##Fənnin adı: Azərbaycan dili ##Bölmə: Azərbaycan


##num= 20// level= 1// sumtest=20 // name= Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr //



Yüklə 1,44 Mb.
səhifə20/22
tarix24.02.2020
ölçüsü1,44 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 20// level= 1// sumtest=20 // name= Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr //


1. «Qardaşların arasındakı mehribançılığı görən qonşular onlara bəxtəvərlik verir, tanışlar həsəd aparır, dostlar ürəkdən sevinirdilər»

Verilmiş tabesiz mürəkkəb cümlədə hansı məna əlaqəsi vardır?

A) zaman

B) səbəb - nəticə

C) bölüşdürmə

D) ardıcıllıq

E) aydınlaşdırma

2. Hansı məna əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr növbə ilə bir - birini əvəz edir, yaxud da iki və daha artıq işdən yalnız birinin mümkünlüyü ifadə olunur?

A) zaman

B) səbəb - nəticə

C) bölüşdürmə

D) ardıcıllıq

E) qarşılaşdırma

3. «Evin qapısından içəri qədəm qoyan Aslan kişi döşəməni yuyulmuş görüb ayaqqabılarını çıxarmaq istədi, İsa kişi qoymadı» tabesiz mürəkkəb cümləsində hansı məna əlaqəsi vardır?

A) qarşılaşdırma

B) səbəb - nəticə

C) zaman

D) ardıcıllıq

E) aydınlaşdırma

4. «Ələm bu işə qol qoyub, Vələd tərs öküz kimi yola gəlmir» tabesiz mürəkkəb cümləsində hansı məna əlaqəsi işlənmişdir?

A) qarşılaşdırma

B) səbəb - nəticə

C) zaman

D) ardıcıllıq

E) aydınlaşdırma

5. «Oturub xeyli gözlədi, amma axırda səbri çatmadı» cümləsinin növünü təyin edin.

A) Tabesiz mürəkkəb cümlə

B) Sadə cüttərkibli cümlə

C) Sadə təktərkibli cümlə

D) Tabeli mürəkkəb cümlə

E) Həmcins xəbərli sadə cümlə

6. Verilmiş bağlayıcılardan hansı tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında işlənən aydınlaşdırma bağlayıcısıdır?

A) ki

B) hətta

C) yəni

D) istərsə

E) belə ki

7. Tabesiz mürəkkəb cümlələr hansılardır?

1 - Şəhərdə sakitlikdir, yollar təhlükəsizdir 2 - Allah, Allah deməyincə işlər örtməz 3 - Atam onu içəri dəvət etdi, sonra üzünü mənə çevirdi 4 - Mən oxuyurdum, Əli isə alver edirdi 5 - Gah traktor təmirə dayanır, gah da sürücü xəstələnirdi

A) 1, 4, 5

B) 2, 3, 4

C) 2, 3

D) 2, 4

E) 2, 3, 4

8. Tabesiz mürəkkəb cümlələri göstərin:

1 - Uşaqların bəzisi sözə baxmır, məsələn emin hər gün tərslik edir

2 - Evlərin qapıları açılır, adamlar yavaş - yavaş həyətə çıxır

3 - İstəyirdim ki, qəlbimdə çırpınan sevda səsini eşidisən

4 - Amma dünyada düşünən, qanan, hər şeyin fikrini edən adamlar var

5 - Torpağı duz basmış, kəndlilər də köçüb getmişlər

A) 1, 2, 5

B) 3, 4, 5

C) 2, 3, 4

D) 3, 5

E) 3, 4

9. Tabesiz mürəkkəb cümlələri göstərin:

1 - Müəllim icazə versə, həm sənə kömək edərəm 2 - Salman açarı burdu, motor söndü 3 - Qonaqlar getdi, ana süfrəni yığışdırmağa başladı 4 - Onun işi asan idi: sadəcə məktubları qeyd edirdi 5 - Elələri də var ki, bu peşəni sevmirlər

A) 2, 3, 4

B) 1, 2

C) 1, 2, 5

D) 1, 5

E) 1, 4, 5

10. Tabesiz mürəkkəb cümlələri göstərin:

1 - Örtülü süfrənin bir eybi olar, açıq süfrənin min eybi olar

2 - Sənin atan ağıllı kişidir, sən ona oxşamamısan

3 - Gah yağış yağırdı, gah da külək əsirdi

4 - Mən bilirəm, nə demək istəyirsən

5 - Kim yaxşı hazırlaşır, yaxşı qiymət alır

A) 1, 2, 3

B) 4, 5

C) 1, 4

D) 2, 4, 5

E) 3, 4, 5

11. Hansı cümlələr quruluşca mürəkkəbdir?

1 - Darvazanın qabağında gurultu eşidildi, zəhmli bir it yoğun səslə hürdü. 2 - Torağaylar pırıltı ilə havaya qalxır, beş - on addım uçub yolun ortasına qonurdular. 3 - Bu isti insanları cana gətirir, ehtiyac içində qovrulan kəndlilərə əzab verirdi. 4 - Maşın içəri girəndə ev sahibi darvazanı arxadan bağladı. 5 - İstidən çöllərin otu quruyur, sünbüllər ovulub yerə tökülürdü.

A) 1, 2, 5

B) 2, 3, 4

C) 1, 5

D) 3, 4

E) 1, 3, 5

12. Hansı cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlədir?

1 - Fəqət nə Cəlal var, nə Humay, Nə ömrə acıyır, nə yaşa dünya.

2 - El bilir, uşaqlıqdan o, naxələf olmayıb.

3 - Ürəyimə damıb ki, oğlum tələf olmayıb.

4 - Bizim dağların başı qışda da, yayda da həmişə qar olur.

5 - Ələm bu işə qol qoyub, lakin Vələd tərs öküz kimi yola gəlmir.

A) 1, 5

B) 2, 5, 6

C) 2, 4, 7

D) 1, 3, 7

E) 3, 4, 5

13. Tabesiz mürəkkəb cümlələri ardıcıllıqla göstərin.

1 - Axşam güclü yağış yağdığı üçün yolları su örtmüş, gediş - gəliş çətinləşmişdi.

2 - Söyüdlərin kölgəsində igidlər dinləyirlər babalardan öyüdlər.

3 - Dost üzə baxar, düşmən ayağa.

4 - Var madam ki, doğru yazmağa imkan, Neçin gəlsin gərək ortaya yalan? !

5 - Ağıllı gözündən bilinər, axmaq sözündən.

6 - Qız anadan görməyincə öyüd almaz.

7 - Ağılın qüdrəti söz mətahının müdrikliyindədir.

A) 2, 3, 4, 6

B) 2, 4, 5, 7

C) 1, 3, 5

D) 1, 3, 4, 7

E) 1, 4, 5, 7

14. Tabesiz mürəkkəb cümlələri ardıcıllıqla göstərin.

1 - Qonaqlar getdi, ana süfrəni yığışdırmağa başladı 2 - Onun işi asan idi, sadəcə məktubları qeyd edirdi

3 - Elələri var ki, bu peşəni sevmirlər 4 - Müəllim icazə versə, mən sənə kömək edərəm 5 - Salman açarı burdu, motor söndü

A) 1, 2, 5

B) 2, 3

C) 3, 4, 5

D) 1, 3

E) 4, 5

15. Tabesiz mürəkkəb cümlələri ardıcıllıqla göstərin.

1 - Birlik harada, dirilik orada 2 - Niyyətin hara idi, mənzilin də oradır 3 - Bir azdan dava qurtarar, rahat bir həyat başlayır 4 - Arvad da quluq eləyir, qız da 5 - Zavod artıq işə başlamışdı, yəni cəbhənin tələbatı ödənillirdi

A) 3, 4, 5

B) 1, 2, 3

C) 2, 3

D) 1, 2, 5

E) 2, 4

16. Tabesiz mürəkkəb cümlələri ardıcıllıqla göstərin.

1 - Fikirləşir ki, bu işin sonu necə olacaq 2 - Kim nə bilir, kim nə çəkir 3 - Sən nə deyirsən, onu da sənə verəcəyəm 4 - Elə adam var ki, heç vaxt öz yerini bilmir 5 - Qızlar əməllərinin peşmançılığım çıkir, oğlanlar xəcalətli baxışlarını yerdən ayırmırdılar 6 - Sən dedin, mən də eşitdim

A) 5, 6

B) 4, 5, 6

C) 4, 5, 6

D) 1, 2, 3, 6

E) 1, 2, 3, 4

17. Uyğunluğu göstərin:

Tabesiz mürəkkəb cümlə II - Tabeli mürəkkəb cümlə

1 - Dostum sənə qarşı bu qədər haqsızlıq edib, sən də onun hörmətini saxlayırsan

2 - Lalə sevincdən səs - küy salmaq istədi, səsi çıxmadı

3 - Bu iki kənd bir - birinə yaxın idi, arada bircə qaya vardı

4 - İki gündür, bərk şaxtadır

5 - Hamı necə, sən də elə

A) I - 1, 2, 3, ; II - 4, 5

B) I - 3, 4; II - 1, 2, 5

C) I - 4, 5; II - 1, 2, 3

D) I - 3, 5; II - 1, 2, 4

E) I - 1, 4; II - 2, 3, 5

18. Uyğunluğu göstərin:

I - Tabesiz mürəkkəb cümlə II - Tabeli mürəkkəb cümlə

1 - Hakim ədalətli qərar çıxartdı, hamı bu qərarı alqışladı

2 - Biz qonaqları günorta gözləyirdik, yolu qar basdığından axşam gəlib çıxdılar

3 - Əhməd həm nəzarətə alınmalı, həm də ona xəbərdarlıq edilməlidir

4 - Orası ki mane olurdu, qoparıb atdıq

5 - Hava elə isti idi ki, adam nəfəs ola bilmirdi

A) I - 1, 2, 3, ; II - 4, 5

B) I - 2, 5 II - 1, 4, 3

C) I - 4, 5; II - 1, 2, 3

D) I - 3, 4, 5; II - 1, 2

E) I - 1, 4, 5; II - 2, 3

19. Uyğunluğu göstərin:

I - Tabeli mürəkkəb cümlə II - Tabesiz mürəkkəb cümlə

1 - Daşın dalında gizlənibsən, sifətini görə bilmirdim

2 - Şəhərdə sakitlikdir, yollar təhlükəsizdi

3 - Maşınımız dağ döşündəm enəndə ay ışıq saçırdı, ulduzlar da çox alçaqda görünürdü

4 - Hara deyirsən, gedək

5 - O nə qədər bacarırdı, yedi

A) I - 4, 5, ; II - 1, 2, 3

B) I - 2, 3 II - 1, 4, 5

C) I - 1, 2, 3; II - 4, 5

D) I - 3, 5; II - 1, 2, 4

E) I - 2, 5; II - 1, 3, 4

20. Uyğunluğu göstərin:

I - Tabesiz mürəkkəb cümlə II - Tabeli mürəkkəb cümlə

1 - Hakim ədalətli qərar çıxartdı, hamı bu qərarı alqışladı

2 - Biz qonaqları günorta gözləyirdik, yolu qar basdığından axşam gəlib çıxdılar

3 - Əhməd həm nəzarətə alınmalı, həm də ona xəbərdarlıq edilməlidir

4 - Orası ki mane olurdu, qoparıb atdıq

5 - Hava elə isti idi ki, adam nəfəs ola bilmirdi

A) I - 1, 2, 3, ; II - 4, 5

B) I - 2, 5 II - 1, 4, 3

C) I - 4, 5; II - 1, 2, 3

D) I - 3, 4, 5; II - 1, 2

E) I - 1, 4, 5; II - 2, 3


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə