##Fakültə: Kimya və biologiya ##İxtisas: kimya və biologiya müəllimliyi


##num=8// level= 1// sumtest=33 // name=. VİTAMİNLƏR //



Yüklə 1,63 Mb.
səhifə14/25
tarix01.01.2022
ölçüsü1,63 Mb.
#103134
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
##num=8// level= 1// sumtest=33 // name=. VİTAMİNLƏR //

1. B1–vitaminin kimyəvi quruluşu hansı formula uyğundur?

A)

B)

C)



D)

E)

2. Aşağıdakı birləşmələrdən hansı vitamindir?



A)

B)


C)

D)


E)

3. Gözün görmə qabiliyyətinə təsir edən vitamin hansıdır?

A)

B)


C)

D)


E)

4. Aşağıdakı birləşmələrdən hansı vitamindir?

A)

B)


C)

D)


E)

5. Yumurta sarısının və südün tərkibində heyvanların böyüməsini sürətləndirən vitamini göstərin:

A)

B)


C)

D)


E)

6. Aşağıda göstərilən formul hansı vitaminə uyğundur?

A) K3

B) B5

C) B6

D) A


E) Q

T 2


7. Bioloji təsir xüsusiyyətlərinə və həlledicilərə münasibətinə görə yağda həll olan vitaminlərin ardıcıllığı hansıdır?

1 - antikseroftalmik vitamin

2 - antinevrit vitamin

3 - antiraxitik vitamin

4 - antidermatit vitamin

5 - antiseboreya vitamin

6 - antihemorraqik vitamin

7 - keçiricilik vitamin

8 - nəsl törətmə vitamin

A) 5, 6, 7, 8

B) 1, 4, 5, 8

C) 2, 3, 5, 6

D) 4, 5, 6, 8

E) 1, 3, 6, 8

8 . Vitaminəbənzər maddələr hansı variantda düzgün göstərilmişdir?

1 . Xolin

2 . İnozit

3 . Orot turşusu

4 . Retinol

5 . Ubixinon

6 . Tiamin

7 . Karnitin

8 . Sitrin

A ) 4, 5, 6, 7, 8

B ) 1, 3, 5, 7

C ) 2, 3, 5, 8

D ) 1, 2, 3, 5, 7

E ) hamısı

9. A vitaminin çatışmamazlığının əlamətləri hansı variantda düzgün qeyd olunub?

1 . Epitel qişasının buynuzlaşmasının sürətlənməsi

2 . Dəri və selikli qişaların quruması

3 . Dilin üst səthinin dənəcikli olması

4 . Dərinin qabıqlanması

5 . Ümumi arıqlama

A ) 1, 2, 3

B ) 1, 3, 4, 5

C ) 1, 2, 4, 5

D ) 2, 4, 5

E ) 1, 2, 3, 4

10 . A vitamini aşağıdakı göstərilən maddələrin hansında yaxşı həll olur?

1 . Suda

2 . Xloroformda

3 . Benzolda

4 . Spirtdə

5 . Efirdə

6 . Yağlarda

7 . Toluolda

8 . Tetraxlor karbonda

9 . Karbon disulfiddə

10 . Asetonda

A ) 1, 3, 5, 6

B ) 1, 2, 4, 5, 7, 9

C ) 2, 3, 4, 5, 6, 10

D ) 1, 5, 7, 8, 9

E ) hamısı

11 . C vitamini birləşdirici toxumaların tərkibinə daxil olan hansı maddələrin yaranmasını nizama salır?

1 . Kollagen

2 . Pirokollagen

3 . Dentin

4 . Xondromukoid

5 . Trombin

6 . Nikotinamid

7 . Riboflavin

A ) 2, 4

B ) 1, 3, 4

C ) 1, 2, 4

D ) 1, 2, 3, 4

E ) 1, 2, 3

12 . Verilmiş mülahizələrdən hansı doğru deyil?

I Avidin biotinlə birləşərək, biotin – avidin kompleksi əmələ gətirir

II Kimyəvi quruluşuna görə biotinə tiofen halqası, sidik cövhəri və askorbin turşusunun birləşməsi kimi baxmaq olar

III Biotin suda və spirtdə yaxşı həll olan kristallik maddədir

IV Karotin qaraciyər və bağırsaqlarda olan karotinaza fermentinin təsiri altında iki molekul A vitamininə parçalanır.

A ) II, III, IV

B ) yalnız I

C ) I, III, IV

D ) I, II

E ) yalnız II

13 . Göstərilən vitaminlərdən B1 vitamininə xas olan sıranı göstərin.

1 . Antinevrit vitamini

2 . Aneyrin

3 . Tiamin

4 . Riboflavin

5 . Laktoflavin

A ) 1, 2, 3, 4

B ) 1, 3, 4, 5

C ) 1, 2, 4

D ) 2, 4, 5

E ) 1, 2, 3

14 . Dehidroaskorbin turşusunun oksidləməsindən əmələ gələn məhsullar ardıcıllığını göstərin.

1 . Diketoqulon turşusu

2 . Oksalat turşusu

3 . Kəhrəba turşusu

4 . Treon turşusu

5 . Süd turşusu

6 . Malon turşusu

A ) 2, 4

B ) 1, 3, 4

C ) 1, 2

D ) 1, 2, 4

E ) 1, 2, 3

15 . K2 vitamini haqqında deyilən fikirlərdən hansılar doğrudur?

1 . Yan zəncirində 30 karbon atomu var

2 . Rasional adi 2 – metil – 3 – fitil – 1, 4 – naftoxinondur

3 . A vitamininin provitaminidir

4 . 6 ikiqat rabitəsi var

5 . İnsan və heyvan qidasında çatışmadıqda skorbut xəstəliyi yaranır

A ) 2, 3

B ) 1, 2

C ) 1, 2, 3

D ) 1, 4

E ) yalnız 5

16 . 1 ) ADF - B12 vitamini - ferment kompleksi + FAD – H2 → H4P2O7 + ferment+ + 5DOAK

2 ) ATF + B12 vitamini + ferment → H3PO4 + ADF – B12 vitamini – ferment kompleksi

3 ) ADF – B12 vitamini – ferment kompleksi + ATF → H3PO4 + 5 DOAK

4 ) ATF + B12 vitamini + FAD – H2 → H4P2O7 + ferment

5 ) ADF + B12 vitamini – ferment komleksi + NH3 → HNO3 + ferment + + 5DOAK Hansı mərhələdəki proses 5DOAK – ın sintezinin I mərhələsini düzgün əks etdirir?

A ) 5


B ) 1

C ) 3


D ) 4

E ) 2


17 . Biotin hansı maddələrin sintezində mühüm rol oynayır ?

I Karbon turşularının sintezində

II Asetilkoenzim A – nın dekarboksilləşməsində

III Karotinin sintezində

IV Purin əsaslarının sintezində

V Siankobalminin sintezində

VI Sidik cövhərinin sintezində

A ) III, IV, V

B ) I, II, III

C ) I, II, IV, VI

D ) yalnız II

E ) II, IV, VI

18 . Uyğun olaraq B6 və Bc vitaminləri hansı variantda düzgün göstərilib?

I Retinol

II Tokoferol

III Piridoksin

IV Sitrin

V Folasin

VI Askorbin turşusu

VII Tiamin

A ) VI, VII

B ) I, II, III

C ) III, V

D ) III, V, VI, VII

E ) II, III, IV

19 . Düzgün mülahizələri göstərin.

1 . D vitamini tərkibində 4 ikiqat rabitəsi olan doymamış tsiklik spirtdir

2 . K qrupu vitaminləri menaxinonun törəmələridir

3 . Inozit altıatomlu tsiklik spirtdir

4 . Koenzim Q – nin kimyəvi quruluşunun əsasını 2, 3, 4 trimetoksi – 6 metil – 1, 3 – benzoxinon təşkil edir

5 . Kimyəvi tərkibinə görə C vitamini γ – lakton 2, 3 dehidro turşusunun γ – laktonudur.

A ) 2, 5

B ) 1, 3, 4, 5

C ) 1, 2

D ) 1, 2, 3, 5

E ) 1, 2, 4

20. A vitamininin provitaminləri hansı variantda düzgün göstərilib?

I Karotin

II Kriptoksantin

III Piridoksin

IV Tokoferol

V Biotin

A ) II, II

B ) yalnız I

C ) yalnız III

D ) yalnız II

E ) I , II
T 3

21. İnsan orqanizmi üçün vacib olan maddələrdən biri də vitaminlərdir. Verilmiş nümunələrdə vitaminlərin alınma tarixinə əsaslanaraq ardıcıllığı göstərin.

1 . K vitamini

2 . D vitamini

3 . B15 vitamini

4 . E vitamini

A ) 2, 4, 1, 3

B ) 1, 2, 3, 4

C ) 2, 3, 1, 4

D ) 1, 3, 4, 2

E ) 2, 1, 4, 3

22 . İnsan orqanizminin vitaminlərə olan gündəlik tələbatının artma ardıcıllığı verilmiş düzgün variantı göstərin.

1 . C vitamini

2 . A vitamini

3 . D vitamini

4 . B2 vitamini

A ) 1, 3, 4, 2

B ) 1, 2, 3, 4

C ) 2, 3, 1, 4

D ) 3, 2, 4, 1

E ) 2, 4, 1, 3

23. C vitamininin avitaminozu zamanı skorbut xəstəliyi meydana çıxır. Bu xəstəliyin əlamətlərini ardıcıl olaraq göstərin.

1 . Dərinin solğunlaşması, dəridə nahamarlıqların əmələ gəlməsi.

2 . Ümumi zəiflik, ətraflarda şiddətli ağrılar, baldır, bilək, bud nahiyyələrində nöqtəvari səpgilər

3 . Xəstələr soyuğa qarşı davamsız olur, tez yorulur, ümumi halsızlıq, əsəbilik

4 . Diş əti şişir, yumrulaşır və diş əti qanaxması baş verir.

A ) 2, 4, 1, 3

B ) 1, 2, 3, 4

C ) 2, 3, 1, 4

D ) 1, 3, 4, 2

E ) 3, 1, 2, 4

24. B1 vitaminin avitaminozu zamanı Beri – beri xəstəliyi meydana çıxır. Bu stəliyin əlamətlərini ardıcıl olaraq göstərin.

1 . Əzələ zəifliyi və hissiyyat pozğunluğu

2 . Eşitmə və görmə sinir pozğunluğu

3 . Dəri hissiyyatının itirilməsi

4 . Çəkinin azalması

5 . İflic olma

A ) 1, 2, 4, 5, 3

B ) 1, 2, 3, 5, 4

C ) 2, 4, 5, 3, 1

D ) 4, 1, 2, 3, 5

E ) 4, 2, 3, 1, 5

25. Orqanizmdə B12 vitaminin eyniadlı kofermentə çevrilməsi ardıcıllığını göstərin.

1 . Sərbəst B12 vitamininin tərkibinə daxil olan üçvalentli kobaltın reduksiyaya uğraması

2 . Üçvalentli kobaltın birvalentli kobalta çevrilməsi

3 . Kofaktor kimi FAD, NAD, ATF və qlutation daxil olan fermentlərdən istifadə olunur

4 . B12 vitamininin kation formasının əmələ gəlməsi

5 . Əmələ gələn birləşmə müxtəlif radikalları özünə birləşdirərək alkilləşir

A ) 2, 4, 5, 3, 1

B ) 1, 2, 3, 5, 4

C ) 3, 1, 2, 4, 5

D ) 1, 2, 4, 5, 3

E ) 4, 2, 3, 1, 5

26. Riboflavinin orqanizmə təsir mexanizmi ardıcıllığının düzgün gösrərildiyi varianti göstərin.

1 . Endogen sisteminə tənzimedici təsir göstərir

2 . Yağların mənimsənilməsini təmin edir

3 . B1 vitamininin bioloji təsirini gücləndirir

4 . Mərkəzi sinir sisteminin xüsusilə də beyin qabığının fəaliyyəti normallaşır

A ) 1, 2, 3, 4

B ) 2, 1, 3, 4

C ) 2, 3, 1, 4

D ) 1, 3, 4, 2

E ) 2, 4, 1, 3
T 4

27.Verilən maddələrə uyğun formulu ardıcıl olaraq yazın.

I Biotin

II Biositin

III Malonil – K0A

1.


HOOC CH2 C

2.


3 .

A ) I – 3; II – 2; III – 1

B ) I – 2; II – 1; III – 3

C ) I – 3; II – 1; III – 2

D ) I – 1; II – 2; III – 3

E ) I – 1; II – 3; III – 2


28. Verilmiş maddələrə uyğun formulları ardıcıl olaraq yazın.


I Piridoksal

II Piridaksol

III Piridoksami

1.

2 .
3 .

A ) I – 1; II – 3; III – 2

B ) I – 2; II – 3; III – 1

C ) I – 3; II – 2; III – 1

D ) I – 1; II – 2; III – 3

E ) I – 2; II – 1; III – 3


29. Verilmiş vitaminlərə xas olan xüsusiyyətləri uyğun olaraq yerləşdirin.

I K1 vitamini

II K2 vitamini

III B12 vitamini

IV A vitamini

1 . Molekul tərkibinə Co daxil olan vitamindir

2 . Molekuluna β – ionol halqası və 2 izopren qalığı daxildir

3 . Yan zəncirində 30 karbon atomu və 6 ikiqat rabitəsi var

4 . Rasional adı 2 – metil – 3 – fitil – 1, 4 – naftoxinondur

A ) I – 1; II – 3; III – 4; IV – 2

B ) I – 2; II – 1; III – 4; IV – 3

C ) I – 3; II – 1; III – 2; IV – 4

D ) I – 2; II – 1; III – 4; IV – 3

E ) I – 3; II – 4; III – 1; IV – 2

33. Vitaminlərin çatışmamazlığı zamanı baş verən prosesləri uyğun olaraq qeyd edin.

I B2 vitamini

II B1 vitamini

III D vitamini

1 . Sinir sistemində baş verən degenerativ dəyişikliklər Beri beri xəstəliyi

2 . Hemoqlabin sintezinin zəifləməsi və anemiya ilə nəticələnmə

3 . Sümüklərdə Ca2+ ionlarının və fosfatların miqdarının azalması və sümüklərdə yumşalması , asanlıqla öz quruluşunu dəyişməsi

A ) I – 1; II – 3; III – 2

B ) I – 2; II – 3; III – 1

C ) I – 3; II – 2; III – 1

D ) I – 1; II – 2; III – 3

E ) I – 2; II – 1; III – 3


##num=9// level= 1// sumtest=22 // name= HORMONLAR, təsnifatı, təsir mexanizmi //

1. Bu maddənin adı hansı variantda düzgün qeyd edilmişdir?

A) a eritroza

B) 3 fosfoqliserin aldehidi

C) dezoksiriboza

D) a eritrozfosfat turşusu

E) fruktoza – 1, 6 difosfat efiri

2.

X və Y - i müəyyən edin.



A) X – mannit; Y – sorbit

B) X – dulsit; Y – mannit

C) X – sorbit; Y – mannit

D) X – riboza; Y – mannoza

E) X – mannoza; Y – riboza

3. Böyrəküstü vəzin ümumi kütləsinin neçə faizi xolesterinin payına düşür?

A) 1%

B) 6%


C) 3%

D) 5%


E) 10%.
T 2

4. Qadın cinsiyyət hormonların ardıcıllığını göstər.

1 - estradiol

2 - androsteron

3 - estron

4 - testosteron

5 - progesteron

6 - estriol

A) 1, 2, 3, 4

B) 1, 2, 3, 6

C) 2, 4, 5, 6

D) 3, 4, 5, 6

E) 1, 3, 5, 6

5. Boy artımına və maddələr mübadiləsinə təsir göstərən hormonların ardıcıllığı hansıdır?

1 - tireotrop

2 - somatotrop

3 - oksitosin

4 - melafor

5 - adrenokortikotrop

A) 2, 4, 5

B) 1, 2, 5

C) 1, 3, 5

D) 1, 4, 5

E) 2, 3, 4

6. Langerhans adacıqlarının betta və alfa hüceyrələrində sintez olunan hormonlar hansılardır?

1 - insulin

2 - qlükaqon

3 - adrenalin

4 - oksitosin

5 - parathormon

6 - preqnan

7 - allopregnan

A) 6, 7

B) 1, 3


C) 3, 4

D) 1, 2


E) 4, 5

7. Göstərilən xassələrdən hansına malik olan hormonlar “ Həqiqi hormonlar” hesab edilir ?

1. Yüksək bioloji aktivliyi

2. Spesifikliyi

3. Xüsusi vəzilərdə sintez olunması

4. Qana ifraz etmələrinə

5. Təsirinin distantlığına görə

A) 1,3,4


B) 1,4,5

C) 2,3,4


D) 1,2,5

E) 1,2,3,4,5

8. Aşağıdakı variantların hansı hormonların orqanizmə təsir mexanizmini düzgün əks etdirir ?

1. Hüceyrə membranlarından müəyyən maddələrin keçməsinin sürətləndirilməsi.

2. Orqanizmə yalnız “ hüceyrə hormonları” vasitəsilə təsir etmək mümkündür.

3. Fermentlərin aktivliyinin allosterik tənzim mexanizmi üzrə dəyişdirilməsi.

4. Genetik aparata təsir etməklə fermentlərin sintezinin tənzim olunması

5. Fermentlərin zülali hissələrinin, həmçinin kofermentlərinin əmələ gəlməsinin və parçalanmasınin tənzimi

A) 2,3,4,5

B) 1,3,4,5

C) 1,2,3,4

D) 1,2,5


E) 1,2,3,4,5
9. Kimyəvi tərkibinə görə hormonları neçə qrupa bölmək olar və bu qrupların düzgün seçildiyi sıranı göstərin.

I. Steroidlər

II. Aminturşuların törəmələri olan hormonlar

III. Polipeptid və zülal təbiətli hormonlar

IV. Lipid təbiətli hormonlar

A) 2 qrupa , II və IV

B) 3 qrupa ,I,II,III

C) 3 qrupa , I,III və IV

D) 3 qrupa, II,III,IV

E) 2 qrupa, I və III


10.Tiroksin və triyodtironin orqanizmdə öz funksiyasını başa çatdırdıqdan sonra hansı proseslərə uğrayır?

1. Dezaminləşmə

2.Yodsuzlaşma

3. Konyuqasiya

4. Dehidrogenləşmə

A) 1.2.4


B)2.3.4

C)1.3.4


D)2,3,4

E) 1,2,3
11. Androgenlər orqanizmə yeridildikdə baş verən prosesləri göstərin.

1. Piyin miqdarı azalır

2. Skelet əzələlərinin kütləsi artır

3. Azot balansı müsbət olur

4. Zülalların əmələ gəlməsi sürətlənir

5. Böyümə müşahidə olunur

6. Qanda eritrositlərin sayı artır

7. Əsas mübadilə şiddətlənir

A) 1,3,4,5,6

B) 1,2,5,7

C) 2,4,5,6

D) 3,4,6,7

E) 1,2,3.4,5,6,7

12. Orqanizmə göstərdikləri əsas fizioloji təsirə görə kortikosterodiləri neçə qrupa bölmək olar və bu qruplar hansı variantda düzgün göstərilib?

I. Başlıca olaraq karbohidrat və zülal mübadiləsinə təsir göstərən kortikosteroidlər-qlükokortikoidlər

II. Əsasən, mineral maddələr və su mübadiləsini tənzim edən kortikosteroidlər-mineralokortikoidlər

III. Əsasən,yağ mübadiləsinə təsir göstərən kortikosteroidlər-lipokortikoidlər

A) 3 qrupa I,II,III

B)2 qrupa II və III

C) 2qrupa , I və II

D)2 qrupa I və III

E) 1 qrupa yalnız II

13. Hipofizin ön payının (adenohipofizin) hormonları hansı variantda düzgün göstərilmişdir?

1.Somatotrop hormon

2.Laktogel hormon

3.Lüteinləşdiri hormon

4.Estron


5.Adrenokortikotrop hormon

6.Follikulstimuləedici hormon

7.Tireotrop hormon

8.Vaqotonin

9.Lipotrop hormon

A) 1,3,4,6,7,9

B)2,3,4,5,6,7

C) 1,2,3,5,6,7,9

D)3,5,6,7,8,9

E)1,2,4,5,6,8,9

T 3

14.Orqanizmə göstərdikləri əsas fizioloji təsirə görə kortikosteroidlərin qruplarına daxil olan hormonların uyğunluğunu göstərin?



I. Qlükokortikoidlər

II. Mineralokortikoidlər

1. Kortizol

2. Somatostatin

3. Lipokain

4. 11-dezoksikortikosteron

5. Kortizon

6. Aldosteron

7. Kortikosteron

A) I-4,6 : II-1,7

B) I-2,4,6 : II-1,3,5

C) I-1,2,4 : II-3,7

D) I-5,7 : II-2,4

E) I-1,5,7: II-4,6


15. İnsulinin qaraciyərdə həyata keçirdiyi proseslərin ardıcıllığını göstərin.

1. Qlikogenin sintezini sürətləndirir

2. Yağlar və zülallardan karbohidratların sintezini zəiflədir

3. Qlükoza-6-fosfataza fermentinin aktivliyini azaldır

4. Qlikogenin sintezini sürətləndirir

A) 2,1,3,4

B) 4,3,2,1

C) 3,4,2,1

D) 1,3,4,2

E) 3,4,1,2


T 4

16. Hormonlar, təbii peptidlər və vitaminlər arasında düzgün uyğunluğu müəyyən edən cavab hansıdır?




Kataloq: images -> PORTAL -> YENI
YENI -> ##Fakültənin adi Riyaziyyat ## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası
YENI -> ##Bölmə Azərbaycan. ##Fənnin adı İnformatikanın tədrisi metodikası ##Qrup nömrəsi
YENI -> ##Fakültənin adı: Riyaziyyat və informatika ## Ixtisas: Riyaziyyat informatika müəllimliyi
YENI -> ##Təsdiq edirəm: ##Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri
YENI -> Aşağıdakılardan informasiya prosesi olanlarını seçin. İnformasiyanın qəbul edilməsi
YENI -> ##Fakültənin adı: Tarix və coğrafiya ##İxtisas: Tarix və coğrafiya müəllimliyi
YENI -> ##book id=096//book name= Ümumi təhsil kurikulumunun əsasları
YENI -> ##book id= 327//book name= // Uşağın anatomiyası fiziologiyası və gigiyenası

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə