Fənindən SƏRBƏst iŞLƏR №1-5


Paylanmış funksional səviyyə



Yüklə 36,16 Kb.
səhifə5/7
tarix18.03.2023
ölçüsü36,16 Kb.
#124202
1   2   3   4   5   6   7
İntellektual tel. sərbəst iş 1-5

Paylanmış funksional səviyyə: (Distrbuted Functional Plane, DFP).Bu səviyyədə şəbəkə qovşağının yerinə yetirdiyi funksiyalar icra edilir. Həmin funksiyalar üç əsas qrupa bölünür; çağırış sellərinə xidmət funksiyası, xidmətlərin idarə olunma funksiyası və inzibatı xidmətlər funksiyası.
Fiziki səviyyə: (Physial Plane, PP). Bu səviyyədə şəbəkə qovşaqlarında və qovşaqlararası qarşılıqlı birləşmələri həyata keçirən protokollar çoxluğu tərəfindən müəyyən edilir. Bu səviyyədə ümumiyyətlə qovşaqlara aid funksiyalar çoxluğu təmin edilir.
Beləliklə, intellektual şəbəkə dedikdə, proqramla idarə edilən xüsusi təyinatlı şəbəkə tipi nəzərdə tutulur. Bu isə o deməkdir ki, intellektual şəbəkə müəyyən mənada kompüter telefonunun vacib bir istiqamətini təşkil edir. Bu şəbəkə tipi ilə müəyyən səviyyədə xidmətlər çoxluğu təşkil edilir və onun intellektual avadanlığının tərkibi ATS- in kommutasiya avadanlığından yerinə yetirdiyi funksiyalarla müqayisədə ciddi sürətdə fərqlənir. Müasir intellektual şəbəkələr 7 saylı siqnallaşma sisteminin potensial imkanları əsasında, ITU-T-nun çoxsaylı tövsiyələri nəzərə alınmaqla, təşkil edilir. Texniki ədəbiyyatda onu ümumi kanal siqnallaşma sistemi( ÜKS) adlandırırlar. Onun ilk nümunəsi 1992-ci ildə qəbul edilmişdir. Hal-hazırda 7 saylı siqnallaşma sistemi (xarici ədəbiyyatda Siqmallihq Sustem N7-SS7 adlanır ) dünyanın sənaye cəhətdən inkişaf etmiş bütün ölkələrində geniş sürətdə tətbiq tapmışdır.
Mövzu 3: İntellektual şəbəkənin təşkili.
Geniş mənada intellektual şəbəkə ideyası xidmətlərin göstərilməsi funksiyalarının kommunikasiya funksiyalarından ayrılmasından ibarətdir, yəni kommunikasiya funksiyaları baza əlaqə şəbəkəsində “qalır”, idarəetmə, xidmətlərin yaradılması və gətirilməsi funksiyaları isə baza şəbəkəsindən ayrı yaradılan “intellektual” üstquruma daxil edilir. Baza əlaqə şəbəkəsi və “intellektual” üstqurum arasında qarşılıqlı əlaqə standartlaşdırılmış interfeyslər vasitəsi ilə həyata keçirilir. Bu cür yanaşma rabitə operatorlarına “intellektual” hssəni ayrı-ayrı (çox zaman mərkəzləşdirilmiş) qovşaqlarda cəmləşdirməyə və “intellektin” bütün şəbəkə elementlərində paylanmasının qarşısını almağa imkan verir (çünki bu həmişə mümkün deyil və çox zaman iqtisadi cəhətdən əlverişli olmur). Baza şəbəkədən ancaq “intellektual” şəbəkə resurslarına girişin təmin edilməsi tələb olunur.
İntellektual şəbəkə texnologiyası ancaq kommutasiya sisteminin modernləşdirilməsi ilə bütöv bölgənin və hətta bir neçə bölgənin abunəçilərinə köklü şəkildə yeni növ xidmətlərin verilməsinə imkan verir. Bu zaman onlarda müxtəlif avadanlıqalrın istifadə edilməsi o qədər də əhəmiyyət kəsb etmir, çünki intellektual şəbəkələrin arxitekturası rabitə şəbəkəsinin növündən asılı deyil. Lakin onların istifadəsinin effektivliyinə xidmətlərə giriş üsulları, siqnallaşma sistemləri, marşrutlama üsulları və digər faktorlar təsir edir.
İntellektual şəbəkə xidmətlərini müxtəlif sistemlərin əsasında həyata keçirmək olar. Ümumi istifadə şəbəkələri üçün adətən ITU (International Telecommunication Union) və ETSI (European Telecommunications Standards Institute) spesifikasiyalarına uyğn olan arxitektur istifadə edilir. Bu arxitektura uyğun olaraq xidmətlərin göstərilməsi üçün kommutasiya sistemi əsasında xidmətlərin kommutasiyası qovşaqları (SSP - service switching point) və xidmətlərin idarə edilməsi qovşaqları (SCP - service control point) daxil edilməlidirSSP qovşağı əsas xidmətlərin verilməsi prosesinin idarə edilməsi üzrə funksiyaları özündə saxlayan və əlavə proqram təminatı ilə təchiz edilmiş kommutasiya sistemidir. O, intellektual şəbəkəyə aid olan çağrışlara xidmətin göstərilməsinin müxtəlif alqoritmlərinin işə salınmasını təmin edir, xidmətlərin idarə edilməsi qovşağından (SCP) daxil olmuş göstərişləri yerinə yetirir, intellektual şəbəkə çağrışlarına xidmət prosesinə nəzarət edir və çağrışlar prosesindəki müvafiq dəyişikliklər haqqında xidmətlərin idarə edilməsi qovşağına (SCP) məlumat verir.
Xidmətlərin idarə edilməsi qovşağı (SCP) bütün intellektual şəbəkədə xidmətlərinin göstərilməsi imkanlarının proqram realizasiyasını həyata keçirir və onun digər elementləri ilə qarşılıqlı əlaqə protokollarını təmin edir və verilənlər bazasını dəstəkləyir. Xidmətlərin kommutasiyası qovşağı (SSP) xidmət istifadəçisi tərəfindən yığılan nömrəyə uyğun oalaq xidmətlərin idarə edilməsi qovşağına (SCP) sorğu göndərir. Bu qovşaqda telefon nömrəsi təyin olunmuş alqoritm üzrə yığılır və xidmətlərin kommutasiyası qovşağına bu nömrəyə müvafiq birləşmə yaratmaq üçün göstəriş verilir və birləşmə yarandıqdan sonra istifadəçi ona lazım olan informasiyanı alır.
Xidmətlər yaradılan qovşaq (SCEP - (service creation environment point) xidmətin parametrlərinə nəzarət və idarəetmə, həmçinin onlara dəyişikliklər edilməsi və testləşdirilməsi imkanlarını həyata keçirir.
Xidmətlərin menecmenti qovşağı (SMP - service management point) intellektual şəbəkənin xidmətlərinə çağrışlar haqqında informasiyanın toplanmasını və müəyyən xidmətlərin göstərilməsi üçün lazım olan verilənlərin modifikasiyasını təmin edir. Operatorlar SMP qovşağını xidmətlərin tənzimləmələri haqqında informasiyanı saxlayan verilənlər bazasının monitorinqi və idarə edilməsi üçün istifadə edir, statistikanı və həyəcan siqnallarını toplayır, çağırışlar və hadisələr haqqında statistikanı yadda saxlayır.


Yüklə 36,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin