Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə33/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

Fələstin macərasının məğzi


Fələstin macərasının məğzi nədir? Macəranın məğzi budur ki, dünyanın nüfuzlu yəhudilərinin bir qrupu yəhudilər üçün müstəqil bir ölkə qurmaq fikrinə düşdülər. İngiltərə bunların fikrindən istifadə edib öz problemini həll etmək istədi. Onlar əvvəlcə Uqandaya gedib oranı öz ölkələri etmək istəyirdilər. Bir müddət düşündülər ki, Liviyanın paytaxtı Tripoliyə getsinlər. Odur ki, o zaman Tripolini ələ keçirmiş italiyalarla söhbət etdilər. Amma italiyalılar bunları rədd etdilər. Nəhayət ingilislərlə razılaşdılar. O zaman ingilislərin Orta Şərqdə çox mühüm müstəmləkə məqsədləri vardı. Gördülər ki, bunların bu regiona gəlmələri yaxşıdır; əvvəlcə bir azlıq kimi daxil olsunlar, sonra tədricən genişlənsinlər, həssas bir tərəfi - Fələstin həssas nöqtədə yerləşir - tutub dövlət qursunlar, İngiltərənin müttəfiqi olub İslam dünyasının, xüsusən də ərəb dünyasının o bölgədə ittifaq yaratmasına mane olsunlar. Düzdür, əgər digərləri sayıq olsalar, düşmən ittifaq yarada bilər. Amma xaricdən o şəkildə himayə olunan düşmən casus fəaliyyətləri və müxtəlif üsullarla ixtilaf yarada bilər. Onlar həmin işi də gördülər: birinə yaxınlaşdılar, birini vurdular, birini əzdilər, biri ilə pis davrandılar. Buna əsasən, birinci dərəcədə İngiltərənin və bəzi Qərb ölkələrinin köməyi oldu. Sonra bunlar tədircən İngiltərədən ayrılıb Amerikaya birləşdilər. Amerika da bunları bu günə qədər öz qanadı altında saxlamışdır. Bunlar bu mənada bir ölkə yaradıb Fələstini işğal etdilər. İşğal etmələri də belə idi: əvvəl müharibə ilə gəlmədilər, hiylə ilə gəldilər. Gedib Fələstinin ərəb əkinçilərinin işlədiyi böyük və çox münbit torpaqları dəyərindən bir neçə dəfə baha qiymətə bu böyük torpaqların Avropa və Amerikada olan əsas sahiblərindən aldılar. Onların da ürəklərincə oldu və torpaqları bu yəhudilərə satdılar. Əlbəttə, onların dəllalları da vardı. Deyirlər bu dəllalların biri 1900 çevrilişində Rza xanın şəriki olan məşhur Seyid Ziya idi. O buradan Fələstinə getdi, orada müsəlmanların torpaqlarının yəhudilərə və israillilərə satılmasına dəllalıq etdi. Torpaqlar bunların mülkü olanda həqiqətən çox qəddar, yırtıcı və daşürəkli yollarla tədricən əkinçiləri bu torpaqlardan ixrac etməyə başladılar; vururdular, öldürüdülər və eyni zamanda dünyanın ümumi rəyini yalan və hiylə ilə özlərinə sarı cəlb edirdilər.

İşğalın mərhələləri


Bu gün biz təşəbbüsçülüyü ələ almalıyıq. İndiyə qədər həmişə düşmən təşəbbüsçü olmuş, biz isə uzaq başı şikayət etmiş və gileylənmişik. Fələstin düşmənin onlarla təşəbbüsçülüyündən ibarət olan tarixi bir prosesdə sionistlərin tam mülkünə çevrilmişdir. Əvvəlcə fələstinlilərin torpaqlarını almaq, sonra mühacir sionistlərin silahlanması, ondan sonra daxili müharibə, Fələstinin bölünməsinin elan olunması, daha sonra o İslam və ərəb ölkəsinin yeni hissələrinin ələ keçirilməsi və nəhayət hamısının tutulması, Misir, Suriya və İordaniyanın bəzi hissələrinin də ona əlavə olunması. Buraya qədər Fələstinin ərəb qonşuları yalnız bir dəfə təşəbbüsçülüyü ələ almışdır. O da Suriya və Misirin hicri tarixi ilə 1393-cü ilin ramazan hücumu idi. Bu hücum Amerikanın İsraillə birliyinə və İslam ölkələrinin iradə zəifliyinə görə tam nəticələrə çatmasa da, yenə də ərəb cəbhəsinin fəxrinə və ərəb torpaqlarının bir hissəsinin azad olunmasına səbəb oldu. Ondan sonra bu günə qədər həmişə sionistlər, onların himayədarları və birinci növbədə Amerika barışıq şüarları verməkdə və Fələstinin işğalının möhkəmləndirilməsi istiqamətində təşəbbüsçü olmuş və öz həriflərini bacardıqları yerə qədər arxalarınca çəkmişlər. Biz müsəlman dövlətlər Fələstinin xilası yolunda ön xətdə olan ölkələrə daha ciddi köməklər etməli idik. Keçmişdə bizim bəzi hökumətlərimiz ön xətdə olan ölkələrin cəbhəsinə hətta arxadan xəncər də vurublar. Onun bariz nümunəsi Pəhləvi dövründəki İran hökumətidir. Təəssüf ki, o zaman İran sionistlərin təhlükəsiz evi və işğalçı dövlətin səmimi həmkarı idi.

İşğal


Sionistlər gəlib bir İslam ölkəsini işğal etdilər və bir müsəlman xalqı qovdular. Sonra da quldurluqla, inadkarlıqla və tacir sionistlərin etdiyi siyasi işlərlə öz işlərini ört-basdır edib ərazilərini genişləndirdilər. Sionistlər yüz, yaxud yüz əlli il öncədən anladılar ki, pul qazanmağa çalışmalıdırlar. Əgər Avropa ölkələrindəki bu rəzillikdən çıxmalarını istəyirlərsə, gərək özləri pul qazansınlar, həssas mərkəzləri tutsunlar, xəbər agentliklərini, mətbuatı və radioları ələ keçirsinlər. Onlar bunun ardınca getdilər. Dünyada sionist olan böyük kapitalistlər var. Bunların hamısı öz təzyiqləri, siyasi işləri və təbliğat fəaliyyətləri ilə düşündülər ki, qırx, yaxud əlli ildən sonra nəhayət məsələ unudulacaq. Kim təsəvvür edərdi ki, gəlib bir xalqı bu ölkədən qovsunlar, dünyanın müxtəlif yerlərindən bir qrup adamı toplayıb buraya gətirsinlər və dırnaqarası bir ölkə qursunlar. Çox qəribə və inanılmaz bir işdir. Bunlar dedilər ki, biz bu ərəblərin sözünə, bu inamlarına, Birləşmiş Millətlər Təşkilatının bu qətnamələrinə və bu səs-küylərə etina etməyək, nə istəyirlər etsinlər. Biz yalnız dayanıb tədricən qlobal təzyiq göstərək və bunlar unutsunlar. Təəssüf ki, elə də oldu.

Fələstinin işğalı dövründə sionistlərin hiyləgərliyi


Sionistlər öz məqsədlərindən daşınmırlar. Söylədikləri "Nildən Fərata qədər" məqsədlərini geri götürməyiblər. Hələ də məqsədləri Nildən Fərata qədər hər yeri tutmaqdır. Lakin sionistlərin strategiyası budur ki, əvvəlcə hiylə və kələklə öz yerlərini möhkəmləndirirlər və bundan sonra təzyiqlə, hücumla, insan öldürməklə, zorakılıq və qəddarlıqdan istifadə etməklə bacardıqları qədər irəliləyirlər. Bunlar ciddi bir dirənişlə - istər siyasi, istər hərbi dirənişlə üz-üzə gələn kimi dayanırlar. Yenə də hiylə və kələyə sarı gedirlər ki, bununla bir addım da irəliləyə bilsinlər. Bir addım irəlilədikdə yenidən həmin hücumlarını və qəddarlıqlarını davam etdirirlər. Onlar 60-70 il öncədən bu günə qədər bu işi görmüşlər. Yəni Fələstini rəsmən işğal etmələrindən 25 il öncədən bu üsulu icra ediblər. Bunlar əvvəlcə Fələstinə daxil olanda demədilər ki, biz Fələstinə mühacir gətiririk. Fələstin xalqı təccüblənirdi ki, buraya gələn bu adamlar kimdirlər. Yalandan deyirdilər ki, mütəxəssis gətiririk. Bu sözlər əsaslıdır. Bunlar İngiltərə Xarici İşlər Nazirliyinin sənədlərində olmuş və sonradan ifşa edilmişdir. Dünyanın bəzi Xarici İşlər Nazirlikləri köhnə sənədləri nəşr edir və hamının ixtiyarında qoyur. Dediyim sənədlər 60-70 ildən sonra bizim əlimizə çatmışdır. Bu sənədlərdə Fələstində çalışan bir ingiltərəli zabit öz məruzəsində yazır: "Biz Fələstin xalqına dedik ki, Fələstinə daxil olan şəxslər mütəxəssisdirlər, mühəndisdirlər, doktordurlar və sair. Onlar sizin ölkənizi abadlaşdırmağa gəlirlər. Sizin torpaqlarınızı abadlaşdırdıqdan sonra da gedəcəklər".

Həmin ingilis zabit bir məktubda yazmışdır: "Amma biz bu xalqa yalan deyirdik". İxtisası və sənəti olmayan yəhudiləri dünyanın müxtəlif yerlərindən toplayıb Fələstinə apardılar. Onlara imkanlar yaratdılar, torpaq və hər şey verdilər. Çünki Fələstinin əsl sahiblərini o ölkədən çıxarmaq istəyirdilər. Əvvəlcə hiylə ilə başladılar və yerləri möhkəmlənəndən sonra hücuma keçdilər.

1948-ci ildə İsrail dövlətinin təşkil olunmasını elan etdilər. Ondan bir il sonra isə daha artıq torpaqlar tutmaq üçün Misirə və digər müsəlman ölkələrinə hücum etdilər. Məğlub olduqda bir müddət səbir etdilər. Əlbəttə, çoxlu torpaq tutdular, amma daha irəliləyə bilmədiklərindən dayandılar və yenə hiyləgərliyə başladılar ki, görsünlər necə yeni ayaq yeri tapa bilərlər. Bu günə qədər həmin formada irəliləmişlər.


Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə