Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə22/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   17   18   19   20   21   22   23   24   25

Bilməlidir: bütün növ televizorların, radioqəbuledicilərin və digər aparatlarının prinsipial, montaj sxemini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatların mürəkkəb təmir işlərinin aparılması metodlarını; rəngli televizorların təmiri üsullarını; detalların dəyişdirmə metod və üsullarını; təmirdə istifadə olunan nəzarət-ölçü aparatlardan istifadə qaydalarını.

Orta ixtisas təhsili tələb olunur.



261. Rentgen-qammaqrafiya defektoskopçusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında məmulatların işığa salınması. Məmulatların işığa salınmasına hazırlanması. Verilmiş nəzarət parametrlərinə görə məmulatlar işığa salınarkən sahələrin nişanlanması və markalanması. Rentgen plyonkasının aydınlaşdırılması və fiksasiya edilməsi.



Bilməlidir: qamma-defektoskopiya üçün rentgen qurğularının və aparatlarının iş prinsipini; şüalanma növlərini və mənbələrini və onların təmirini; şüanın maddələrdən keçməsini; rentgen plyonkalarının müxtəlif növlərinin xüsusiyyətlərini və onların keyfiyyətinin yoxlanılması üsullarını; kasetlərin doldurulmasını.

İş nümunələri:

1. Plastinkaların nümunələri - qaynaqçı dərəcəsinə attestasiya keçirilərkən işığa salınma.

2. Qovuşuq birləşmələri - işığa salınma.

3. Silindrlərin və korpus örtüklərinin uzununa tikilən yerləri- işığa salınma.



262. Rentgen-qammaqrafiya defektoskopçusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Sadə məmulatların işığa salınması. Daha yüksək defektoskopçunun rəhbərliyi altında məsuliyyətli boru kəmərlərinin işığa salınması. Sadə və orta mürəkkəbli məmulatların ionizasiya və stsintilyasiya nəzarəti. Zəruri şüalanma mənbələrinin seçilməsi və ekspozisiyasının müəyyənləşdirilməsi. Radioaktiv izotopun fəallığını müəyyən etmək məqsədilə baxılması. Rentgen və qammaqrafiya aparatının tənzimlənməsi.



Bilməlidir: rentgen qurğularında sürətləndirici texnikanın, qammaqrafiya, ionizasiya və stsintiliyasiya nəzarəti üçün aparatların iş prinsipini; elektrotexnika və metalşünaslığın əsaslarını; metalların və tökmələrin müxtəlif qaynaq növlərinin texnologiyasını; qaynaq birləşmələrinin növlərini və qaynaq texnologiyasını; defektlərin qaynaq yerlərinə verilən tələblərini; dozimetriyanın əsaslarını; metallardan şüalanma keçdiyi zaman onların zəiflədici xüsusiyyətlərini; rentgen, qammaqrafiya üçün tətbiq olunan metalların xassə və xüsusiyyətlərini; şüalanma mənbələrinin, işığa salma parametrlərinin və lazımi ekspozisiyaların seçilməsini:

İş nümunələri:

1. Tökmə məmulatları-işığa salma.

2. Damğalı və zolaqlı birləşmələr -işığa salma.

3. Qaynaq borular-işığa salma.

4. Vertolyotun aparıcı vintinin boruları, vtulkalar-işığa salma.

5. Balon və silindrlərin dairəvi tikiş yerləri-işığa salma.



263. Rentgen-qammaqrafiya defektoskopçusu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Orta mürəkkəbli məmulatların işığa salınması. Mürəkkəb məmulatların ionizasiya və stsintiliyasiya nəzarəti. Sürətləndirici texnikanın və qamma-qurğularının vasitəsi ilə məmulatların işığa salınması. Məsuliyyətli boru kəmərlərinin işığa salınması. Kseroqrafiya qurğularında işləmək. Rentgen və radioqrafiya aparatlarının cari təmiri və sazlanması. Şüalanma mənbələrinin doldurulması və yenidən doldurulması.



Bilməlidir: ionizasiya və stsintilyasiya nəzarəti üçün rentgen, radioqrafiya aparatlarının elektrik sxemlərini; çoxlu enerji şüalanması ilə işığa salınan maddənin qarşılıqlı fəaliyyətini; kseroqrafiyanın əsaslarını; mümkün şüalanma dozalarının, şüalanma mənbələrinin və verilmiş məsafədə qalma müddətinin (vaxtının) hesablanmasını; müxtəlif sürətləndiricilərin quruluşu haqqında əsas məlumatları.

İş nümunələri:

1. Silindrik və kürə səthlərdə qaynaqlar-işığa salma.

2. Aviamühərrikin yanacaq kollektoru-işığa salma və rentgenoqrammanın açılması.

3. İşlək konteynerləri-izotoplarla yenidən doldurulması.

4. Metallurgiya sexləri üçün metal və xəlitə - işığa salma.

264. Rentgen-qammaqrafiya defektoskopçusu

İşin xüsusiyyəti.

5-ci dərəcə

Mürəkkəb konfiqurasiyalı məmulatların stasionar və səyyar şüalanma mənbələrinin vasitəsi ilə işığa salınması. Rentgen-qamma defektoskopiyası, ionizasiya və stsintiliyasiya nəzarəti üçün tətbiq olunan aparatların sazlanması. Rentgenoqramların açılması. Yoxlanılan nümunələrin, detalların və qovşaqların texniki şərtlərə yararlı olmasının qiymətləndirilməsi. Nəzarət üçün alət və ləvazimatların eskizlərinin işlənilə hazırlanması. Rentgen-televiziya qurğularında işləmək.



Bilməlidir: işığa salmağa nəzarət etmək üçün tətbiq edilən bütün aparatların sxemlərini və işini; müxtəlif növ şüalanmanın alınma və işığa salınmış maddə ilə onların qarşılıqlı fəaliyyət göstərmə prinsiplərini; şüalanmadan mühafizənin hesablanmasını; müəssisədə qüvvədə olan radioaktiv mənbələrin alınma və saxlanılma qaydalarını.

İş nümunələri:

1. Avtomatika aqreqatları və qaz-turbin mühərriklərinin forsunkaları-işığa salma və rentgenoqramların açılması.

2. Avarlı vintlər-işığa salma və rentgenoqramların açılması.

3. Domna sobalarında şaxta və hava qızdırıcıların örtükləri-qaynaq yerlərinin işığa salınması.

4. Amortizasiya şassi dayaqları-işığa salıb rentgenoqramların açılması.

5. Vertolyotun əyilmə avtomatının boşqabı (sinc, disk) - işığa salma və rentgenoqramların açılması.

6. Boru kəmərləri və qaz kəmərləri-qaynaq yerlərinin işığa salınması.

265. Rentgen-qammaqrafiya defektoskopçusu

İşin xüsusiyyəti.

6-cı dərəcə

Ən mürəkkəb məmulatların müxtəlif şəraitdə stasionar və səyyar şüalanma mənbələrinin vasitəsi ilə işığa salınması. Rentgen plyonkalarının açılması. Daxil olan detalların işığa salma rejimlərinin müəyyənləşdirilməsi üzrə eksperimental işlərin aparılması. Alınmış nəticələrin işlənilməsi və rəsmiləşdirilməsi. Rəylərin verilməsi və hesabatların tərtilə edilməsi. Texnoloji sənədlərin işlənilə hazırlanması. Rentgeno-qamma-defektoskopiya, ionizasiya, stsintiliyasiya nəzarəti üçün tətbiq olunan aparatlarda nasazlıqların müəyyənləşdirilməsi və təmiri. Sürətləndiricilərdə buraxılış-sazlama işləri.



Bilməlidir: elektrotexnikanın əsaslarını; müxtəlif şüalanma növlərinin alınma və onların maddələrlə qarşılıqlı fəaliyyət göstərmə prinsiplərini və nəzəriyyəsini; rentgeno-qammaqrafiya üçün istifadə olunan avadanlığın quruluşunu; metallurgiya, texnoloji, istismar mənşəli defektlərin növlərini və qaynaq yerlərinin defektlərini; metallarda qüsurların yol verilən normalarını; ionizasiya və stsintiliyasiya nəzarəti üçün müxtəlif sayğacların və aparatın seçilmə prinsiplərini.

Orta ixtisas təhsili tələb olunur.



İş nümunələri:

1. Aviamühərrikin turbin və reduktor karteri-işığa salma və rentgenoqramların açılması.

2. Füzelyajın sentroplanla birləşmə qovşaqları, təyyarələrdə mühərriklərin taxılma qovşaqları, rentgeno- qammaqrafiya.

266. Rentgenospektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

2-ci dərəcə

Nümunələrin (probların) analizə və rentgenospektral aparatın işə hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında qəbul olunmuş metodikalar üzrə analizlərin yerinə yetirilməsi. Dərəcələrə bölünmə asılılığın hesablanması. Analiz olunan elementlərin doyma dərəcəsini müəyyən etmək üçün hesablamaların yerinə yetirilməsi. Jurnalda qeydlər edilməsi.



Bilməlidir: rentgenospektral analizin prinsipini; aparatların ayrı-ayrı qovşaqlarının təyinatını və onların iş prinsipini; sadə qeydiyyat aparatlarında işləmə qaydalarını; rentgen şüalanmanın qeydə alınma qaydalarını; nümunələrin keyfiyyətinə qoyulan tələbləri; metalların və ərintilərin quruluşu haqqında əsas məlumatları; analiz olunan nümunələrdə (problarda) komponentlərin faiz tərkibinin sadə hesablanma qaydalarını; reaktivlərlə və turşularla işləmə qaydalarını; elektrotexnika, optika üzrə ümumi məlumatları; rentgenospektral cihazlarda təhlükəsiz işləmə qaydalarını.

267. Rentgenospektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qəbul olunmuş metodika üzrə bir çox nümunələrin rentgenospektral keyfiyyət və kəmiyyət analizlərinin aparılması. Analiz üçün olan nümunələrin (probların) hazırlanması və onların keyfiyyətinə nəzarət. Sintetik etalonların və məhlulların hazırlanması. Bir çox nümunələrin analizini aparmaq üçün planın tutulması. Rentgenospektral aparatın dərəcələrə bölünməsi. Analitik qrafiklərin etalonlar üzrə düzəldilməsi. Aparaturanın işinə nəzarət. Cihazların göstəricilərinin dərəcələrə bölünmüş qrafiklər və cədvəllər üzrə işlənilməsi. Analiz göstəricilərinin işlənilməsi və sənədləşdirilməsi. Rentgenospektral aparatın müxtəlif iş rejimlərinə keçirilməsi.



Bilməlidir: rentgen səciyyəvi spektri və dayandırma spektri haqqında ümumi məlumatı; rentgen şüaların xassələrini və onların maddələrlə qarşılıqlı əlaqəsini; qıcıqlandırılan probların flüoressensiya spektri haqqında əsas məlumatları; kristaldifraksiya ölçülərinin fiziki əsaslarını; yüksək voltlu generatorların prinsipial sxemlərini; rentgen spektrometrin optik sxemini; aparatların şəbəkəyə qoşulma qaydalarını; rentgen trubkasının quruluşunu və tiplərini; kenotronların, mühafizə örtüklərinin və idarə etmə pultunun ayrı-ayrı elementlərinin təyinatını; rentgenospektral analizdə tətbiq olunan aparatların xarakteristikasını; rentgenospektral aparatlarında işləmək üçün əsas üsulları və qaydalarını; dərəcələrə bölünmüş qrafikin tutulma metodunu; probun tərkibindəkilərin faiz dərəcəsinin hesablanma qaydasını; analiz olunan məhsulların tərkibini; probların, etalonların və analizlərin keyfiyyətinə qoyulan tələbləri; rentgenospektral analizin aparılma metodikası və mərhələlərini; xətaların mənbələrini.

268. Rentgenospektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

İki-üç növ material üçün bir neçə komponentlərin qəbul olunmuş metodikalar üzrə seriyalı kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin aparılması. Analiz edilən elementin doyma dərəcəsinə müvafiq olaraq probların ölçülmə metodikası və optimal rejiminin seçilməsi. Etalonların seçilməsi və onlar üzrə analitik qrafiklərin qurulması. Qeyri-standart (tək-tək) analizlərin və məlum olmayan materialların analizinin aparılması. Məhlulların absorbsiya rentgenospektral metodla analizi. Ayrı-seçkilik (diskriminasiya) rejiminin düzgün verilməsinin yoxlanılması. Rentgenospektral aparatlarda xırda nasazlıqların aradan qaldırılması, rentgen trubkaların, qeyd sistemində ayrı-ayrı blokların dəyişdirilməsi. Metroloji hesabatların işlənilməsi və sənədləşdirilməsində və metodiki işdə iştirak. İmpulslar sayğacında işlək xarakteristikaların müəyyənləşdirilməsi. İş vaxtının seçilməsi və xarab olduqda sayğacların dəyişdirilməsi. Sayğaclarda yarıqların tapılıb dəyişdirilməsi. Spektrometrdə və EHM-lərdə işləyərkən səhv və qəza vəziyyətinin analizi.



Bilməlidir: fizikanın, ümumi və analitik kimyanın əsaslarını; rentgenospektral aparatlarda blokların quruluşunu, təyinatını və iş prinsipini, ilkin və ikinci spektrlərin qıcıqlandırılması; rentgen şüalarının spektrdə parçalanmasını; rentgen şüaların kristallarda difraksiyasını; ikinci rentgen şüalanma intensivliyinin analiz olunan obyektin tərkibindən asılılığını; kristal-analizatorların fokusu tapma metodlarını; keyfiyyət və kəmiyyət rentgenospektral analizin sxemini; analizin həssaslığını və onun tətbiqi sahəsini; rentgenospektral analizdə mümkün olan səhvləri, onların aradan qaldırılma və uçotu üsullarını; nəzarət edilən texnoloji proseslərin əsas parametrlərini; analiz üçün probların seçilmə və hazırlanma sxemini və əməliyyatlar üzrə parametrlərini; analiz olunan məhsulların tərkibini və onların alınma texnologiyasını; hesab şkalasını düzəltmə və rentgen şüaların spektrə parçalanması metodlarını.

269. Rentgenospektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

5-ci dərəcə

Qısadalğalı və uzundalğalı spektrometrlərdə, kvantometrlərdə və analizatorlarda, daxili standart və standartfon üsulları ilə daha mürəkkəb qeyri-standart kəmiyyət və keyfiyyət rentgenospektral analizlərin yerinə yetirilməsi. Mürəkkəb kimyəvi və faza tərkibli obyektlərin (oksidlərin, duzların, ftoridlərin, flüslərin, şlakların, metalların, ərintilərin, aşqarların) analizi. Zərif qatlarda rentgenospektral analiz. Bir neçə elementlərə sintetik etalonların və yoxlama nümunələrinin hazırlanması. Ərintilərdə qaynaq yerlərinin və defektlərin lokal rentgenospektral analizi. Analiz metodunun və optimal şəraitin seçilməsi. Stasionar və səyyar rentgenospektral aparatların quraşdırılması və sazlanması. Analizatorların radioaktiv izotoplarla yenidən doldurulması. Spektrometrlərdə hesab-qeyd traktlarının yoxlanılması. Yeni aparaturanın mənimsənilməsində və rentgenospektral analizin müxtəlif metodlarından istifadə edərək metodikaların işlənilə hazırlanmasında iştirak. Elektron və klavişli hesablayıcı maşında analizin nəticələrinin işlənilməsi. Elementlərdə analitik xətlərin intensivliyinin kompleks ölçülməsi. Skoplama spektrometrində keyfiyyət analizinin aparılması.



Bilməlidir: rentgen texnikası və proqramlaşdırmanın əsaslarını; rentgenospektral aparatların iş prinsipini və əsas qovşaqlarını; radioaktiv izotoplarla işləməkdə sanitar qaydalarını; atomun quruluşunu, radioaktivliyini, rentgen şüalanmanın maddələrlə qarşılıqlı əlaqəsini; rentgenospektral analizin metodikasını; müxtəlif metodların dəqiqliyi və həssaslığını; səhvlərin təsnifatını; kristalların qoyulma və yüstirləmə qaydalarını; rentgenospektral analizin ümumi və xüsusi metodlarını (xarici standart, standartfon).

270. Rentgenospektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

6-cı dərəcə

Avtomatlaşdırılmış analitik rentgen sistemlərindən (kvantometr üstəgəl hesablayıcı maşın) istifadə zamanı müxtəlif aqreqat vəziyyətində olan nümunələrin kəmiyyət və keyfiyyət analizlərinin yerinə yetirilməsi və bu sistemlərə xidmət. Kimyəvi və faza tərkibi mürəkkəb olan obyektlərdə elementlərin qeyri-standart müəyyənləşdirilməsi. Müxtəlif hesablama üsullarından istifadə edərək rabitə tənliklərinin həlli əsasında elementlərin doyma dərəcəsinin tapılması. Spektrin zərif strukturunun tədqiqində rentgenospektral analizin tətbiqi. Aparılmış ölçülərə və hesablamalara nəzarət. Rentgenospektral analizin yeni metodlarının mənimsənilməsi və tətbiqi. Hesablayıcı maşında xırda nasazlıqların aradan qaldırılması. Texnoloji proseslərin avtomatlaşdırılmış idarə etmə sisteminə informasiyanın verilməsi. Rentgenospektral analiz üçün yeni aparaturanın mənimsənilməsi.



Bilməlidir: avtomatlaşdırılmış analitik rentgen sistemlərinin qurulma strukturunu; rentgen laboratoriyasının metroloji bazasının qurulma əsaslarını; hesablayıcı maşınların iş prinsipi və onların rentgenospektral analizatorlarla əlaqəsini; orta ixtisas tədris müəssisəsinin proqramı həcmində rentgen fizikasının, riyazi statistikanın, elektronikanın, hesablayıcı texnikanın və proqramlaşdırmanın əsaslarını.

271. Respirator və əleyhqazların təmirçisi

İşin xüsusiyyəti.

2-ci dərəcə

Respirator və əleyhqazların sökülməsi və yığılması. Filtrlərin tozdan təmizlənməsi və üfürülməsi. Respirator və əleyhqazların yoxlanılması, təmiri və yararsız hissələrinin dəyişdirilməsi, yuyulması, qurudulması. Respirator və əleyhqazların buraxılması, qəbulu və saxlanılması.



Bilməlidir: respirator və əleyhqazların quruluşunu; respirator və əleyhqazların yoxlanılması, təmiri və sınağı üsullarını, respirator və əleyhqazların saxlanılması qaydalarını.

272. Sionid məhlulunun neytrallaşdırıcısı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Sionid və digər zəhərli tullantı və termik istehsal taralarının elektrod sobalarında, neytrallaşdırıcı vannalarla və digər avadanlıqlarda neytrallaşdırma prosesinin aparılması. Əzilmiş sionid duzunun porsiyalarla elektrod sobalarına və neytrallaşdırıcı vannalara yüklənməsi. Zərərsizləşdirici reagentlərin hazırlanması. Mexanizm, nasos, buxarlı quruducu, elektrod sobası, sentrifuqa və qarışdırıcı çənin işinə nəzarət edilməsi.



Bilməlidir: elektrod sobasının, neytrallaşdırıcı vannaların və digər avadanlığın quruluşunu; neytrallaşdırıcı maddələri; müxtəlif zəhərli tullantı və taranın neytrallaşdırılması üçün onların dozasını; müxtəlif tullantıların vanna və sobalarda saxlanılma dərəcəsini; sionidli birləşmələrlə zəhərlənmə zamanı ilk yardımın göstərilməsi qaydasını.

273. Sınaq təhlili üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Məmulatlarda, ərintilərdə, qalaylarda, yarımfabrikatlarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün sadə və orta mürəkkəbli analizlərin aparılması. Əlvan metallardan olan qalayların, istehsal tullantılarının yandırılmasından alınmış külün qəbul edilməsi, metodika üzrə təhlili. Titrlənmiş və faizli məhsulların və oksidləşdirilmiş qatışıqların hazırlanması. Nümunələrdə xəlitə düzəltmə, yandırma, əritmə, həlletmə, süzmə, şerberləmə və kupelyasiya proseslərinin aparılması. Qiymətli metalların çəkilməsi. Qızdırıcı cihazlara xidmət, analizin nəticələrinin yazılması.



Bilməlidir: tərkibində qiymətli metalların olmasını yoxlamaq üçün analizin aparılma metodlarını; tətbiq olunan reaktivlərin təyinatını və xassələrini; mufelli peçləri; elektrik cihazlarının və laboratoriya avadanlığının quruluşunu; texniki və analitik tərəzilərdən, viskozimetrlərdən, areometrlərdən və s. istifadə qaydalarını; proseslərin temperatur rejimlərini; yanacağın yandırılma və havanın verilmə rejimlərini.

274. Sınaq təhlili üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

Məmulatlarda, ərintilərdə, yarımfabrikatlarda materiallarda və istehsal tullantılarında qiymətli metalların olmasını yoxlamaq üçün mürəkkəb analizlərin aparılması. İstehsal sahələrindən (aşındırma, passivləşdirmə, qələvi) alınmış məhlulların yoxlama kimyəvi analizi, qızıllaşdırma, gümüşləndirmə vannalarının və qalvanik ayırmada sənaye sularının və s. analizi. Qiymətli metallar olan məmulatların korroziyaya, istiliyə davamlılığa və kimyəvi davamlılığa qarşı sınaqdan, keçirilməsi. Qiymətli metalların ərimə və emalı üzrə texnoloji proseslərin müxtəlif mərhələlərində probların yoxlama analizləri.



Bilməlidir: qiymətli metalların ərimə və emalı üzrə texnoloji prosesləri; əlvan metalların analiz metodlarını; qızıllaşma və gümüşləşmə rejimini; metalların mexaniki, fiziki və kimyəvi xassələrini; laboratoriya avadanlığının eynitipli modellərinin kinematik sxemlərini və dəqiqliyini, yoxlama qaydalarını.

275. Sınaq təhlili üzrə laborant

İşin xüsusiyyəti.

5-ci dərəcə

Qızıl və platin ərintilərinin, habelə onların tullantılarının, sınaq borularında daha mürəkkəb analizlərinin aparılması. Tərkibində qiymətli metallar olan qalayların daha mürəkkəb analizləri.



Bilməlidir: qiymətli metalların sınaq borularında analiz metodlarını; müxtəlif modelli avadanlıqların kinematik, elektrik sxemlərini və dəqiqliyini yoxlamaq üsullarını; xidmət olunan avadanlığın konstruksiyasını.

Orta ixtisas təhsili tələb olunur.



276. Skreper maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metr olan yükləyib-boşaldıcı skreper maşının idarə edilməsi və ona xidmət. Yükləyici-boşaldıcı skreper maşının bütün mexanizmlərinin cari təmirinin aparılması.



Bilməlidir: xidmət edilən maşının quruluşunu; siqnallaşdırma qaydalarını; cari təmir qaydalarını; nəzarət-ölçü, xüsusi və universal alət və ləvazimatların təyinatı və tətbiqi şərtlərini.

277. Skreper maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yüklənib-boşaltma işlərində çalovunun həcmi 2,25 kub metrdən yuxarı olan skreper yükləyib-boşaldıcısının idarə edilməsi və ona xidmət. Yükləyib-boşaldıcı skreperin bütün mexanizmlərinin orta və əsaslı təmirində iştirak etmək.



Bilməlidir: müxtəlif tipli yükləyib-boşaldıcı skreperlərin quruluşunu; təmir işlərinin yerinə yetirilmə qaydalarını; skreperin işində ortaya çıxan nasazlıqların aradan qaldırılması yollarını, nəzarət-ölçü, xüsusi və universal alətlərin quruluşunu.

278. Spektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

2-ci dərəcə

Keyfiyyət və kəmiyyətcə spektral analizlərin aparılması. Elektrodların və nümunələrin analizə hazırlanması. Aydınlaşdırıcı və fiksaj standart məhlulların hazırlanması. Spektral aparaturanın hazırlanması, çəkilişi, fotoplyonkaların foto emalı və spektroqramların ölçülməsi. Kvantometrin yandırılıb söndürülməsi. Çuqun, karbonlu və orta aşqarlı poladların aşqarlı elementlərinin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında yerinə yetirilməsi.



Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimya haqqında ümumi məlumatları; üç etalonlar metodunun mahiyyətini; aşqar elementlərin kimyəvi işarələrini; spektral analiz üçün müxtəlif elektrodların təyinatını; reaktivlər və turşularla rəftar qaydalarını; nümunələrin və analizlərin keyfiyyətinə qoyulan tələbləri; keyfiyyət və kəmiyyət analizi metodlarının əsas müddəalarını.

279. Spektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Sadə obyektlərin keyfiyyətli spektral analizini yerinə yetirmək məqsədi ilə çəkiliş planının tutulması və spektroqramların çəkilişi. Fotoelektrik aparaturanın düzgün işləməsinin loqarifmləmə, elektrik və fotoelektrik yenidən təkrarlama qabiliyyətinin yoxlanılması. Nümunənin məhlula və ya oksidə keçirilməsi. Çuqun, karbonlu və orta aşqarlı elementlərin, onların əsasında əlvan metalların və ərintilərin fotoqrafik kəmiyyət spektral analizinin yerinə yetirilməsi. Stiloskoplarda orta aşqarlı poladların yarımkəmiyyət analizi.



Bilməlidir: optika, fotoqrafiya, elektrik enerjisi və kimyanın əsaslarını; spektral cihazların optik sxemlərini və tiplərini; mikrofotometrin quruluşunu; hərəkətə gətirmə mənbələrinin prinsipial sxemlərini; intensivliyi ölçmə metodlarını; dərəcələrə bölünmə qrafiklərinin qurulma metodlarını; paralel analizlərin arasındakı mümkün olan ayrılıqları; spektrlərin fotometriya metodlarını; metalların və ərintilərin strukturu haqqında əsas məlumatları.

280. Spektral təhlil üzrə laborant

İşin xüsusiyyəti.

4-cü dərəcə

Spektrokimyəvi üsulla qeyri-standart (tək) analizlərin yerinə yetirilməsi. Metal nümunələrin, elektrodların hazırlıq keyfiyyətinə nəzarət. Kiçik konsentrasiyaların və aşqar elementlərin spektrokimyəvi analiz metodlarında işlək təlimatlara uyğun probların kimyəvi hazırlanması. Metal oksidlərinin alınması. Sintetik etalonların və standart məhlulların hazırlanması. Spektrokimyəvi metodla nümunələrdə kəmiyyət analizlərinin aparılması. İstiliyə davamlı korroziyaya qarşı möhkəm poladlarda, ərintilərdə və titan ərintilərində tərkibin kəmiyyətcə və keyfiyyətcə müəyyənləşdirilməsi. İşlək təlimatlar üzrə dağ süxurlarında, filizlərdə, onların zənginləşmə və metallurgiya emalı məhsullarında, aşqarlı poladlarda, alüminium və mis ərintilərində aşqar elementlərin kəmiyyət fotoqrafik və fotoelektrik spektral analizinin aparılması. Kobalt tozu nümunələrində silisiumun olmasına görə analiz. Nikelin (anodların, qalayların, əsasın) analizi. Dəmir spektrin köməyi ilə spektral xətlərin dalğa uzunluğunun ölçülməsi. Ərintilərdə hidrogen və oksigenin olmasına görə analizin aparılması. Əlvan ərintilərin stiloskopik analizi. Əlvan ərintilərin və orta aşqarlı poladların lokal spektral analizinin aparılması.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin