Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə74/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

Şəhid Rantisi


Siz öz parlaq cihadınızla, dözümünüzlə və müqavimətinizlə İslam dünyasını başıuca etdiniz və nümunə xalq oldunuz. Bu böyük müsibətin ağırlığı sizin qamətinizi əymədi, şəhidlərinizin pak qanı iradənizi və müqavimətinizi daha da möhkəmlətdi. Sizin düşməniniz özünün qaniçənliyi və rəhmsizliyi ilə, öz qətli, təxribatı, insan oğurlaması və vəhşiliyi ilə sizi geri qova bilmədi. Bu gün siz həmişəkindən daha güclüsünüz. Şeyx Əhməd Yasin, Fəthi Şəqaqi, Rantisi, şəhadət istəyində olan gənclər və sizin digər məzlum şəhidləriniz kimi böyük şəhidlərin qanı indiyədək düşmənin xəncərinə qalib olmuşdur, bundan sonra da Allahın güc və qüvvəsi ilə daha artıq qalib olacaq. İran İslam Respublikasında bizlər və şübhəsiz, bütün dünyada müsəlmanların və azadlıqsevərlərin izdihamı sizin qəm və müsibətinizə şərik oluruq. Sizin şəhidləriniz bizim şəhidlərimizdir! Sizin qəminiz və qüssəniz bizim qəmimiz və qüssəmizdir! Sizin qələbəniz bizim qələbəmizdir!

Yeddinci bölmə: Aydınlıq

Birinci fəsil: Şübhələr

Fələstinin ərəb məsələsi olmaq şübhəsi


Bir çox ərəb hökumətləri Qəzzə hadisəsində və ondan öncəki digər hadisələrdə çox pis imtahan verdilər; çox pis imtahan verdilər. Nə zaman Fələstin məsləsindən söz düşdüsə, daim dedilər ki, Fələstin məsələsi ərəb məsələsidir. Əməl zamanı çatdıqda isə Fələstin məsələsi ümumiyyətlə kənara qoyuldu. Fələstinə kömək etmək əvəzinə, fələstinliyə kömək etmək və özlərinin ərəb qardaşlarına - əgər İslama etiqadları yoxdursa, ən azı özlərinin ərəb olmalarına sadiq olsunlar - kömək etmək əvəzinə hamısı meydandan geri çəkildilər; çox pis imtahan verdilər. Bunlar da tarixdə qalacaq. Bu cəzalar yalnız axirətə məxsus deyil, dünyada da belədir. Necə ki, Allahın mübarizə aparan sizlərə yardımı oraya məxsus deyil. Burada oxunan və cənab Xalid Məşəlin də təkrarladığı bu ayədə mələklər deyirlər: "Biz dünyada da, axirətdə də sizin dostlarınızıq". Buna əsasən, yalnız axirət üçün deyil, dünyada da Allahın mələkləri və Allahın mənəvi qüvvələri "Rəbbimiz Allahdır" - deyib sonra möhkəm dayanan şəxslərə kömək edirlər.

Bəzən eşidilir ki, bəzi adamlar "Fələstin bir ərəb məsələsidir" – deyirlər. Bu sözün mənası nədir? Əgər məqsəd ərəblərin daha yaxın qohumluluq hisslərinin olduğu və daha çox xidmət və iş təqdim etmək istədikləridirsə, bu xoşagələn bir şeydir və biz buna görə təbrik edirik. Lakin əgər bu sözün mənası bəzi ərəb ölkələri başçılarının Fələstin xalqının "ey müsəlmanlar" nidasına ən az diqqət belə yönəltməmələri, Qəzzə faciəsi kimi mühüm bir məsələdə işğalçı və zalım düşmənlə həmkarlıq etmələri və vəzifə çağırışının rahat buraxmadığı digər adamların başına qışqırıb "siz nə üçün Qəzzəyə kömək edirsiniz?" demələridirsə, bu zaman heç bir qeyrətli və vicdanlı müsəlman və ərəb bu sözü qəbul etməz, onu deyəni məzəmmət və qınaqdan uzaq saymaz. Bu, Əxzəm məntiqidir; öz atasını döyürdü və kimsə müdaxilə etsəydi, onun başına qışqırırdı. Sonra da onun oğlu o babanı yumruqlayır və döyürdü. Bu, ərəblər arasında bir məsəl oldu.


Altmış illik bir reallığı qəbul etmək şübhəsi


Fələstin məsələsində bəzi məsul şəxslərin etdiyi böyük sofistlik budur ki, İsrail adlı bir ölkə altmış illik bir reallıqdır və onunla razılaşmaq lazımdır. Mən bilmirəm bunlar nə üçün onların gözü qarşısında olan digər reallıqlardan dərs almırlar. Məgər Balkan ölkələri, Qafqaz və Cənub-Qərbi Asiya ölkələri səksən il kimliksizlikdən və keçmiş sovetlərin bir hissəsinə çevrildikdən sonra yenidən özünün əsas kimliyinə qayıtmadı?!

Nə üçün İslam dünyasının bir parçası olan Fələstin yenidən özünün İslam və ərəb kimliyinə qayıda bilməsin?! Nə üçün ən sayıq və ən müqavimətli ərəb gəncləri sırasında olan fələstinli gənclər öz iradələrini bu zalım reallığa qalib edə bilməsinlər?!

Bu gün bəziləri deyirlər ki, nə üçün Fələstin məsələsini müzakirə edirsiniz, bu məsələ bitmişdir. Mən deyirəm ki, Fələstin məsələsi əsla bitmiş deyil. Siz fələstinlilərin - torpaq sahiblərinin özlərinin və övladlarının həmişəlik öz torpaqlarından bayırda yaşamalarını, yaxud daxildə olsalar da, məğlub bir azlıq kimi yaşamalarını və o işğalçı əcnəbilərin orada qalmalarını güman edə bilməzsiniz. Xeyr, belə bir şey yoxdur. Yüz il bir qüvvənin işğalında olan ölkələr – indi gördüyünüz bu Qazaxıstan, indi gördüyünüz bu Gürcüstan, Orta Asiyanın yeni müstəqil olmuş bu ölkələrinin bəzisi SSRİ-nin ixtiyarında, bəzisi də SSRİ-dən öncə hələ sovetlər vücuda gəlməmiş Rusiyanın ixtiyarında idilər. İndi bunlar yenidən müstəqil olub qayıtdılar və öz xaqlarına məxsus oldular. Odur ki, bu əlçatmaz deyil və bu iş mütləq baş verməlidir. İnşallah baş verəcək və Fələstin Fələstin xalqına qayıdacaq. Deməli, məsələ bitmiş deyil. Bu səhv fikirdir.

Fələstin xalqının yeganə xilas yolunun İsraillə, Qərblə, yaxud beynəlxalq təşkilatlarla müzakirədən ibarət olmasına dair şübhə


Başqa bir böyük sofistlik budur ki, Fələstin xalqının yeganə xilas yolunun müzakirədən olduğu deyilsin. Kiminlə müzakirə?! Gücdən başqa heç bir qaydaya inamı olmayan işğalçı, hegemonçu və azğın bir rejimlə?! Bu oyun və hiylə ilə özlərini ümidvar edən şəxslər nə əldə etdilər?! Onlar sionsitlərdən muxtar hökumət adlı bir şey aldılar. Təhqiramiz və həqarət dolu mahiyyətindən əlavə, o:

Əvvəla, işğalçı rejimin təxminən bütün Fələstinə malik olmasını qəbul etməkdən ibarət olan ağır qarşılıqla bitdi.

İkincisi, həmin yarımçıq və yalançı hökuməti də bir çox yerlərdə puç bəhanələrlə ayaq altında tapdadılar. Yasir Ərəfatın Ramallahda idarə binasının mühasirəsi, onun müxtəlif yollarla təhqir edilməsi və aşağılanması unudulası hadisə deyil.

Üçüncüsü, istər Ərəfatın dövründə, xüsusən də ondan sonra muxtar hökumətin məsul şəxsləri ilə öz polis rəisləri kimi rəftar etdilər. Onların vəzifəsi fələstinli mücahidləri təqib etmək, tutmaq, onların informasiya və polis mühasirəsi idi. Beləliklə Fələstinli qruplar arasında kin toxumu səpib onları bir-birinin canına saldılar.

Dördüncüsü, o qədər zəif nailiyyət də yalnız təslim olmayan kişi və qadınların qeyrətli müqaviməti və mücahidlərin cihadı sayəsində əldə edildi. Əgər intifazələr baş veməsəydi, sionistlər Fələstinin ənənəvi başçılarının onların qarşısında davamlı əskilməsi ilə bu qədərini də heç zaman onlara verməzdilər.

Yoxsa Amerika və İngiltərə ilə müzakirə? Bu xərçəng vəzisini yaratmaqda və dəstəkləməkdə ən böyük günaha onlar batıblar və özləri vasitəçi olmazdan öncə, münaqişə tərəfidirlər. Amerika dövləti heç zaman özünün sionizm rejiminə və hətta onun aşkar cinayətlərinə, o cümlədən son Qəzzə macərasına qeyd-şərtsiz dəstəyini dayandırmamışdır.

Hətta Buş hökumətinin siyasətlərində dəyişiklik şüarı ilə iş başına gəlmiş yeni Amerika prezidenti də İsrailin təhlükəsizliyinə dair qeyd-şərtsiz öhdəlikdən dəm vurur; yəni dövlət terrorizmini müdafiə, zülm və zorakılığı müdafiə, iyirmi iki gün ərzində yüzlərlə fələstinli kişi, qadın və uşağın qətliamını müdaifə. Bu elə Buş dövrünün yanlışlığıdır, ondan geri qalmır.

Birləşmiş Millətlər Təşkilatına bağlı qurumlarla müzakirə də başqa bir qısır cəhətdir. Birləşmiş Millətlər Təşkilatı bəlkə Fələstin məsələsi kimi az məsələdə belə ifşaedici və rüsvayedici sınağa məruz qalmışdır.

Təhlükəsizlik Şurası bir gün təhlükəli terror qruplarının vasitəsi ilə Fələstinin işğalını sürətlə rəsmən tanıdı, bu tarixi zülmün yaranmasında və davam etməsində əsaslı rolu oynadı. Ondan sonra bir neçə onillikdə həmişə soyqırımlar, didərgin salmalar, müharibə və o rejimin digər müxtəlif cinayətləri qarşısında razılıq sükutu etdi və hətta Baş Məclisin sionizmin irqçi olmasına dair rəy bildirməsində də nəinki onunla razılaşmadı, hətta əməldə 180 dərəcə ondan uzaqlaşdı. Təhlükəsizlik Şurasında daimi uzvlüyü olan hegemonçu ölkələr bu beynəlxalq təşkilatdan alət kimi istifadə edirlər.

Nəticə budur ki, bu şura dünyada təhlükəsizlik işinə nəinki kömək etmir, hətta harada insan hüquqları, demokratiya, yaxud bu kimi digər məfhumlar onun daha artıq istismarçılığına vasitə olursa, köməyə gedir və onların qanunsuz işlərinə hiylə və yalandan pərdə salır.

Fələstinin xilası Birləşmiş Mİllətlər Təşkilatına, yaxud istismarçı qüvvələrə və təbii ki, işğalçı rejimə dilənçiliklə hasil olmayacaq. Xilas yolu yalnız dirəniş və müqavimətdir; fələstinlilərin söz birliyi ilə və cihad hərəkətinin tükənməz ehtiyatı olan tövhid sözü ilə.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin