##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 15// level= 1// sumtest=20 // name= Cümlə üzvləri. Cümlənin baş üzvləri //



Yüklə 1,44 Mb.
səhifə15/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

##num= 15// level= 1// sumtest=20 // name= Cümlə üzvləri. Cümlənin baş üzvləri //


1. Xəbəri feilin qeyri - qəti gələcək zamanı ilə ifadə olunmuş cümləni göstərin.

A) Abbas ağlar zarı - zarı, Getməz könlünün qübarı.

B) Sən əvvəlcə Yusifi quyudan çıxar.

C) Əs, ey dəli ruzigar, dağları yerindən qopar.

D) Apar məni getdiyin yerlərə.

E) Bir də görürsən, açılan solur.

2. Verilmiş mühakimələrdən hansı düzgündür?

A) “Var, lazım, gərək, yox” kimi sözlərlə ifadə olunan xəbərlər III şəxs cəmdə olan mübtəda ilə uzlaşmır.

B) Mübtədadan əvvəl kəmiyyət təyini gələrsə, onda mübtəda həmişə cəmdə olmalıdır.

C) Mübtədadan əvvəl kəmiyyət təyini gələrsə, mübtəda da, xəbər də cəmdə olmalıdır.

D) Mübtəda mənsubluq bildirəm –gil şəkilçisi ilə işlənərsə, xəbər həmişə təkdə olmalıdır.

E) İdarə əlaqəsində idarəedici tərəf ancaq feil və qoşma ola bilər.

3. I növ təyini söz birləşmələrinin tərəfləri birlikdə hansı hallarda mübtəda kimi işlənir?

A) Birləşmənin II tərəfi “kəs”, “şəxs”, “adam”, I tərəfi “bir”, “hər” sözləri ilə ifadə olunduqda

B) Tərəflər heç vaxt birlikdə bir cümlə üzvü yerində işlənmir.

C) Tərəflər həmişə birlikdə mübtəda yerində işlənə bilər.

D) Birinci tərəf həmişə sifət, ikinci tərəf sayla ifadə olunduqda

E) Birinci tərəf atributivləşmiş isimlə ifadə olunduqda

4. «Koroğlu Azərbaycan xalqının milli qəhrəmanıdır» cümləsində mübtədanın ifadə vasitəsini göstərin.

A) mürəkkəb ad

B) II növ təyini söz birləşməsi

C) mürəkkəb isim

D) III növ təyini söz birləşməsi

E) feli sifət

5. Verilənlərdən biri xəbərin sintaktik üsulla ifadəsinə aiddir.

A) Feilin əmr şəklinin ikinci şəxsinin təki

B) feilin vacib şəklinin hər üç şəxsi

C) feilin əmr şəklinin I şəxsinin tək və cəmi

D) feiin lazım şəklinin hər üç şəxsi

E) feilin xəbər şəklinin hər üç şəxsi

6. Cümlələrin birində xəbər həm ismi, həm də feili birləşmə ilə ifadə olunub.

A) Elm əqlin bələdçisidir, əql isə onun ardınca gedəndir.

B) Hər bir insanın dəyəri əməlinin gözəlliyidir.

C) Əgər sərvət arzusundasansa, elmdə axtar.

D) Elm və ədəb sənin canının bahasıdır.

E) Sənin və mənim torpağımdır ki, bahar yeli onu sağa - sola dağıdır.

7. «Mal - qara örüşdən qayıdanda kənddə kimsə yox idi» cümləsinin sintaktik təhlil sxemi hansıdır?

1 - mübtəda 2 - xəbər 3 - tamamlıq 4 - təyin 5 - zərflik

A) 5 - 5 - 1 - 2

B) 5 - 3 - 1 - 2

C) 5 - 3 - 5 - 1 - 2

D) 5 - 5 - 2

E) 1 - 5 - 3 - 2

8. “Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az. . . ”

Nümunə haqqında verilmiş hansı mühakimələr yanlışdır?

1 - Adlıq cümlədir. 2 - Cüttərkibli müxtəsər cümlədir. 3 - Xəbərlik şəkilçiləri ixtisar edilmişdir. 4 - Zahiri qrammatik formalaşma yoxdur. 5 - Tabeli mürəkkəb cümlədir. 6 - İntonasiyanın sayəsində yanaşı duran iki söz cümlə kimi çıxış edir. 7 - Tabesiz mürəkkəb cümlədir.

A) 1, 6

B) 2, 5

C) 1, 5

D) 2, 7

E) 1, 6, 7

9. Aşağıdakı mühakimələrdən neçəsi düzdür? Düzgün bəndi müəyyənləşdirin.

1 - Adlıq halda olan isim cümlənin təyini ola bilər.

2 - Yiyəlik halda olan söz ayrılıqda cümlənin xəbəri ola bilər.

3 - İsim cümlənin təyini kimi işlənə bilməz.

4 - Şəxssiz cümlənin xəbəri bir qayda olaraq 3 - cü şəxsin cəmində olur.

5 - Cümlənin qurulması üçün predikativlik və bitmə intonasiyası vacibdir.

A) 1, 2, 4, 5

B) 2, 3, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 5

E) Hamısı düzdür

10. Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümlələr hansı bənddədir?

1 - Bahar yağışına tamaşa edən Salatını fikir götürdü.

2 - Dava - dalaşın səhəri günü Zərnigar xanımın yanına getmişdi.

3 - Kəndin üst tərəfindəki təpələri qara buludlar bürümüşdü.

4 - Salatın qızın dalınca baxıb köksünü ötürdü.

5 - Bir də görürsən, açılan solur.

A) 2, 3, 5

B) 1, 3, 5

C) 3, 4

D) 1, 2, 4

E) 1, 4

11. Verilmiş cümlələrin ikisində xəbər sintaktik üsulla ifadə olunub.

1 - Oğul paşa, qız tamaşa. 2 - Oğul baş ucalığı, qız üz ağlığıdır. 3 - Ağıllı özünü, ağılsız özgəni qınayar. 4 - Aşıq harda, məclis də orda.

A) 1, 4

B) 1, 3, 4

C) 3, 4

D) 1, 2, 3

E) 2, 3

12. “Anlamayana nəsihət vermək, başa düşməyənə yaxşılıq etmək, boşboğaza sirr vermək ən böyük səhvdir” cümləsinin sintaktik təhlil sxemi hansıdır?

1 - tamamlıq 2 - mübtəda 3 - xəbər 4 - təyin 5 - zərflik

A) 2 - 2 - 2 - 4 - 3

B) 1 - 2 - 1 - 2 - 1 - 2 - 4 - 3

C) 1 - 2 - 3

D) 1 - 2 - 3 - 4

E) 2 - 2 - 2 - 5 - 3

13. Verilmiş cümlədə cümlə üzvlərini ardıcıllıqla düzün.

Qoca şüşələrə qonan damcılara baxırdı”.



1 - mübtəda

2 - xəbər

3 - tamamlıq

4 - təyin

5 - zərflik

A) 1 - 4 - 3 - 2

B) 1 - 5 - 4 - 5 - 2

C) 1 - 4 - 3 - 3 - 2

D) 1 - 3 - 3 - 4 - 3 - 2

E) 1 - 3 - 4 - 3 - 3 - 2

14. Verilmiş cümlədə cümlə üzvlərini ardıcıllıqla düzün.

Mal - qara örüşdən qayıdanda kənddə kimsə yox idi”.



1 - mübtəda

2 - xəbər

3 - tamamlıq

4 - təyin

5 - zərflik

A) 5 - 5 - 1 - 2

B) 5 - 3 - 1 - 2

C) 5 - 3 - 5 - 1 - 2

D) 5 - 5 - 2

E) 1 - 5 - 3 - 2

15. Cümlə üzvləri haqqında əvvəl düzgün, sonra yanlış mühakimələri ardıcıllıqla düzün.

1 - Yalnız qrammatik şəklə malik olan hər bir söz və söz birləşməsi cümlə üzvü ola bilər.

2 - Cümlə üzvləri bir - biri ilə sintaktik əlaqədə olur.

3 - Cümlə üzvləri cümlə daxilində sintaktik suala cavab verən söz və ya söz birləşməsinə deyilir. 4 - Cümlədə modallıq ancaq intonasiya və zaman şəkilçiləri ilə yaranır.

5 - Həm leksik, həm də qrammatik mənaya malik olan hər söz cümlə üzvü ola bilər.

6 - Cümlə üzvləri cümlə daxilindəki mövqeyinə, daşıdıqları vəzifəyə və mənalarına görə qruplaşır.

A) 2, 3, 5, 6, 1, 4

B) 1, 2, 3, 6, 4, 5

C) 2, 3, 4, 1, 5, 6

D) 2, 3, 5, 1, 4, 6

E) 1, 2, 3, 4, 5, 6

16. Verilmiş cümlələrin hansında mübtəda vardır? Ardıcıllıqla göstərin.

1 - Onun dərin bir şövqlə danışmasını heç kim nəzərdən qaçırmadı.

2 - Müəllim sinfə girəndə şagirdləri kluba yığmışdılar.

3 - Qızın atası təhsil almaq üçün ona çox kömək edirdi.

4 - Ötmək istəyəndə camaatın yığışdığını görüb dayandı.

5 - Koroğlu Azərbaycan xalqının milli qəhrəmanıdır.

6 - İndi ömrünün ən gözəl, ən təravətli bir zamanını yaşayırdı.

7 - Məktəb direktorunun səsini qaldırması heç kimin halına təfavüt etmədi.

A) 1, 3, 5, 7

B) 1, 5, 7

C) 2, 4, 6

D) 1, 2, 3, 5

E) 3, 5, 6, 7

17. Xəbərin ifadə vasitələrinə görə uyğunluğu müəyyən edin.

I Ceyranın duruşu, durnanın gözü, Kəkliyin ayağı yadıma düşdü.

II Bahar gəlir, ana torpağın nəfəsi istiləşir, dağlar, təpələr yaşıllaşırdı.

III Nədir gözlərindən yağan yağışlar? !

1 - O gülləri bəsləyən mənəm. 2 - Başımdan getmədi səninlə içdiyim badə. 3 - Qulaq ardına vurmağı səndən öyrənmişəm. 4 - Gözəl qadın gözə xoş gələr, xeyirxah qadın qəlbə. 5 - Ataşla Qönçənin ürəyindən keçənləri usta Qaçaydan başqa, hələlik ancaq molla bilirdi. 6 - Hanı mən gördüyüm qurğu, busatlar?

A) I 2, 4; II 3, 5; III 1, 6

B) I 2, 3; II 1, 5; III 4, 6

C) I 4, 6; II 2, 3; III 1, 5

D) I 1, 2; II 3, 4; III 5, 6

E) I 2, 6; II 1, 3; III 4, 5

18. Mübtədanın ifadə vasitələrinə görə uyğunluğunu müəyyən edin.

I - “Ağıllı gözündən, axmaq sözündən bilinər”.

II - Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdir.

III - Qurddan qorxan meşəyə girməz.

1 - Gözüm aydın, gözümə surəti - canan görünür. 2 - Gözəllər çıxıbdı seyranə, gəlsin. 3 - Eşqdir mehrabı uca göylərin. 4 - Ölülər elə bilir, dirilər halva yeyir. 5 - Qonşuya ümid olan şamsız qalar. 6 - Ağıllı imandan, yalançı böhtandan yapışar. 7 - Tikəni görməyən yekəni də görməz.

A) I 2, 4, 6; II 1, 3; III 5, 7

B) I 2, 3, 4; II 1, 7; III 5, 6

C) I 1, 2, 6; II 3, 5; III 4, 7

D) I 3, 5, 7; II 2, 6; III 1, 4

E) I 1, 4, 6; II 3, 7; III 2, 5

19. Uyğunluğu müəyyən edin.

I “Keçmişinə xor baxan gələcəyinə kor baxar”.

II “Dərs alıb dərs demək namaz qılmaqla eynidir”.

III “Tavanın göy işığının zəif şöləsi içərini güclə işıqlandırırdı”.

1 - Buranı salamat ötmək evə çatmağa bərabər idi.

2 - Qonşuya ümid olan şamsız qalar.

3 - Su arxlarının hamısı təmizlənmişdi.

4 - Fürsət və qənimətləri məhv etmək qüssə və qəmə səbəb olar.

5 - Axşamüstü çayın sahili aşıb - daşır, cavanlar halay çəkilb rəqs edir.

6 - Bahar yağışına tamaşa edən Cahandar ağanın qızı Salatın idi.

A) I 2, 6; II 1, 4; III 3, 5

B) I 1, 2; II 3, 4; III 5, 6

C) I 2, 3; II 1, 5; III 4, 6

D) I 5, 6; II 2, 4; III 1, 3

E) I 4, 6; II 1, 3; III 2, 5

20. Mübtədanın quruluşu ilə bağlı uyğunluğu müəyyən edin.

I Hanı mən gördüyüm qurğu, busatlar? II Baharın yelləri tez dəyər sənə.

1 - Dəniz sahili gənclərin görüş yeri idi. 2 - Axşamüstü qoy uzaqdan havalansın Xanın səsi. 3 - Bizim bu dünyada nə malımız var. 4 - Saçlarıma ağ cığırlar salmağa günlər, aylar, illər yaman tələsdi. 5 - Harada ürək var, orada səadət və xoşbəxtlik hökm sürəcək.

A) I 4, 5; II 1, 2, 3

B) I 1, 2; II 3, 4, 5

C) I 2, 3, 4; II 1, 5

D) I 1, 4, 5; II 2, 3

E) I 2, 5; II 1, 3, 4


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə