Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 7. Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri



Yüklə 74,24 Kb.
səhifə8/33
tarix01.01.2022
ölçüsü74,24 Kb.
#105305
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
Maddə 7. Ətraf mühitin mühafizəsi sahəsində ictimai birliklərin hüquqları və vəzifələri

1. İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqları:

1.1. özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək;

1.2. ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək;

1.3. dövlət orqanlarından və təşkilatlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına dair tədbirlər barədə vaxtında, tam və dəqiq məlumat almaq;

1.4. müəyyən işlərin yerinə yetirilməsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə müqavilə əsasında əməkdaşlıq etmək;

1.5. ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək;

1.6. inzibati və məhkəmə qaydasında ekoloji cəhətdən zərərli müəssisələrin, tikililərin və qurğuların yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismara verilməsi, o cümlədən ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması, müvəqqəti və daimi dayandırılmasını tələb etmək;

1.7. təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq;

1.8. ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində vətəndaşların sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi haqqında iddiaları məhkəməyə təqdim etmək.

2. İctimai birliklərin vəzifələri öz fəaliyyətini ətraf mühitin mühafizəsi və ictimai birliklər haqqında qanunlara uyğun həyata keçirməkdən ibarətdir.



Yüklə 74,24 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə