Fənn: Pul Kredit Mövzu: Pulun müasir iqtisadiyyatda rolu



Yüklə 17,76 Kb.
tarix19.05.2022
ölçüsü17,76 Kb.
#116036
Pulun müasir iqtisadiyyatda rolu


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ NƏZDİNDƏ İQTİSADİYYAT VƏ HUMANİTAR KOLLECİ


Sərbəst iş:

Fakültə: İqtisadiyyat
İxtisas: Bank işi
Kurs: II
Qrup: 380
Fənn: Pul Kredit
Mövzu: Pulun müasir iqtisadiyyatda rolu
Tələbə: Ruslan Məmmədov
Fənn müəllimi: Bayramova Vüsalə

BAKI 2022
Pul nədir? İlk baxışdan sual qəribə görünə bilər. Siz milyarder Bil Qeytsin maddi durumu haqqında oxuyarkən, söhbətin nədən getdiyini çox gözəl başa düşürsünüz. B.Qeyts o dərəcədə varlıdır ki, praktiki olaraq istədiyi hər bir şeyi ala bilər. Bu mənada pul ifadəsi sərvəti bildirmək üçün istifadə edilir.
Buna baxmayaraq iqtisadçılar bu sözü daha konkret mənada işlədirlər: pul – insanların mal və xidmətləri digər fərdlərdən əldə etmək üçün müntəzəm istifadə etdikləri aktivlərin cəmidir. Portmanetnizdə olan nəğd pul ona görə puldur ki, siz onu restoranda naharın ödənilməsi və ya geyim mağazasında köynəyin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Əgər sizə Bil Qeytsin hazırda sahibi olduğu Microsoft korporasiyasının səhmlərini əldə etmək nəsib olarsa, varlı adam olacaqsınız, lakin bu vəsaitləri pul kimi nəzərdən keçirmək mümkün olmayacaq. Səhmlərin bir hissəsini nəğd pula çevirməyənədək, siz səhmlərin vasitəsi ilə naharın və ya köynəyin haqqını ödəyə bilməyəcəksiniz. Iqtisadçıların tərifinə müvafiq olaraq pullara maddi dəyərlərin yalnız elə növləri aiddir ki, onlar mal və xidmətlərin əvəzində satıcılar tərəfindən daim qəbul edilir.

İqtisadiyyatda pul 3 funksiyanı yerinə yetirir. Tədavül vasitəsi, dəyər ölçüsü və yığım vasitəsi. Bu 3 funksiyanın vəhdəti pulları aktivlərin digər növlərindən fərqləndirilir.



  • Tədavül vasitəsi anlayışı altında alıcının mal və ya xidmətləri alarkən satıcıya verdiyi xüsusi növ əmtəə başa düşülür. Siz köynəyi alarkən malın əvəzinə geyim mağazasında pul qoyursunuz, pulların alıcıdan satıcıya bu cür verilməsi sazişin baş tutmasına imkan verir. Siz həmişə əminsiniz ki, istənilən mağaza pullarınızı əldə edilən malların ödənişinə qəbul ediləcək, belə ki, pul-hər yerdə geniş yayılmış mübadilə vasitəsidir.


  • Dəyər ölçüsü – mal və xidmətlər üzərində qiymətlərin müəyyən edilməsi, qoyulması və öhdəliklərin qeydə alınması üçün, adamların istifadə etdiyi ölçü vahididir. Mağazada görürsünüz ki, köynək 20 dollar, qamburqer isə 2 dollardır. Köynək on qamburqer, qamburqerin isə 1/10 köynək dəyərində olduğunun ədalətli təsdiqinə baxmayaraq, qiymətlər heç vaxt bu cür qoyulmur. Eyni ilə bankdan borc götürdükdə qaytarmalı olacağınız məbləğin ölçüsü hər hansı mal və xidmətin kəmiyyəti ilə deyil, dollarla ölçüləcək. Hər hansı iqtisadi parametrin dəyər ifadəsini ölçdükdə və qeydiyyata aldıqda hesab vahidi kimi həmçinin puldan istifadə edirik.


  • Yığım vasitəsi – insanların alıcılıq qabiliyyətinin bu gündən gələcəyə keçirilməsi üçün istifadə etdikləri xüsusi vəsaitdir. Əgər bu gün satıcı mal və ya xidmətin əvəzində pul alırsa, o, alınan məbləği saxlaya və onun üçün əlverişli olan hər bir vaxtda, alıcı rolunu oynaya bilər. Aydındır ki, müasir iqtisadiyyatda pul yeganə yığım vasitəsi deyil. Bu məqsəd üçün səhmlər, istiqrazlar, daşınmaz əmlak, sənət əsəri və ya beys-bol matçlarının kiçik proqramlarından istifadə edilir. Sərvət termini altında pul kimi digər aktiv növləri də daxil olunmaqla bütün yığım vasitələrnin cəmi başa düşülür.



Hər aktiv növünün iqtisadiyyatda qəbul olunmuş tədavül vasitəsinə çevrilməsinin asanlıq dərəcəsini müəyyən etmək üçün iqtisadçılar pula çevrilə bilmə (likvidlik) anlayışından istifadə edirlər. Iqtisadiyyatda pul tədavül vasitəsi rolunu yerinə yetirdiyi üçün o, aktivlərin daha likvid növü sayılır. Başqa aktivlərin likvidliyi müxtəlif ola bilər. Səhm və istiqrazların əksəriyyəti istənilən anda az bir məsariflərlə satıla bilər, buna görə onlar nisbi likvid aktivlərdir. Əksinə, evin, X.Rembrantın əsərinin və ya Dima Çounun iştirakı ilə 1948-ci il beys-bol oyunu proqramının satışı böyük vaxt və qüvvə sərf olunmasını tələb edir, buna görə belə aktivlər aşağı likvidli olanlara aid edilir.
Adamlar öz maddi sərvətlərini hansı şəkildə saxlanmağın əlverişli olduğu haqqında qərar verərkən faydasız vəsait qoyuluşlarından yayınmaq üçün saxlanmanın hər bir mümkün variantının likvidliyini ölçüb-biçmə­lidirlər. Pul-aktivlərin ən likvid növüdür. Buna baxmayaraq yığım vasitəsi rolunda onlara əsaslı çatışmazlıq xasdır. Iş burasındadır ki, mallara qiymətin artdığı şəraitdə pulun qiyməti düşür. Başqa sözlə: mal və xidmətlər bahalanırsa, döşəyimizin alıtndakı hər bir dollar çəkisini itirir.
Qiymətlərin səviyyəsi və pulun dəyəri arasındakı bu əlaqə iqtisa­diyyatda pulun rolunu başa düşmək üçün son dərəcə vacibdir.

Daxili dəyərə malik olan əmtəə pul rolunda çıxış etdiyi hallarda o, əmtəə pulları adlanır. Daxili dəyər anlayışı və pullar, hətta pul kimi istifadə edlmədikdə belə dəyərə malik olan pullara aid edilir.



  • Əmtəə pullarının nümunəsi ümumi daxili dəyəri olan qızıldır, belə ki, həm sənayedə, həm də zərgərlik məmulatları hazırlandıqda ondan istifadə edilir. Biz hazırda qızıl sikkələrdən istifadə etmirik, lakin onun bazarda hərəkətinin çoxəsrlik tarixi vardır. Qızılın pul kimi xüsusi popul­yarlığı onun nisbətən sadə yerdəyişməsi, ölçülməsinin asanlığı və tərkibində qarışıqların yoxlanılmasının mümkünlüyü ilə əlaqədardır. Iqtisadiyyatda pul kimi qızıl sikkələrdən (indi və ya ilk tələbə görə qızıla dəyiş­dirilə bilər kağız pullar) istifadə edildikdə, deyirlər ki, onda qızıl standart vardır.

Yüklə 17,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin