Əsas qurğular Sistem bloku, monitor, klaviatura, mouse



Yüklə 29,05 Kb.
tarix31.12.2021
ölçüsü29,05 Kb.
#112369
Sənəd (6)

Hər bir kompüter sistemi 2 hissədən ibarətdir: Aparat təminatı (Hardware ) və proqram təminatı (Software) . Bunları bir birlərindən ayrı təsəvvür etmək mümkün deyil. Kompüter aşağıdakı əsas qurğulardan təşkil olunmuşdur: Sistem bloku , monitor, klaviatura, mouse. Əlavə qurğular (periferiya qurğuları): Printer, skaner, modem, səs gücləndiriciləri və s.

Əsas qurğular - Sistem bloku, monitor, klaviatura, mouse.

Sistem bloku


Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir. Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş ,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir.Ölçülərinə görə sistem blokları müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna görə əsasən ana platanın ölçüləri nəzərə alınır. Ventilyasiya yuvaları adətən arxa və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fanlar montaj olunur.


Monitor


Kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm.

Klaviatura




Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə olunur.

Mouse


Hərəkət zamanı mousun daxilində olan rezistorların müqaviməti hərəkətə uyğun olaraq dəyişir və dəyişmə xüsusi naqil vasitəsilə kompüterə ötürülür. Hərəkətin ötürülməsi kompüterə yüklənmiş xüsusi proqramla idarə olunur. Proqram mousun hərəkətinə uyğun olan yerdəyişməni ekrana ötürür. Mouse PS\2 və ya USB ilə kompütərə qoşulur. Mouse müxtəlif quruluşda olur: mexaniki, optik, lazer


Printer


Çap qurğusudur. Kompüterdə alınmış nəticəni, mətn materiallarını, təsvirləri kağıza köçürtmək üçündür.



Printerlərin 3 növü vardır:

  1. Matrisli ( lent ilə )

  2. Şırnaqlı (maye mürəkkəb ilə),

  3. Lazerli ( metal tozu ilə)

Kağız üzərində şəklin qeyd edilməsi üsuluna görə printerlər iki qrupa bölünür: zərb ilə və zərbsiz çap qurğuları.

Skaner




Skaner kompüterin xarici qurğusu olub mətn və qrafik informasiyanı səth üzərindən oxuyan və kompüterin yaddaşında yerləşdirən qurğudur. Fərdi kompüterlərə USB portu vasitəsi ilə qoşulur. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyanı işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnalı elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir.
Yüklə 29,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə