Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru



Yüklə 1,08 Mb.
səhifə15/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

130. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

6-cı dərəcə

Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və elektrik aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və qurulması. Xüsusi mürəkkəb elektrik maşınları, elektrik aparatları və elektrik cihazlarının təmiri, yığılması və tənzimlənməsi üzrə işlərin yerinə yetirilməsi. Çox dəqiq və nadir metal emalı avadanlıqlarının, mürəkkəb elektrik, avtomat xətlərin məntiqi sxeminin və həmçinin rəqəmli proqram idarəetmə sxeminin elektrik, inteqral sxeminin təmiri və sazlanması. Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq altında qaz ilə və ya yağ ilə doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi üzrə işlərin yerinə yetirilməsi. Yüksək voltlu kabel şəbəkələrində mürəkkəb epoksidli sonluqların hazırlanması, həmçinin alüminium və mis kabellərarası birləşdirici halqaların montajı. Elektrik mühərriklərinin, elektrik aparatlarının və transformatorların əsaslı təmirdən sonra kompleks sınağı. Təmir olunmuş elektrik avadanlıqlarının istismara verilməsi.



Bilməlidir: müxtəlif elektrik maşınlarının, elektrik aparatlarının, gücü və gərginliyi müxtəlif olan cihazların quruluşunu, dəqiqliyinin yoxlanılması üsulları və qaydalarını; teleidarə və avtomatik tənzimlənmənin sxemini; mürəkkəb məntiqi sxemlərə xidmət qaydalarını; elektrik maşınlarının, elektrik aparatları və cihazlarının kompleks sınağı metodunu; epoksid materiallar ilə iş texnologiyasını; partlayış təhlükəli, yanğın təhlükəli və digər mürəkkəb şəraitlərdə kabel şəbəkələrinin təmiri və montajı qaydalarını; elektrik qidalandırıcı şəbəkəsində elektrik avadanlıqları üzrə elektrik sxemlərin və digər texniki sənədlərin tərtilə edilməsi qaydasını; elektrik mühərriklərinin, transformatorlarının kabel və müxtəlif gərginlikli naqil xətlərinin yüklənməsi normasını; paylayıcı qurğuların birinci və ikinci kommutasiyasının elektrik sxemini; yüksək tezlikli blokirovka ilə müdafiənin hərəkət prinsipini.

Orta ixtisas təhsil tələb olunur.



İş nümunələri:

1. Elektronlu rele və termotənzimləyici maye komponentlər üçün avtomatik dozalaşdırıcı aparatların elektrosxeminin yoxlanılması, təmiri və sazlanması.

2. Daimi cərəyan generatorlarının əsaslı təmiri, tənzimlənməsi və sazlanması.

3. Daimi cərəyan maşınlarının kollektorunun yığılması, şablonların və kollektor vallarının əl ilə hazırlanması.

4. Avtomatik metalkəsici dəzgahlar xəttinin mürəkkəb təmiri və elektrik sxeminin sazlanması.

5. Sinxronlaşdırılmış və avtomatlaşdırılmış ötürücülü axın xəttinin təmiri və sazlanması.

6. Elektrik qaynağı maşınlarının təmiri və sazlanması.

7. Elektrik əridici sobaların və yüksək tezlikli möhkəmləndici qurğuların yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.

8. Elektrik sistemli cihaz və aparatların təmiri və sxeminin sazlanması.

9. Kokskimya zavodlarının söndürülməsinin elektron qülləsinin relesinin təmiri, qurulması və sazlanması.

10. Rentgen aparatlarının yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.

11. Elektronika və fotoelementlərin tətbiq edilməsi ilə mürəkkəb elektrik sxemlərinin yoxlanılması, təmiri və sazlanması.

12. Avtomatik distansiyadan idarəetmənin elektrik sxeminin yoxlanılması, təmiri və sazlanması.

13. Mürəkkəb sxemli idarəetmənin elektrik ötürücülərinin iş rejiminin distilliqrafiyası.

14. Yayma dəzgahlarının baş ötürücü elektrik maşınlarının sxeminin yığılması.

131. Elektroizolə materialları üzrə laborant

İşin xüsusiyyəti.

2-ci dərəcə

Maye materiallarda özlülüyün (qatılığın) müəyyən edilməsi. Texnoloji təlimatlara uyğun olaraq laklar, yapışqanlar və kompaund nümunələrinin hazırlanması, onların komponentlərini hazırlamaq üçün qabaqcadan görülən işlərin: vakuumda qurutma, yandırılma, ələnmə və digər əməliyyatların aparılması. Polietilen, ftoroplast və digər plastik kütlədən olan nümunələri və məmulatları presləmək üçün materialların hazırlanması. Sadə konstruksiyalı elektrik elementlərinin laklarla, emal və kompaundlarla təcrübi izolə proseslərinin aparılması. Avtoklavlarda və barokameralarda işləmək. Sınaq zamanı temperatur rejimlərinin təmin olunması. Görülmüş işlər üzrə yazıların aparılması. İzoləedilən, yapışdırılan və preslənən detallar üzərində çəkilmiş çertyojların oxunması. Dövlət standartları tələblərinə uyğun nümunələrin hazırlanması, plastik kütlə, kompaundların, lak çəkilmiş plyonkaların, maye dielektriklər nümunələrində xarakteristikaların yoxlama ölçülərinin aparılması. Dielektriklərə və elektrik elementlərinin elektrik xassələrinə aralıq nəzarət etməklə onlarda uzunmüddətli iqlim, rütubət və başqa sınaqların keçirilməsi. İstilik kameralarında elektrik materialların nümunələrinin sınaqdan keçirilməsi. Bilməlidir: hazırlanan lakların, yapışqanların, kompaundların və başqa izoləedici materialların əsas komponentlərinin təyinatını; avtoklavların, barokameraların, vakuum-hopdurucu qurğuların, hidravlik preslərin və xidmət olunan digər avadanlığın iş prinsipini; texniki və analitik tərəzilərdən istifadə qaydalarını; temperaturu ölçmək üçün olan cihazlarla işləmə qaydalarını; elektrik elementlərinin lak, emal və kompaundlarla izolə etmənin əsas proseslərinə texnoloji təlimatları; nəzarət olunan izolə materiallarına və elektroelementlərə dövlət standartları və texniki şərtlərin tələblərini; uzunmüddətli sınaqlar üçün olan xüsusi avadanlığın və cihazların texniki göstəricilərini və onlarla işləmə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; elektrotexnika üzrə əsas məlumatları.



132. Elektroizolə materialları üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Elektroelementlərin izolə edilməsi üzrə texnoloji rejimlərin işlənilməsi prosesində təcrübələrin keçirilməsi. Vakuum-kameraların və avtoklavların hazırlanması. Mürəkkəb konstruksiyalı elektro-elementlərin təcrübi izolə edilməsi. İzolə olunmuş elementlərin keyfiyyətinə nəzarət, qırıqların olmadığını yoxlamaq, izolənin müqavimətini ölçmək və s. Dəqiq məmulatların yapışdırılması. Müxtəlif plastik kütlədən olan nümunələrin və məmulatların preslənməsi. Jurnallarda iş yazılarının aparılması; ölçülərin nəticələrinə görə protokolların və asılılıq qrafiklərinin tutulması. Dielektrik xarakteristikaları ölçmək üçün nümunələrin hazırlanması. Tutumun, elektrik möhkəmliyin, müqavimətin (həcmi və səthi) ölçülməsi və hesablamaların aparılması. Dövlət standartına və texniki şərtlərə uyğun olaraq dielektriklərin sınaqdan keçirilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə sadə elektrik sxemlərinin tərtilə edilməsi.



Bilməlidir: üzvi kimya və elektrotexnika üzrə əsas məlumatları; izoləedici materialların təyinatını və onların dielektrik xassələrini; lak, emal və başqa izoləedici materialların təyinatını və əsas xassələrini; nəzarət-ölçü cihazları və alətlərinin quruluşunu; dielektriklərin sınaq metodikası üzrə dövlət standartlarının hesab düsturlarını; avtoklavların, barokameraların, hidravlik preslərin və başqa xidmət edilən avadanlığın quruluşunu.

133. Elektroizolə materialları üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

İstehsalat təlimatına uyğun olaraq yeni izolə materiallarının və yapışqanların texnoloji xassələrinin yoxlanılması. Dövlət standartlarına və texniki şərtlərə müvafiq izolə materiallarının nəzarət sınağı. Məmulatların və elektroelementlərin izoləetmə, yapışdırma və presləmə üçün texnoloji rejimlərinin seçilməsi. Vakuum kameraların, avtoklavların və pres avadanlığının sazlanması və tənzimlənməsi. İzolə materiallarının bütün dielektrik xarakteristikalarının ölçülməsi və hesablamaların aparılması. Yüksək rütubətlilik, yüksək və aşağı temperatur, aşağı təzyiq şəraitində materialların uzun müddətli sınaqdan keçirilməsi. Kompaundların və s. polimerləşdirmə proseslərin elektrik metodlarla tədqiqi. Sınaq nəticələrinin təhlili və işlənilməsi, protokolların və asılılıq qrafiklərinin tutulması. Ölçü aparatlarında sadə nasazlıqların aşkar edilib aradan qaldırılması. Temperaturu ölçmək üçün özüyazan, tənzimləyən cihazlarla işləmək. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi ilə elektrik sxemlərinin tərtilə edilməsi.



Bilməlidir: üzvi kimyanın əsaslarını və lakların, emalların, kompaundların, yapışqanların və plastik kütlələrin əsas fiziki-mexaniki və dielektrik xassələrini; tətbiq olan materiallara texniki şərtləri və dövlət standartlarına uyğun sınaq metodikalarını; sxemlərin texniki xarakteristikalarını; vakuum-hopdurucu qurğuların quruluşunu; izolə materiallarının əsas dielektrik xassələrini; dielektrik sınaq metodikaları üzrə dövlət standartlarını və texniki şərtləri.

134. Elektroizolə materialları üzrə laborant

İşin xüsusiyyəti.

5-ci dərəcə

Yeni izolə materiallarının xassələrinin yoxlanılması və müxtəlif mürəkkəbli yeni məmulatların izolə edilməsi üzrə texnoloji proseslərin işlənilməsində iştirak. Laboratoriyadakı müxtəlif texnoloji avadanlıqla işləmək. İzolə materiallarının dielektrik xarakteristikalarının ölçülməsi və işlənilməsi. Texniki tapşırıqlara müvafiq olaraq metodikanın seçilməsi və müxtəlif şəraitdə sınaqların keçirilməsi. Sınaq nəticələrinin sənədləşdirilməsi və təhlilin aparılması. Yüksək dəqiqlik sinfi olan aparatlarla işləmək. Elektrik sxemlərin tərtilə olunması və mürəkkəb olmayan qeyri-standart aparatların yığılması, dərəcələrə bölünməsi, sazlanması. Müxtəlif mexanizmlərin hazırlanması.



Bilməlidir: müxtəlif izolə materiallarının xassələrini və təyinatını; izolə edilən elementlərə qoyulan tələbləri; izolə materiallarının hopdurma, tökmə, üzləmə, yapışdırma və presləmə proseslərinə texnoloji təlimatları.

Orta ixtisas təhsili tələb olunur.



135. Elektrik mühərriklərinin motorçusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Havadəyişdirici və tüstüsorucu qurğulara, şlakqaldırıcılara, eksqausterlərə, skreper bucurqadlara, qazanxana və istilik ötürücü qurğulara və ya elektrik mühərriklərinin cəmi gücü 100 kVt-a qədər olan qurğulara xidmət. Xidmət olunan avadanlığın işə hazırlanması, salınması, iş rejiminin tənzimlənməsi və saxlanılması. Mexanizm və aqreqatların işindəki nasazlığın müəyyənləşdirilməsi. Cari təmirin aparılması, orta və əsaslı təmirdə iştirak etmək. Nəzarət-ölçü cihazlarının göstəricilərinin jurnalda qeyd edilməsi.



Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; elektrotexnika üzrə əsas məlumatları; şiberlərin qazanxanada yerləşməsi və onların düzgün idarə edilməsi qaydalarını; kültutma prinsipini; qurğuların istehsal gücünün tənzimlənməsi üsullarını; qazan və qazanxana qurğularının iş prinsipini və qaz yollarının sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və onlardan istifadə qaydalarını; qazların sovrulması və hava axını prosesinin qazanların iş rejiminə təsirini.

Cəmi gücü 100 kVt-dan çox olan elektrik mühərriklərinə xidmət zamanı - 3-cü dərəcə.



136. Emulsiya bişirən

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müəyyən edilmiş reseptə əsasən emulsiya, qarışıq, suspenziya, pasta, kütlə və yağlayıcıların hazırlanması, kimyəvi məhlulların resept üzrə çəkilməsi və onların qazan, çən, vanna və reaktorlara yüklənməsi. Kimyəvi materialların bişirilməsi və qarışdırıcıların işinə nəzarət. Emulsiya, qarışıq və s. hazır olmasının müəyyənləşdirilməsi və onların durulducu çənlərə verilməsi və ya göstərilən yerlərə daşınması. Material sərfi jurnalının aparılması. Xidmət olunan avadanlığın təmizlənməsi.



Bilməlidir: emulsiya, qarışıq, suspenziya, pasta, kütlə və s. hazırlanmasının reseptini, üsulunu və onların hazır olmasının müəyyənləşdirilməsi metodunu; emulsiya, qarışıq, pasta, və s. hazırlanmasına lazım olan materialların kimyəvi xüsusiyyətlərini; qarışdırıcının iş prinsipini və quruluşunu.

137. Emulsiya bişirən

İşin xüsusiyyəti.

3-cü dərəcə

Dozalaşdırıcı kimyəvi məhlulların temperaturunu saxlayan avtomatik sistem tətbiq etməklə müəyyən olunmuş reseptə əsasən, emulsiya, qarışıq, suspenziya, pasta, mastika və kütlələrin tərtilə edilməsi. Kimyəvi məhlulların reseptlər üzrə çəkilməsi və onların hazırlıq tutumlarına yüklənməsi. Kimyəvi məhlulların dozalaşdırılması və boru kəmərləri ilə reaktorlara tökülməsi. Kimyəvi materialların bişirilməsinə və reaktor qarışdırıcısının işinə nəzarət. Reaktor və tutumlarda verilmiş temperaturu saxlayan avtomatik sistemlərə nəzarət. Distillatorun işinə nəzarət.

Emulsiya və qarışıqların hazır olmasının müəyyənləşdirilməsi, onların nasos və kompressorlar vasitəsi ilə durulducu çənlərə və istehlak tutumlarına ötürülməsinə nəzarət.

Materialların sərfi və hazır emulsiya və qarışıqların laboratoriya təhlili üzrə jurnalın aparılması. Avadanlığın cari təmirində iştirak etmək.



Bilməlidir: emulsiya, qarışıq, suspenziya, pasta, mastika, kütlə və s. hazırlanmasının reseptini, üsulunu və qaydalarını; emulsiya, qarışıq və s. hazırlanmasına lazım olan kimyəvi materialların xüsusiyyətlərini; reaktor, qarışdırıcı, distillator və digər xidmət olunan avadanlıqlarda temperaturun saxlanılmasının avtomatik sxeminin quruluşunu.

138. Əleyhqaz qutularının doldurucusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Əleyhqazların qazlardan qoruyucu qutularının doldurulması və təkrar doldurulması. Qutunun nəzarət-ölçü cihazlarının vasitəsi ilə uducu qabiliyyətinin, germetikliyinin və müqavimət göstərilməsinin sınaqdan keçirilməsi. Əleyhqazların qazlardan qoruyucu qutularının hava üfürülməklə regenerasiyası.



Bilməlidir: qazlardan qoruyucu qutuların markasını, onların təyinatını; hər marka üçün uducuların tərkibini və uducuların xüsusiyyətlərini; əleyhqazların qazlardan qoruyucu qutularının uducu tərkiblərinin, habelə adsorbentlərin və onların əvəzedicilərinin doldurulma, təkrar doldurulma və regenerasiya qaydalarını.

139. Ətirli qatran bişirən

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müəyyən edilmiş reseptura üzrə qazanlarda və aparatlarda müxtəlif ətirli qatranın bişirilməsi və ya surğucun əridilməsi prosesinin aparılması. Bişirilmənin gedişinin müşahidə edilməsi. Bişirilmə temperaturunun tənzimlənməsi. Buxarın verilməsi. Bişirilmiş qatranın süzülməsi. Nümunə götürülməsi və yapışqanlığın, bərkliyin, sıxlığın, möhkəmliyin, yumşalma temperaturunun və s. sınaqdan keçirilməsi. Qatranın hazır olmasının müəyyənləşdirilməsi, onun barabanlara və ya həcmlərə tökülməsi, ölçülməsi. Qatranın markalanması və anbara verilməsi. İlkin uçotun aparılması. Odla bişirilən zaman-sobanın hazırlanması, yanacağın verilməsi və yandırılması.



Bilməlidir: ətirli qatranın hazırlanma reseptini; qatranın yumşalma temperaturuna görə təsnifatını; müxtəlif markalı qatranların bişirilməsi üçün temperatur rejimini və bişirilmə prosesində qatranın kristallaşmasının qarşısını alma metodlarını; nümunə götürülmə qaydasını və qatranın yapışqanlığının, bərkliyinin, sıxlığının, möhkəmliyinin sınaqdan keçirilməsi qaydalarını və qatrana, surğuca qoyulan texniki şərtləri; qatranı sınaqdan keçirmək üçün olan cihazların quruluşunu və onlardan istifadə qaydalarını.

140. İstilik məntəqəsinin operatoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Məhsuldarlığı 42 QC/saata (10 Qkal/saat)-dək olan istilik şəbəkəli boyler qurğularının, işlənmiş buxar stansiyası, günəş və geotermal qurğuların fasiləsiz və səmərəli işinin təşkil edilməsi. Şəbəkədə su və buxarın təzyiqinin, lazımi temperaturun saxlanılması. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Şəbəkə və kondensat nasoslarının işinə nəzarət. Avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qəza vəziyyətinin ləğv edilməsi. Operativ sənədləşdirmənin aparılması. Xidmət olunan boyler qurğularının, işlənmiş buxar stansiyasının günəş və geotermal qurğularının təmirində iştirak etmək.



Bilməlidir: qurulmuş avadanlığın quruluşunu və iş prinsipini; teplofikasiya qurğularının istilik sxemini; istehlakçıların iş qrafikini və istilik rejimlərini; nəzarət-ölçü cihazlarının və tənzimləyicilərin qurulduğu yeri, təyinatını və iş prinsipini; istilik texnikasının elementar əsaslarını.

3-cü dərəcə - məhsuldarlığı 42-dən 84 QC/saata (10-dan 20 Qkal/saatadək) qədər olduqda;

4-cü dərəcə - məhsuldarlığı 84 QC/saatdan (20 Qkal/saat) artıq olduqda.

141. İş yerlərinin təminatçısı

İşin xüsusiyyəti.

2-ci dərəcə

Mürəkkəb çeşidli məmulat buraxan və müxtəlif istehsalat kooperasiyası olan sexə və sahəyə yuxarı ixtisaslı təminatçının rəhbərliyi altında xidmət və ya sadə çeşidli məmulat istehsal edən və məhdud istehsalat kooperasiyası olan sahələrə müstəqil xidmət. İş yerlərinin detal, yarımfabrikat, alət, iş naryadları və digər texniki sənədlərlə təmin edilməsi. Sahə üçün yarımfabrikat və tədarükün alınması. Hazır detalların anbara təhvil verilməsi. Digər sex və sahələrdə əməliyyatlararası emaldan keçən detalların təhvili və sayca qəbul edilməsi.



Bilməlidir: xidmət olunan sahələrin istehsalat tapşırığını və iş yerlərinin yüklənmə qrafikini; əsas detalların emalını; xidmət edilən sahədə emal olunan birləşmə və detalların çeşidini; detal və qoyulmuş sənədlərin uçotu qaydasını; detalların nəql edilməsi qaydasını.

142. İş yerlərinin təminatçısı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif istehsalat kooperasiyası olan mürəkkəb çeşidli məmulatlar buraxan sahə və sexə xidmət. İş yerlərinin detallarla, yarımfabrikatlarla, alətlərlə, iş naryadları və texniki sənədlərlə növbə tapşırığında qoyulmuş tələblərə uyğun olaraq təmin edilməsi. Tədarük və yarımfabrikatların sahəyə qəbulu və hazır məhsulun anbara təhvil verilməsi. Növbə-gün istehsalat tapşırıqlarının hazırlanmasında iştirak etmək, həmçinin yerinə yetirilən işlərin uçotunun aparılması.



Bilməlidir: xidmət olunan sahənin növbə-gün istehsalat tapşırığını və iş yerlərinin yüklənməsinin qrafikini; detalların emalının texnoloji ardıcıllığını; birləşmə və detalların çeşidini; onların saxlanılması və müəyyən olunmuş sənədlərin tərtibi qaydasını; ilkin ödəniş sənədlərinin tərtilə edilməsi qaydasını.

143. İş yerlərinin təminatçısı

İşin xüsusiyyəti.

4-cü dərəcə

Geniş çeşiddə və adda məhsul və qiymətli detalların, mexanizm, birləşmələrin sahələrdə qəbulu, buraxılması və saxlanılması. İş yerlərinin məhsul, qiymətli material, tədarük, yarımfabrikat, həmçinin vəsait, alət və texniki sənədlərlə təmin edilməsi. Uçot və hesabatın aparılması. Başa çatmamış istehsalın qalıqlarının çıxarılması. Detal və mexanizmlərin hərəkəti üzrə cədvəllərin tərtilə edilməsi. Detal, mexanizm və birləşmələrin çatışmazlığı aşkar edildikdə aktların yığılması və tərtilə edilməsi. Məmulat və birləşmələrin keçidinin qrafik üzrə uçotu.



Bilməlidir: detal və mexanizmlərin çeşidini və indekslərini; istifadə olunan alət və vəsaitin təyinatını; materialların növünü və markirovkasını; yığılmanın texnoloji ardıcıllığını; görülən işlərin uçotu qaydasını; ilkin sənədlərin qəbulu və tərtibi qaydasını; detal, mexanizm və birləşmələrin yığıcılardan qəbulu və saxlanılması qaydasını.

144. İşlənilmiş yağın regeneratorçusu

İşin xüsusiyyəti.

1-ci dərəcə

Yağ təmizləyici maşına xidmət. Yağın sentrifuqada təmizlənməsi və süzgəcdə süzülməsi. Yağın bir tutumdan digərinə yağ nasosu və vakuum qurğusunun köməyi ilə ötürülməsi. Süzgəc kağızının süzgəc presində dəyişdirilməsi. Ağardıcı torpağın qurudulması və yağın təmizlənməsi və regenerasiyası üçün sorbentlərin salınması. Yağ qablarının yuyulması və təmizlənməsi. Yağların durulducu ilə təmizlənməsi. Çənlərin və adsorberlərin regenerasiyadan sonra təmizlənməsi. İşlənilmiş yağın regenerasiyası, yağtəmizləyici maşınların sökülməsi, təmizlənməsi və yığılması işinin yüksək ixtisaslı regeneratorçunun rəhbərliyi altında yerinə yetirilməsi.



Bilməlidir: süzgəc presin sentrifuqasının quruluşu haqqında ümumi məlumatı; yağ nasoslarını; yağ yollarının sxemini; aparat və yağ təsərrüfatı avadanlığının yerləşməsini və təyinatını; avadanlığın idarə edilməsi qaydasını; sürtkü yağlarının növlərini; yolların təmizlənməsi, qurulması və regenerasiyasının təyin edilməsini; geniş yayılmış sadə vəsait və nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini.

145. İşlənilmiş yağın regeneratorçusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Ağardıcı torpaq, ammiak, silikagel və oksidlə aktivləşdirilmiş alüminiumla işlənilmiş yağın regenerasiyası. Doldurulmuş buks materialının regenerasiyası. Məhsul qalığının yağtəmizləyici maşın və vakuum altında buxarla təmizlənməsi və qurudulması. Yağın təmizlənməsi və regenerasiyası prosesinin gedişinə nəzarət. Yağın təhlili üçün nümunənin seçilməsi. Yağın vəziyyətinin rəngə və iyə görə müəyyənləşdirilməsi. Yağtəmizləyici maşın, sentrifuqa, filtr-preslərin, aparatların və digər xidmət olunan avadanlığın sökülməsi, təmizlənməsi, yığılması və cari təmiri.



Bilməlidir: yağtəmizləyici avadanlığın iş prinsipini; yağ və doldurucu buks materialının təmizlənməsi və regenerasiyasının əsas metodlarını; istifadə olunan sorbentlərin və aktivatorların xüsusiyyətini; universal və xüsusi vəsaitin təyinatını və tətbiqi şərtlərini; nəzarət-ölçü alətinin təyinatını.

146. İşlənilmiş yağın regeneratorçusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

İşlənilmiş yağların regenerasiyası və dəqiq təmizlənməsi. Hərəkət heyətinin buksu üçün döşəməsilən şotkaların və sürtkü materiallarının regenerasiyası. Asetonun buxarlandırma metodu ilə regenerasiyası. Yağların çirklənməsi və köhnəlmə dərəcəsindən asılı olaraq avadanlıqların sxeminin və lazımi materialların seçilməsi və yağların təmizlənməsi və regenerasiyası rejiminin seçilməsi. Silikagelin, aktiv alüminium oksidinin aparatlara doldurulmaqdan əvvəl qurudulması rejiminin müəyyənləşdirilməsi. Təhlil etmədən yağların keyfiyyətinin müəyyənləşdirilməsi. Yağların qısaldılmış fiziki-kimyəvi təhlilinin aparılması. Yağların bərpası dərəcəsinin müəyyənləşdirilməsi. Elektrik gərginliyinin altında işləyən aparatlarda yağın təmizlənməsi. Vakuumlu sentrifuqada yağların tərkib hissələrə ayrılması. Yağın su ilə yuyulması. Yağın buxarla qızdırılması və onun vakuum altında qurudulması. Transformator yağının nümunəsinin sınaqdan keçirilməsi. Yağtəmizləyici maşın və aparatın işə salınması və sazlanması, onların təmirində iştirak etmək.



Bilməlidir: yağtəmizləyici avadanlıq və aparatların quruluşunu; yağların əsas fiziki və kimyəvi xüsusiyyətlərini və onların tətbiqi sahəsini; yağların regenerasiya və təmizlənməsi metodlarını; yağların stabilləşdirilməsi və qarışdırılması üsullarını; xüsusi və universal vəsaitlərin quruluşunu və nəzarət-ölçü cihazlarını; yağ yollarının sxemini və avadanlıqların əsas hissələrinin qarşılıqlı əlaqəsini; yağların köhnəlməsinin əsas əlamətlərini; hərəkət heyətinin buksu üçün istifadə olunan döşəməsilən şotkaların və sürtkü materiallarının regenerasiya üsullarını və təyinatını.

147. Yağlayıcı

İşin xüsusiyyəti.

1-ci dərəcə

Maşın, mexanizm, mühərrik, aqreqat, avtomobil, traktor və digər avadanlıq və maşın hissələrinin təyin olunmuş vaxt ərzində yağlanması. Reduktor və qutuların, lubrikatorların və avtomatik hərəkət edən cihazların təzyiq altında yağlanması üçün sürtkü materiallarının dəyişdirilməsi və doldurulması. Yağların yağ qabına tökülməsi, işlənmiş yağların təmizlənmək üçün yığılması. Transmissiya vallarının toz və çirkabdan təmizlənməsi.



Bilməlidir: xidmət olunan avadanlığın sahədə yerləşməsini; yağlanmalı olan hərəkətedici hissələri; sürtkü materiallarının növü, çeşidi və təyinatını; xidmət olunan avadanlıq və maşınların yağ yollarının sxemini; maşın və avadanlıqların yağlanması və təmizlənməsi qaydası, müddəti və dövrlüyünü; avadanlığın hərəkət edən hissələrinə qalxmaq üçün pilləkən, nərdivan və digər vasitələrin qurulması üsullarını; yağlama, təmizləmə və yuyulmada istifadə edilən sadə alət və vəsaitlərin təyinatını.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin