Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Region məsələlərinə müdaxilə etməyə Amerikanın haqqının çatmaması



Yüklə 1,24 Mb.
səhifə29/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

Region məsələlərinə müdaxilə etməyə Amerikanın haqqının çatmaması


Amerika bu məsələdə nəçidir? Amerika hökuməti hansı münasibətlə bu xalqa və bu regiona aid olan bir məsələdə bir qəyyum, bir ixtiyar sahibi və bir quldur kimi müdaxilə edib ona-buna nə iş görməsini diktə etməyə özünü haqlı bilir? Sizə nə var? Siz Amerika qitəsinə əl uzadıb təcavüz etdiniz, icazəsiz daxil oldunuz, insan öldürdünüz; bəsiniz deyil? Bu Orta Şərq regionunda bu xalqların sayıq və agah insanlarının hər birinin ürəyi sizə qarşı nifrət və ədavətlə doludur. Yenə də yaxınlaşır və öz gümanınıza görə Fələstin məsələsini həll etmək istəyirsiniz. Həll yolu budur? Fələstin məsələsinin həlli işğalçı dövlətin dağılıb məhv olmasındadır. Torpaqların sahibləri gəlib orada hökumət təşkil etməlidirlər. Müsəlman, məsihi, yəhudi - nə varsa, birlikdə yaşamalıdırlar.

Amerika sionizm rejiminin cinayətlərinin şəriki kimi


Şübhəsiz, bu cinayətlərdə yalqız deyil. Şübhəsiz, onun cinayətlərinin şəriki Amerika Birləşmiş Ştatlarıdır. Bu gün kim o zalıma kömək etsə, onun cinayətinə şərik olur. Bu gün bunun təsirinin görünməməsi mümkündür, lakin xalqların və tarixin yaddaşından silinməyəcək.

Fələstin məsələsində liberalizmin rüsvayçılığı


Məmurlar barəsində mövcud olan ən mühüm mənfi cəhətlər bir neçə şeydən ibarətdir. Mən o gün də İmam meydanında qısa işarə vurdum, indi onları siz gənclər üçün bir qədər açmaq istəyirəm:

Biri bəzi məmurlarda inqilabi və dini baxışın və imanın zəifləməsidir. Bunlar Qərbin siyasi proqramlarına valeh olmuşlar; özü də səhv çıxan proqramlara. Bir zaman insan fikrinin və əməlinin təkamül zirvəsi sayılan və ondan üstün bir şeyin mövcud olmadığı deyilən Qərb liberal-demokratiyası (mənim fikrimcə bunun özü bir dar düşüncəliyin əlamətidir ki, insan bir nöqtəni tapıb insanın hərəkət etməsi üçün ondan üstün bir nöqtənin olmadığını desin. Xeyr, insan öz hərəkətində nəhayətsizdir) bu gün öz əli ilə özünü rüsvay etmişdir. Bu gün Əfqanıstan məsələsini və uzun illərdir Fələstin məsələsini vücuda gətirən bu liberalizmdir. Qərbin bu yalançı humanizmi əlli ildir Fələstin xalqını görməzdən gələn və onu bütövlüklə silmək istəyən amildir. Özlərindən soruşmurlar ki, ümumiyyətlə dünyada Fələstin xalqı mövcud olub, yoxsa yalandır. Əgər Fələstin adlı bir torpağın olduğunu qəbul edirsinizsə, bəs onun xalqı hanı? Bir xalqı və bir coğrafi adı bütövlüklə Yer kürəsindən silmək istədilər. Bu gün onların humanizmi, liberalizmi və demokratiyası elə bir qapalı və avtoritar həddə çatmışdır ki, Əfqanıstan xəbərlərini yayımlamaq üçün hətta bir xarici media qurumuna da icazə vermək istəmirlər. Bu, Qərbin nəzərində xəbərin azad yayımıdır. Bu nüsxə rüsvay olmuş və səhv çıxmışdır. Eyni zamanda İslam inqilabının sayəsində izzət və hörmət əldə etmiş, ona görə, İslamın, imamın və inqilabın tərəfdarı olduğunu bildiyinə görə dörd nəfərin hörmət etdiyi filan məmurumuz qəflətən İslam demokratiyasının qarşı tərəfi olan Qərb liberal-demokratiyasının tərəfdarı olur. Ümumiyyətlə İslam demokratiyası və İslamda azadlıq bu deyil, başqa bir həqiqətdir. Bəzən belə nümunələr nadir şəkildə tapılır. Əlbəttə, mən Allaha şükür edirəm ki, ölkənin birinci dərəcəli məmurları İslamın əsaslarına dərindən etiqadlıdırlar. Düşmən özünün düşüncə və siyasi təsirini həssas yerlərə çatdıra bilməmişdir. Bu gün üç hakimiyyətin başçıları və ölkənin birinci dərəcəli məmurları imamın və inqilabın amalına dərindən etiqadlıdırlar. Amma bəzi orqanlarda belə nümunələr peyda olur. Mən o gün də buna toxundum.


Amerikanın cihad qrupları ilə düşmənliyi


Amerikalılar rəsmən elan etdilər ki, Fələstində Həmasın qarşısında hansı qrup dayansa, onlara pul verməyə hazırdılar və verdilər. Onlar üçün təbliğat imkanı da yaratdılar. Amma bütün bunlara rəğmən və Amerikanın və Fələstini işğal edən sionistlərin acığına, Həmas mübarizləri qələbə çaldılar. Əgər bu gün İslam dünyasının hansı bir yerində azad seçkilər keçirilsə, həmin hadisə baş verəcək və Amerikaya müxalif olan qrup səs qazanacaq. Çünki xalqın könlü, hissləri və siyasi meyli bu gün budur.

"Ar olsun sizə! Azadlığı müdaifə budur?!"


Fələstin xalqı haqlıdır; haqq onunladır, o məzlumdur. Ar olsun azadlıq iddiaçılarına, insan hüquqlarının iddiaçılarına, bu xalqa edilən bütün bu zülmlərə göz yumub yenə də insan hüquqlarını müdafiə iddiası edənlərə və xəcalət də çəkməyənlərə! Mən təəccüb edirəm. Əgər fələstinlilər öz ölkələrində bir əcnəbi azlıq olsaydılar - demirəm ki, ölkə sahibi, fərz edin fələstinlilər öz torpaqlarında azlıq olsaydılar, Fələstinə gəlmiş mühacirlər olsaydılar - dünyanın harasında bir insaflı insan bunlara qarşı bütün bu zülmlərə dözərdi?! Evlərini uçururlar, gənclərini öldürürlər, kişilərini həbs edirlər, daim bunları təhdid edirlər, evlərini bombalayırlar, ərzaqlarının qarşısını alırlar, iqtisadi blokadaya salırlar, bağlarını dağıdırlar, bütün həyatlarını korlayırlar. Amma cənab Buş xəcalət də çəkmir və durub deyir ki, biz azadlığa sadiqik. Bu azadlıqdır?! Ar olsun sizə! Sizin azadlıq tərəfdarlığı budur.

Fələstin xalqı adlı həqiqəti inkar etməkdə hegemonluğun həyasızlığı


Hegemonluq müsəlman xalqlara qarşı özünün zülmünə bir hədd tanımır. Bu gün işğalçı sionistlər və onların hərtərəfli himayədarı kimi Amerika o qədər irəliləyiblər ki, hətta Fələstin milliyyətini də inkar edir və Fələstin xaqlı adlı bir həqiqəti tanımırlar. Halbuki Fələstin xalqı dərin tarixi köklərə və inkarolunmaz coğrafi bağlara malik bir xalqdır. Nə tarixi kökü olan, nə coğrafi rabitəsi olan isə qondarma və yalançı İsrail xalqıdır.

İnsan hüquqları məsələsində Qərbin ikili standartı


İşğal olunmuş Fələstində xəyanətkar sazişlərə etina etməyib boş əllə haqlı mübarizələrini davam etdirən müsəlmanlar kobud və qeyri-insani üsullarla əzilirlər. Qadınları, uşaqları və qocaları əmr almış sionist əsgərlərin əli ilə işgəncə görür, tar-mar olurlar və Qərb dövlətlərindən olan bütün bu insan hüquqları iddiaçılarının isə səsi çıxmır. Amerika, İngiltərə və digərləri əməli cəhətdən himayə edir və dillə həvəsləndirirlər də.

Livanda məzlum fələstinli qaçqınların düşərgələrindən əlavə, livanlı müsəlmanların ev və yurdları İsrailin reaktiv təyyarələri vasitəsi ilə bombalanır. Yoldan keçən və mülki qadın, kişi, qoca və gənc qana boyanır, möhtərəm bir ruhani gecə yarısı sionsit muzdurların vasitəsi ilə öz evindən oğurlanır. Uzun illərdir terrorizmi və insan oğurluğunu məhkum etməyi bütün sözlərinin nəqəratı edən və bəhanə göstərmək üçün daim öz maraqlarına qarşı çıxan hər bir dövləti onda ittiham edən bütün bu Qərb dövlətlərindən hətta bir nəfər də bu iyrənc və vəhşi terrorçu hərəkətlər qarşısında ciddi mövqe seçmir, bir dövlətin belə quldurcasına başqa bir ölkə əhalisinin evinə bomba tökməsinə, yaxud adam oğurlamasına narahat olmur.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin