Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə1/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
  1   2   3   4   5   6   7   8   9   ...   15

Müəllim: Rəhimov Kamal

Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Mövzu: Sərnişin vaqonlarda qızdırıcı sisteminin əsas növbəti haqqında məlumat.

Sərnişin vaqonların istilik sistemi, hava kondensə sisteminin bir qolu kimi baxmaq olar. Qış və ilin keçid dövrlərində vaqonun içində lazım olan temperaturun saxlanılması vacibdir.

Sərnişin vaqonlarda olan istilik sistemi aşağıda qeyd olunmuş şərtləri doğrultmalıdır.


  • Vaqonun içində temperatur 180 – dən aşağıda olmamalıdır;

  • Vaqonun bütün hissələrində eyn səviyyədə istilik olmalıdır;

  • qızdırıcı sistemdə 700 – dən artıq temperatur olmamalıdır;

  • atmosfer temperatur dəyişilməsi ilə əlaqədar olaraq, vaqonun içindəki temperaturu tənzimləmək olsun;

  • yanğın təhlükəsizliyi yaradıcı halda olmamalı;

  • vaqonun içində tüstü, iy və başqa hallar yaratmamalı;

  • sadə və asan üsullu olsun

Vaqonun avtomatlaşdırılmış istilik sistemi, qış mövsümündə 18 – 220 temperatur yarada bilsin. (atmosfer temperaturasından asıllı olmayaraq)

İstiliyin növləri və onların vaqonlarda yaratmaq halları. Atmosfer ilə vaqonun içində temperatur fərqləri yarandığı zaman yolla istilik yaratmaq olar.Sərnişin vaqonlarda buxarla, su və elektriklə. Axır zamanlarda buxarla, su və elektriklə. Axır zamanlarda digər qızdırıcı növləri üzrə çalışaraq vaqonların divarlarında, damında qızdırıcı elementlərin yerləşdirilməsi üsulu, kolariferlərin vasitəsi ilə, ventelyatorların vasitəsi ilə həyata keçirilir.

Buxar ilə qızdırılma üsulu. Hal – hazırda vaqonda quraşdırılmış induvidual qazan ilə qızdırılır. Bu cür qazanlar hər vaqonda quraşdırılır. Qabaqlar paravozdan qidalanaraq istilik sistemi yaradılmışdır. Bu sistemdə parın (buxarın təzyiqi) 3 – 6 atm təzyiqdə olurdular.

Elektrik qızdırıcı sistem. Bu sistemdə elektriklə qızdırılan elektrik peçləri qatarın tərkibində yerləşdirilmiş elektrostansiyadan və yaxud elektrovoz vasitəsi ilə elektrik kontakt xəttindən qidalandırılır. Bu sistem elektrik qtaralarında geniş tədbiq edilir.

Sərnişin vaqonlarda quraşdırılmış generatordan və akkumlyator batareyasından lazımı qədər elektrik enerjinin istehsal edə bilmədiyi üçün, təxminən hər vaqona (40 kilovat gərginlik lazım gəlir) elektrik qızdırıcı xətdən qidalandırıla bilmirlər. Sərnişin vaqonlarında elektrik qızdırma xəttinin geniş tətbiqi edilməsi yeni növ elektrovozlar istehsal ediləndən soa həyata keçirilmişdir. Bu elektrovozlarda istehsal ediləndən sonra həyata keçirilmişdir. Bu elektrovozlarda elektro razetka vasitəsi ilə bütün qatarın elektrik qızdırıcı xətti qoşaraq kontakt şəbəkəsindən elektrik enerji ilə qidalanır.

Su qızdırıcı sistemindən fərqli olaraq elektriklə qızdırma sisteminin müsbət cəhətləri vardır. Su ilə qızdırılan sistemdə çoxlu miqdarda sistemin qızdırılması üçün kömür və kömür ehtiyatları lazım gəlir. Bundan başqa kömürün gətirilməsi üçün çoxlu xərc lazım gəlir və vaqonların kömür tozu ilə çirklənməsinə səbəb olur.

Ən sərfəli elektriklə qızdırma (şəkil 17) göstərilmişdir. Bu sistemdə vaqonun uzununa hər iki tərəfdə 11 ədəd öz aralarında ardıcıl birləşmiş sxemi göstərilmişdir. Vaqonda yaradılan istilik temperaturadan asıllı olaraq bu elektrik peçlərin bir qruppu və yaxud hər iki qruppu qoşmaq olar. Vaqonlarda su sistemi ilə işləyən qazanların şəkillərini göndərirəm. Şəkil – 14, Şəkil – 15, Şəkil – 16. Bu şəkillərə baxaraq, altındakı yazıları oxusanız onların nə olduğunu başa düşəcəksiniz.



Mövzu : Elektriklə qızdırılan sistemin təyinatı və növləri haqqında məlumat.

Su ilə qızdırma sistemindən fərqli olaraq elektriklə qızdırma sisteminin bir çox üstünlükləri vardır. Gərginlik və cərəyan şiddətindən asıllı olaraq elektriklə qızdırma sistemi bir neçə növə ayrılır.



  1. Vaqonun döşəməsi ilə quraşdırılmış qızdırıcı elementlər – elektrik peçlər döşəmənin üstü ilə sərnişinlərin yerləşdirilmiş hissəsində quraşdırılır. Bu cür istilik sistemi böyük effektə malikdir. Bu cür sistemdə yerləşdirilmiş elektrik peçlər həm paralel, həm də ardıcıl olaraq qoşula bilir və çox asan yolla qoşmaq, onlara qulluq çox rahat olur. Bu sistemdə çatışmayan odur ki, çox yüksək gərginlik olması və bu cəhətdən onlara qulluq, xidmət edən işçilər yüksək kvalifikasiyalı olmalıdır.



  1. Hava (kaloriferlər) vasitəsi ilə vaqonlar qızdırılır. Elektrokaloriferlər vasitəsi ilə verilən isti hava vaqonu qızdırır. Bu cür sistemi idarə etməsi çox rahatdır və sadədir. Bu cür isitmə sisteminin çatışmayan cəhəti ondadır ki, vaqonun yuxarı hissəsindən üfürdüyü üçün vaqonun yuxarı və aşağı hissələrində temperatur fərqləri yaranır. Bir anlığa fikirləşsək ki, kalorifirləri vaqonun aşağı hissəsində quraşdırılması məqsədə uyğun deyildir.



  1. Vaqonların su ilə qızdırılması üsulu daha təhlükəsiz sayılır. Çünki, qazan xüsusi şöbədə yerləşdirilmişdir. Elektrik sistemi ilə isitmə sistemində isə yüksək gərginlikdən istifadə olunduğu üçün bu sistem nisbətən təhlükəli sayılır. Su ilə qızdırılan sistemdə vaqonun qızması üçün müəyyən vaxt tələb olunur, həm də qış mövsümündə su boruların donması təhülkəsi ola bilər.



  1. Vaqonun döşəməsinin, divarların və damının, elektrik panelləri ilə təmin edilməsidir. Bu cür halda da radiasiyanın olması şöbhəsi yaranır. Bu cür halda qızdırıcı elementlərin izolyasiya sisteminin daha da etibarlı olmağı tələb olunur.

Sərnişin vaqonlarda kombinə edilmiş istilik sistemi tətbiq edilir. Bu sistem elektrik və (elektrik peçləri vasitəsi ilə) hava vasitəsi ilə qızdırıcı sistemidir. Kaloriferlərin vasitəsi ilə qızdırılması zaman həm vaqonun havasının təmizlənməsinə və vaqonun qızmasına imkan verir. Bu cür sisem hava kondensə qurğuları ilə təchiz edilmiş vaqonlarda, elektrik stansiya ilə təmin olunmuş qatarlarda 380\220 b gərginlik ilə təchiz olunan elektrik xətti ilə təmin olunur. Qızdırıcı elementlər metal boruya oxşayır. Bu borunun içinə xrom dan hazırlanmış elektrik enerjini yaxşı keçirən yay quraşdırmışdır. Boru ilə yayın arasını istiliyi yaxşı keçirdən xüsusi material ilə doldurulmuşdur. 220 boltla işləyir. Bu peçlər üstdən dəmir qatı ilə örtülmüşdür ki, sərnişinlər toxunarsa, heç bir ziyan çəkməsin.


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin