FəSİl I. Turizm maliYYƏSİNİn məNBƏLƏRİ 8



Yüklə 437,5 Kb.
səhifə2/30
tarix01.01.2022
ölçüsü437,5 Kb.
#106729
1   2   3   4   5   6   7   8   9   ...   30
referat 6250
applsci-08-02442, economies-07-00042-v2 (1), M-vzu-57 (9), 92 region, 014, 91653725-Maliyyə-menecmenti, 91653725-Maliyyə-menecmenti

GİRİŞ


Mövzunun aktuallığı. Son dövlərlərdə dünya ölkələrinin sürətli inkişafı ölkələrarası rəqabətə səbəb olmuşdur. Bəzi ölkələr iqtisadi inkişafı sırf olaraq təbii resursların çıxarılmasında, həmin resursların xammal kimi ixracında və ya həmin resurslardan əmtəələr istehsal edərək daha baha qiymətə xarici ölkələrə satmasında görür. Lakin bununla yanaşı, inkişaf etmiş ölkələrin mövcud praktikası onu deməyə imkan verir ki, sabit iqtisadi-inkişafa nail olmaq üçün heç də təbii resurs amilindən istifadə həmişə gözlənilən nəticəni vermir. Çünki təbii resurs amili tükənən xarakter daşıdığına görə bir müddət sonra həmin dövlətlərin digər dövlətlərdəın asılılığı yarana bilər. Təbii resursuna gövənən dövlətlər içərisində daha çox neft ixrac edən ölkələr mövcud iqtisadi vəziyyətdə daha çox gəlir əldə etmək imkanına malikdirlər. Lakin dünya ölkələrinin təcrübəsi göstərir ki, qeyri-neft sahələrinə investisiya qoyuluşu və bu sahələrin həmin investisiya nətiçəsində inkişaf etdirilməsi daha böyük iqtisadi səmərə verə bilər.

Qeyri-neft sahələri içərisində xüsusi çəkiyə malik olan sahələrdən biri də turizm sahəsidir. Turizm dedikdə, insanların gəzmək, görmək və istirahət etmək məqsədilə bir yerdən digərinə hərəkəti prosesi başa düşülür. Lakin turizm ifadəsinə bu qədər sadə yanaşmaq turizmin potensial inkişaf istiqamətlərinin qarşısını alan ən aktual məsələlərdən birinə çevrilmişdir. Turizm insanların kommersiya məqsədi daşımamaq şərtilə sağlamlaşdırma, tanış olma, istirahət, idraki, idman, dini və iş-peşə məqsədilə daimi yaşadıqları ərazini tərk edərək digər ərazilərə müvəqqəti getmələri prosesidir. Onu da qeyd edək ki, son 20-25 ilin statistik göstəricilərinə nəzər salsaq görərik ki, turizm artıq insanları zəruri tələbatına çevrilmişdir.

Digər təsərrüfat formalarında olduğu kimi turizm sferasının düzgün idarə olunması və davamlı fəaliyyət göstərməyinin əsasında məhz maliyyə göstəriciləri və turizm sferasının maliyyələşmə mənbələri dayanır.

Turizmin maliyyəsi dedikdə, turizm fəaliyyətinin nəticəsi olaraq əldə olunmuş qazanc və ya sərf olunmuş xərc kimi proseslərin məcmusu başa düşülür. Çünki turizm fəaliyyətində gəlir olduğu kimi xərclər də mühim əhəmiyyət kəsb edir və turizmin maliyyəsinin əsasında turizm fəaliyyəti nəticəsində əldə olunmuş gəlirdən xərclərin çıxılması prosesi dayanır.



Turizm xidmət sahəsidir, ayrı-ayrı insanlara vətəndaşlara turizm xidmətlərinin göstərilməsini təklif edir. Göstərdiyi xidmətin müqabilində əldə etdiyi maliyyə resursu gəlir, xidmətlərin göstərilməsi ilə əlaqədar əmələ gələn itkilər isə xərc hesab olunur.

Beynəlxalq turizm beynəlxalq iqtisadiyyatın sürətlə inkişaf edən, biznes sahəsinin ən gəlirli növü, böyük həcmdə investisiya cəlb edən, artan məşğulluğu təmin edən və həmçinin ölkə büdcəsinə gəlir gətirən sahələrindən biridir. Faktiki olaraq, müasir dünya iqtisadiyyatında qlobal turizm sisteminin elementləri formalaşır. Qlobal turizm sistemi özündə beynəlxalq mehmanxana şəbəkələrini, hava, su və yer üzündəki turist daşınmalarını və yerlərin əvvəlcədən sifarişi üzrə kompüter sistemini birləşdirir.

Beynəlxalq turizmin bütün göstəriciləri dayanmadan artır və dünya ümumdaxili məhsulunun artım templərinə uyğun ümumi şəkildə irəliləyir. Lakin səyahətlərin dinamikası milli iqtisadiyyatların konyukturasına və ümumdünya iqtisadiyyatına qarşı çox həssasdır.

Beynəlxalq turizm nəinki illər üzrə, hətta dünya regionları üzrə eyni səviyyədə inkişaf etmir. 1990-cı illərin sonlarında gələnlərin maksimal sayı Avropa ölkələrinə düşürdü - təxminən 59%. Asiya və Sakit okeanı regionuna dünya turistlərinin 14%-i düşürdü. Yaxın və Orta Şərqə (Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və s.), Cənub-Şərqi Asiyaya (Tailand, Sinqapur, İndoneziya və s.) və digər ölkələrə turistlərin axını günü-gündən artır. Xarici qonaqların qəbulu üzrə ilk 10 ölkəyə aiddir: Fransa, İspaniya, ABŞ, İtaliya, Çin, Böyük Britaniya, Meksika, Kanada, Polşa, Avstriya. Beynəlxalq turizm üzrə gəlirlərin böyük həcminə görə ilk 10 ölkə ABŞ, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya, Meksika, Kanada, Çin, Avstriya, Almaniyadır. Turist balansının ən çox müsbət saldosuna İspaniya, İtaliya, Fransa, Meksika, Türkiyə malik olduğu halda, ən çox mənfi saldoya Almaniya, Yaponiya, Böyük Britaniya və Şimali Avropanın ölkələri malikdirlər.

Yuxarıda dediklərimiz əsasında belə bir qənaətə gələ bilərik ki, dissertasiya işinin mövzusu kifayət qədər aktualdır və bu sahənin tədqiqi məsələyə kompleks yanaşma tələb edir.


Yüklə 437,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə