Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə6/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   2   3   4   5   6   7   8   9   ...   25

Bilməlidir: kinoproyeksion aparaturanın və səs əksetdirici qurğunun texniki göstəricilərini, quruluşunu, işləmə prinsipini, tənzimləmə və sahmana salma üsullarını, səsi təzədən yazdıqda şəklin və səsin sinxronizasiya prinsipini, idarəetmə pultunun istismarı qaydası və quruluşunu, dinamik elektro-reklamın quruluş prinsipini, kinoqurğunun sxemi və cizgilərini.

43. Kirayə məntəqəsinin qəbulçusu

İşin xüsusiyyəti.

1-ci dərəcə

Kirayə atelyesində, salonunda və məntəqələrində vətəndaşlara müvəqqəti istifadə üçün təsərrüfat və mədəni-məişət təyinatlı əşyaların, idman inventarları və başqa avadanlıqların verilməsi. Müqavilə və ya qəbz tərtilə edilməsi. Vətəndaşların kirayə qaydası, qiymət preyskurantı, kirayə əşyalarının istismarı qaydası ilə tanış edilməsi. Vətəndaşlardan kirayəyə götürülən əşyaların geri alınması, kirayə pulunun qəbulu. Kirayə verilən əşyaların hərəkəti və başqa sənədlər üçün jurnal aparılması. Kassa cədvəlinin tərtibi, yığılan pulun təyin olunmuş qayda üzrə təhvil verilməsi. Mövsümi xüsusiyyətli əşyaların təyin olunmuş qayda üzrə mühafizə edilməsi.

Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu və növlərə ayrılması. Məhsulun və xammalın çəkilməsi və ya ölçülməsi. Kənd təsərrüfatı məhsullarının və xammalın təyin olunmuş əlamətlərinə görə növlərə ayrılması. Qəbul olunmuş məhsulun mühafizəsi.

Bilməlidir: kirayə qaydasını, qiymət preyskurantını, qoyulmuş qayda üzrə uçot və hesabatın aparılmasını. Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu və növlərə ayrılması qaydasını, kənd təsərrüfatı məhsullarının və xammalın çəkilməsi və ya ölçülməsi qaydasını, məhsulun və ya xammalın mühafizəsi qaydasını.

44. Kirayə məntəqəsinin qəbulçusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Vətəndaşlara müvəqqəti istifadə etmək üçün təsərrüfat və mədəni-məişət təyinatlı əşyaların, idman inventarlarının və başqa avadanlıqların verilməsi, onların saz və dəst olmasının yoxlanılması. Bəzi kirayə əşyalarının xırda təmiri. Nasaz kirayə əşyalarının təmirə verilməsi, korlanmış inventarların silinməsi üçün akt tərtilə edilməsi. Kirayə fondunu avadanlıq və inventarla doldurmaq üçün sifariş tərtilə edilməsi. Vətəndaşlardan geri alınan kirayə əşyalarının dəstliyinin və sazlığının yoxlanılması, vətəndaşların təsiri üzündən sıradan çıxmış əşyalara akt tərtilə edilməsi. Kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu. Dövlət standartlarına və texniki şərtlərə uyğun olaraq təhvil verilən məhsulun keyfiyyətinin, eləcə də xammalın çeşidi, növləri, məzənnəsi, sinfi, defektlik və konservləşdirmə vəziyyəti, çəkisi və ölçülərinin təyin edilməsi, qəbul olunmuş məhsulun qorunması və alıcılara buraxılması. Müvafiq sənədlərin tərtibi.



Bilməlidir: kirayə qaydasını, kirayə fondunda olan avadanlıq və inventarlardan istifadə qaydasını və quruluşunu, kirayə fondundan istifadə və mühafizə, sıradan çıxmış kirayə əşyaları üzrə aktı tərtilə etmə qaydasını; kənd təsərrüfatı məhsullarının və xammalın qəbulu, təhvil verilmiş məhsulun keyfiyyətini təyin etmə qaydasını, dövlət standartlarını və texniki şərtləri, qüsurları düzəltmə və onları əmələ gətirən səbəbləri aşkar etmə üsullarını, təyin olunmuş sənədlərin tərtibini.

45. Kuryer

İşin xüsusiyyəti.

1-ci dərəcə

Yüksək vəzifəli işçinin göstərişi ilə işgüzar kağızların, zərflərin, məktubların, kitabların və s. təyin olunmuş yerə çatdırılması və eləcə də onların başqa təşkilatlardan alınması və gətirilməsi. Göndərilən və gələn işgüzar kağızların qeydiyyat kitabında qeyd edilməsi. İşçinin xidmət və bölmə rəhbərliyinin yanına çağırılması.



Bilməlidir: işgüzar kağızların, zərflərin, məktubların, kitabların və s. təyin olunmuş yerə çatdırılması, mühafizə və uçot qaydasını, xidmət obyektlərinin yerləşdiyi yerləri.

2-ci dərəcə: daha vacilə işgüzar sənədlərin mənzil başına çatdırılması işləri yerinə yetirdikdə.



46. Gözətçi

İşin xüsusiyyəti.

2-ci dərəcə

Rəhbərliyin nümayəndəsi və ya növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və başqa bağlayıcı qurğuların, damğanın, yanğına qarşı inventarın olmasını, siqnalizasiyanı, telefonun sazlığını, işıqlanmanın olmasını təmin edir. Obyekti qorumaq üçün təhvil aldığı vaxt nasazlıqlar üzə çıxarsa - sındırılmış qapı, pəncərə, qıfıl, damğanın və ya möhürün və s. olmaması haqqında - özünün tabe olduğu şəxsə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə xəbər verir və polis nümayəndəsi gələnə qədər izin qorunmasını təmin edir. Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürənlərin və polis şöbəsinin növbətçisinin xəbərdar edilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi. Müəssisə, idarə, təşkilatın girəcəyində növbə çəkdikdə işlərin, müştərilərin, nəqliyyatın müəssisə, idarə, təşkilatın ərazisinə və lazımi sənədlər təqdim etdikdən sonra geri buraxılmasına nəzarət. Faktiki yüklənmiş yükün sənədlərlə tutuşdurulması, darvazanın açılıb bağlanması. Jurnalda qeydlər aparmaqla növbənin qəbul edilməsi və təhvil verilməsi. Giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması.



Bilməlidir: buraxılış rejiminə aid təlimat və əsasnamələri, müəssisə, idarə və təşkilatlara gediş-gəliş vəsiqələrinə, qiymətli materialları çıxarmaq üçün buraxılış vərəqələrinə imza çəkilə icazə verən şəxslərin imza nümunəsini, daimi və müvəqqəti buraxılış vərəqələrinin nümunələrini, obyektlərin qorunma təlimatlarını və qaydasını, qorunan obyektlərin sərhədini, rəhbərliyin nümayəndəsinin və polis şöbəsi növbətçisinin telefon nömrələrini.

47. Liftçi

İşin xüsusiyyəti.

2-3-cü dərəcə

Liftin idarə edilməsi və onun saz vəziyyətdə saxlanılmasına nəzarət. Telefonun və ya qəza siqnalizasiyasının, işıq və səs siqnalizasiyasının, avtomatik qıfılların, bütün dayanacaq məntəqələrində «Dayan» düymələrinin sazlığının yoxlanılması və liftin işə salınması. Liftin istismarına nəzarət. Sərnişinləri və ya yükləri müşayiət etdikdə, sərnişinlərin liftə minməsi və çıxmasına və ya yüklərin yüklənilə boşaldılmasına nəzarət. Nominal yükqaldırma qabiliyyətinə riayət olunması. Liftin işində nasazlıqlar aşkar edildikdə, xırda nasazlıqların düzəldilməsi və ya dayandırılması və növbətçi elektromexanikə xəbər verilməsi. Liftin kabinəsinin və bütün dayanacaq məntəqələrindəki mərtəbə meydançalarının təmiz saxlanılması. Növbənin qəbul-təhvil jurnalının doldurulması.



Bilməlidir: liftin quruluşunu, istismar qaydasını və təhlükəsizlik cihazlarını; qapı qıfıllarını, qapı və döşəməaltı kontaktların, konusvari açarların yerləşməsini və təyinatını, idarəetmə aparatı siqnalizasiyasının təyinatını, təhlükəsizlik texnikası qaydasını, «Dövləttexnikinəzarət müfəttişliyinin» təsdiq etdiyi sərnişin və ya yük liftlərinin istismarı üçün nümunəvi təlimatları; minimum yükqaldırmanı, liftin işə buraxılma qaydasını.

2-ci dərəcə: hərəkət sürəti 1 m san-dən çox olan liftlərin idarə olunmasında;

3-cü dərəcə: xırda təmir işləri yerinə yetirildikdə.

48. Mikrofilmləşdirmə və surətçıxarma aparatlarının operatoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif sistemli mikroçəkiliş və surət-çıxarma aparatlarında, mətnli, cizgili, yarımfon və müxtəlif rəngli sənədlərin çəkilişi. Çəkilişin və ekspozisiyanın keçirilməsi miqdarının təyini. Müxtəlif sistemli mikroçəkiliş və surətçıxaran aparatlarda çəkiliş rejiminin təyin edilməsi.



Bilməlidir: mikroçəkiliş və surətçıxarma aparatlarının iş rejimini və quruluşunu, yerinə yetirilmiş əməliyyatların mahiyyətini və ardıcıllığını təyin edən təlimatları və standartları; mikrofilmlərin emalı texnologiyasını.

49. Mikrofilmləşdirmə və surətçıxarma aparatlarının operatoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Sənədlərin, jurnalın, kitabın, qəzetin, xəritənin və s. yanıb-sönən mətnli müxtəlif sistemli mikroçəkiliş və surətçıxarma aparatlarında işıq süzgəclərini tətbiq etməklə çəkilməsi. Kameranın işlənməsini yoxlamaq üçün baxış çəkilişin aparılması. Mikrofilmləşdirmə və surətçıxarmada təcrübə işinin yerinə yetirilməsi.



Bilməlidir: mikroçəkiliş və surətçıxaran aparatların işləmə rejimini və quruluşunu, işıq süzgəcinin və plyonkanın spektral xüsusiyyətini və şəkilin əsasını; işıq süzgəcin seçilmə qaydasını, yerinə yetirilmiş işlərin mahiyyətini və ardıcıllığını təyin edən təlimat və standartları.

50. Motonəqliyyat vasitələrinin sürücüsü

İşin xüsusiyyəti.

2-3-cü dərəcə

Yol hərəkəti qaydalarına riayət etməklə motosikl, motoroller və «A» kateqoriyalı motonəqliyyat vasitələrinin yanacaq və sürtkü materialları ilə doldurulması. Yol sənədlərinin tərtilə edilməsi. Xəttə çıxmamışdan qabaq motonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması və qəbul edilməsi. Motonəqliyyat vasitələrinin yük götürmək və ya sərnişin mindirmək üçün lazımi yerə verilməsi. Yükləməyə və yüklərin düzgün bərkidilməsinə nəzarət. Xətdə moto-nəqliyyatın qarşıya çıxan kiçik nasazlıqlarının aradan qaldırılması.



Bilməlidir: işlədiyi motonəqliyyatın quruluşunu, hərəkət prinsipini, məqsədini; aqreqatların, mexanizmlərin və cihazların işini; yol hərəkəti qaydalarını, təhlükəsiz yol hərəkəti qaydalarını; motonəqliyyatın texniki istismar qaydalarını onlara texniki xidməti; bədbəxt hadisələrdə həkimə qədər ilk tibbi yardım göstərilməsini; ilkin sənədlərin doldurulmasını, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üsullarını və s.

Ödəmənin konkret dərəcəsi görülən işlərin tərkilə və həcmi nəzərə alınmaqla müəssisə tərəfindən hər bir iş yerində təyin edilir.



51. Neft məhsullarının paylayıcısı

İşin xüsusiyyəti.

2-ci dərəcə

Qurulmuş nasos avadanlığına xidmət. Neft məhsullarının və sürtkü materiallarının verilməsi. Soyuq suyun hazırlanması və onunla teplovozun təmin edilməsi. Neft məhsullarının qəbulu, tökülməsi və sərfinin uçota alınması. Anbar binalarının və onların yerləşdiyi sahənin təmizlənməsi və saxlanılması, yanğına qarşı təhlükəsizliyə riayət olunması.



Bilməlidir: nasos aqreqatlarının və ölçü cihazlarının işləməsini və quruluşunu; neft məhsullarının və sürtkü materiallarının markasını və buraxılma normasını; yanğına qarşı təhlükəsizlik texnikası qaydalarını, yanğına qarşı inventarla işləmə qaydasını.

3-cü dərəcə: nasos avadanlığına texniki xidmət işlərini yerinə yetirdikdə.



52. Nəqledici-yığıcı maşınların sürücüsü

İşin xüsusiyyəti.

3-cü dərəcə

Vağzalyanı və stansiya ərazilərində, perronlardan və sərnişin platformalarından, küçələrdən və s. zibil yükünün yığılıb aparılması zamanı müxtəlif sistemli və yükqaldırma qabiliyyəti olan nəqledici-yığıcı maşınların idarə edilməsi.



Bilməlidir: nəqledici-yığıcı maşınların quruluşunu və xidmət qaydalarını, yanacaq və sürtkülərin növlərini, mühərrik batareyalarının təyinatı, doldurulmasının üsul və müddətlərini, yol hərəkəti müəssisəsinin ərazisində və stansiyanın yollarında hərəkət qaydalarını, qurulmuş siqnalizasiyanı.

4-cü dərəcə: nəqledici-yığıcı maşınlarına texniki xidmət göstərdikdə.



53. Oyun avtomatları, tir, idman və attraksion zalının növbətçisi

İşin xüsusiyyəti.

2-ci dərəcə

Oyun avtomatlarına, tirlərə idman və attraksion avtomatlarına qulluq və onlardan istifadə olunması. Müştərilərin qəbulu və onlara avtomatlardan, attraksion və tirlərdən istifadə qaydasının izah edilməsi. Avadanlıq və avtomatların sazlığının və müştərilərin qəbul olunması hazırlığının yoxlanılması. Mədaxil üzrə hesabat aparılması və pul vəsaitlərinin qorunması üzrə nəzarətin həyata keçirilməsi.



Bilməlidir: istifadə olunan avadanlıq və avtomatlardan istifadə olunmasına dair təlimatları və qaydaları istifadə olunan avtomat və avadanlıqların quruluşunu, işə salınma və dayandırılma qaydasını; atıcı silahların quruluşunu və hədəfə atəş açıldıqda onların təhlükəsizliyinin təmin edilməsi qaydalarını.

3-cü dərəcə: istifadə olunan avadanlıq və avtomatların xırda təmir işlərini yerinə yetirdikdə.



54. Ocaqçı

İşin xüsusiyyəti.

1-ci dərəcə

Sobaların bərk və qaz halında olan yanacaqla yandırılması və onlara yaşayış binalarında, mədəni-məişət, tədris, xidmət otaqlarında və s. xidmət. Yanacağın ocağa töküb doldurulması. Soba ocağının şlakdan və küldən təmizlənməsi. Şlakın və külün binadan kənar ona ayrılmış yerə daşınması, qızdırılan binalarda lazımi temperaturun saxlanılması. Odunun mişarlanması və doğranması, kömürün xırdalanması, yanacağın hazırlanıb sobaya gətirilməsi. Yanacağın sərfi hesabının aparılması. Yanacaq üçün sifarişin tərtilə olunması və verilməsi.



Bilməlidir: bərk və qaz halında olan yanacaqla istilik sobalarının yandırılma qaydasını; yanacağın növlərini və onların yandırma qaydasını; bacaların yerləşməsini, yanacağın sərfi normasını, yanğınsöndürən və başqa yanğına qarşı inventarlardan istifadə qaydasını; yanacağa sifariş tərtilə olunma qaydasını.

2-ci dərəcə: sobaların saz halda saxlanılmasına xidmət və xırda təmir işlərini yerinə yetirdikdə.



55. Sənədləri cildləyən

İşin xüsusiyyəti.

2-ci dərəcə

Sənədlərin əl ilə cildlənməsi. Kartonun sökülməsi, növlərə ayrılması və formatlarda kəsilməsi, texniki parçadan köklük hazırlanması. Nömrə və formatlara görə sənədlərin seçilməsi, vərəqlərin içləşdirilməsi, üstdən və altdan karton vərəq qoyulması və formaya salınması. Deşik açılması, sənədlərin tikilməsi və köklüklərin yapışdırılması, yarlığın hazırlanması, üst qapağa və köklüyə yapışdırılması, bıçaqların itilənməsi.



Bilməlidir: standart formatları, karton və texniki parçanın kəsilmə qaydalarını, onlara qoyulan texniki tələbləri, sənədlərin komplektləşmə və broşuralaşma qaydasını, deşiyin açılması, bıçaqların və deşikaçanların itilənmə qaydasını.

56. Sənədləri cildləyən

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qədim kitabların, əlyazma və sənədlərin əl ilə cildlənməsi. Sadə bərpa cildləmə işlərinin aparılması, cırılmış, ancaq blokları sökülməmiş cildlərin bərpası, xarab olmuş cildin dezinfeksiyası, qapağın, kantın, bucaqların bərpası, qiymətli, nadir kitabların təzə cildə salınması, sökülmüş köklüyün bərkidilməsi.



Bilməlidir: cildləmə işinə texniki tələbatı, cildləmə və bərpa işinin çeşidləri və metodlarını, cildlənəcək kitab və sənədlərin materiallarının xüsusiyyətini, cildləmə-bərpa işlərində işlədilən yapışqanın resepturası və hazırlanmasını.

Daha mürəkkəb cildləmə-bərpa işlərini yerinə yetirdikdə; müxtəlif görünüşlü forzasların hazırlanması (örtük yapışdırılmış: tikilmiş, toxunmuş), müxtəlif metod və üsullarla kitab bloklarının tikilməsi, dəri kağızının hazırlanması. Dəri cilddə olan kitabların bərpası, dəri cildlərin yumşalması üçün sürtkünün hazırlanması, parça haşiyənin hazırlanması.

4-cü dərəcə: cildin bərpaçı-rəssamın rəhbərliyi altında ayrı-ayrı elementlərinin çıxardılması və bərpasında iştirak etdikdə.

57. Serpentariya zoolaborantı

İşin xüsusiyyəti.

3-5-ci dərəcələr

Tutulmuş zəhərli ilanlara xidmət və onların çoxaldılması, yetişdirilməsi. İlanların qəfəs və volyerdən çıxarıb zəhər köçürülən yerə aparılması və qaytarılması. Zəhərli ilanlardan zəhər götürdükdə herpetoloqa kömək göstərilməsi. Tökülən dişlərin pinsetlə çıxarılması, dərman preparatları ilə ilanın ağzının emalı, elektrodların yaxınlaşdırılması. İlanların və yemlənən heyvanların yedizdirilməsi, qəfəsin, volyerin təmizlənməsi, döşəmənin yuyulması, yatağın dəyişdirilməsi, ifrazatların, qabıqların yığılması, qəfəsdən vannacıqların və başqa inventarların çıxarılması, onların yuyulması və dezinfeksiya olunması. Serpentariyada temperatur, işıq, nəmlik rejiminin saxlanılması və havanın dəyişdirilməsi.



Bilməlidir: qəfəsli və volyerli serpentariya sisteminin quruluşunu və təyinatını zəhərli ilanlarda cinsin təyin edilməsi qaydasını; ilanların yemlənmə və sulanma gigiyenasını və qaydasını; iş yerlərinə qoyulan sanitar tələbləri, dezinfeksiyanın təyinatı, aparılma qaydası və üsullarını; serpentariyada mikroiqlimin tənzimlənmə üsullarını; hər ilan növünün bioloji xüsusiyyətini, ilanlarla işləyən zaman əmək təhlükəsizliyi qaydasını; ilan sancmasından xəsarət alana ilk yardım metodlarını.

3-cü dərəcə; təhlükəli zəhərli ilanla işlədikdə;

4-cü dərəcə: daha çox təhlükəli zəhərli ilanla işlədikdə;

5-ci dərəcə; bütün zəhərli ilanlarla işlədikdə və aşağı kateqoriyalı zoolaborantların işinə rəhbərlik etdikdə.



58. Sulayıcı-yuyucu maşınların doldurucusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Maşın çənlərinin su ilə doldurulması, su tökmə borularının sulayıcı-təmizləyici maşınların çənlərinə, su kəməri quyusunun hidrantına və yanğın sütununa birləşdirilməsi və ayrılması. Su kəməri quyusunun qapağının açılması və bağlanması. Su tökmə borusunun, stenderin və hidrantın saz vəziyyətdə saxlanılması. Su tökmə borusunun stenderi və yanğın hidrantının kiçik təmiri.



Bilməlidir: hidrantın, stenderin quruluşunu və onlarda olan xırda nasazlıqların düzəldilməsi qaydasını.

59. Su qızdıran fəhlə

İşin xüsusiyyəti.

1-ci dərəcə

Çənlərin su ilə doldurulub elektrik qovşağına qoşulması. Suyun qızdırılmasına nəzarət və vaxtında çənlərin qovşaqdan açılması. Çoxdan qalmış suyun boşaldılması. Çənlərdə nasazlıqlar aşkar edildikdə montyorun və ya çilingərin çağrılması. Su qaynatmaq üçün istifadə olunan qazanlara xidmət. Sanitariya və gigiyena qaydalarına riayət olunması.



Bilməlidir: xidmət etdiyi avadanhğın qxırulıışunu və istismar qaydasını; yanacaq növlərini və onların istilik yaratma qabiliyyətlərini.

2-ci dərəcə: çənlərdə xırda təmir işlərini yerinə yetirdikdə.



60. Surətçıxaran və çoxaldan maşınların operatoru

İşin xüsusiyyəti.

2-5-ci dərəcələr

Surətçıxaran, elektroqrafik çoxaldan aparatlarda və müxtəlif sistem və konstruksiyalı maşınlarda orijinalın kağız və ya formalı plastin üzərində surətinin çıxarılması. Surətin böyüdülməsi. Surətçıxarma rejiminin təyin edilməsi, onların formalı plastinkadan və ya plyonkadan çoxaldılması, surət çıxarılanın keyfiyyətinin yoxlanılması. Çap olmuş vərəqələrin orijinalla müqayisəsi və düzəldilməsi, komplektin məftillə tikən maşında tikilməsi. Avadanlığın və materialın işə hazırlanması, iş prosesində avadanlığın təmizlənməsi və tənzimlənməsi. Təyin olunmuş sənədlərin aparılması.



Bilməlidir: elektroqrafik surətçıxaran və çoxaldan maşınların çeşidlərini, onların işləmə prinsipi və istismarı qaydasını, surətçıxarma rejiminin təyin olunma qaydasını, vərəqseçən və məftillə tikən maşınların istismar qaydasını, sənədlərin aparılma qaydasını.

3-cü dərəcə: surətçıxarma işlərini rəngli surətçıxaran super-kompleksdə yerinə yetirdikdə;

4-cü dərəcə: mətnli və cizgili orijinallardan çap formaları hazırladıqda;

5-ci dərəcə: qarışıq təsvirli orijinallardan çap formaları hazırladıqda.



61. Soyunub geyinmə otağının növbətçisi

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müştərilərin giriş biletlərini yoxlayır, onlara boş yerləri təklif edir, dəsmal və mələfələrlə təchiz edir. Müştərilərin şəxsi əşyalarının saxlanılmasına nəzarət edir. Lazım gəldikdə müştərilərdən üst paltarı, baş örtüyü, qaloş və s. alıb saxlayır. Geyim və onların təcili təmiri, yuyulması və ütülənməsi üçün onları qəbul edir. Qoca və əlillərə geyinib-soyunmaqda köməklik göstərir.

3-cü dərəcə: növbə zamanı otağın sanitariya-texniki və gigiyena vəziyyətinin saxlanılmasına xidmət etdikdə.

62. Tərəziçi

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə və qablaşdırılmasının düzgünlüyünə baxış. Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi. Çəkilmiş yüklərin uçotunun aparılması. Tərəzilərin düzgün çəkilməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.



Bilməlidir: çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını, çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını.

Ödəmənin konkret dərəcəsi görülən işlərin tərkilə və həcmi nəzərə alınmaqla müəssisə tərəfindən hər iş yerində təyin edilir.



63. Faytonçu

İşin xüsusiyyəti.

1-ci dərəcə

Adamları daşımaq üçün yüngül arabaya qoşulmuş atın yolda idarə olunması. Atın arabaya qoşulub açılması. Yolda ata xidmət edilməsi, onun yemlənilə sulanması. Xidmət edilən faytonun saz və təmiz vəziyyətdə saxlanılması və qoşqunun təmizlənilə yuyulması və yağlanması.



Bilməlidir: atlara qulluq və onlarla rəftar qaydasını, baytarlıq minimumunu, küçələrin yerləşməsini və küçə hərəkəti qaydasını.

2-ci dərəcə: təmir işlərini yerinə yetirdikdə.



64. Xüsusi geyimin təmiri və yuyulması üzrə maşinist

İşin xüsusiyyəti.

2-ci dərəcə

İstehsalat təyinatlı xüsusi geyimin və başqa əşyaların, dəsmalların, pərdələrin, yataq ağlarının və s. maşında yuyulması. Qurudulma barabanlarında (kamerada) və ya təbii şəraitdə qurudulması, preslə, kalandrlarla və ya əllə ütülənməsi. Xüsusi geyimlərin və yataq ağlarının əllə və tikiş maşınında tikilməsi, yamağın gözənməsi. Yuyucu, kraxmallayıcı və lilləyici məhsulların hazırlanması. Xüsusi geyim və başqa əşyaların qəbulu, növlərə ayrılması və verilməsi. Təyin olunmuş sənədlərin tərtibi.



Bilməlidir: müxtəlif materiallardan olan xüsusi geyimlərin emalı texnologiyasını; xidmət etdiyi avadanlığın istismar qaydasını və quruluşunun çeşidini; tətbiq olunan yuyucu və ağardıcı vasitələrin xüsusiyyəti və onların hazırlanma və tətbiqi üsullarını; təyin olunmuş sənədlərin tərtibi.

3-cü dərəcə: xüsusi geyimlərin xırda təmir işlərini yerinə yetirdikdə.



65. Hamam xidmətçisi

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müştərilərə xidmət. Giriş biletləri ilə müştərilərin içəri buraxılması, onlara boş yerlərin verilməsi, seansın qurtarma vaxtının yada salınması (seansla xidmət etdikdə). Müştərilərə hamam ləvazimatının verilməsi, daxil olmuş malların satılması, təcili yumaq üçün paltarların və yataq ağlarının qəbul edilməsi, xırda təmiri, ütülənməsi və başqa pullu xidmətlər göstərilməsi. Müştərilərdən qiymətli və başqa əşyaların mühafizəsi üçün alınması və onların qorunmasının təmin edilməsi, şikəstlərə və qocalara yardım edilməsi. Qarderob yerlərinin, kranların, ventillərin, duş qurğularının, boru kəmərlərinin, elektrik kaminlərinin və başqa avadanlığın saz vəziyyətdə saxlanılması və bütün nasazlıqlar haqqında vaxtında müdiriyyətə məlumat verilməsi. Yuyulma inventarlarının lazımi qaydada saxlanılması, soyunma, buğlanma və sabunlama yerlərində təmizliyin təmin edilməsi. Havanın dəyişdirilməsi, buğlanma şöbəsində buxar verilməsi rejiminin təmin edilməsi. Hamama mənsub istifadə olunmuş əşyaların yuyulmaq üçün təhvil verilməsi. Sanitariya və gigiyena qaydalarına nəzarət edilməsi.

2-ci dərəcə: avadanlıq və qurğuların xırda təmir işlərini yerinə yetirdikdə.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin