Əziz Qubalılar,
18 yaşı tamam olmuş və yaşı 18-dən yuxarı olan bütün rayon sakinlərinin Covid-19 pandemiyasına qarşı ən effektiv müdafiə vasitəsi olan vaksinasiya prosesində fəal iştirak etməyə dəvət edirik.
Bu məqsədlə, vətəndaşlar bayram və bazar günləri istisna olmaqla şənbə günləri 13:00-dək, həftənin digər günləri isə 09:00-dan saat 18:30-dək şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim etməklə, Quba Rayon Mərkəzi Xəstəxanasında və Quba Müalicə-Diaqnostika Mərkəzində fəaliyyət göstərən vaksinasiya məntəqələrinə müraciət etməlidirlər.
Yuxarıda qeyd olunan yaş kateqoriyalarına aid olan bütün rayon sakinlərindən xahiş edirik ki, özlərinin, əzizlərinin və ümumilikdə xalqımızın sağlam gələcəyi naminə, eləcə də qısa zamanda həyatın normal axarına qayıtması üçün dövlət vəsaiti hesabına keçirilən vaksinasiyada mütəşəkkil qaydada iştirak etsinlər.
Nəzərə almaq lazımdır ki, 01 iyul 2021-ci il tarixindən etibarən bir çox yerlərdə vətəndaşlardan Covid-19 infeksiyasına qarşı peyvənd olunub-olunmamalıları barədə Covid-19 pasportu tələb olunacaqdır.
Hər birinizə təşəkkür edirik!
Quba rayonu üzrə Operativ Qərargah.
Dostları ilə paylaş: |