Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İki xəyal: İsrailin məğlubedilməzliyi və birgə yaşamağa ümid



Yüklə 1,24 Mb.
səhifə38/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

İki xəyal: İsrailin məğlubedilməzliyi və birgə yaşamağa ümid


İstər sionizm rejiminin məğlubedilməzliyi xəyalı ilə realistlik şüarı verib işğalçılara sarı barışıq və təslimçilik əli uzadanlar, istər öz səhv gümanlarına əsasən sionist siyasətçilərin ikinci və üçüncü nəslini birinci nəslin cinayətlərindən uzaq bilib onların bir-birinin yanında sağlam birgəyaşayışına dair ürəklərində ümid yetişdirənlər indi öz səhvlərini anlamalıdırlar. Əvvəla İslam ümmətinin oyanış dalğası və İslam müqavimətinin çiçəklənməsi ilə o yalançı heybət dağılmış, işğalçı rejimdə bacarıqsızlıq və acizlik əlamətləri aşkar olunmuşdur. İkincisi isə o rejimin idarəçilərində olan təcavüzkarlıq xisləti və cinayətə həyasızlıq eynilə birinci onilliklərdə olandır. Əgər bacarsalaq, yaxud bacardıqlarını güman etsələr, heç bir cinayətdən çəkinməzlər.

Fələstinlilər üçün rifah dövrü imtahanının çətinlik dövrü imtahanından ağır olması


Bəzən çətinlik dövrünün imtahanı rifah və asayiş dövrünün imtahanından daha asan olur. İşağlçı, əxlaqsız və zalım israillilərlə məzlum mübarizə dövrünün imtahanı çətin imtahan idi. Bəziləri onun öhdəsindən gəldilər və bir neçə il ötdükdən sonra həmin mübarizələrin sayəsində xalqın arasında hörmət qazandılar, pullar töküldü, hörmətlər olundu və rahatlıq dövrü başlandı. Daha mübarizə yox idi, daha ölüm təhlükəsi yox idi, daha çiyinə avtomat atmaq yox idi. Odur ki, asayiş dövrünün imtahanından kəsildilər; özü də çox pis kəsildilər. Fələstinin satılması rüsvayçılığını gördünüz. Müasir tarixdə belə nümunələrimiz çoxdur. Mən çətinlik dövrlərini ən təmiz vəziyyətdə keçirən, lakin rifah dövründə çirkinliyə və fəsada düçar olan mübarizlər görmüşəm.

İsraili məhv etməkdə İslam ölkələrinin bacarıqsızlığının səbəbi - ilahi rəhbərliyin olmaması


Digər ölkələrə baxın. Digər İslam ölkələrinin xalqı da müsəlmandır. Demək olmaz ki, filan ölkənin xalqının düzgün dini və imanı yoxdur. Əgər bəzi ölkələrdə bəzi amillərə görə xalq iman zəifliyinə düçar olsa və bəzi qeyri-dini adətlərə malik olsa, bu başqa bir məsələ, amma xalqın imanı əksər İslam ölkələrində dərin imandır və bunun nümunələrini tapmaq olar. Təxminən səksən il din əleyhinə iş aparılan Mərkəzi Asiya ölkələrində də xalqda hələ dini sevgilərin olduğunu görürsünüz. Çoxlu ölkələrdə xalq namazı, orucu - yəni dinin onlardan istədiyini anladıqlarını düzgün yerinə yetirirlər. Amma düşmənlərin mədəni hücumu qarşısında, düşmənlərin siyasi hücumu qarşısında, dünya hegemonluğunun kompaniyalarının iqtisadi hücumu qarşısında və əgər nə zamansa baş versə, düşmənlərin hərbi hücumu qarşısında həmin xalqın əlindən heç bir iş gəlməyəcək. Nə üçün? Nə üçün Orta Şərq regionunda çoxlu əhalisi olan böyük ölkələr və işğalçı sionizm rejimi ilə qonşu və çoxlu əhalisi olan bəzi ölkələr bu xərçəng vəzisinə əlac edə bilmirlər?

Səbəb nədir? Səbəb böyük İran xalqının din və imanının olması ilə yanaşı, inqilabdan qabaqkı dövrlərdə yaranan bütün hadisələrdə uğursuzluğa düçar olmasına bais olan səbəbdir. Səbəb hər yerdə birdir. Səbəb budur ki, bizim xalqımız keçmişdə bu səkkiz il ərzində malik olduğu üstün xüsusiyyətlərdən məhrum idi. Bu gün də təəssüf ki, bir çox müsəlman ölkələri ondan məhrumdurlar. Amma bizim xalqımız inqilabdan sonrakı illər boyunca ona malik olmuşdur. Bu nədir? Bu əsaslı bir məsələdir. Bu, İran xalqının uğurlarının və böyük qələbələrinin amilidir; yəni bu əzəmətli mömin xalqın, bu gənclərin, bu kişilərin, qadınların və müxtəlif təbəqələrin bütün vücudu ilə İslam məqsədləri yolunda çalışan və xalqı hərəkət etməli olduğu yola yönəldən mərkəzlə - ilahi və iman rəhbərliyi ilə rabitəsidir. Bir rəhrəblik, bir mərkəz və bir yönəltmə orqanı bizim Böyük İmamımızda – o hikmətli və mənəvi insanda təcəssüm olunmuşdu. Bizim bu əzəmətli, müsəlman, mömin və öhdəlikli xalqımıza yolu göstərən o idi. Xalqa deyirdi ki, kiminlə mübarizə aparsın; xalqı dəvət edirdi ki, Allahla ürəkdən rabitə qursunlar və Allaha təvəkkül etsinlər; xalqı xəbərdar edirdi ki, düşmən qarşısında özünü necə təchiz etsin, hazır saxlasın və düşmən onları aldada bilməsin. Yeri gəldikdə xalqın bilməsinin lazım olduğunu xalqa deyirdi. İmamın arxasında da ölkəni idarə edən qurum - yəni İslam Respublikası quruluşu vardı. Amma məsələ şəxsən imamla məhdud olmur. Kimsə düşünməsin ki, İslam Respublikası quruluşunda xalqın əzəmətli kütlələri yalnız rəhbərlə rabitədə olmalıdırlar və xalq qüvvəsinin cəlb olunmasında, yönəldilməsində, idarəsində və onlara dəstəkdə ölkəni idarə edən qurumun rolu yoxdur. Xeyr, bu səhvdir. Məhz buna görə siz görürdünüz ki, Böyük İmam dəfələrlə ölkənin rəsmi məmurlarını himayə edir və dəstəkləyirdi.


Məyusluq - meydana atılmaqdan çəkinməyin səbəbi


Məyusluq bəzilərinin meydana atılmamasına səbəb olurdu. Məyusluğu uzaqlaşdırmaq lazımdır. Siz qəddar Bəs rejiminin türmələrində olanda nə qədər baxırdınızsa, gözünüzün önü qaranlıq idi. Əlinə qamçı almış o kobud məmurdan, o sərt Bəs zabitindən tutmuş Səddam Hüseynin özünə qədər biri o birindən sonra sizə sanki şəxsi qan düşməni və ata-baba düşməni idilər. Hansının əlinə düşsəydiniz, sizə əziyyət və işgəncə verir, incidirdi. Belə deyildi?! Bütün mühit qaranlıq idi. Burada, sizdən uzaqda evdə oturan və siz qardaşların yoxluğundan qəm çəkən bizim hamımız da belə idik. Mənim özüm şəxsən bu hissləri keçirirdim və bilirdim ki, İran xalqının əksəriyyəti də bu hissləri keçirir; istər evlərində, yaxud qohumlarında əsir olsun, yaxud olmasın; hamı bu hissi keçirirdi. Onlar da baxdıqda mühiti qaranlıq görürdülər. O məyus baxışın arxasında ilahi lütfün və ümidin günəşi parlayırdı, amma biz görmürdük. Bu bir dərsdir. Nə üçün bəzi adamların dünyanın hegemonçu qüvvələrinə qalib gəlmək ümidləri yoxdur? Nə üçün bəzi adamlar bu regiondan İsrailin kökünü kəsməyə ümidsizdirlər? Nə üçün bəzi adamlar bütün dünya müsəlmanlarını bugünkü vəziyyətdən və məzlumluqdan xilas etməyin mümkünlüyünə ümidsizdirlər?

Müsəlman xalqların çətinlik və bəlalarının etiqad və söz tövhidi xəttinin itirilməsindən qaynaqlanması


Bu gün müsəlmanların başına gələn çətinlik və bəlaların hamısı tövhid sayəsi altında həyat idarəsini itirməyə görədir. Tövhid təkcə zehnə aid olan bir məsələ deyil. Tövhid real bir məsələ, bir sistem və bir həyat proqramıdır. Tövhid bizə deyir ki, dostlarımızla necə olaq, düşmənlərimizlə necə olaq, ictimai quruluşda necə olaq və necə yaşayaq. Bəziləri elə bilirlər ki, tövhidə etiqad ölümdən sonraya aiddir. Halbuki tövhidə etiqad bu dünyanın və həyatın qurucusudur. Bu gün bizim buna ehtiyacımız var. Müsəlman xalqların buna ehtiyacı var.

Biz nə qədər tövhidə və Allah bəndəliyinə sarı getsək, tağutların və Allah şəriklərinin şəri bizdən bir o qədər azalacaq. Müsəlman İran xalqı tövhid xəttində nə qədər irəliləmişsə, bu gün Amerikanın və dünya hegemonlarından olan başqa qüvvələrin diluzunluğundan və əluzunluğundan rahat olmuşdur. Onların əmrlərindən azaddır. Bu, tövhidin və Allah bəndəliyinin xüsusiyyətidir. Allahın bəndəsi olsanız, (görəcəksiniz ki,) bu, digərlərinin bəndəliyi və nökərliyi ilə uyuşmur. Bu, birinci şərtdir.



İkinci şərt də söz tövhidir. Müsəlman xalqlar bir-biri ilə birləşməlidirlər.

Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə