Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə67/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   ...   81

Bizim təklifimiz: Referendum


Möhtərəm məclis iştirakçıları! Bu toplantıda iştirak edən sizlər Fələstin məsələsində fikir sahibi və düşüncə adamısınız. Bizim bugünkü tarixi vəzifəmiz keçmişin zəif nəzəriyyələrini və sözlərini təkrarlamaq deyil, Fələstini sionizm rejiminin zülmü altından azad edəcək yol göstərməkdir. Bizim təklifimiz demokratiyaya tam uyğun olan bir çıxış yoludur. Bu, dünyanın bütün düşüncələrinin müştərək məntiqi ola bilər. O təklif budur ki, Fələstin torpağında bütün haqq sahibləri - istər müsəlmanlar, istər məsihilər, istərsə də yəhudilər bir referendum keçirib öz quruşlarının strukturunu seçsinlər və illərdir qaçqınlıq məşəqqətinə dözən bütün fələstinlilər də bu referendumda iştirak etsinlər.

Qərb dünyası bilsin ki, bu həll yolunu qəbul etməmək daim dəm vurduqları demokratiyaya sadiq olmamalarının əlamətidir və bu sınaq onların əleyhinə başqa bir ifşaçı olacaq.



Onların Fələstində qabaqkı sınağı da bu idi ki, qərb sahillərində və Qəzzədə keçirilən seçkilərin nəticəsi olaraq Həmas hökumətinin iş başına gəlməsini qəbul etmək istəmədilər. Demokratiyanı nəticələrinin ürəklərincə olduğu təqdirdə qəbul edən şəxslər müharibə istəyən və macəraçıdırlar. Əgər sülhdən dəm vururlarsa, yalan və hiylədən başqa bir şey deyil.

Lakin bu məsələ üçün məntiqli həll yolu mövcuddur. Məntiqli həll yolu dünyanın bütün vicdanlı şəxslərinin və dünyanın bugünkü məfhumlarına inanan bütün şəxslərin qəbul etməyə məcbur olduğu həll yoludur. Biz il yarım öncə də bu həll yolunu dedik və İslam Respublikası hökuməti dəfələrlə beynəlxalq toplantılarda və müzakirələrdə onu təkrarlamışdır. İndi də biz həmin sözü deyirik və onun üzərində dayanırıq: həll yolu Fələstin xalqı arasında sorğu keçirməkdir; Fələstindən qaçqın düşmüş bütün şəxslərdən; əlbəttə, Fələstin torpağına və öz evlərinə qayıtmaq istəyənlərdən. Bu məntiqli bir işdir. Livanda, İordaniyada, Küveytdə, Misirdə və digər ərəb ölkələrində sərgərdan olan bu şəxslər öz Fələstin ölkələrinə və evlərinə qayıtsınlar; yəni istəyən şəxslər; demirik ki, kimisə zorla gətirsinlər. 1948-ci ildən - yəni qondarma İsrail dövlətinin təşkil olunduğu ildən öncə Fələstində olmuş istər müsəlmanlardan, istər məsihilərdən, istər yəhudilərdən fikir soruşulsun. Bunlar ümumi bir sorğuda Fələstin torpağına hakim rejimi təyin etsinlər. Bu demokratiyadır. Necə olur ki, bütün dünya üçün demokratiya yaxşıdır, Fələstin xalqı üçün isə yaxşı deyil?! Necə olur ki, dünyanın bütün xalqları öz talelərini həll edirlər, lakin Fələstin xalqının buna haqqı yoxdur. Heç kəsin şübhəsi yoxdur ki, bu gün Fələstində iş başında olan rejim zorla, hiylə ilə, kələklə və təzyiqlə iş başına gəlmiş bir rejimdir; bunda heç kimin şübhəsi yoxdur. Sionistlər sülhlə gəlməyiblər, bir qədər hiylə və kələklə, bir qədər də silah və təzyiq gücünə iş başına gəliblər. Odur ki, məcburi bir rejimləri var. Çox gözəl. Fələstin xalqı toplaşıb səs versin və bu ölkədə hakim olacaq rejimin növünü seçsin. Bu rejim və bu hökumət qurulsun və 1948-ci ildən sonra Fələstin torpağına gələn şəxslər barəsində istədiyi qərarı çıxarsın. Əgər qalmalarına qərar versə, qalsınlar. Əgər getmələrinə qərar versə, getsinlər. Bu həm xalqın səsverməsidir, həm demokratiyadır, həm insan hüquqlarıdır, həm də dünyanın indiki məntiqinə uyğundur. Bu çıxış yolu! Yaxşı, bu çıxış yolu icra olunmalıdır, lakin işğalçı xoş dillə bu yolu qəbul etməz. Burada hadisənin bütün tərəfləri özlərini məsuliyyətli bilməlidirlər; həm ərəb hökumətləri, həm İslam hökumətləri, həm bütün dünyada olan müsəlman xalqlar, həm xüsusən Fələstin xalqının özü, həm də beynəlxalq təşkilatlar. Hər biri bu məntiqli həll yolunun həyata keçməsi üçün məsuliyyət daşıyır və bu həyata keçə bilər. Bəziləri deyirlər ki, belə bir şey yuxu və xəyaldır, mümkün deyil. Xeyr, mümkündür. Baltikyanı ölkələr SSRİ-nin tərkibində olduqları qırx ildən artıq bir müddətdən sonra qayıdıb müstəqil oldular. Qafqaz regionu ölkələrinin bəziləri sovetlərin təşkil olunmasından təxminən yüz il öncədən çar Rusiyasının ixtiyarında idilər, sonra dönüb müstəqil oldular. İndi Qazaxıstan, Azərbaycan, Gürcüstan və digərləri müstəqildirlər, özləridirlər. Deməli, bu mümkündür. Belə deyil ki, bu imkansız bir iş olsun. Xeyr, mümkündür. Lakin iradə və əzmkarlıq lazımdır, cürət və cəsarət lazımdır. Kim cəsarət göstərməlidir? Xalqlar, yoxsa hökumətlər? Xalqlar cəsarətlidir, xalqlar qorxmurlar, xalqlar hazır olduqlarını göstərmişlər. Deməli, hökumətlərin burada üzərinə vəzifə düşür; hamısının başında və hamısından öncə ərəb hökumətlərinin. Ərəb ölkə başçılarının Beyrutdakı son iclası yaxşı iclas deyildi. Bunlar bu iclasdan çox böyük istifadə edə bilərdilər. Bu, təkcə Fələstinin xeyrinə olmazdı, həm də ərəb hökumətlərinin özlərinin xeyrinə olardı. Bu gün ərəb hökumətləri önə düşüb Fələstin məsələsində öz xalqlarının sevgisini və dəstəyini qazana bilərlər. Əgər bir dövlət və hökumət öz xalqının dəstəyinə malik olsa, daha Amerika ona bir iş görə bilməz, daha Amerikadan qorxmaz, daha Amerikanı nəzərə almağı lazım bilməz. Bu məsələdə ərəb hökumətləri çoxlu yaxşı işlər görə bilərdilər və bilərlər.

İran İslam Respublikası isə bu çirkin hadisə qarşısında ilk gündən mövqeyini aydınlaşdırmışdır. İmamın buyurduğu, məmurların dəfələrlə dediyi və bizim də dəfələrlə təkid etdiyimiz İran İslam Respublikasının mövqeyi budur ki, İsrailin bu xərçəng vəzisi bu regiondan kökündən qoparılmalıdır. Bunun tamamilə humanist və məqbul bir formulu da var. O da budur ki, bütün Fələstin əhalisi - dünyanın digər yerlərindən Fələstinə mühacirət edənlər yox - düşərgələrdən və dünyanın hər bir yerindən Fələstinə qayıdıb onların təşkil etməli olduğu hökumətlərinin taleyini təyin etsinlər. Əlbəttə, bəllidir ki, istər müsəlman olan - onların böyük əksəriyyəti müsəlmandır - istərsə də məsihi və yəhudi olan - orada kiçik azlıq da məsihi və yəhudilərdir - heç bir fələstinli London avaralarının, yaxud Moskvanın başıqapazlı ailələrinin, yaxud Amerika tüfeylilərinin bir qrupunun gəlib onların ölkəsində bir hökumət qurmalarına və onlara hakimiyyət etmələrinə razı olmayacaq və icazə verməyəcək. Bir zaman quldurluq və qəddarlıq edən və məharətləri yalnız yaxşı vurmaqdan, yaxşı öldürməkdən, sionist və yəhudi biznesmenlərinin istəklərinə uyğun yaxşı işləməkdən ibarət olan şəxslər gəlib Fələstində hakim olsalar, bəllidir ki, Fələstin xalqı və İslam dünyası belə bir şeyə icazə verməyəcək. Bu formul dünyanın qəbul etdiyi formuldur. Xalqın səsinə və demokratiyaya inandıqlarını deyən insanlar, çox gözəl, buyurun, bu da demokratiya! Hər halda dünyanın burada yerləşən bir parçasının xalqı olmuşdur. Bu xalq bu gün də var və yaşayır. Bir neçə milyon nəfər orada yaşayır, bir neçə milyon nəfər də oradan xaricdə - Livanda, İordaniyada və digər yerlərdə yaşayırlar. Bunlar gəlib orada toplansınlar və öz hökumətlərini özləri seçsinlər; bu çox düzgün bir üsuldur. Qəti olan budur ki, bu gün hakim olan sionizm hökumətinin və başqa bir sionizm hökumətinin Fələstin torpağında qalmağa və hakim olmağa haqqı yoxdur.

Orta Şərq məsələsi üçün də yalnız bir yol mövcuddur: o da sionizm dövlətinin buraxılması və bitməsidir. Fələstinli qaçqınlar ölkələrinə qayıtmalıdırlar. Bu səkkiz milyon insan Fələstinin əsas sahibidir. Əlbəttə, Fələstin xalqının böyük əksəriyyəti müsəlmandır və onların arasında bir qədər yəhudi və məsihi fələstinlilər də var. Fələstinin sahibləri və Fələstin xalqı dövlət qursunlar; o hökumət qərar versin ki, digər ölkələrdən Fələstinin daxilinə gəlmiş və hal-hazırda orada olan mühacirləri saxlasın, hansı şərtlərlə saxlasın, yaxud qaytarsın. Məsələnin əksi budur ki, bütün Fələstin torpağında bir Fələstin hökuməti təşkil olunsun. Muxtar hökumət və digər bu tip oyunlar bu gün çox sadəlövh insanlardan başqa heç kəsi aldada bilməz. Bunlar iş deyil. Görülməsi lazım olan əsas və həqiqi iş budur. Bu gün gənc fələstinli nəsillər oyanmışlar, mübarizələrinin təsirli olduğunu dərk edirlər, Fələstin daxilində, Fələstinin xaricində, Livanda, İordaniyada, Suriyada və digər bölgələrdə mübarizə aparırlar, mübarizələrinin təsirli olduğunu və xalqların könlünün onlarla olduğunu bilirlər. Xüsusən də İran xalqının, hökumətinin və İslam Respublikası quruluşunun şərafətli və möhtəşəm mövqeyi bunları həvəsləndirir. Bunlar mübarizəni davam etdirəcəklər və Allahın lütfü ilə özlərinin istədikləri əsas nəticələrə də çatacaqlar.

Fələstin barəsində mənim ilk sözüm budur ki, Fələstinin azadlığı və onun sahiblərinə qayıtması məqsədini dünyada müsəlman xalqların, xüsusən də Fələstin xalqının qəlbində söndürə biləcək heç bir qüvvə yoxdur. Çarə yolu da yalnız birdir. Mən Orta Şərq məsələsini dünyanın böhranlı məsələsi bilən və "Orta Şərq böhranının cilovlanmasına çalışmalıyıq" - deyən şəxslərə deyirəm ki, Orta Şərq böhranını tənzim və məhv etməyin yeganə yolu böhranın kökünün qurumasıdır. Böhranın kökü nədir? Regionda zorla yaradılmış sionizm rejimi. Böhranın kökü qaldıqca böhran da qalacaq. Həll yolu budur ki, fələstinli qaçqınlar Livandan və digər hər bir yerdən Fələstinə qayıtsınlar, Fələstindən xaricdə yaşayan bu bir neçə milyon fələstinli Fələstinə qayıtsın. Fələstinin əsl əhalisi – istər müsəlmanlar, istər məsihilər, istər yəhudilər referendum keçirib ölkələrinə hansı rejimin hakim olmasına qərar versinlər. Böyük əksəriyyət müsəlmandır. Bir qədər də yəhudi və məsihi var. Bunlar Fələstin torpağının əsl sakinləridirlər, ataları burada yaşamışdır. Bu toplumun istədiyi quruluş iş başına gəlsin, sonra o quruluş bu qırx il, qırx beş il və əlli il ərzində Fələstinə gələn şəxslərlə nə etmək haqda qərar versin; saxlasınlar, qaytarsınlar, xüsusi bölgədə yerləşdirsinlər. Bu daha Fələstinə hakim olan o quruluşun işidir. Bu, böhranın həlli yoludur. Nə qədər ki, bu həll yolu icra olunmayıb, başqa heç bir həll yolunun təsiri olmayacaq. Amerikalılar da bütün qüdrətlərini göstərmələrinə rəğmən, heç bir iş görə bilməyəcəklər. Onlar bacardıqları hər bir işi görüblər, nəticə isə müşahidə etdiyinizdir.



Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə