Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə73/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

Yeganə yol: Mübarizə


Bu sionistlər güc dilindən başqa bir şey anlamırlar. Qırx ildir Birləşmiş Millətlər Təşkilatı Fələstin məsələsinə dair sionistlərin əleyhinə nə qədər qətnamə qəbul etmişsə, bunlar rədd etmişlər. Bunlar ərköyün olmuşlar, böyük güclərin, xalqların və hökumətlərin sükutunu və güzəştini görüb cürətlənmişlər. Onlar qətnamədən qorxmurlar. Məgər İsraili qətnamə ilə geri çəkmək olar?! İsrail zorla, silahla və yumruqla geri oturacaq.

Altıncı bölmə: Qəhrəmanlar

Şəhid Şeyx Əhməd Yasin

Şeyx Əhməd Yasinin şəhidliyi münasibəti ilə başsağlığı


Bismillahir-Rəhmanir-Rəhim.

Xəbər aldıq ki, işğalçı sionizm rejiminin günahkar əli böyük bir cinayət törətmiş və Həmas hərəkatının banisi və rəhbəri olan mücahid alim mərhum Şeyx Əhməd Yasini şəhid etmişdir. Şəhidlik şübhəsiz, bu mücahid və zahid şeyxin həmişəlik arzusu idi və Allah yolunda öldürülmək onun ixlaslı bəndələrinə şirindir. Lakin bu, işğalçı sionist cinayətkarların günahının böyüklüyünü azalda və bu böyük cinayətin cəzasını yüngülləşdirə bilməz.

Şeyx Əhməd Yasinin qanı İslam müqavimətinin böyük ağacını suvarıb, fədakar Fələstin xalqının qəzəb alovunu daha da şölələndirəcək və onun məzlumluğu Fələstinin məzlumluq bayrağını dalğalandıracaq.

Bu cinayətlə Şeyx Əhməd Yasindən və Fələstin xalqından aldıqları arıq və əlil bir bədən idi. Onun düşüncəsini, onun təsvir etdiyi xətti və açdığı yolu Fələstin xalqından ala bilməyəcəklər. Şeyxin ruhu yaşayır və indi onun məzlum qanı ilə daha da əbədiləşmiş və daha dəyərli olmuş dərsi Fələstin gənclərinin, yeniyetmələrinən və gələcək nəslinin zümzüməsi olacaq. Fələstini işğal edən cinayətkarlar bilsinlər ki, onların axmaqcasına güc nümayişləri onların zəifliyinə və məğlubiyyətinə ən böyük dəlildir. İşğalçı rejim və qondarma sionizm dövləti məhvə məhkumdur. Fələstin Fələstin xalqına məxsusdur və bu danılmaz haqqın qarşısında hər bir inadkarlığın uğursuzluqdan və məğlubiyyətdən başqa taleyi olmayacaq.

"(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi".

Mən Allah yolunun mücahidi olan bu şeyxin şəhidliyi münasibətilə onun uca ruhunu təbrik edir və Fələstin xalqına, xüsusən də Fələstinin fədakar, başıuca və mübariz gənclərinə, eləcə də onun hörmətli ailəsinə başsağlığı verirəm. Allah-Taaladan İslam ümmətinin başucalığını, fələstinli və livanlı mücahidlərin qələbəsini diləyirəm.


Şeyx Əhməd Yasinin terroru: İsrailin vəziyyətinin ağrılaşmasının əlaməti


Onlar altmış ildir Fələstinə hakimdirlər. İllərlə fələstinlilərin hərəkatı və coşqusu yox idi. Amma indi sionistlərin həyatı çətinləşib, vəziyyətləri elə bir həddə çatıb ki, əlil arabası ilə gəzdirilən qoca və əlil bir ruhanin varlığına dözə bilmir; Şeyx Əhməd Yasin kimi bir şəxsə dözə bilmirlər.

İrana gələn bu qorxmaz fələstinli şeyx başdan-ayağa iflicdir; əli iflicdir, ayağı iflicdir və onurğası sınıb. O illərdir şücaətlə mübarizə aparır. Onurğası sınsa da, onu həbs edib işgəncə verdilər. Fikirləşdilər ki, bədəninə zərbə vursalar, bəlkə hiss etməz. Odur ki, üzünü qamçıladılar və ona yuxusuzluq verdilər. Bunlar terrorçu deyillər?!


Şəhid Doktor Fəthi Şəqaqi

Fələstin İslam cihadının rəhbəri Doktor Fəthi Şəqaqinin şəhadəti münasibəti ilə müraciət


Bismillahir-Rəhmanir-Rəhim.

"Biz Allahınıq və Ona tərəf qayıdacağıq!"

Fələstin İslam mübarizələrinin qanlı səhnəsi yenidən o torpağın rəşadətli və məzlum övladlarının birinin haqsız tökülən qanı ilə əlvan oldu. İman və ixlas dolu qəlblə öz evini və vətənini müdafiə üçün cihad edən bir şəxs qaniçən və qatil işğalçıların əli ilə şəhadətə qovuşdu. Şərəf və əxlaqdan uzaq olan sionistlər növbəti dəfə sübut etdilər ki, özlərinin qanunsuz məqsədləri üçün qətli və cinayəti halal və icazəli sayırlar. Mömin, şücaətli, mütəfəkkir və ixlaslı mücahid olan Şəhid Doktor Fəthi Şəqaqi son onillikdə Fələstin xalqının İslam mübarizələrinin şəfəqini yaradan, özünün bütün qüvvəsini, imkanını və indi əziz canını bu müqəddəs cihad yolunda qoyan parlaq şəxsiyyətlərdən biri idi. İslam günəşinin Fələstin mübarizələri üfüqündən məzlum Fələstin xalqına yeni can bəxş edən doğuşu elə bir zamanda başladı ki, Fələstin məsələsinin yalançı iddiaçıları sırf İslam səhnəsi olan orada İslam adını çəkməkdən ciddi şəkildə çəkinirdilər və Fələstin məsələsini İslamdan ayırmaqla bilərəkdən, yaxud bilmədən Fələstin amalını məhvə sürükləyirdilər. Bu zaman dəliqanlı, ixlaslı, mömin və mütəfəkkir gənclərin bir qrupu və onların başında bizim əziz şəhidimiz Doktor Fəthi Şəqaqi İran İslam İnqilabından ilham alıb mərhum və əzəmətli imama eşq və hörmət dolu qəlblə İslam mübarizələrinin bayrağını ucaltdı, zəif və asılı bədxahlara rəğmən, işğalçı rejimə, Amerikaya və onun ərəb regionundakı nökərlərinə rəğmən, Fələstin cihadının solğun damarlarına qan köçürdü və sadəlövhlüklə və xoş xəyalla haqlı cihadın sona çatdığını düşünən düşməni öz zərbələrinə məruz qoydu.

İndi o mömin və ixlaslı mücahid bütün ixlaslı və doğruçu mübarizlərin arzusu olan şəhadətə nail olmuşdur. Lakin mən qətiyyətlə elan edirəm ki, bu qırmızı və fəxrli ölüm Fələstində əzəmətli İslam hərəkatının güclənməsinə səbəb olacaq və onun məzlumluğu Allah yolunda cihadda fələstinli məzlumları daha da bərkidəcək.



Mübariz Fələstin xalqı əgər Fələstin amalına xəyanət edənləri - istər tam rüsvayçılıqla özünü fələstinli adlandıranları, istərsə də qeyri-fələstinli ərəbləri bu cinayətdə və buna bənzər keçmiş cinayətlərdə sionizm rejimi başçılarının cinayətinin şəriki saymağa haqlıdır. Şübhəsiz, bu, işğalçı terrorçuların son cinayəti olmayacaq. Lakin şübhəsiz, sonda qəti qələbəyə çatan müsəlman, mübariz və məzlum Fələstin xalqının haqq cəbhəsi olacaq. Mən bu dəyərli Fələstin mücahidinin şəhidliyi münasibəti ilə bütün Fələstin xalqını, xüsusən də Fələstinin mübarək İslam Cihadı Təşkilatını, xüsusən də onun həyat yoldaşını, övladlarını, valideynlərini, digər yaxınlarını və dostlarını təbrik edir və onlara başsağlığı verirəm.

Fəthi Şəqaqi - bir insani dəyər yolunun şəhidi


Mənim sionist mediasının təbliğat təsiri altında olan xalqlarla işim yoxdur, onların səhv etməsi mümkündür, kütləvi informasiya vasitələri ictimai rəyi dəyişdirirlər. Lakin dünyanın siyasi başçıları arasında Fəthi Şəqaqinin bir insani dəyər yolunun şəhidi olduğunu bilməyən yoxdur. Bu gün öz evini işğalçıların əlindən çıxarmaq üçün vuruşan bir əsgəri kim tərif və təqdir etməyə bilər?! Nə üçün azadlıq müharibələrinin sərkərdələrinə, fədakar və əlil əsgərlərə bütün dünyada hörmət göstərilir? Nə üçün naməlum əsgər qəbrinə dünyanın hər yerində simvolik bir hərəkət kimi hörmət göstərilir? Bu əsgər məgər nə etmişdir? Siz baxsanız, görərsiniz ki, Afrikada, Avropada və dünyanın hər hansı bir yerində vuruşan bu əsgər, yaxud o sərkərdə, yaxud o müharibə əlili bu gün məzlum fələstinlilərin gördüyü işi görmüşdür, onların fədakar sərkərdələrinin və qərib şəhidlərinin gördüyü işi görmüşdür. Kim insani dəyərlərə boyun əysə, bunları səmimi-qəlbdən sevər. Lakin Şəhid Fəthi Şəqaqinin şəhadətində hegemonçu gözlərin heç biri ağlamadı, heyvani istəklərinə dikilmiş gözlərindən bir damla yaş tökülmədi. Onun qatili üçün, çoxlu cinayət törətmiş bir terrorçu üçün isə göz yaşı tökürlər.

Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə