Fərdi sahibkarlıq təsərrüfatlarında əsas fondlardan istifadənin iqtisadi səmərəlilik göstəricilərinin hesablanması



Yüklə 21,08 Kb.
səhifə1/2
tarix01.01.2022
ölçüsü21,08 Kb.
#107446
  1   2
Fərdi sahibkarlıq təsərrüfatlarında əsas fondlardan istifadənin iqtisadi səmərəlilik göstəricilərinin hesablanması

Fərdi sahibkarlıq təsərrüfatlarında əsas fondlardan istifadənin iqtisadi səmərəlilik göstəricilərinin hesablanması
İlk öncə qeyd edək ki , əsas fondlar əsas vəsaitlərin dəyər ifadəsidir və əsas vəsaitlər dedikdə istehsal fəaliyyətində bir ildən artıq istifadə edilən maşın , avadanlıq , qurğular , alətlər və predmetlərdir.Onlar bu istehsal dövrü ərzində öz natural formasını dəyişməyərək dəyərini müvafiq qaydada istehsal olunmuş məhsulun üzərinə keçirir.

Ümumiyyətlə verdiyimiz tərif və anlayışlardan da aydın olur ki , bu istehsal prosesinin həyata keçirilməsi üçün vacibdir və bəzi təsərrüfat subyektlərində onun cəmi əmlakında mühüm paya malik olur.Həmçinin əsas vəsaitlər istehsal prosesi və məhsuldarlığa birbaşa təsir göstərdiyi , həmçinin öz dəyərini məhsulun maya dəyərinə hissə-hissə keçirdiyindən həm məhsuldarlığa , həm də xərclərə əhəmiyyətli təsir göstərir.Kənd təsərrüfatı sahəsində əsas vəsaitlərin rolu olduqca böyükdür və bu vəsaitlərdən onların istifadə xüsusiyyətlərinə , məsələn onlardan vahid qaydada – modul şəklində istifadə edilməsi ( xüsusən bitkiçilik sahəsində ) onların səmərəliliyin təyin edilməsi və artırılması vacibdir.

Həmçinin qeyd etmək lazımdır ki , əsas vəsaitlər müxtəlif meyarlar üzrə qruplaşdırıla bilər.Məsələn funskiyasına görə istehsal və qeyri-istehsal təyinatlı əsas vəsaitlər , daşınar və ya daşınmaz olmasına görə əsas vəsaitlər və ya ayrı-ayrı vəsait növləri üzrə təsnifata baxa bilərik – 1) binalar , tikililər qurğular; 2) maşın və avadanlıqlar; 3) nəqliyyat vasitələri; 4) çoxillik əkmələr; 5) məhsuldar və iş heyvanları; 6) torpağın yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər və s.

Kənd təsərrüfatında fərdi sahibkarlıq təsərrüfatlarına aid əsas iqtisadi göstəricilər , habelə əsas fondlardan istifadənin səmərəlilik göstəriciləri müqayisəli şəkildə aşağıdakı cədvəldə verilmişdir:





Yüklə 21,08 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə