Əsas vəsaitlər deyilir. Əsas vəsaitlər müəssisədən hansı səbəblər nəticəsində xaric ola bilər?



Yüklə 20,37 Kb.
tarix25.03.2022
ölçüsü20,37 Kb.
#114982
audit quiz 2


  1. Əsas vəsaitlər nəyə deyilir? Dəyəri 500 manatdan, xidmət müddəti bir ildən yuxarı, öz dəyərini istehsal olunan məhsul üzərinə hissə-hissə keçirən və öz fiziki formasını saxlayan vəsaitlərə əsas vəsaitlər deyilir.

  2. Əsas vəsaitlər müəssisədən hansı səbəblər nəticəsində xaric ola bilər?

  • Satıldıqda

  • Ləğv edilib silindikdə

  • Əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə

  • Maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə

  • Təbii fəlakət, invertarlaşma nəticəsində və başqa səbəblərdən əskik gəldikdə

  • Müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə

  • Uzunmüdətli icarəyə verildikdə

  1. Əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114 – cü maddəsinə görə nə qədərdir?

  • binalar, tikintilər və qurğular – 7 % - dək;

  • maşınlar, avadanlıq və hesablama texnikası – 25 % - dək;

  • nəqliyyat vasitələri 25 % - dək;

  • digər əsas vasitələri – 20 % - dək;

  • geoloji - kəşviyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər – 25 % - dək;

  • qeyri – maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün – 10 %, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə.

  1. İstehsal ehtiyatlarına nələr aiddir? Müəssisə və təşkilatlara məxsus olan xammal və material, yanacaq, ehtiyat hissələri, köməkçi materiallar, alınmış yarımfabrikatlar və s.

  2. İstehsal ehtiyatlarının auditini şərti olaraq necə mərhələyə bölmək olar?

  • Birinci, onların faktiki qalığı və saxlanılması. Bunu inventarziasiya vasitəsilə anbarın vəziyyəti və avadanlıqla təmin edilməsi şəklində yoxlamaq olar.

  • İkinci, əmtəə-material qiymətlilərin mühasibat uçotunda sənədləşdirilməsi.

  • Üçüncü, əmtəə-material qiymətlilərin mühasibat uçotunda vəziyyətinin təhlili.

  1. Hazır məhsul nəyə deyilir? qüvvədə olan standartlara və ya texniki şərtlərə uyğun gələn, anbar və ya sifarişçi tərəfindən qəbul edilən məhsullar, məmulatlar və yarımfabrikatlardır.

Yüklə 20,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin