Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinlilərin torpaqlarının sionistlərin vasitəsi ilə pulla alınması şübhəsi



Yüklə 1,24 Mb.
səhifə76/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
1   ...   73   74   75   76   77   78   79   80   81

Fələstinlilərin torpaqlarının sionistlərin vasitəsi ilə pulla alınması şübhəsi


O vəziyyətin əksi burada baş verdi. Burada dünya güclüləri bu böyük işğala və bənzərsiz zülmə kömək etdilər. Onlar müasir dünyada və hətta keçmişdə də misli görünməyən bu hərəkətə yardımçı oldular. Daha acınacaqlısı budur ki, Fələstin xalqını öz torpaqlarından qovmaq adi şəkildə də baş vermədi. Bir zaman gəlib torpaqlarını satın alırlar, pulunu verirlər və deyirlər ki, gərək gedəsiniz. Əlbəttə, bu da zülmdür, bu da işğaldır, lakin belə də etmədilər. Gecə vaxtı gedib bir kəndi əhalisi ilə birgə yandırdılar. Kim bacardısa, özünü xilas etdi, kim qaldısa, yandı. Deyr-Yasin hadisəsi doğrudur, Kəfər Qasim hadisəsi doğrudur. Sionistlərin kəndlər yandırmaları gerçəkdir. Bu işi gördülər. Sionistlərin bu yaxınlarda cəhənnəmə vasil olan və ölümünə görə amerikalıların təəssüfləndiyi keçmiş Baş naziri Fələstin xalqının kəndlərinin və evlərinin məhv edilməsində və yandırılmasında əli olan şəxslərdən biri idi. Dünya təbliğatı lal oldu və bu acı hadisəni demədi ki, dünya xalqı dünyanın bu küncündə nə baş verdiyini anlamasın. Köməksiz və məzlum bir xalq zorakılıqla, quldurluqla, yalanla və hiylə ilə üz-üzə qaldı. Bu yalan, hiylə, zorakılıq və quldurluq bu günə qədər də davam edir.

İsrailin məhvinin mümkün olmaması şübhəsi


Biz öz müasir tariximizdə elə ölkələr tanıyırıq ki, əlli, yaxud altmış il xalqlarından qeyrilərinin yaratdığı dövlətlərin ixtiyarında olublar. Sonra dünyanın vəziyyəti dəyişib və işğalçılar kənara çəkiliblər. SSRİ-nin parçalanması ilə siz gördünüz ki, nə qədər ölkə öz sahiblərinə və xalqlarına qayıtdı. Bu, dünyada mümkündür və yeni bir şey deyil. Bizim öz dövrümüzdə və bizim gözümüzün önündə baş vermişdir. Bu mümkündür, baş verməlidir, gec, yaxud tez baş verəcək.

Fələstin xalqının nasibi olması şübhəsi


Baxın, Fələstini müdafiə məsələsində - bu bir misaldır - heç bir ölkə və heç bir hökumət İslam Respublikasının tozuna çatmadı. Bunu bütün dünya təsdiqlədi. Elə oldu ki, bəzi ərəb ölkələrinin narahatlıqdan fəryadları ucaldı; dedilər ki, İran burada öz məqsədləri üçün çalışır. Əlbəttə, fələstinlilər buna etina etmədilər. O cümlədən Qəzzə məsələsində - bir neçə ay öncəki iyirmi iki günlük müharibədə İslam Respublikası bütün səviyyələrdə - rəhbərdən, prezidentdən və müxtəlif məmurlardan tutmuş adi xalq yürüşlərinə, pula, yardıma, korpusa və hər şeyə qədər məzlum və müsəlman fələstinli qardaşların xidmətində durdular. Bu işlərin qızğın çağında birdən gördük ki, bir virus törəyib çoxalmaqdadır; daim bəzi böyüklərin, bəzi alimlərin və bəzi möhtərəm insanların yanına gedib deyirlər ki, cənab, siz kimə kömək edirsiniz, qəzzəlilər nasibidirlər. Nasibi Əhli-beytin (ə) düşmənidir. Bəziləri də inandılar. Gördük xəbərlər və mesajlar gəlir ki, ağa, deyirlər bunlar nasibidirlər. Dedik ki, Allaha pənah, Allahın lənəti olsun qovulmuş xəbis şeytana! Qəzzədə İmam Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) məscidi var, İmam Hüseyn (ə) məscidi var. Bunlar necə nasibidirlər?! Bəli, sünnidirlər, amma nasibi deyillər. Belə danışdılar, belə hərəkət etdilər, belə işlədilər.

Müsəlmanların, məsihilərin və yəhudilərin Qüdsdə birgə yaşaması


Biz müsəlmanları birliyə dəvət edirik. Bu birlik nə məsihilərin əleyhinədir, nə də digər dinlərin və xalqların. Bu, təcavüzkarlarla, işğalçılarla və müharibə törədənlərlə mübarizə üçündür; əxlaqın, mənəviyyatın icrası üçün, məntiqin və İslam ədalətinin dirçəldilməsi üçün, İslam izzətinin yenidən əldə olunması, elmi və iqtisadi inkişaf üçündür. Bütün dünyaya xatırladırıq ki, Raşidi xəlifələr dövründə Qüds müsəlmanların əlində olanda məsihi və yəhudilər tam dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Amma indi Qüds və digər mərkəzlər sionistlərin, yaxud sionist səlibçilərin hökmranlığı altındadır. Görün müsəlmanların qanını necə hala sayırlar!

Bitərəflik haqda yanlış təsəvvür


İslam Respublikasının mövqeyinə gəlincə isə, İslam Respublikasının məsul şəxslərinin elan etdiyi bu mövqe yüz faiz İslami və inqilabi mövqedir. Çünki xalqın əleyhinə baş verən təcavüzlərin inkarı və xalqın əleyhinə baş verən hadisələrin pislənilməsidir. Bəziləri bitərəflik sözünü səhv izah etməyə çalışırlar. Biz inqilabın əvvəlindən Şərq və Qərb arasındakı müharibədə bitərəf olmamışıq. Biz inqilabın əvvəlindən indiyədək Şərqin və Qərbin əleyhinə vuruşmuşuq. Məgər belə deyil?! Şərq və Qərb də bizim əleyhimizə birləşmiş və vuruşmuşdur. Şərq və Qərbin hələ bir-biri ilə barışmadığı və dünyada Şərq və Qərbin mövcud olduğu zaman bizim inqilabımızın şüarı "nə şərqli və nə qərbli" idi; yəni hər ikisinin inkarı və hər ikisi ilə müxaliflik. Bunun mənası bitərəflik deyil, biz heç zaman solun xeyrinə sağla və ya sağın xeyrinə solla düşmənçilik etmirdik.

Bizim həm işğalçı dövlətlə, həm də onun xalqı ilə düşmənliyimiz


Bir nəfər peyda olub İsraildə yaşayan xalq barəsində fikir bildirir. Əlbəttə, bu fikir yanlış fikirdir. Bizim İsrailin xalqı ilə dünyanın digər xalqları kimi dost olmağımızın deyilməsi düzgün deyil və məntiqsiz sözdür. Məgər İsrail xalqı kimdir? Evin işğalını, torpağın işğalını, tarlanın işğalını və ticarətin işğalını törədən şəxslərdirlər. Sionizm qoşununun qələbəliyini bunlar yaradırlar. Müsəlman xalqın İslam dünyasının əsas düşmənlərinin bu şəkildə aləti olan şəxslərə laqeyd qalması düzgün deyil. Xeyr, bizim yəhudilərlə heç bir problemimiz yoxdur; məsihilərlə də heç bir problemimiz yoxdur. Dünyada din sahibləri ilə heç bir problemimiz yoxdur. Lakin Fələstin torpağını işğal edənlərlə problemimiz var. İşğalçı da yalnız sionizm rejimi deyil. Bu, quruluşun mövqeyidir. Bu, inqilabın mövqeyidir, xalqın mövqeyidir. İndi kimsə səhv söz danışırsa, bunun qarşısında reaksiyalar da verilir. Bəli, məsələni bitirmək lazımdır. Bir gün bir nəfərin bu tərəfdən deməsi, bir nəfərin o tərəfdən deməsi, birinin belə əsaslandırması, birinin o tərəfdən danışması düzgün deyil. Bu, gərginlik yaradır. Bir söz idi, deyildi, səhv idi və bitdi. İslam Respublikası hökumətinin mövqeyi də bu deyil. Bu başqa ölkələrlə fərqlənir. Onların xalqları işğal olunmuş torpaq üzərində oturmayıblar. Yəhudi yaşayan qəsəbələr bu gün İsrail xalqı deyilənlərin vasitəsi ilə dolmuşdur. Qondarma sionizm dövləti bunları fələstinli müsəlman xalqın əleyhinə silahlandırıb ki, fələstinlilər bu qəsəbələrə yaxınlaşmağa cürət etməsinlər.

Kataloq: wp-content -> uploads -> 2017

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə