Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə9/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

Bilməlidir: tüstüsoranların, havadəyişdirici və havasorucu qurğularının və köməkçi avadanlığın iş prinsipini; nəzarət-ölçü cihazlarının və buraxılış qurğularının təyinatını və tətbiqi şərtlərini; yağlama yerlərini və tətbiq olunan sürtkü materiallarını.

36. Ventilyasiya və aspirasiya qurğularının maşinisti

İşin xüsusiyyəti

3-cü dərəcə

100 kVt-dan yuxarı gücündə elektrik mühərrikləri olan havadəyişdirici və havasorucu qurğularına, süzgəclərə, siklonlara və tüstüsoranlara və köməkçi avadanlığa xidmət. Süzgəcin borularındakı şiberlərin köməyi ilə tüstüsoranların fırlanma tezliyinin və havasorucu qurğularının işinin tənzimlənməsi. Xidmət olunan avadanlığın sazlanması. Xidmət olunan avadanlığın işindəki qüsurların aşkar edilməsi və aradan qaldırılması. Qurğunun açılıb yığılması ilə yeni yerə nəqli.



Bilməlidir: havadəyişdirici, havasorucu qurğularının, tüstüsoranların və köməkçi avadanlığın quruluşunu; havaburaxan qovşağın yerləşməsi sxemini; qurğunun iş rejimini; nəzarət-ölçü cihazlarının və buraxılış qurğusunun quruluşunu; tüstüsoranların fırlanma tezliyinin tənzimlənmə qaydasını; havasorucu şəbəkəsinin sazlanma və tənzimlənmə qaydalarını; qurğuların və mühərriklərin işində mümkün olan nasazlıqları, onların qarşısının alınma tədbirlərini və aradan qaldırma üsullarını.

37. Qazçı

İşin xüsusiyyəti.

2-ci dərəcə

Havaqızdırıcılara xidmət, onların vəziyyətinin yoxlanılması və ayrı-ayrı əridici, qızdırıcı, termik, dəmirçi, bərkidici və başqa sobalarda qaz təsərrüfatı avadanlığının işinə nəzarət, daha yüksək ixtisaslı qazçının rəhbərliyi ilə qızdırıcı aparatların havadan qaza və qazdan havaya keçirilməsi. Qaz təmizləyici qurğulara, qaz qarışdırıcı stansiyalara, qaz holderlərinə, qaz kəmərlərinə xidmət göstərildikdə, habelə onların avadanlığının təmirində iştirak. Qaz odluqlarının yanındakı sahənin təmizlənməsi və avadanlığın sürtülən qovşaq hissələrinin yağlanması.



Bilməlidir: sobalarda metalın əridilməsi prosesi haqqında əsas -məlumatları; havaqızdırıcıların və qaz aparatlarının quruluşunu; odluq qollarının xassələrini və qazdan mühafizə aparatında və qaz təhlükəli mühitdə işləmə qaydalarını.

38. Qazçı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Havaqızdırıcılara xidmət, onların vəziyyətinin yoxlanılması və 100 tonadək tutumu olan ayrı-ayrı əridici, qızdırıcı, termik, dəmirçi, bərkidici və başqa sobalarda (domna sobasından başqa), qaz təsərrüfatı avadanlığının işinə nəzarət. Əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobalarda lazımi istilik və üfürmə rejiminin təmin olunması. Qazın təmizlənməsi prosesində mühərriklərin, nasosların, skrubberlərin işinin idarə olunması. Qazqarışdırıcı stansiyaların və qaztəmizləyici qurğuların avadanlığına xidmət. Lazımi təzyiqli və kaloriyalı qazın alınmasının təmin edilməsi. Rənglənmiş məmulatların verilmiş qurutma temperatur rejiminin saxlanılması-fasiləsiz işə nəzarət, qaz holderlərinin doldurulması və boşaldılmasının tənzimlənməsi. Qaz kəmərlərinin saz vəziyyətinin və onların germetik birləşməsinin təmin olunması. Qaz klapanlarının su cəftələrində suyun lazımi səviyyəsinin, çalovların, navalçaların qurudulması üçün odluqların saz vəziyyətdə saxlanılması. Generatorların, şlaklıqların və sex klapanlarının tağ tavanlarının qaz keçiriciliyinə nəzarət. Xidmət etdiyi obyektdə və ya sahədə qaz kəmərlərinin və armaturaların təmirində və təmizlənməsində iştirak.



Bilməlidir: əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların işində texnoloji proseslərin əsaslarını; skrubberlərin, avtomatik tənzimləyicilərin, qazholder avadanlığının quruluşunu; qaz kəmərlərinin və köməkçi armaturanın sxemlərini.

39.Qazçı

İşin xüsusiyyəti.

4-cü dərəcə

Havaqızdırıcılara və əridici sexlərin, yaxud üçədək müxtəlif konstruksiyalı sobası olan sahələrin (domna sobasından başqa) və ya 100 tondan artıq tutumlu ayrı-ayrı əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaları olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Qaz kəmərlərinə və onların köməkçi qurğularına, qaztəmizləyici məntəqələrə və qazbölüşdürücü stansiyalara xidmət. Cihazların vasitəsilə zəhərli qazların müəyyən edilməsi. Xidmət olunan sobalara lazımi istilik və üfürmə rejiminin təmin olunması. Havaqızdırıcıların qazdan havaya və havadan qaza keçirilməsi. Qazların təmizlənməsi və qarışdırılması üzrə qurğulara və qaz kəmərləri qovşağına xidmət. Qazın sərf olunmasına, təzyiqə və üfürülmə temperaturuna, sulu üfürmədə buxarın sərfinə nəzarət. Nəzarət-ölçü cihazlarının göstəricilərinin uçotu və sobaların istilik rejiminə dair müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi. Xidmət olunan qaz qovşağı avadanlığının və armaturun təmirində iştirak.



Bilməlidir: əridici, qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların işində texnoloji prosesi; hava əridici və qızdırıcı, rəngləyici-quruducu, termik, dəmirçi və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; qazların fiziki və kimyəvi xassələrini; xidmət etdiyi sahədə qaz kəmərləri və hava üfürücü qovşağın kommunikasiya sxemini.

40. Qazçı

İşin xüsusiyyəti.

5-ci dərəcə

Havaqızdırıcılarına və əridici sexlərin, yaxud müxtəlif konstruksiyalı və həcmli üçdən artıq sobası (domna sobasından başqa) olan sahələrin qaz təsərrüfatı avadanlığına xidmət və nəzarət. Xidmət edilən sobalarda lazımi istilik və üfürülmə rejiminin saxlanılması. Hava üfürücülərinin işinə, qazın təmizlənmə keyfiyyətinə və texnoloji sobalar üçün qazın bərabər daxil olmasına nəzarət. Kipkəc rəzələri və flans birləşmələri vasitəsilə qaz axınının qarşısının alınması və aradan götürülməsi. Qaz qutularının iş rejiminin və sxeminin tənzimlənməsi. Qaz sərfinin və təzyiqinin uçota alınması və xidmət etdiyi sahədə müəyyən olunmuş sənədlərin rəsmiləşdirilməsi.



Bilməlidir: əridici və qızdırıcı sobaların işinin texnoloji prosesini; havaqızdırıcıların və əridici, qızdırıcı və bərkidici sobaların qaz aparatlarının konstruksiya quruluşunu; sobalarda iş prosesinin tənzimlənməsini; bir rejimdən digərinə keçmə metodlarını; qazdan istifadə edilməsində istehlakçıların xüsusiyyətlərini və fəaliyyətdə olan aqreqatlarda işin xarakterini.

41. Qaz generatorçusu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Hidravlik cəftələrin və xam qaz kollektorlarının, qaz generatorlarının, tozyığanlarının və fenollu tabaqların qatrandan və fusdan təmizlənməsi. Qazgenerator qapaqlarının yandırılma və söndürülməsi. Şlak təmizləyən mexanizmlərin işinin müşahidə edilməsi. Şlak və külün yığışdırılması, onların yüklənməsi və müəyyən olunmuş yerə nəqli. Skrubberin dayaqlarından və hidrocəftələrdən şlakın çıxarılması. Hidrocəftələrin fırlanan qapaqlarına xidmət. Hərəkətdə olan mexanizmlərin yağlanması. Qaz generatorlarının yanacaqla doldurulması, onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması işində iştirak. Yükləmə avadanlığına xidmət. Daha yüksək ixtisaslı qaz generatorçusunun rəhbərliyi altında qazgeneratorlara xidmət üzrə digər işlərin görülməsi.



Bilməlidir: qaz generatorların iş prinsipini şlak təmizləyən mexanizmlərin konstruksiyasını və iş prinsipini; hidravlik cəftələrin və qaz kollektorlarının yerləşməsi və quruluşunu; hidrocəftələrin və qaz kollektorlarının növləri və xüsusiyyətlərini; qaz generatoru yanacağının növləri və xassələrini, onun doldurulması və qarışdırılması qaydasını; hidrocəftələrə suyun verilmə sxemini; xidmət olunan avadanlığın və mexanizmlərin işində nasazlıqların müəyyən və ləğv edilməsi üsullarını; şlakın və külün çıxarılması və nəql edilməsi qaydalarını; istifadə olunan cihazları və qurğuları; qazla zəhərlənmə və buxarlanma hallarında ilkin yardım göstərilməsi qaydasını.

42. Qaz generatorçusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Odun, torf, şist və kömürlə işləyən kiçik məhsuldarlı qaz generatorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Qaz generatorlarının doldurulmasının və buxar-hava üfürülməsinin tənzimlənməsi. Kiçik məhsuldarlıqlı 10-a qədər qazgeneratorlarına xidmət və onların fasiləsiz işinin təmin olunması, Buxar-su üzlüklərə, buxaryığıcılara xidmət. 20000 kub metr/saatadək olan qaztəmizləyici qurğularda, sistemlərdə, aqreqatlarda qazın təmizlənməsi. Pikalarla və pnevmatik alətlərlə yanacağın qarışdırılması. Yanma zonalarının ölçülməsi və qaz generatorlarının işində nasazlıqların aradan götürülməsi. Generator bölməsində yanma, üfürmə, temperatur rejimi və istilik mübadilə aparatının işinə nəzarət. Qaz generator stansiyasının avadanlığının təmiri üzrə işlərdə iştirak.



Bilməlidir: qaz generatorlarının quruluşunu; energetik qazın alınmasının texnoloji prosesini; yanacağın qazlaşdırılması ilə bağlı fizika və kimya üzrə əsas məlumatları; energetik qazın tərkibi və onun xassələrini; xam qaz kollektorunun yerləşməsini; buxar, su və qaz kəmərlərinin sxemini; qaztəmizləyici sistemin quruluşunu və qazın təmizlənməsinin texnologiyasını; generatorların yanacaqla doldurulma qaydasını; onun pikalarla və pnevmatik alətlərlə qarışdırılması üsullarını.

43. Qaz generatorçusu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Kömür, koks, antrasit və digər bərk yanacaq növləri ilə işləyən yüksək məhsuldarlıqlı qaz generatorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Su generatorlarına, dəmir-buxar üsulu üzrə hidrogen generatorlarına, həmçinin şistin emalı zamanı buxar-oksigen üfürülmə generatoruna xidmət. Kiçik məhsuldarlıqlı 10-dan artıq qazgeneratora xidmət və onların fasiləsiz işinin təmin olunması. Yanacaqla yüklənmənin, yanmanın, üfürmənin, temperatur rejiminin və istilik mübadilə aparatının müşahidəsi. Su itkilərinin təmizlənməsi. Qazgeneratorlarının söndürülməsi, qurudulması, yandırılması və onların qaz sisteminə qoşulması. Yanma zonalarının söndürülməsi, odluların, zonalarda əyriliklərin, ikili zonaların, şlak tağtavanlarının və generatorların işindəki başqa nasazlıqların, aradan götürülməsi. Qaz-təmizləyici qurğularda, sistemlərdə, məhsuldarlığı 20000 kub metr/saatdan - 40000 kub metr/saatadək olan aqreqatlarda qazın dəqiq təmizlənməsi. Yanacağın, qazın və qatranın keyfiyyətinin müəyyənləşdirilməsi. Qazgenerator sexinin və ya stansiya avadanlığının işə salınmasında və dayandırılmasında iştirak.



Bilməlidir: energetik qazın, sulu qazın və hidrogenin alınması ilə bağlı fizika və kimyanın əsaslarını; bərk yanacaqdan energetik qazın alınması üzrə texnoloji prosesi və onun təmizlənməsi və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri; qazgenerator stansiyasının, yaxud bölmənin kommunikasiya sxemini; xam qaz kollektorlarının, toz qatlarının və qaz axarlarının quruluşunu.

44. Qaz generatorçusu

İşin xüsusiyyəti.

5-ci dərəcə

Qaynayan qatlar rejimli bərk yanacağın bütün növlərində işləyən güclü qazgeneratorlarında energetik qazın alınmasının texnoloji prosesinin aparılması. Qaz təmizləyən qurğularda, sistemlərdə və məhsuldarlığı 40000 kub metr/saatdan artıq olan aqreqatlarda qazın zəif təmizlənməsi. Bütün avadanlığın və generatorun və qaztəmizləyici stansiyanın kommunikasiya qovşağının işi üzərində müşahidə. Qazgeneratoru və təmizləyici aparatların işində nasazlıqların vaxtında aşkar edilməsi və aradan götürülməsi. Qazgeneratorlarının yanma, üfürülmə və temperatur rejiminin, habelə kollektorların, qaznovalarının və qaztutumlarının qatranlardan təmizlənməsi vəziyyətinə nəzarət. Qazın keyfiyyətinin yoxlanılması və onun yaxşılaşdırılması üzrə tədbirlərin keçirilməsi. Kollektor sistemində qazın təzyiqinin tənzimlənməsi. Yeni quraşdırılmış, həmçinin təmirdən sonra armaturanın və qaz aparatlarının vəziyyətinin yoxlanılıb qazgeneratorların qəbul olunması və işə salınması. Qazgenerator və qaztəmizləyici qurğuların avadanlıqlarının quraşdırılmasında, sökülməsində və təmirində iştirak.



Bilməlidir: müxtəlif sistemli güclü qaz-generatorlarının və yüksək məhsuldarlıqlı qaztəmizləyici qurğuların konstruksiyasını; hava və qaz kəmərlərinin, hidravlik aparatların yoxlama qaydalarını və hidravlik sınaqdan keçirilmə üsullarını; qazgeneratorun işində nasazlıqların aşkar edilməsi və aradan götürülməsi üsullarını; lazımi texniki sənədlərin tutulma qaydasını.

45. Qaz generatoru stansiyasının maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Bərk yanacaqla işləyən «Simens» və «Daxrost» tipli qurğusu olan aşağı məhsuldarlıqlı qazgeneratoru stansiyasına xidmət. Xidmət edilən avadanlığın işə salınmazdan əvvəl yoxlanılması, işə salınması və nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən təmizlənməsi. Mexanizmlərin hərəkət hissələrinin yağlanması. Avadanlığın işinə nəzarət və xırda nasazlıqların aradan qaldırılması. Yüksək məhsuldarlıqlı qazgeneratoru qurğusunun avadanlığına xidmət zamanı maşinist köməkçisi kimi işin aparılması. Xidmət edilən avadanlığın təmirində iştirak etmək.



Bilməlidir: qazgeneratoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət edilən mexanizmlərin iş prinsipini; bərk yanacağın qazlaşdırılması zamanı energetik qazın alınmasının texnoloji prosesi haqqında məlumatı; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq edilmə şərtlərini, qaz, buxar, su və hava kommunikasiyaların sxemini; istehsal olunan qazların xüsusiyyətlərini və onların saxlanılması şərtlərini; avadanlıqların yağlanması sistemini və sürtkü materiallarının nomenklaturasını; diyircəkli yastıqların qızmasının səbəbini və onun aradan qaldırılması üsullarını; qazdan zəhərlənmə və boğulma hallarında ilk yardım göstərilməsi qaydalarını.

46. Qaz generatoru stansiyasının maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Bərk yanacaqla işləyən «Kommer» və «Qut-Retqer» PD-7 «Giproliz» tipli qurğulu yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət. Xidmət avadanlığının yoxlanılması və dayandırılması, onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Hərəkət mexanizmlərinin yağlanması və soyudulması sisteminə nəzarət. Stansiya avadanlığının cari təmirinin yerinə yetirilməsi və orta və əsaslı təmirində iştirak etmək. Qazgeneratoru qurğuları avadanlığının işinə nəzarət və uçot qeydlərinin aparılması.



Bilməlidir: qaz generatoru stansiyasının kompressor, nasos, havadəyişdiricilərinin, mühərriklərin və digər xidmət mexanizmlərinin quruluşunu; bərk yanacağın qazlaşdırılması prosesinin texnologiyasına əsasən qaz generatoru stansiyasının kommunikasiya sxemini; nəzarət-ölçü cihazlarının quruluşunu; istehsal olunan qazın keyfiyyətlərini, nəql edilməsi və saxlanılması şərtlərini; qaz generatoru stansiyasının avadanlığının işindəki nasazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üsullarını.

47. Qaz generatoru stansiyasının maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

QİAP tipli güclü qurğularla təchiz olunmuş bərk yanacaqla işləyən qaz generatoru stansiyasına eyni zamanda qazholder təsərrüfatı və qazın zərif təmizlənməsi qurğusu olan yüksək məhsuldarlıqlı qaz generatoru stansiyasına xidmət. Qaz generatoru stansiyasının maşın bölməsinin bütün mexanizmlərinin kompressor, nasos, havadəyişdiricilərin verilmə sisteminin işə salınması və dayandırılması. Buxar, su, hava və qaz boru kəmərlərinin, təmizləyici aparatların, skrubberlərin və nəzarət-ölçü cihazlarının işinə nəzarət. Qazholderlərin, kondensat ayrıcıların, injektorların və qaz təzyiqinin tənzimləyicilərinin normal işini təmin etmək. Qazholderlərin qızdırıcı sisteminə və şaybaların sürgülərində yağın səviyyəsinə nəzarət etmək. Xidmət edilən avadanlığın səsindən, taqqıltısından, qızmasından yaranmış nasazlıqları aşkar etmək və onları aradan qaldırmaq. Stansiya avadanlığının cari təmirini yerinə yetirmək və əsaslı təmirdə iştirak etmək. Qaz generatoru və qaztəmizləyici qurğu avadanlıqlarının işinə nəzarət və uçot qeydlərini aparmaq.



Bilməlidir: mürəkkəb qaz generatorları, qaztəmizləyici və digər aparatların quruluşunu; müxtəlif növ yanacağın qazlaşdırılmasının və qazların təmizlənməsinin texnoloji prosesini; energetik qazın alınması və saxlanılması üsullarını; təzyiq altında işləyən qabların istismarı üzrə texniki nəzarət qaydalarını. Qaz generatoru stansiyasının avadanlığının və qurğularının işində olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması üsullarını.

48. Qazdan xilasedici

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qazkeçən qovşaqda sızmanın qarşısının alınması və aradan götürülməsi. Respiratorların və digər qazdan xilasedici aparatların doldurub-boşaldılması, təmiri, qurudulması və təmizlənməsi. Düzgün qazsızlaşdırma üzərində müşahidə. İş yerlərində müşahidə vəziyyətlərinin mövcudluğu və onların düzgün saxlanılmasının və tətbiqinin yoxlanılması. Əleyhqazların dəyişdirilmə qrafikinə, onlardan istifadə qaydalarına və fəhlələrin qazlı atmosferdə qalması vaxtına riayət olunmasına nəzarət. Fəhlələrin qazlı atmosferdə qalma vaxtının uçota alınması. Zəhərli buxarın çıxması ilə müşayiət olunan qəzalar zamanı, habelə bədbəxt hadisələrdə insanların xilas edilməsi. Qaz təhlükəli işlərdə istehsalın, qaz təhlükəli yerlərdə havadəyişdiricinin fasiləsiz işinin müşahidəsi. Qaz təhlükəli yerlərdə havadan nümunənin götürülməsi. Binalarda və həcmlər daxilində qaztəhlükəli və qaz elektrik qaynaq işlərinin aparılmasında təhlükəsizliyin müəyyən edilməsi. Qazla zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi.



Bilməlidir: qaz generatorlarının, qaz və qazdan xilasetmə aparatların quruluşunu; xidmət olunan sexlərdə qaz təhlükəsinin xarakterini; qazkeçən qovşağın kommunikasiyalarının söndürülməsi və qoşulması üsullarını; qazdan xilasetmə aparatından istifadə qaydalarını; havadan nümunə götürülməsi qaydalarını; qazdan zəhərlənmə zamanı ilkin yardım göstərilməsi üzrə tədbirləri.

49. Qazdan xilasedici

İşin xüsusiyyəti.

4-cü dərəcə

Qeyri-mürəkkəb şəraitdə qazdan xilasetmə işlərinin aparılması. Qazın sızmasının qabağını almaq və aradan götürmək tədbirlərinin keçirilməsi. Qazkeçirici qovşağın və qazdan xilasedici aparatların işləməsi üzərində müşahidə və onların saz vəziyyətdə olmasının təmin edilməsi. Sexlərdə qaz təhlükəsizliyi vəziyyətinə, qaztutan və havadəyişdirici qurğularının işinə, xilasedici və qoruyucu vasitələrin, həmçinin qəza şkaflarında alətlərin düzgün komplektləşdirilməsinə nəzarət. Təhlükəsiz iş qaydaları haqqında fəhlələrin təlimatlandırılması. Oksigencanlandırıcı aparatın tətbiqi ilə zərərçəkənlərə ilkin yardımın göstərilməsi.



Bilməlidir: yanacağın qazlaşdırılmasının texnoloji prosesini; istehsalatda rastlaşan qazların və buxarların tərkibi və xassələrini, onların düzgün müəyyən edilməsini; müəssisədə qaz təhlükəsi olan yerləri və onlara xidmət göstərilməsi qaydalarını; təhlükəsiz işləmək qaydalarını; qaz təsərrüfatına və müəssisənin başqa qaz təhlükəli sexlərinə xidmət üzrə təlimatı.

50. Qazdan xilasedici

İşin xüsusiyyəti.

5-ci dərəcə

Mürəkkəb şəraitdə qazdan xilasetmə işlərinin aparılması. Qazpartlayışlı-yanğın təhlükəli olan sexlərdə, qurğularda, aqreqatlarda və kommunikasiyalarda müvafiq nəzarət orqanlarının təlimatına müvafiq yoxlamalar aparılması yolu ilə profilaktik işlərin görülməsi. Qaztəhlükəli istehsalatlarda qəzaların və bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin işlənilə hazırlanması. Qazpartlayışı-yanğın təhlükəli olan sexlərdə iş aparmaq və qazdan mühafizə aparatlarından istifadə qaydaları haqqında fəhlə və Mühəndis Texniki İşçilərə təlimat verilməsi. Təhlükəsizlik texnikası üzrə sex kompleks təhqiqat aparan, qaztəhlükəli iş yerlərinin siyahısını işləyilə hazırlayan və onları təhlükə qruplarına bölən komissiyalarda iştirak. Qazdan xilasetmə işləri üzrə nəzəri və praktiki məşğələlərin keçirilməsi. Zəhərli qazlar və buxarların çıxması ilə müşayiət olunan qəzalar, həmçinin bədbəxt hadisələr zamanı insanları xilas etmək işlərinə rəhbərlik.



Bilməlidir: qazdan xilasetmə xidməti tərəfindən profilaktiki işin aparılmasının əsas qayda və formalarını; bütün qaz kəmərlərinin, həmçinin qaz təhlükəli istehsalların bütün avadanlığının sxemlərini; xidmət etdiyi müəssisədə qazdan mühafizə vasitələrinin və qəzaları ləğv etmək üçün vasitələrin yerləşməsini; qazpartlayış-yanğın təhlükəsi olan sexlərdə işə nəzarət aparılması haqqında müvafiq nəzarət orqanlarının təlimatını.

51. Qaz və maye nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Məmulat səthinin və vakuum sistemlərinin hava ilə üfürülməsi və üfürüb təmizlənməsi, vakuum şlanqlarının və vakuum sistemlərinin çıxış qol borularının spirtlə sililə təmizlənməsi. Süzülən mayenin və adsorbsiya edən örtüklərin çəkilməsi və təmizlənməsi. Məmulatlara ultrabənövşəyi şüalarda baxılması. Helium və haloid sızma axtaranların işə salınması və iş rejiminə çatdırılması. Kvars diffuz sızma üzrə sızma axtarıcıların heliuma reaksiyasının yoxlanılması. Helium balonlarının və reduktorların helium sisteminə qoşulması. Elektrik ölçü və mexaniki cihazların köməyi ilə sistemlərdə qazın və vakuumun artıq təzyiqinin ölçülməsi. Mexaniki və buxar vuran vakuum nasoslarının istismarı.



Bilməlidir: vakuumun alınmasına dair əsas məlumatları; civə-kvars lampalarının, lüminessent cihazların: lövhəşəkilli-rotor, lövhə-şəkilli-stator, zolotniklərin-plunjer, buxar-vuran və soyudan tələlərin iş prinsiplərini; vakuumun ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; boyaüfürücülərin, helium və haloid sızmaaxtarıcıların iş prinsiplərini və quruluşunu; sızmaaxtarıcıların konstruksiyasında germetikliyi yoxlamaq üçün istifadə olunan metodları.

İş nümunələri.

1. Sadə konfiqurasiyalı tökmələr, döymə və ştamplama pəstahları - ultrabənövşəyi şüalarla yoxlama.

2. Artıq təzyiqin və vakuumun ölçülməsi üçün cihazlar-manometrlərin, mexaniki və elektrik vakuummetrlərin göstəricilərinin çıxarılması.

3. Qovuşuq qaynaq birləşmələri - ultrabənövşəyi şüalarla yoxlama.

4. Sızmaaxtarıcı - cihazın işə hazırlanması və onun işə salınması.

52. Qaz və maye nəzarəti üzrə defektoskopçu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Sınaqlara hazırlıq-nəzarət (montaj) sxeminin yığılması və artıq təzyiqdən istifadə edərək helium şüaları vasitəsi ilə ayrı-ayrı detalların üfürmə metodu ilə əməliyyatlararası yoxlanılması. İstismar qaydalarının tələblərinə və germetikliyə nəzarət üzrə təlimata müvafiq helium və haloid sızmaaxtarıcıların istismarı. Vakuumu və təzyiqi ölçmək üçün nəzarət-ölçü cihazlarının seçilməsi. Yoxlanılan detalların germetikliyinin sınaqları üzrə rəy. Stasionar şəraitində və obyektlərdə məlumatların lüminessent və rəngli yoxlanılması. Lüminessent defektoskopiya cihazları ilə işləmək. Təlimata əsasən süzülən mayenin və adsorbsiya edən örtüklərin hazırlanması. İndikator izləri üzrə defektlərin qeyd olunması. Defektlərin şərh edilməsi.



Bilməlidir: əsas vakuumun alınması metodlarını; nasosla çəkmə prosesinin əsaslarını; nasosun işləmə sürətini; boru kəmərlərinin müqavimətini və xidmət etmə qabiliyyətini; qazların axma rejimini; obyekti təmizləmək üçün olan avadanlığın və aparatların quruluşunu; fırlanan və qumvuran nasosların quruluşunu; vakuumu ölçmək üçün olan nəzarət-ölçü cihazlarının quruluşunu; sızmaaxtarıcıların elektrik, radiotexnik və vakuum sistemlərində sadə nasazlıqları; sızmaaxtarıcıların yoxlama və həssaslığının tənzimləmə üsullarını; nəzarət obyektlərinin sınaqdan keçirilmə metodlarını; nəzarət metodlarının mahiyyətini, üstünlüklərini və çatışmazlıqlarını; lüminessent cihazların quruluşunu; civə-kvars lampalarının elektrik parametrlərini; ultrabənövşəyi şüaların və flüoresensiyanın təbiətini; mayenin fiziki xassələrini (isladılma, dözümlük, səthi dartılma, kapilyar təzahürləri), rəngli defektoskopiya növü üçün boyaq maddələrinin və lüminessent defektoskopiyası üçün lüminessent maddələrinin növlərini; penetrantın məmulatın səthinə vurulma və təmizləmə metodlarını; məhlul hazırlayarkən dəqiq çəkilmiş maddə miqdarını almaq üçün analitik tərəzidən istifadə qaydalarını.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin