Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə24/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   17   18   19   20   21   22   23   24   25

Bilməlidir: istifadə edilən avadanlığın quruluşu haqqında əsas məlumatı; təmizləmə qaydasını və təmizlənməyə qoyulan tələbləri; mexaniki vasitələrdən istifadə qaydalarını və onların təyinatını; məhlulların hazırlanması qaydasını və qarışıq və əridicilərlə rəftar qaydasını; məhlulların və əridicilərin xüsusiyyətini.

301. Təmizləyici

İşin xüsusiyyəti.

2-ci dərəcə

Maşın, avadanlıq, rezervuar, sistern, tutum və digər birləşmələrin hisdən, qırdan, şlamdan, məhsul qalığından əl ilə, şotka və ya mexaniki üsulla detalların qismən çıxarılması ilə təmizlənməsi, yağlanması, buxara verilməsi və dezinfeksiyası. Maşın və avadanlığın sterilizə edilməsi. Sadə, kiçik həcmli detalların ultrasəs qurğularında dəmir yanığından, korroziyadan, şlakdan, məhsul qalığından və korroziyayaqarşı örtüklərdən təmizlənməsi. Təmizlənmə əşyalarının hava, su və ya məhlul ilə təzyiq altında emal edilməsi. Müxtəlif növ bərk və ya maye yanacaqla işləyən istehsal-texnoloji təyinatlı qazanxana qurğularının ocaqlarının, qızdırıcı sobaların, tüstü borularının və tüstü bacalarının yoxlanılması, kül və hisdən təmizlənməsi və yandırılması. Tüstü bacalarında olan yığıntının təmizlənməsi. Müxtəlif yuyucu, qələvi, turşu və digər məhlulların təyin edilmiş resept üzrə hazırlanması. Bacaların, boruların təmizlənməsində istifadə olunan alətlərin təmiri.



Bilməlidir: istifadə olunan avadanlığın iş prinsipini; ayrı-ayrı maşın və avadanlığın çıxarılması və qurulması qaydalarını; maşın və avadanlıqların üst səthinin malına qoyulan tələbləri; istifadə edilən mexaniki vasitələrin quruluşunu; məhlullardan istifadə qaydalarını və onların xüsusiyyətlərini; tüstü bacalarının, onların yollarının, boruların təmizlənməsi qaydası və müddətini, onların quruluşunu və yerləşməsini; kərpicin düzülməsi qaydalarını və boru və bacaların yarıqlarının tutulması üçün məhlulun hazırlanması üsullarını; hisin təmizlənməsi qaydası və üsullarını.

302. Təmizləyici

İşin xüsusiyyəti.

3-cü dərəcə

Maşın, avadanlıq, birləşmə, rezervuar, çən, tutum və s. tozdan, hisdən, şlamdan, çöküntüdən, məhsul qalığından şotka və ya maşa ilə, əllə və ya mexaniki üsulla detalların çıxarılması ilə təmizlənməsi, yağlanması, Buxara verilməsi, dezinfeksiyası. Qaynaq məftillərinin abraziv qırıntıları olan bunkerdən çıxarılması yolu ilə təmizlənməsi. Maşın və avadanlıqların detallarının çıxarılması ilə sterilizə edilməsi. Yuyucu məhlulun reseptinin seçilməsi. Metal tozundan olan lövhə və lentlərin iri və lazımlı detallarının ultrasəs qurğularında qızdırılıb bitişdirildikdən sonra yuyulması. Avadanlıqların və bak aparaturanın vəziyyətinə nəzarət. Bunkerin kömür qalıqlarından, konsentrat və sənaye tullantılarından təmizlənməsi. Bunkerdə qazın miqdarının ölçülməsi. İstifadə edilən maşın və avadanlığın cari təmiri və sazlanması.

İstehsal-texnoloji təyinatlı tüstü borularının, boyler və quruducu qurğuların qızdırıcıların, buxar bacalarının və mərkəzi buxar qızdırıcılarının qazanxana qurğularının, sənaye sobalarının, restoran tipli sobaların, çörək bişirilən sobaların, qazla qızdırıcı sistemin və qurğuların, qaz yollarının yoxlanılması, kül və hisdən təmizlənməsi.

Kaloriferlərin, sənaye tipli qaz soyuducularının, istehsalat hava dəyişdiricilərinin kanallarının, tozuducu qurğuların təmizlənməsi. Bütün sənaye sobalarının, qaz yolları və bacaların, qazanxanaların istehsalat havadəyişdiricisi sistemlərinin texniki və yanğından mühafizə vəziyyəti barədə yazılı nəticənin tərtilə edilməsi.



Bilməlidir: istifadə olunan avadanlıqların quruluşunu; maşın və avadanlığın detallarının çıxarılması və qurulması qaydalarını; mexaniki ləvazimatdan istifadə qaydalarını; tüstü borularının, qızdırıcıların, istehsal-texnoloji təyinatlı mərkəzi buxar qızdırıcılarının, qazanxana qurğularının tüstü bacaları və qaz yollarının, qazla qızdırıcı qurğuların, quruducu, bişirici, çörəkbişirmə sobalarının, restoran pilətələrinin, kaloriferlərin və qaz soyuducularının təmizlənməsi qaydasını və müddətini; qızdırıcı, soba, qaz yolları və tüstü bacalarının yoxlanılması üsullarını, qaz şəkilli yanacağın xüsusiyyətini və partlayış təhlükəli qatışıqların əmələgəlmə səbəblərini; tüstü bacaları, qaz yolları və qızdırıcılar sistemində tıxanmaların aradan qaldırılması üsullarını; maşın və avadanlıqların sazlanması qaydalarını.

303. Təmizləyici

İşin xüsusiyyəti.

4-cü dərəcə

Çoxmərtəbəli istehsalat sobalarının, qaz yollarının və bacalarının əritmə, metaləridən, termik sobaların, qurğuların, rəngsaz kamerasının, buxarlayıcı kolonkaların və qənnadı sobalarının yoxlanılması, hisdən və küldən təmizlənməsi.

İstehsalat havadəyişdiricisinin kanallarının mürəkkəb hissələrinin yoxlanılması və təmizlənməsi. Mürəkkəb istehsalat və xüsusi sobaların texniki və yanğından mühafizə vəziyyətinin nəzəri yoxlanılması və onlar haqqında yazılı nəticənin tərtilə edilməsi. Çoxmərtəbəli evlərdə və sənaye obyektlərində qaz yollarının deşik açan və bənd edənlərin sxemlərinin tərtilə edilməsi. Qüvvədə olan yanğından mühafizə qayda və normalarına əsasən soba və qurğuların müvafiq qaz yanacağına keçirilməsi imkanlarının müəyyənləşdirilməsi. Qızdırıcı, soba, qaz yolları və bacaların təmizlənməsində istifadə edilən bütün növ alət və ləvazimatların tam təmiri. Gəmilərin tanklarının və dibarası bölmələrinin təmizlənməsi.

Bilməlidir: çoxmərtəbəli istehsalat, əritmə, termik, kürə və digər xüsusi sobaların konstruktiv quruluşunu; onlara qoyulan texniki və yanğından mühafizə tələblərini; istehsalat sobalarının və qurğularının təmiri üsullarını; sobaların, qızdırıcıların, qaz yolları və bacaların, istehsalat hava dəyişdiricilərinin vəziyyətinə dair texniki sənədlərin tərtilə edilməsi qaydasını.

304. Toz-qaz uducu qurğulara xidmət üzrə operator

İşin xüsusiyyəti.

2-ci dərəcə

Siklonların, novçaların, sərf ölçən boruların, toz kameralarının, skrubberlərin və bunkerlərin qaynar tozlardan təmizlənməsi. Qol filtrlərinin kamera və klapanlarının oksidlərdən təmizlənməsi. Tozun yığılması və yüklənməsi. Tozun qıfdan əl ilə və ya mexaniki üsulla buraxılması. Tozun nəql etdirilməsi. Yolların təmizlənməsi. Toz kamerasının möhkəmliyinin təmin edilməsi. Filtrlərdən qolcuqların çıxarılması, təmizlənməsi və təmiri, yenilərinin hazırlanması, dəyişdirilməsi.



Bilməlidir: tozların əsas xüsusiyyətlərini; kameraların, qıfın, qollu filtrlərin, skrubberlərin, siklon və boruların quruluşunu; qaz hərəkəti və hava dəyişdiricilərinin sxemini; qolcuqların keyfiyyətinə qoyulan tələbləri.

305. Toz-qaz uducu qurğulara xidmət üzrə operator

İşin xüsusiyyəti.

3-cü dərəcə

Kuperdən keçirməklə siklonda, skrubberdə qazların forsunka ilə tozlaşdırılaraq soyudulması prosesinin aparılması və onların müxtəlif toz tutucu sistemlərlə tozdan təmizlənməsi. Pulpanın doldurulması və skrubberlərin su ilə bərabər sulanması. Skrubberlərin, silkələyici mexanizmlərin və əks üfürən havadəyişdiricilərin, nasosların, qolcuqlu və kisəli filtrlərin, elektrik filtrlərinin, multisiklonlu boşaldıcı qurğuların, nəqliyyat toz xətlərinin və pnevmonəqliyyatın xidmət edilməsi. Hava çəkmənin, qaz temperaturunun, suyun skrubberlərə verilməsinin, avadanlığın yüklənməsi, qazın kameralar və sistemlər üzrə paylanması, parçanın müqavimətinin, təzyiqin, pulpanın xüsusi çəkisinin və onun filtrə verilməsinin təmizlənməsində iştirak etmək. Kuperlərin təmizlənməsi, çıxış borularının, tozuducuların, qapayıcıların və digər avadanlığın təmizlənməsi. İzolyatorların və qaz yollarının qazın konsentrasiyasını azaltmaqla təmizlənməsi.



Bilməlidir: elektrotexnikanın əsaslarını; suvarma kommunikasiya sxemini; elektro-aparatları, nəzarət-ölçü cihazları və avtomatika ilə davranış üsullarını; çox seksiyalı qolcuqlu filtrlərin, havadəyiş-diricilərin, elevatorların, vintli konveyerlərin, hava soyuducularının, toz uducularının, qaz bölüşdürücülərin, qaz qarışdırıcıların, soyuducu, silkələyici, buraxıcı mexanizmlərin və digər avadanlıqların quruluşunu; materialların təyinatını və onların verilmə qrafikini.

306. Toz-qaz uducu qurğulara xidmət üzrə operator

İşin xüsusiyyəti.

4-cü dərəcə

Tozların quru və yaş qazla təmizlənməsi və elektrostatik çökdürülməsi prosesinin aparılması. Elektrikli və qolcuqlu filtrlərin və köməkçi avadanlıqların idarə edilməsi və onların vəziyyətinə nəzarət. Kameraların yandırılması və söndürülməsi, qaz yollarının dəyişdirilməsi, izolyatorların vəziyyətinin yoxlanılması. Düzləndiricilərin, silkələyici mexanizmlərin, koronirləyici və müdafiə avadanlıqların işinin təmizlənməsi, aqreqatların və avadanlıqların yüklənməsinin tənzimlənməsi, qazların kamera və sistemlərə paylanılması.

İstilik və havadəyişdirici qurğuların kanallarında təzyiqin dəyişməsi ilə qaz tullantılarının temperaturunun tənzimlənməsi, avadanlığın işinə, parçanın verilən məhsulun sərfinə aid göstəricilərinin uçotun aparılması.

Bilməlidir: xidmət olunan avadanlığın kinematik və elektrik sxemini; düzləndirici elektrik aqreqatlarının idarə lövhələrinin quraşdırma sxemini; elektrofiltrlərə yüksək gərginlikli cərəyan çatdırma sxemini; havaçəkmənin qazların konsentrasiyasına təsirini; qaz və tozların əsas xüsusiyyətlərini və temperaturunu; avadanlığın işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması metodunu; qaz-toz ölçülməsi metodlarını; qazların nəmliyi və tərkibinin müəyyənləşdirilməsi metodikasını.

Qeyd. Ancaq tozuducu qurğulara xidmət zamanı ixtisasın (peşənin) adını «Tozuducu qurğuların maşinisti» adlandırmaq lazımdır.

307. Trafaret, şkala və plato hazırlayan

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müxtəlif cihazlar və məmulatlar üçün şkalaların preslərdə və diyirlədici dəzgahlarda hazırlanması. Foto-çap metodu ilə şkalaların və lövhələrin hazırlanması. Əl ilə trafaret tətbiq etməklə, yaxud daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında dəzgah arxasında sxemlərin platolara keçirilməsi. Plato və şkalaların sxemləri və ya digər təsvirlərinin çapa hazırlanması. Biçilmə, torun çərçivədə sıxılıb bərkidilməsi. Torların yağsızlaşdırılması və qurudulması. Kağız şkalaların platolara yapışdırılıb sonradan isə qurudulub bərkidilməsi. Trafaret yaxud izi salınmış kontur üzrə şkala sektorunun tuşla rənglənməsi. Daha yüksək ixtisaslı hazırlayıcının rəhbərliyi altında verilmiş reseptə görə foto-çap üçün xüsusi məhlulların düzəldilməsi. Foto-ştampların hazırlanması. Hazırlanmış ştampların keyfiyyətinin zahirən yoxlanılması.



Bilməlidir: xidmət edilən qurğular haqqında əsas məlumatları; çap boyalarının klişe və puansona vurulma qaydasını, tətbiq olunan yapışqanların, boyaların və lakların təyinatını və xassələrini; foto-çap üçün məhlulun hazırlanma qaydalarını və onlardan istifadəni; şkalaların və platoların sxemlərinin çapına hazırlanma üsullarını.

308. Trafaret, şkala və plato hazırlayan

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müxtəlif cihazlar və məmulatlar üçün çertyojlu, çertyojlu-bölücü, yaxud diyirlədici dəzgahlarda, onların müstəqil sazlanması üsullarının hazırlanması və ya tuşla şkalalara nişanların, hərflərin, rəqəmlərin və başqa işarələrin köçürülməsi. Çertyojlara müvafiq olaraq cihazlar və məmulatlar üçün şkalaların, cədvəllərin və lövhələrin foto-çap və aşındırma metodu ilə hazırlanması. Foto-çap üçün lazımi komponentlərin seçilməsi və verilmiş resept üzrə məhlulların düzəldilməsi. Platolara əl ilə trafaret tətbiq etməklə və ya dəzgahda sxemlərin çəkilməsi. İşığa həssas emulsiyanın və fotorezistorun çap platoları, şkalaları üçün olan tədarükə çəkilməsi. İşığa həssas qabın nümayiş etdirilməsi, aydınlaşdırılması, bərkidilməsi və aşılanması. Plyonka neqativlərinin hazırlanması. Metalın qalvanikləşdirilməsinin artırılması üzərində platoların montajı. Torun hazırlanması və təsvir surətinin tora keçirilməsi. Kağız şkalaların güzgülü şkalaları olan müxtəlif cihazların platolarına yapışdırılması. Güzgü qoymaqla şkalada fasonlu pəncərənin açılması. Çap olunmuş şkala və platoların retuşlanması.



Bilməlidir: xidmət etdiyi avadanlığın iş prinsipini; çap üçün işığa həssas emulsiyaların və boyaların reseptini və hazırlanma üsullarını; tətbiq olunan boyaların və lakların xüsusiyyətlərini; neqativlərin təyinatını və onların hazırlanma qaydalarını; şkalalara, platolara, cədvəllərə və lövhələrə verilən texniki tələbləri; tətbiq olunan materialların saxlanılma şərtlərini.

309. Trafaret, şkala və plato hazırlayan

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif cihazlar və məmulatlar üçün çertyoj və xüsusi şkala maşınlarında şkalaların hazırlanması. Relyef təsvirli fotokimya-oyma metodu ilə kiçik cədvəllər, lövhələr, sxemlər, plastin və panellərin hazırlanması. Düzsəthli dəzgahlarda, yarımavtomat və avtomatlarda platolar üzərində şkala və sxemlərin və üzlük panellərin çapı. Elektrolitlərin düzəldilməsi. Tora bənzər trafaretlərin hazırlanması. Platoların qalvanik emaldan sonra aşındırılması. Fotoçapların retuşlanması. İki tərəfli çap sxemlərinin surətinin çıxarılması. Müxtəlif cihazların şkalalarına nişan, hərf, rəqəm və xətlərin yapışdırılması. Fotoaşındırma metodu ilə siferblatları çap etmək üçün matrisanın hazırlanması. Xidmət edilən avadanlığın sazlanması.



Bilməlidir: xidmət etdiyi avadanlığın quruluşunu və sazlama üsullarını; gördüyü işin həcmində kimya və elektrotexnika üzrə əsas məlumatları; metalın qalvanik çökmə və aşılanma proseslərini; fotokimya-oyma üsullarını; aşınma üçün məhlulların tərkibini və hazırlanması üsullarını.

310. Trafaret, şkala və plato hazırlayan

İşin xüsusiyyəti.

4-cü dərəcə

Çap sxemlərinin, maskaların, rəqəmli və hərfli trafaretlərin hazırlanması. Fotokimya, elektrokimya və birləşdirilmiş metodlarla platoların hazırlanması. Çap sxemlərinin ferrit tədarüklərinə köçürülməsi. Çap platolarına mikroskop altında nəzarət və düzəldilməsi. Müxtəlif cihazlar üçün manqanın folqa üzərində sxemlərin və qabarıq təsvirli məmulatların fotokimya-oyma metodu ilə hazırlanması. Elektrolitlərin tərtilə edilməsi.

Xidmət etdiyi avadanlığın sazlanması və tənzimlənməsi.

Bilməlidir: xidmət etdiyi avadanlığın konstruksiyasını və sazlanma qaydalarını; müxtəlif metodlarla platoların hazırlanma qaydalarını; çap platolarına nəzarət və düzəldilmə üsullarını; manqanın folqa üzərində sxemlərin hazırlanma xüsusiyyətlərini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını.

311. Transportyorçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Nəqliyyat mexanizmlərinin lentli, vintli və digər konveyerlərin (vintli və çalovlu elevatorlardan başqa) konveyer mexanizminin nasazlığının yoxlanılması. Onların işə salınması və dayandırılması. Xammal, yarımfabrikat, hazır məhsul və materialların texnoloji prosesi pozmadan istehsalata vaxtında verilməsinin təmin edilməsi. Mexanizmlərin sazlığına nəzarət edilməsi, sürətin tənzimlənməsi, zəncirlərin dartılması, kəmər və lentlərin təzədən tikilməsi. Mexanizmlərin işində xırda defektlərin aradan qaldırılması. Xidmət olunan avadanlığın təmizlənməsi və yağlanması.



Bilməlidir: elektrotexnika üzrə əsas məlumatları; materialların xidmət olunan sahəyə verilməsi qaydasını; nəqliyyat mexanizmlərinin iş prinsipini və quruluşunu; mexanizmlərin işindəki nasazlıqların səbəbini və onların aradan qaldırılması vasitələrini; sürtkü materiallarının növlərini və onlardan istifadə etmək qaydasını.

3-cü dərəcə: vintli konveyer və çalovlu elevatorlara xidmət zamanı.



312. Traktorçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Mühərrikin gücü 25,5 kVt-a (35 a.g.) qədər olan, maye yanacaqla işləyən traktorların müxtəlif yük, maşın və mexanizm, metal konstruksiya və müxtəlif kütləli qurğuların daşınması zamanı yedəkli vasitələrdən istifadə etməklə idarə edilməsi. Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət. Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuların yağlanması. Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması, traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək.



Bilməlidir: xidmət olunan traktorun iş prinsipini və quruluşunu; küçə hərəkəti qaydalarını; müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması, bərkidilməsi qaydalarını; traktorun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılmasını; mühərrikin gücünü; təhvil-qəbul sənədlərinin tərtibi qaydasını.

3-cü dərəcə: mühərrikinin gücü 25,7-dən 44,1 kVt-a qədər (35-60 a.g.) traktorun idarə edilməsində.

4-cü dərəcə: mühərrikinin gücü 44,1-dən 73,5 kVt-a qədər olan traktorun idarə edilməsində.

5-ci dərəcə: mühərrikinin gücü 73,5 kVt-dan yuxarı olan traktorun idarə edilməsində.



Qeyd:

1. Buldozer maşinistləri bu bölmə ilə yox, gördüyü işlərin xarakterindən asılı olaraq «Tikinti, quraşdırma və təmir-tikinti işləri» bölməsi və «Dağ-mədən işləri üzrə ümumi peşələr» bölməsi üzrə tarifləşdirilir.

2. Gəmi tikintisi, quyuqazma, neft və qaz emalı, geoloji kəşfiyyat və topoqrafiya-geodeziya kəşfiyyat işlərində, poçt vaqonlarının daşınması, iri qabaritli ağır yüklərin şəhər içərisində daşınması zamanı traktorçular traktorun gücünə əsasən 1 dərəcə yuxarı tarifləşdirilir.

3. Qamışların biçilməsində işləyən traktorçular bu bölmə ilə tarifləşdirilmirlər.



313. Ultrasəs nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Pəstahlara və detallara ultrasəs nəzarəti. Detalların və qovşaqların ultrasəs nəzarətə hazırlanması. Sadə defektoskopların işə salınması və sazlanması. Metalın qalınlığının ölçülməsi. Defektoskopda nəzərdə tutulmuş qalınlıq dərəcəsində saxlanmış cihazla təbəqələşmə zonalarının mövcudluğu və ölçülərinin müəyyənləşdirilməsi. Ultrasəs nəzarəti üzrə daha yüksək ixtisaslı defektoskopçunun rəhbərliyi altında mürəkkəb konfiqurasiyalı detallarda defektlərin müəyyənləşdirilməsi. Uçot jurnalının aparılması.



Bilməlidir: maili və düz ultrasəs defektoskoplarının və dəyişdiricilərin iş prinsipini; defektoskopun əsas idarəetmə orqanlarının təyinatını, elektrotexnika üzrə əsas məlumatları.

İş nümunələri.

1. Poladdan olan flans pəstahları - ultrasəs nəzarəti.

2. Silindrik döyülmüş polad parçaları-ultrasəs nəzarəti.

3. Təbəqə polad - qalınlığının ölçülməsi və təbəqələşmənin müəyyənləşdirilməsi.



314. Ultrasəs nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Karbonlu və az aşqarlı yayma, tökmə, döymə və qaynaq birləşmələrinə ultrasəs nəzarəti. Orta mürəkkəbli ultrasəs defektoskoplarının etalonlar üzrə işə salınması və sazlanması. Dərinlik ölçənin göstəricilərinin düzgün olub-olmamasının yoxlanılması, defektoskopların, düzləndiricilərin yoxlanılması. Bir şuplu sxem üzrə düz və mail axtarıcılarla işləmək. Defektlərin koordinatlarının və ölçüsünün müəyyənləşdirilməsi. Dəyişdiricilərin başlıq və birləşdirici kabellərin təmiri.



Bilməlidir: ultrabənövşəyi defektoskopların və dəyişdiricilərin quruluşunu; ultrasəs defektoskopların və dəyişdiriciləri yoxlamaq üçün standart və sınaq nümunələrini; ultrasəs nəzarət metodlarını; əks-səda-impuls, kölgə, güzgü-kölgə və rezonans kimi ultrasəs metodların fiziki mahiyyətini; metalların qalınlığını və təbəqələşməsini müəyyən etmə metodikasını; dalğaların əsas tiplərini; ultrasəs dalğaları doğuran və akustik kontaktı təmin edən üsulları; defektlərin növlərini; qaynaq birləşmələrin tiplərini; nəzarət səthinə verilən tələbləri (nahamarlıqların parametrlərini); elektrotexnika və metalşünaslığın əsaslarını; müxtəlif qalınlıqlı karbonlu və az aşqarlı poladdan yayma, tökmə, döymə və qaynaq birləşmələrə nəzarət etmə metodikalarını.

İş nümunələri.

1. Yükqaldırma mexanizmlərin detalları-ultrasəs nəzarəti.

2. Poladtökmə çalovları-ultrasəs nəzarəti.

3. Şan konstruksiyaları - tikişlərin yapışmayan zonalarını aşkarlama.

4. Polad vərəqələr-defektoskopun köməyi ilə defektlərin ölçüsünün və koordinatlarının müəyyənləşdirilməsi.

5. Turbin rotorunun və qazturbin mühərriklərinin kompressor belləri-haşiyəyə ultrasəs nəzarəti.

6. Gəmi korpusu konstruksiyalarının qaynaq damğa birləşmələri-ultrasəs nəzarəti.

315. Ultrasəs nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Mürəkkəb poladlardan, ərintilərdən və əlvan metallardan müxtəlif qaynaq növü ilə yerinə yetirilmiş müxtəlif tipli qaynaq birləşmələrinə ultrasəs nəzarəti. Mürəkkəb ultrasəs səyyar, laborator və stasionar defektoskopların standart və sınaq nümunələri üzrə iş rejiminə sazlanması. Düz və maili dəyişdiricilərin yoxlanılması. Defektoqramların açılması. Ultrasəs nəzarətinin nəticələrinə və texniki şərtlərə görə yaymaların, tökmələrin, döymələrin və qaynaq birləşmələrin keyfiyyətinin qiymətləndirilməsi. Ultrasəs defektoskopik aparatların əsas parametrlərə uyğun olmasının yoxlanılması. Maili dəyişdiricilərin giriş bucaqlarının hesablanması və eksperimental müəyyən olunması.

Defektoskopların cari təmiri.

Bilməlidir: defektoskopların kinematik və elektrik sxemlərini; elektronikanın əsaslarını; qaynaq növlərini və üsullarını; yaymalarda, tökmələrdə və qaynaq birləşmələrində rastlaşan defektlərin növlərini; iki mühitin sərhədində müxtəlif materiallarda ultrasəs titrəyişlərinin sınma bucaqlarınmın hesablanmasını; ultrasəs titrəyişinin materiallarda yazılmasının əsas qanunauyğunluqlarını; ultrasəs keçən iki mühit sərhədində baş verən fiziki hadisələri; əsas nəzarət parametrlərini; ultrasəsin detalların strukturunda, profilin dəyişməsində və digər amillərdə əks olunması ilə yaranan saxta siqnalları əsas siqnallardan fərqləndirmə üsullarını.

İş nümunələri.

1. Yayma dəzgahların valları-ultrasəs nəzarəti.

2. Vertolyotun aparıcı və sükan vintlərinin detalları-ultrasəs nəzarəti.

3. Poladdan tökmə detallar-ultrasəs nəzarəti.

4. Təbəqə yaymalar-ultrasəs nəzarəti.

5. Yüngül ərintilərdən külçələr-ultrasəs nəzarəti.

6. Divarların qalınlığı 15 mm-dək olan qaynaq birləşmələr-ultrasəs nəzarəti.

7. Şpanqout profillərin qoşmaları-ultrasəs nəzarəti.

8. Korroziyaya davamlı poladdan qayrılmış və əyilmə yerlərində divarların qalınlığı 4 mm-dək olan borular-qalınlığın ölçülməsi.

316. Ultrasəs nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

5-ci dərəcə

Əlvan metallardan, iri kristallı quruluşa malik poladdan olan detalların və məmulatların ultrasəs nəzarəti. Xüsusi mürəkkəb və dəqiq defektoskopların və göstəriciləri məsafəyə ötürən avtomatik ultrasəs nəzarət qurğularının standart və sınaq nümunələri üzrə iş rejiminə sazlanması. Sınaq nümunələrinin hazırlanması, eskizlərin tərtibi. Nəzarət nəticələrinin yenidən işlənilməsi. Ultrasəs nəzarəti cədvəlinin və xəritələrin tutulması. Diaqramlar üzrə: amplituda, məsafə, diametr-attenüatorun köməyi ilə cihazların həssaslığının sazlanması. Ayrıcı-əvəzedici dəyişdiricilərlə ultrasəs nəzarətinin aparılması.



Bilməlidir: müxtəlif quruluşlu cisimlərdə uzununa, eninə və səthi ultrasəs titrəyişlərinin yazılma qanunlarını; iki mühit sərhədindən keçən ultrasəs titrəyişinin əsas əksolunma və sınma qanunlarını; elektrovakuum və yarımkeçirici cihazların quruluşunu; xüsusən mürəkkəb və dəqiq ultrasəs defektoskoplarının prinsipial sxemlərini və konstruktiv xüsusiyyətlərini; onların tənzimləmə və yüstirləmə üsullarını; cihazlar işləyərkən nasazlıqların yaranma səbəblərini və onların aradan qaldırılma üsullarını; metalşünaslığın və qaynağın əsaslarını.

İş nümunələri.

1. İçiboş silindrik avarlı vallar-ultrasəs nəzarəti.

2. Avarlı vintlər-qaynaq yerlərin ultrasəs nəzarəti.

3. Diyircəkli yastıqların içlikləri və yastıqları-ultrasəs nəzarəti.

4. Qazan kollektorlarının dibləri-ultrasəs nəzarəti.

5. Vərdənələnmiş kvadrat pəstahlar-ultrasəs nəzarəti.

6. Plastik kütlə, rezin-ultrasəs nəzarəti.

7. Müxtəlif formalı və ölçülü döyülmüş metal parçaları-ultrasəs nəzarəti.

8. Divarların qalınlığı 15 mm-dən yuxarı olan qaynaq birləşmələr-ultrasəs nəzarəti.

9. Korroziyaya davamlı poladdan qayrılmış və əyilmə yerlərində divarların qalınlığı 44 mm-dən yuxarı olan borular-qalınlığın ölçülməsi.

10. Cüt çarxların elementləri-ultrasəs nəzarəti.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin