Fənindən SƏRBƏst iŞLƏR №1-5


MÖVZU 2: İNTELLEKTUAL ŞƏBƏKƏLƏRƏ GİRİŞ VƏ İNTELLEKTUAL ŞƏBƏKƏLƏRİN MODELİ



Yüklə 36,16 Kb.
səhifə4/7
tarix18.03.2023
ölçüsü36,16 Kb.
#124202
1   2   3   4   5   6   7
İntellektual tel. sərbəst iş 1-5

MÖVZU 2: İNTELLEKTUAL ŞƏBƏKƏLƏRƏ GİRİŞ VƏ İNTELLEKTUAL ŞƏBƏKƏLƏRİN MODELİ
Müasir telekommunikasiya şəbəkələrinin ən aparıcı istiqamətlərindən birini intellektual şəbəkələr (İntelliqent Network) konsepsiyası təşkil edir. İntellektual şəbəkələrə (INŞ) bu formada göstərilən diqqət və maraq təsadüfi deyildir, çünki bu tip şəbəkələrin operatorları və istifadəçiləri ənənəvi telefon şəbəkələri ilə müqayisədə, bir çox inanılmaz üstün cəhətlərə malikdirlər. Bunun əsas səbəbi odur ki, intellektual şəbəkənin tətbiqi ilə abunəçilərə (istifadəçilərə ) ənənəvi telefon şəbəkələrdə mümkün olmayan intellektual xidmətlər (Valve odded services) təqdim edilir. İntellektual şəbəkə konsepsiyasının tətbiqi nəticəsində, təkcə kommutasiya avadanlığı istehsalı ilə məşğul olan istehsal bazarına deyil, həmçinin informasiya sellərinin emalı və müasir texniki vasitələrin satışı ilə məşğul olan bazara çıxmaq da mümkün olmuşdur. Artıq 10 ildir ki, intellektual şəbəkənin konsepsiyası formalaşdırılır və bu konsepsiya ilə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-T)” Avropa rabitənin standartlaşdırılması (İnternational Telecommunication Union- Telecommunication Standartiration Sector)” institutu məşğul olur.
İntellektual şəbəkənin modeli:
İntellektual şəbəkənin funksional modeli ITU-T-nin Q.1201 saylı tövsiyəsi nəzərə alınmaqla hazırlanmış və onun modeli yeddi səviyyəli açıq sistemlər modeli əsasında dörd səviyyəyə malik olması qəbul edilmişdir. Bu səviyyələr aşağıdakılardır .
Servis səviyyəsi: (Service plane, SP). 7 səviyyəli şəbəkə modelinin altıncı səviyyəsinə ekvivalent olub, intellektual şəbəkənin istifadəçilərə təqdim etdiyi xidmətləri təsvir edir. İntellektual şəbəkənin funksional modeli prinsiplərinə sadiq qalaraq, xidmətlər toplusu çevik surətdə abunəçilərin tələbat və sifarişlərini nəzərə almaqla, dəyişdirilə və ya yeniləri ilə əvəz edilə bilər.
Qlobal funksional səviyyə: (Global Functional plane, GFP). Bu blok çağırışlar selinə xidmətdə baza məntiq əməliyyatları (BSP əməliyyatları) təsvir etməklə məşğul olur. Mahiyyətcə, çağırışlar selinə xidmət olunmanın baza əməliyyatlar toplusu spesik xüsusiyyəti BSP adlanan bu məntiq əməliyyatları (Basis Call Prosess) xidmətlərdən asılı olmayan SİB konstruktiv bloklar tərəfindən (Service-Inderendan Billdinq Block) həyata keçirilir.

Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin