Sumqayıt Dövlət Universiteti
Fakültə : Filologiya
Kurs: II
Qrup : 937
Fənn : İbtidai siniflərdə təsviri incəsənət və onun tədrisi metodikası
Müəllim : Ə.İ.Dadaşov
Tələbə : Pərvin Əliyeva
Sumqayıt -2022
Mövzu 1: Təsviri incəsənətin növləri və janrları
Təsviri incəsənət insan təfəkküründə, hissiyyatında və mücərrəd düşüncəsində yaranan obrazların təsvir vasitələri ilə vizuallaşdırılması nəticəsində meydana gəlmişdir.Təsviri obrazların və ideyaların yaranması insanın daxili aləmində yaranan komplekslər,emosiyalar və hisslərin dərki və onları əks etdirmək tələbatından irəli gələrək meydana gəlmişlər.Digər tərəfdən insanı əhatə edən xarici aləmin ,onda baş verən proseslərin və hadisələrin hissiyyata və təfəkkürə təsiri nəticəsində yaranan “görüntülər" təsvir yaratmanın əsasında durur.
İncəsənətin növləri məqsədə uyğun şəkildə təsnifləşdirilmişdir. İncəsənətin bir neçə növləri onun maddi ehtiyaclarını təmin edir (sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika). Bədii incəsənət isə asudə vaxt üçündür (musiqi, rəqs, poeziya). İncəsənətin bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır. İncəsənət əsərlərinin yaradıcıları rəssamlar kimi tədricən üzə çıxmışlar. Əvvəl onların fəaliyyəti müxtəlif əşyaların istehsalçılarının əməyindən seçilmirdi. Məsələn: gildən hazırlanan qab vacib təsərrüfat əşyalarından biri idi və yarandığı gündən o sənət əsərinə dönərək, gözəllik təsəvvürü yaradır. İncəsənətin əsas növləri aşağıdakılardır.
Qrafika
Heykəltaraşlıq
Dekorativ tətbiqi sənət
Memarlıq
Boyakarlıq
Dostları ilə paylaş: |