Əzizə ŞAMİL, Əli ŞAMİL



Yüklə 4,34 Mb.
səhifə9/14
tarix11.02.2020
ölçüsü4,34 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

Əbülfəzl Hüseyni gənclərlə Gəmiqayada. Soldan: birinci sırada..., qahablı Məmməd­hə­sən, yaycılı Tağı Qasımov, No­vruz, Əbülfəzl Hüseyni, arxa sıra­da: Oqtay Əsgərov (Daşoğuz), Famil

Əbülfəzl Hüseyninin dedikləri ilə rəsmi Sovet təbliğatı üst-üstə düşmədiyinə görə, rəsmi orqanların ondan narazılığı get­­dikcə artır. O isə, fikirlərini yazıb çap etdiməyin mümkün olmadığını gördükdə şifahi təbliğata geniş yer verir.

Senzuradan keçən şeirlərini “Məhəbbət alovları” adı al­tın­da çap etdirir. Bununla yanaşı, Nizami adına Ədəbiyyat İnsti­tu­tun­dakı mətnşünaslıq şöbəsinin əməkdaşı kimi farsdilli poeziya nü­munələrini Azərbaycan Türkcəsinə çevirir, Azərbaycan sufi şair­lərindən Şah İsmail Xətainin, Əbülqasım Nəbatinin əski əlif­ba ilə olan şeirlərini Kiril qrafikalı Azərbaycan əlifbasına çe­vi­rə­rək nəşr etdirir. Onun lirik Fars şairi, qəzəl ustası Hafiz Şira­zidən çevirmə­ləri 1967-ci ildə böyük tirajla “Seçilmiş şeirlər” adı altında çap olunur. Yazmış olduğu “Nəsimi” pyesi Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun Tədris Teatrında tamaşaya qo­yulur.

Lenin haqqında, Oktyabr Sosialist İnqilabının ildönümləri mü­­nasibəti ilə yazılmış şeirləri Şərq şairlərinin şahlara yazdığı məd­hiyyələrlə müqayisə etməkdən çəkinməyən alim ikincilərin da­ha əhəmiyyətli olduğunu söyləyir. Lenin və Oktyabr inqilabı haqqında yazılanların bədii dəyərinin də olmadığını açıq deyir. Hər il qəzet və jurnallara məcburi abunə yazılmasını, ali və orta məktəb tə­ləbələrinin pambıq yığmağa göndərilməsini, iməcilik adı altında in­sanların küçə və meydanları süpürməyə, idarə və təşkilat iş­çi­lə­ri­nin, məktəb şagirdlərinin bayram paradlarına çıxmağa məcbur edil­məsini insan haqlarının pozulması kimi dəyərləndirir.

Onun minbir zəhmətlə Naxçıvandakı Gəmiqaya dağına qalxaraq oradakı qayaüstü yazıları araşdırması heç də xoş qar­şı­lanmır. Bu araşdırmanın xalqda milli şüuru yüksəltməyə xid­mət etməsi, bu yerlərin qədim sakinlərinin Türklər olduğunu is­bat­la­yan dəlillərin ortaya qoyulması Rus hakim dairələrinin xo­şuna gəl­mir. Onun Gəmiqaya qayaüstü yazıları haqqında yazdığı mə­qalə Moskva mətbuatında kəskin tənqid olunur.

Əbülfəzl Hüseyniyə qarşı təzyiqlər durmadan artır. O, tən­qid və təhqirlərə cavab yazsa da, məqaləsini nəinki Moskvada, heç Azərbaycanda da çap etdirə bilmir. Uzun axtarışdan, cəhd­dən sonra dostlarının köməyilə məqaləsini 1985-ci ilin dekabrın­da Naxçıvandakı “Sovet Naxçıvanı” qəzetində çap etdirir. Qəzet həm də “Sovetskaya Naxiçevan” adı altında Rus dilində nəşr edil­­diyindən Əbülfəzl Hüseyinin məqaləsi tərcümə edilərək 1986-cı ilin yanvarında çap olunur. Məqalənin Rus dilində çap olun­muş variantı Moskvanın diqqətindən yayınmır. Oradan Azər­­baycan KP MK-ya məqalə müəllifi və qəzet haqqında təd­bir görülməsi göstərişi verilir. 1986-cı ilin oktyabrında Bakıda ke­çirilən Azərbaycan Kommunist Partiyasının plenumu hey­van­dar­lığın qışa hazırlığı, yem tədarükü məsələlərinə həsr olsunsa da, məruzəci – Azərbaycan KP MK-nın birinci katibi Kamran Ba­ğırov Əbülfəzl Hüseynini və onun məqaləsini çap etmiş “Sovet Naxçıvanı” qəzetini kəskin tənqid edir.

Bu tənqidə cavab olaraq Naxçıvan Vilayət Partiya Ko­mi­təsi “Sovet Naxçıvanı” qəzetinin fəaliyyətini yoxlamaq üçün xü­su­si komissiya yaradır. Komissiyanın hazırladığı arayış Nax­çı­van Vilayət Partiya Komitəsinin bürosunda geniş müza­kirə olu­nur, qəzetin fəaliyyəti kəskin tənqid olunur, Əbülfəzl Hü­sey­ninin məqaləsini çapa hazırlayanlar cəzalandırılır.

Bu basqılara dözə bilməyən Əbülfəzl Hüseyni 1987-ci ilin dekabr ayında Bakıda vəfat edir.



İki qızı vardı: Selvina və Şəlalə. Selvina atasından bir neçə il sonra dünyasını dəyişib.


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə