Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə7/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   2   3   4   5   6   7   8   9   10   ...   81

İmamın hərəkatının qlobal olması


İmamın xəttinin aydın nöqtələrindən daha birisi hərəkatın qlobal olmasıdır. İmam hərəkatı qlobal edirdi və bu inqilabın bütün müsəlman, hətta qeyri-müsəlman xalqlara məxsus olduğunu deyirdi. İmam bundan çəkinmirdi. Bu, ölkələrin işlərinə qarışmaq deyil. Biz bunu etmirik. Bu, inqilabı dünənki müstəmləkəçilərin üsulu ilə ixrac etməkdən fərqli bir şeydir. Biz bu işi görmürük, belə adamlar deyilik. Bunun mənası odur ki, bu ilahi hadisənin gözəl ətri dünyaya yayılmalıdır, xalqlar vəzifələrinin nə olduğunu anlamalıdırlar, müsəlman xalqlar kimliklərinin necə və harada olduğunu bilməlidirlər. Bu qlobal baxışın bir nümunəsi imamın Fələstin barəsindəki mövqeyidir. İmam açıq-aşkar buyurdu ki, İsrail bir xərçəng vəzisidir. Xərçəng vəzisini nə edirlər? Vəzini kəsməkdən başqa müalicə yolu varmı?! İmam heç kəsi nəzərə almadı; imamın məntiqi bu idi. Bu söz şüar deyil. Bu məntiqlidir.

İnqilabın fələstinlilərdə ümid yaratması


Bu inqilab İslam və ərəb dünyasında ümid oyatdı. Bizim inqilabımız qələbə çalanda ərəb və İslam dünyası ümumi şəkildə bir durğunluq, sükut və ümidsizlik halında yaşayırdı. Sionistlər öz işlərini görmüş və hamını qorxutmuşdular. Heç bir xalq onun üçün ümid qapısının açılacağını güman etmirdi. Birdən əzəmətli qurtuluş darvazası açıldı və xalqlar ümid əldə etdilər. Sionistlər Fələstini yediklərini və işin bitdiyini güman edirdilər. Amma siz baxın, bu gün Fələstin xalqı bütün vücudu və bütün qüvvəsi ilə meydandadır. Ona çoxlu təzyiq göstərilməsinə rəğmən, yenə dayanmışdır. Bu yalnız İsrailin məğlubiyyəti deyil. Bu, Amerikanın məğlubiyyətidir, bu dünyaya hakim olan bütün sionist qüvvələrin məğlubiyyətidir. Fələstin ərazisində mühasirə olunmuş silahsız bir xalq bütün bunları aciz etmişdir. Livan xalqını oyadan bu ümidvarlıq ruhu idi. Bizim inqilabımızın baş verdiyi günlərdə Livanda qovğa idi, sionistlər istədikləri işi görürdülər: hücum edirdilər, öldürürdülər, təcavüz edirdilər, təyyarələri Livan səmasına gəlib-gedirdi, sanki öz ölkələrinin səmasıdır. Əvəzində Livanlı qruplar bir-birinin canına düşmüşdülər. İnqilabın qələbəsinə yaxın mərhum Doktor Çəmrandan iki saatlıq bir kaset gətirmişdilər. Mən Məşhəddə onu dinlədim. Özü Livanda idi və orada Livan xalqının faciələrinin təfərrüatını izah edirdi. İndi Livan xalqı elə bir həddə çatmışdır ki, sionistlərin bu regiona gəlmələrindən bu yana İsrailə heç bir ərəb dövlətinin vurmadığı zərbəni vurur. İki il öncə onları geri çəkilməyə məcbur etdilər. Bir neçə həftə öncə də sionistlərin qarşı çıxmasına rəğmən, özlərinin bir neçə yüz məhbusunu azad etdilər, iqtidarla bayram keçirdilər. Əgər bir xalqın qəlbində ümid olmasa, bu hallar qarşıya çıxmaz. Bu ümidi siz verdiniz. Bu gün bu ümidlər bütün İslam və ərəb dünyasında nəzərə çarpır.

Bizim mövqeyimiz


Məgər Fələstin məsələsi və bu müsəlman torpaqlarının işğalı yarım əsr öncədən bu günə qədər dəyişilmişdir?! Məgər tarixi və coğrafi həqiqətlər əvəz olunasıdır?! Fələstin Fələstindir, İslam torpağıdır, öz xalqına və millətinə məxsusdur. Bir düşmən gəlib sizin evinizi ələ keçirsin, sonra zorla sizdən istəsin ki, bu işğalı imzalayın; bundan üstün zillət varmı?!

Bizim İsrail qarşısındakı mövqeyimiz həmişəki mövqedir. İsrail regionda bədxassəli bir xərçəng vəzisidir. Bu kəsilməli və kökündən qoparılmalıdır. Amerika gücünün İsraili müdafiə etməsinə baxıb bu işi qeyri-mümkün hesab edən yaxıngörənlərin təsəvvürünün əksinə, bu iş qeyri-mümkün deyil. Bu mümkündür və olacaq. Böyük güclər əbədilik deyillər. Maddi qüvvələr bir gün vardırlar, bir gün yoxdurlar. Dünən dünyada Sovet Sosialist Respublikaları İttifaqı adlı bir qüvvə vardı, amma bu gün yoxdur. Tarixin təcrübə səhnəsi bizim gözümüz önündədir.


Beytülmüqəddəs məsələsi İslam Respublikası xalqının və quruluşunun məsələlərindən biri kimi


Şərafətli Beytülmüqəddəs və məzlum Fələstin xalqı məsələsi İslam Respublikası xalqının və quruluşunun məsələlərindəndir. Məgər biz bu məsələni unuda, yaxud ona diqqətsiz qala bilərik?! İslam quruluşunun xüsusiyyəti belədir ki, onun qərarı etiqad və ilahi vəzifəyə əsaslanır. İslam fəqihlərinin heç birinin şübhəsi və ixtilafı yoxdur ki, düşmən müsəlmanların torpaqlarına hakim olduqda, bir ölkədə İslamın varlığını təhdid etdikdə böyük və ümumi bir cihad edib o düşmənlə mübarizə aparmaq, onu İslam torpağından çıxarıb cəzalandırmaq və tənbeh etmək bütün müsəlmanların vəzifəsidir. İslam və müsəlmanların düşməni olan xəbis, təhlükəli və cinayətkar sionizm təcavüzkardır, yoxsa yox? Fələstin torpağı müsəlmanların evi və qibləsidir, yoxsa yox?

Bu gün 40 ildən artıqdır ki, İslamın və insaniyyətin ən xəbis düşmənləri - yəni bu qəddar və hiyləgər sionistlər bizim varlığımızın bir hissəsinə, bizim evimizin və torpağımızın bir hissəsinə hakim olmuşlar. Bizim vəzifəmiz nədir? Müsəlmanların vəzifəsi nədir? Fələstin qarşısında digər müsəlman xalqların vəzifəsi nədir? Vəzifə sükut etməkdir?! İki gün daha artıq hakimiyyətdə qalmaqdan, Amerikanın və böyük güclərin məhəbbətini cəlb etməkdən ötrü bu qədər əzəmətli bir vəzifədən imtina edən asılı və xəyanətkar ölkə başçılarına ar olsun!


İran xalqı və İslam Respublikası quruluşu müsəlmanların ümidi kimi


Bu gün müsəlmanların bütün bu problemlərin arasında baxıb ümidvar olduqları xalq və mərkəz İran xalqı və İslam Respublikası quruluşudur. Hər gün İsrailin cinayətkar hücumlarına məruz qalan, bu günlərdə də gəlib bombaladıqları və bu cinayətlərin davam etdiyi məzlum Fələstin və Livan müsəlmanlarının bu qüvvələrin və iddia edən iddiaçıların heç birinə ümidi yoxdur; əgər ümidləri olsa - təbii ki, var - İslam inqilabına və bizim müsəlman xalqımızın səmərəli hərəkətinədir. Siz müsəlmanların ümidisiniz.

Məzlum xalqlarda ruh yüksəkliyi yaratmaq üçün İslam Respublikasının izzətini qorumağın əhəmiyyəti


Beynəlxalq münasibətlərdə İslam Respublikasının və İran xalqının izzətini və inqilabçı məqamını qorumaq əsas məsələlərdən daha birisidir. İranda İslam inqilabının qələbəsi beynəlxalq münasibətlərdə iki cəhətdən dərin dəyişiklik vücuda gətirdi:

Alovlanmaqda olan bu prosesi qorumaq, eləcə də köklü və məzlum xalqların ruhiyyəsini gücləndirmək üçün İslam Respublikası beynəlxalq münasibətlərdə özünün qüdrətli simasında və izzətli mövqeyində ən az dəyişiklik belə etməməyə borcludur. O, quldurlarla qüdrət mövqeyindən, zəif dövlətlərlə himayə mövqeyindən, ayağa qalxmış xalqlarla riayət və hidayət mövqeyindən çıxış və əməl etməlidir. Fitnə və hegemonluğun başı, qəddarlıq və şeytanlığın rəmzi olan Amerika dövlətini zəif ölkələrə zülm etməsinə, işğalçı sionizmi müdafiə etməsinə, xalqların azadlıq oyanışı ilə düşmən olmasına və İran xalqı ilə dərin və cinayətkar ədavətinə görə məhkum etməli və mənfur bilməli, azadlıq iddiaçılarının hiyləgər simasını ifşa və onları rüsvay etmək və bu həqiqətləri söyləmək üçün heç bir fürsəti əldən verməməlidir.



Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə