Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsrailin cinayətləri və Amerikanın himayəsi



Yüklə 1,24 Mb.
səhifə23/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

İsrailin cinayətləri və Amerikanın himayəsi


Bu ramazan ayında sionistlər maksimum faciə törətdilər. Siz görürsünüz ki, bəlkə də bir-iki yaşlı kiçik uşaqdan tutmuş yeniyetməyə, gəncə, qoca kişiyə və xəstəyə qədər müxtəlif insanlar bu hadisələrin qurbanlarına çevrildilər. Bu, İslam və müsəlmanların düşməninin – yəni İslam vətəninin bu hissəsinə hakim olanların insani meyarlarla və insan hüquqları ilə zidd olmalarını göstərir. Eyni zamanda Amerikanın senatorları, siyasətçiləri və siyasi şəxsiyyətləri açıq şəkildə bunları müdafiə edirlər. Bu işi görsünlər; öz istəkləridir, siyasətləri budur. Onların mahiyyəti bu fəsadlı adamları, şeytansifətləri və yırtıcıları müdafiə etməkdir. Bundan artıq bir şey gözləmək olmaz. Lakin dünya xalqı bundan ibrət almalıdır. Xoşbəxtlikdən bizim xalqımızın gözü və qulağı açıqdır. Həmişə müxtəlif hadisələrdə insan hüquqlarını, əksəriyyətin hüquqlarını və öz sözləri ilə desək, demokratiyanı müdafiə etdiyini və bununla fəxr hissi keçirdiyini amerikalıların dilindən eşidən dünya xalqı Fələstin güzgüsündə Amerika siyasətlərinin həqiqi çirkin simasını müşahidə etməlidirlər.

Qərbin İsrail cinayətlərinə həyasızcasına dəstəyi


İmperialist Amerika rejiminin başçıları da buna görə qəzəblənmişlər və öz iç üzlərini göstərirlər. Onların qəlbində olan və həmişə qalın riyakarlıq pərdələri arxasında gizlətdikləri bu gün onların sözlərində özünü göstərir. Bu gün amerikalılar təkcə qaniçən sionizm rejimini yox, onun açıq cinayətlərini də pərdəsiz şəkildə və həyasızcasına müdafiə edirlər. Yalnız terror məsələsi deyil, böyük və aşkar bir cinayət baş vermişdir; bunu müdafiə edirlər; küçə və xiyabanlara tank yeritmələrini müdafiə edirlər; xalqın evini dağıtmalarını müdafiə edirlər. Bu, hegemonçu rejimin iç üzüdür. İslam inqilabının sözlərində təkrarlanan hegemonluq budur.

Həması, İslam Cihadını və Hizbullahı terrorçu kimi təqdim edirlər. Nə üçün? Məgər bunlar nə etmişlər? Bunların cinayəti odur ki, öz şərəflərini, vətənlərini, evlərini və xalqlarını müdafiə etmişlər. Amerikanın istəyi budur ki, İsrail öz cəlladları ilə kiçik uşaqları, bu kişinin oğlu kimi uşaqları atalarının gözü qarşısında qətlə yetirsinlər və heç kim etiraz etməsin, heç nə deməsin, cavab istəməsin və qəzəblənməsin. Həmasın, İslam Cihadının, Livan Hizbullahının və döyüş səhnəsinin bütün həqiqi mübarizlərinin yeganə günahı budur ki, belə daşürəkli və bənzərsiz təcavüzlərə əməli cavab verir və addım atırlar. İslam Respublikasının cinayəti də budur ki, haqqı və ədaləti açıq-aşkar müdafiə edir. Biz heç zaman haqq və ədalətin müdaifəsini hegemonçu qüvvələrin istəyinə görə kənara qoymamışıq. Biz bu sahədə heç zaman sazişə girməmişik, riyakarlıq etməmişik. Biz açıq şəkildə haqqı və ədaləti irəli sürmüş və müdafiə etmişik. Bu bizim cinayətimizdir.



Amerikalılar öz içlərini göstərdilər. Amerikanın prezidenti son nitqində insanların qanına təşnə olan adam kimi danışırdı. Ölkələri və xalqları təhdid və ittiham edirdi. Bütün dünya bilir ki, böyük şeytan Amerikadır. Bu, dəlilə söykənən bir sözdür. Bu "böyük şeytan" adı Amerika üçün dəlilsiz bir ad deyil. Siz son 30-40 ilin tarixinə baxın, müstəqil və xalq hərəkatlarına qarşı ən çox pozuculuq işlərini Amerika görmüşdür. Dünyada mömin və təmiz şəxsiyyətlərin ən çox terrorunu Amerikanın CİA casus şəbəkəsi törətmişdir. Dünyada antixalq rejimləri ən çox Amerika müdafiə etmişdir. Dünyada odlu silahların ən çox satışını Amerika həyata keçirmişdir. Xalqların sərvətlərinə qarşı ən çox qarətçiliyi Amerika törətmişdir. Bunlar şeytanlıqdır. Deməli, o, ən böyük şeytandır. Düzdür, bu işləri dünyada digər şeytanlar da görürlər, lakin heç biri Amerika qədər şeytan deyillər. Deməli, o doğrudan da böyük şeytandır.

İsrailin cinayətləri qarşısında Qərbin və Amerikanın sükutu və dəstəyi


Bu gün Amerika və Qərb Fələstin məsələsində və bir çox digər məsələlərdə açıq şəkildə yalan deməkdədirlər; açıqcasına yalan danışırlar. İyirmi iki günlük müharibədə Qəzzə faciəsi kimi əzəmətli bir faciəni əksinə göstərirlər. Buna diqqət yetirməliyik. Mən bunu yada salmaq istəyirəm. Bu gün Qəzzə və Fələstin Qərbin rüsvay olduğu sahədir. Qərb insan hüquqları iddiası ilə Qəzzədə ən böyük və ən faciəli hüquq pozuntusuna göz yumdu. Qərblilər ötən il uzun müddət Qəzzə xalqının xeyrinə və onları müdafiəyə dair bir söz də demədilər. Günlər ötürdü, biz qulaq asırdıq ki, görək Amerika heç, bəlkə Avropada insan hüquqları təşkilatlarından, dırnaqarası azadlığı müdafiə təşkilatlarından Qəzzə xalqının xeyrinə bir söz deyilsin. Olmadı. Xalqın səs-küyü ucalandan sonra, müxtəlif ölkələrdə xalq səs ucaldıb yürüş edəndən, mitinq keçirəndən, danışandan və rüsvayçılıq yüksələndən sonra danışmağa başladılar; yalnız söz. Hamının gözü önündə baş verən belə bir əzəmətli faciədə Qərb Qəzzə xalqını əsla himayə etmədi. Bu günə qədər də Qərb həmin mövqedədir. Birləşmiş Millətlər Təşkilatı özünü rüsvay etdi. Amerika rüsvay idi, daha da rüsvay oldu. Qoldstonun məruzəsindən hamınız xəbərdarsınız. Bu gün sionizm rejiminin cinayətkar başçıları mühakimə olunmalı və cəzalandırılmalıdırlar. Amma heç bir xəbər yoxdur, heç bir iş görülmür. İşğalçı və qondarma sionizm dövlətinə dəstəklər hətta artır da. Bunlar Qərbi rüsvay etdi. Amerika bu yeni hökumətlə və yeni prezidentlə dəyişiklik yaratmaq istədiyini iddia etdi. Dəyişiklik şüarı Amerikanın İslam regionunda rüsvayçılığını və bədnamlığını bir qədər düzəltmək üçün idi. Amma düzəldə bilmədilər və bilsinlər ki, sona qədər də düzəldə bilməyəcəklər. Çünki yalan danışırlar; çünki açıq şəkildə xalqa yalan deməkdədirlər. Onlar çoxlu məsələlərdə yalan danışırlar. İslam Respublikasında olan bizlər daim bunların yalanlarını görürük və eşidirik. Həqiqətləri tərsinə göstərmək, reallıqları tərsinə göstərmək otuz ildir bizim gözümüz önündədir. Biz buna adət etmişik. Lakin dünya mühakimə yürüdəcək. Tarix mühakimə yürüdəcək. Bu gün mən sizə deyirəm ki, Qərb sivilizasiyası Fələstin məsələsində böyük problem içərisindədir. Bu gün Qərbin liberal-demokratiya iddiası sual altındadır. Yəni siz Fələstində müqavimətinizə görə Qərbin dünyaya hökmranlıq amili olan bir neçə yüz illik bir iddiasını endirdiniz, bu iddianı puç etdiniz. Sizin göstərdiyiniz bu müqavimət bu qədər mühüm və əzəmətlidir!

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin