdir


) Xəstəni diabetik ketoasidozdan çıxarmaq üçün venadaxili infuzion terapiya ilkin olaraq nədən başlanılır?



Yüklə 2,45 Mb.
səhifə11/19
tarix01.07.2018
ölçüsü2,45 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

655) Xəstəni diabetik ketoasidozdan çıxarmaq üçün venadaxili infuzion terapiya ilkin olaraq nədən başlanılır?
A) Hemodez

B) Hipotonik natrium xlorid məhlulundan (0,45%)

C) 5% qlükoza məhlulu

D) Reopoliqlükin

E) İzotonik natrium xlorid məhlulundan (0,9%)
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
656) Şəkərli diabet zamanı laktatasidoz üçün nə xarakter deyil?
A) Qanın pH aşağı olması

B) Keton cisimlərin səviyyəsinin artması

C) Bikarbonatların səviyyəsinin aşağı olması

D) Kəskin hiperqlikemiya

E) Süd turşusunun səviyyəsinin artması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
657) Aşağıdakı əlamət hipoqlikemik koma üçün xarakterik deyil?
A) Qlikemiyanın aşağı olması

B) Vətər reflekslərinin artması

C) Dəri örtüklərinin hiperemiyası

D) Ocaqlı nevroloji simptomatika

E) Aseton iyinin olmaması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
658) Aşağıdakı hansı əlamət hiperosmolyar qeyri-ketoasodotik koma üçün xarakterik deyil?
A) Göz almasının tonusunun və dəri örtüklərinin turqorunun enməsi

B) Hipernatriemiya

C) Nevroloji simptomatikanın tez inkişafı

D) Qlikemiyanın yüksək olması

E) Qanın pH enməsi
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
659) Uşaqlarda olan hipoqlikemik vəziyyət aşağıda yazılanlardan biri ilə əlaqədar deyil?
A) Yazılanların hamısı

B) AKTH hiper istehsalı

C) Qlükaqon defisiti

D) Qlikogensintazanın çatmamazlığı

E) STH izolə olmuş defisiti
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
660) Hipoqlikemiyanın adrenergik əlamətlərini göstərin?
A) Hipotermiya

B) Amneziya

C) Baş ağrısı

D) Ürəkbulanma

E) Görmənin pozulması
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
661) Hipoqlikemiyanın nevroloji əlamətlərini göstərin?
A) Oyanıqliğın artması

B) Əsəb gərginliyi

C) Tremor

D) Eşitmənin zəifləməsi

E) Tərlilik
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
662) Sippl sindromu üçün nə xarakterikdir?
A) Feoxromositoma

B) Kəkin hipokalsiemiya ilə xarakterizə olunan kalsitonun hiper ifrazı

C) Hipoparatireoz

D) Şiş inkişafı geninin mutasiyası (11q13)

E) I-ci tip çoxsaylı endokrin neoplaziya adlanır
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
663) Şəkərli diabet zamanı dərıdə hansı dəyişikliklər olur?
A) Lipoid nekrobiozu

B) Diabetik dermatopatiya

C) Hamısı doğrudur

D) Generalizə olunmuş üzüyəbənzər qranuloma

E) Eruptiv ksantoma
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
664) Aşağıdakı sindromlardan hansı həm şəkərli diabet, həm də dəridə dəyişikliklərlə gedir?
A) Acanthosis nigricans

B) Hamısı doğrudur

C) Autoimmun poliqlandulyar sindrom

D) Hemoxromatoz nəticəsində hiperpiqmentasiya

E) Seyp-Lourens sindromu ( anadangəlmə generalizə olunmuş lipodistrofiyA)
Ədəbiyyat: Дедов И.И.,Мельниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
665) 45 yaşlı qadın 10 ildən artıq şəkərli diabet xəstəsidir. Son 2 il AT 150/90. Mikroalbuminuriya sınağı müsbətdir. Nə təyin edilməlidir?
A) Diraton

B) Adelfan

C) Diakarb

D) Klofelin

E) Sidikqovucu otlar
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
666) Xəstə 18 yaşında 3 ay ərzində ağızda quruluqdan əziyyət çəkir. BKİ 25. Ac qarına şəkər 8 - 10mmol/l, postprandial şəkər 8 - 12 mmol/l - dir. Hansı müayinə şəkərli diabetin tipini müayinə etməyə kömək edəcək?
A) Anti - GAD müayinəsi

B) C - peptidin müayinəsi

C) İnsulinin müayinəsi

D) c - peptidin yüklənmədən sonrakı dəyəri

E) OQTT
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
667) Mədəaltı vəzin hormonu qlükaqon:
A) Qanda dəyişiklik etmir

B) Şəkərin qanda miqdarını azaldır

C) Şəkərin qanda miqdarını artırır

D) Xolesterinin miqdarını artırır

E) İnsulin sekresiyasına təsir etmir
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
668) 1-ci tip şəkərli diabet xəstəsində hərarət zamanı nə etmək lazımdır?
A) İnsulinin dozasını artırmaq

B) İnsulini kəsmək

C) Sutkalıq insulini azaltmaq

D) Karbohidratları azaltmaq

E) Qeyri steroid iltihab əleyhinə preparatlar təyin etmək
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
669) Şəkərsiz diabetin səbəbini göstərin:
A) Qonadotropinlərin çoxluğu

B) ADH artması

C) STH defisiti

D) ADH defisiti

E) Prolaktinin defisiti
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
670) Şəkərli diabet zamanı hamiləlik və doğuşun xarakterik fəsadlarına aid deyil?
A) Hamiləliyin vaxtından erkən kəsilməsi

B) Amniotik mayenin azlığı

C) Hamiləliyin son dövrü hestozlarının erkən yaranması

D) Torlu qişa angiopatiyası

E) Doğuş aktivliyinin zəifliyi
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
671) Diabetik pəncə sindromunun işemik formasında xoraların tipik lokalizasiyası:
A) Topuq nahiyəsi

B) Daim təsirə məruz qalmayan hissələr

C) Pəncənin üst nahiyəsi

D) Dabanın kənarları

E) Baldır nahiyəsi
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
672) Avtonom diabetik neyropatiya hansı şəkərli diabet üçün xarakterikdir?
A) ŞD tip 2

B) Hestasion ŞD

C) ŞD tip 1

D) ŞD tip 1 və tip 2

E) ŞD - in digər spesifik tipləri
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
673) 1 -ci tip şəkərli diabetin müalicəsi aparılır:
A) Biquanidlər və uzun müddətli insulinoterapiya

B) Aclıq ilə

C) Ancaq pəhrizlə

D) Sulfanilsidikcövhəri preparatları ilə

E) Pəhriz fonunda insulinoterapiya
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
674) İnsulinin xroniki artıqlığı səciyyələnir:
A) Sutka ərzində şəkərin qeyri - stabil olması ilə

B) İnsulinə ehtiyacın azlığı ilə

C) Sadalananların hamısı ilə

D) Daimi aclıq hissi ilə

E) Xəstəliyin stabil gedişi ilə
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
675) İnsulinoterapiyaya göstəriş deyil:
A) Hamiləlik

B) Kaxeksiya

C) Morbid piylənmə

D) LADA tip

E) Sulfanilsidikcövhəri preparatlarına ikincili rezistentlik
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
676) Uzunmüddətli hiperqlikemiya nəyə səbəb olmur?
A) Laktoasidotik və hiperosmolyar komaya

B) Susuzluğa, poliuriya və yorğunluğa

C) Hiperqlikemik komaya

D) Ağırlaşmalara -korluq, amputasiya və s

E) Hipofizin mikroadenomasına
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
677) Sağlam insanlarda insulin sekresiyası nə zaman maksimal olur?
A) Ac olduqda

B) Yuxuda

C) Yeməkdən 2 - 3 saat sonra

D) Yuxudan oyanadan dərhal sonra

E) Yeməkdən dərhal sonra
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
678) Hestasion diabet üçün xarakterikdir:
A) Hamiləliyin ilk üç aylığında aşkar edilir

B) Digər spesifik tiplərə aiddir

C) Yenidoğulmuş uşağın çəkisi normal olur

D) Hamiləlikdən sonra daimi qalır

E) Hamiləliyin 24 - 28 - ci həftələrində aşkar edilir
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
679) Tam kompensə olunmuş ŞD zamanı aşağıdakılardan hansı müşahidə olunur:
A) Qlikohemaqlobin ˂6. 5

B) Çəkinin azalması

C) Balanit

D) Susuzluq və poliuriya

E) Görmə qabiliyyətinin azalması
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
680) Bal ayı anlayışı nədir?
A) 1-ci tip şəkərli diabetdə insulinoterapiya başlayandan sonra yaranan müvəqqəti remissiya

B) ŞD - in kompensasiyası

C) Şəkərli diabeti olan insanların təzə nigaha daxil olması

D) 30 yaşdan aşağı olan və ŞD - i olan insanlarda müvəqqəti insulinə ehtiyacın artması

E) Sulfanisidikcövhəri preparatlarınən qəbulundan 2 - 4 ay qəbulundan sonra yaranır
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
681) ŞD - in rast gəlmə tezliyi
A) ŞD tip 1; ŞD tip 2; Digər spesifik tiplər

B) Digər spesifik tiplər; ŞD tip 1; ŞD tip 2;

C) ŞD tip 2; Digər spesifik tiplər; Hestasion ŞD

D) ŞD tip 2; ŞD tip 1; Digər spesifik tiplər; Hestasion ŞD

E) ŞD tip 2; Hestasion ŞD; ŞD tip 1;
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
682) Bu faktorlardan hansı insulin sekresiyasını stimulə edir?
A) Yeməyin görünüşü

B) Həzm prosesi

C) Qidanın tərkibi

D) Qanda şəkərin səviyyəsinin azalması

E) Qanda şəkərin səviyyəsinin artması
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
683) Dozalanmış fiziki hərəkət nəyə səbəb olur?
A) Şəkərin düşməsinə səbəb olmur

B) İnsulinə həssaslığı artırır

C) İnsulin dozasını artırmaq lazım olur

D) Çəkinin artmasına səbəb olur

E) Şəkərin qalxmasına səbəb olur
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
684) Acqarına aparılmış müayinələrdən hansı qlükozaya qarşı tolerantlığın pozulması diaqnozunu qoymağa imkan verir?
A) 3. 9 - 7. 0 mmol/l

B) Diaqnoz acqarına yoxlanmış şəkərin səviyyəsi ilə qoyulmur

C) 3. 3 - 5. 5 mmol/l

D) 4. 0 - 6. 1 mmol/l

E) 3. 3 - 5. 9 mmol/l
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
685) Qlükozaya qarşı tolerantlıq testi keçirilmişdir.Alınan nəticələrin hansı ŞD diaqnozunu qoymağa imkan verir?
A) ≥ 11. 1 mmol/l

B) ≥ 12. 1 mmol/l

C) ≥ 11. 0 mmol/l

D) ≥ 12. 0 mmol/l

E) ≥ 10. 0 mmol/l
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
686) Şəkərli diabet tip 2 xəstələrinin əsas müalicə prinsipləri deyil:
A) Qlikemiyaya nəzarət

B) Şəkəri 11.1 mmol/l - dən yuxarıda saxlamaq

C) Şəkərsalıcı terapiya

D) Özünə nəzarətin öyrədilməsi

E) Ağırlaşmaların erkən müalicəsi
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
687) Aşağıdakılardan hansı diabetik nefropatiyanın gedişini sürətləndirmir?
A) Hiperkaliemiya

B) Zülalla zəngin pəhriz

C) Hipoqlikemiya

D) Hiperqlikemiya

E) Arterial hipertenziya
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
688) Diabetik neyropatiya diaqnozunu hansı müayinə təsdiq edir?
A) Rentgenoqrafiya

B) Topuq - çiyin indeksinin yoxlanması

C) Reovazoqrafiya

D) Neyromioqrafiya

E) Doplerometriya
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
689) Diabetik pəncə sindromunun ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Dırnaq göbələyi

B) İnfeksiyalar

C) Ekzema

D) Xoralar

E) Deformasiyalar
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
690) ŞD xəstələrindən doğulan uşaqlara xarakterik deyil?
A) Artıq bədən kütləsi

B) Hiperkalsemiya

C) Respirator pozğunluqlar

D) Hipoqlikemiya

E) İnkişaf qüsurları
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
691) ŞD - də korluğun əsas səbəbi:
A) Yumşaq ekssudatlar

B) Diabetik makulopatiya

C) Proliferativ retinopatiya

D) Arteriya və venaların anomaliyası

E) İntraretinal mikrodamar anomaliyaları
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
692) ŞD zamanı qaraciyərdə daha çox hasnı dəyişikliklərə rast gəlinir?
A) Qaraciyərin lal distrofiyası

B) Qaraciyərin birincili kanseri

C) Qaraciyərin piy distrofiyası

D) Xroniki hepatit

E) Qaraciyər sirrozu
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
693) Qeyri - proliferativ retinopatiyanın ən effektiv müalicə metodu:
A) Qlimek kontrol

B) Anqioprotektorların təyini

C) Lazer fotokoaqulyasiyası

D) Avastin vurulması

E) Skleroterapiya
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
694) Addison xəstəliyi üçün xarakterikdir?
A) Əsas mübadilənin yüksəlməsi, arterial hipotenziya və iştahın artması

B) Piqmentasiya, arterial hipotenziya, arıqlama

C) Amenoreya və əsas mübadilənin ləngiməsi

D) Arıqlama və hipotermiya

E) Piqmentasiya, arterial hipertenziya və hirsutizm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
695) Addison xəstəliyinin yaranma səbəbləri hansılardır?
A) Aşağıda göstərilən bütün səbəblər

B) Böyrək-üstü vəzin autoimmun xəstəlikləri

C) Onkoloji şişlərin böyrək-üstü vəziyə metastazları

D) Böyrək-üstü vəzilərə qansızmalar

E) Vərəm
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
696) Addison xəstəliyi zamanı hiperpiqmentasiya əsasən harada daha çox özünü büruzə verir?
A) Əməlliyatdan sonrakı çapiqların nahiyəsi

B) Selikli qişalar (dil, damaqlar, dodaqlar)

C) Bədənin açıq nahiyələri (üz, ovuclar), sürtünməyə məruz nahiyyələr (qoltuğaltı və qasığ nahiyələri, dizlər), əməlliyatdan sonrakı çapiqların nahiyəsi, təbii hiperpiqmentasiya nahiyələri(cinsi orqanlar), selikli qişalar (dil, damaqlar, dodaqlar)

D) Təbii hiperpiqmentasiya nahiyələri (cinsi orqanlar)

E) Sürtünməyə məruz nahiyyələr (qoltuğaltı və qasığ nahiyələri, dizlər)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
697) Addison xəstəliyinin simptomları hansılardır?
A) Qarında ağrılar, hipertenziya

B) Dərinin hiperpiqmentasiyası, qarında ağrılar, hipotoniya

C) Hipotoniya, kardialqiya və amenoreya

D) Hipertoniya, iştahın azalması

E) Hipotoniya, iştahın artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
698) Addison xəstəliyinin yüngül forması zamanı nə təyin edilir?
A) Ka duzları ilə zənqin olan pəhriz, kortizon

B) Duz, C və B vitaminləri ilə zənqin amma Ka duzları ilə kəsad olan pəhriz, NaCl, askorbin turşusu

C) Kortizon, NaCl, askorbin turşusu

D) Duz, C, B vitaminləri və Ka duzları ilə zənqin olan pəhriz

E) Askorbin turşusu, kortizon
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
699) Addison xəstəliyinin orta ağır və ağır forması zamanı nə təyin edilir?
A) Nikotin turşusu

B) Antibiotiklərlər

C) Spironolakton

D) Cərrahi müdaxilə

E) Ömürlük mineralo- və qlyukokortikoidlər, askorbin turşusu və anaboliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
700) Addisonik kriz özünü necə büruzə verir?
A) Ürək çatmamazlığı və ödemlər ilə

B) Hipertoniya, hipertermiya və oyanıqliq ilə

C) Hiperqlikemiya ilə

D) Ödemlər, hipertoniya və böyrək fəaliyyətinin dəyişilməsi ilə

E) Kəskin dehidratasiya, kollaps, hipotermiya, böyrək fəaliyyətinin dəyişilməsi və kəskin ürək-damar çatmamazlığı ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
701) Birincili xroniki hipokortisizm sadalananlardan hansı ilə differensasiya etmək məqsədəuyğun deyil?
A) Xroniki enterit

B) Hemoxromatoz

C) Diffuz toksiki ur

D) Sklerodermiya

E) Hipotireoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
702) Addison xəstəliyi ilə yanaşı 12-barmaq bağırsağın xora xəstəliyi inkişaf etmişsə müalicədə hansı preparatlara üstünlük verilməlidir?
A) Deksametazon

B) Kortizol

C) Prednizolon

D) Triamsinolon

E) DOKSA (dezoksikortikosteron asetat)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
703) Xəstəni addisonik krizdən çıxarmaq üçün hansı vasitələrdən istifadə edilmir?
A) DOKSA (dezoksikortikosteron asetat) - əzələ daxili

B) Natrium xlor vena daxilinə (izotonik məhlul)

C) Qlyukoza ilə fizioloji məhlul (vena daxili)

D) Hidrokortizon suksinat (venadaxili)

E) DOKSA (dezoksikortikosteron asetat) -sublinqval
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
704) Böyrəküstü vəzinin qabıq maddəsinin anadangəlmə virilizəedən hiperplaziyasının daha çox rast gələn kliniki formalarını göstərin?
A) Duz itirən forma

B) Virilizasiyası aydın təzahür etməyən və duz itirən kliniki forma

C) Hipertonik forma və sadə viril forma

D) Hipoqlikemiya ilə keçən forma

E) Sadə viril forma (ağırlaşması olmayan) və duz itirən forma
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
705) Sadalananlardan hansı yaşlı qadınlarda adrenogenital sindrom üçün xarakterik deyil
A) Xarici cinsiyyət üzvlərinin hermafrodit quruluşlu olması

B) Hirsutizm

C) Mensturyasiyanın pozulması (hipomenoreya)

D) Qan təzyiqinin dəyişilməsi

E) Tüklərin tökülməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
706) İtsenko – Kuşinq xəstəliyi üçün aşağıdakılardan xarakterik deyil?
A) Stiryaların olası

B) Hirsutizm

C) Sağrı nahiyəsi əzələlərinin atrofiyası

D) Qasıq və qoltuqaltı nahiyyələrdə tükün tökülməsi

E) Ətrafların nazilməsi, arıqlaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
707) İtsenko – Kuşink xəstəliyinin ağır forması üçün xarakterik olmayan əlamət?
A) Ağır psixiki pozğunluqlar

B) Proqressivləşən əzələ zəifliyi

C) Sümüklərin patolojı sınıqları

D) Ağ ciyər – ürək çatmamazlığı

E) Hipotoniya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко.Эндокринология. «Медицина», Москва. 2004
708) Böyrəküstü vəzilərin kəskin çatışmazlığı üçün xarakterik olmayan əlamət hansıdır?
A) Hiperqlikemiya

B) Hipoqlikemiya

C) Hiperkaliemiya

D) Hiponatriemiya

E) Hipoxloremiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
709) Böyük deksametazon sınağının mənfi nəticəsi hansı xəstəliyi istisna edir?
A) İtsenko-Kuşınq xəstəliyi

B) Böyrək-üstü vəzilərin qabığının adenomatozu

C) Kortikoestroma

D) Qlükosteroma

E) Ektopik AKTH-sindromu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
710) İtsenko-Kuşınq xəstəliyi və sindromu zamanı striyaların yaranma səbəbi hansıdır?
A) Leykopeniya

B) Eritrositlərin hemolizi

C) Anemiya

D) Neytrofil leykositoz

E) Leykositlərin hemolizi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
711) İtsenko-Kuşınq sindromu zamanı hansı preparatlardan istifadə olunur?
A) Dofamin antaqonistləri

B) Steroidogenez blokatorları

C) Serotonin antaqonistləri

D) Dofamin aqonistləri

E) Qamma-amin-turşusu-erqik preparatları
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
712) Uoterxaus-Frideriksen sindromunun yaranmasının etiolojı səbəbi nədir?
A) Qara ciyər damarlarının trombozu və emboliyası

B) Dalağ damarlarının trombozu və emboliyası

C) Böyrək damarlarının trombozu və emboliyası

D) Ağ ciyər damarlarının trombozu və emboliyası

E) Böyrəküstü vəzilərin damarlarının trombozu və emboliyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
713) Uoterxaus-Frideriksen sindromunun yaranmasına nə səbəb ola bilər?
A) Doğuş, stress, antibiotiklərin istifadəsi, anesteziya, infeksiyalar

B) Hamiləlik, koaqulyantların istifadəsi, anesteziya, infeksiyalar

C) Doğuş, stress, koaqulyantların istifadəsi, anesteziya, infeksiyalar

D) Ağ ciyər damarlarının trombozu, infeksiyalar

E) Qara ciyər sirrozu, anesteziya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
714) Uoterxaus-Frideriksen sindromunun yaranması daha çox hansı yaş dövrünə xasdır?
A) Pubertat perioduna

B) Menopauza perioduna

C) Ahıl yaşlarına

D) Doğan qadınlarda və yeni doğulan uşağlarda

E) 20-45 yaş arası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
715) Böyrəküstü vəzilərin hormonal aktiv şişi qlükosteroma əsasən nə ifraz edir?
A) Aldosteron

B) Qlükokortikoidlər

C) Androgenlər

D) Estrogenlər

E) Adrenalin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
716) Böyrəküstü vəzilərin hormonal aktiv şişi kortikoestroma əsasən nə ifraz edir?
A) Qlyukokortikoidlər

B) Androgenlər

C) Aldosteron

D) Adrenalin

E) Estrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
717) Böyrəküstü vəzilərin hormonal aktiv şişi androsteroma əsasən nə ifraz edir?
A) Adrenalin

B) Aldosteron

C) Qlükokortikoidlər

D) Androgenlər

E) Estrogenlər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004



Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə