FəSİl müasir dövlətin sosial siyasətinin əsas inkişaf meyilləri



Yüklə 35,24 Kb.
tarix03.04.2022
ölçüsü35,24 Kb.
#115116
1.1. Dövlətin sosial siyasətinin mahiyyəti və əsas istiqamətləri

FƏSİL 1. Müasir dövlətin sosial siyasətinin əsas inkişaf meyilləri

1.1. Dövlətin sosial siyasətinin mahiyyəti və əsas istiqamətləri


Cəmiyyət istəkləri və ehtiyacları hüdudsuz, lakin sahib olduğu resursların həcmi məhduddur. İqtisadiyyat elmidə, həmçinin cəmiyyət üzvülərinin hüdudlanmayan ehtiyaclarının mövcud məhdud resurslarla təmin edilməsi səviyyəsini araşdırıb öyrənir. Bu hüdudsuz ehtiyacların böyük çəkisi istehsalın maddi sahələri vasitəsi ilə təmin edilsədə, digər çəkisi insan fəaliyyətinin mühüm bir hissəsi hesab edilən sosial sferaya mənsub olan fəaliyyətlə təmin edilir. Sosial sferaya cəmiyyətlə, insanla, həyatla bağlı olan mümkün şeylər daxildir. Beləki, iqtisadi fəaliyyət prosesləri sosial əhəmiyyət kəsb edirlər. İqtisadiyyatın sosial sferaya aid olan sahəsi sosial həyat sahələrinin iqtisadiyyatı adını daşıyır. Sosial fəaliyyət mühitini ifadə edən iqtisadiyyat 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində sərbəst olaraq cəmiyyətin tərəqqisinə də təsiri ilə sosial sferanın idarə olunması olaraq iqtisadi fəaliyyətin törəməsi formasında tədris olunurdu. Sosial sahələrin aid olduğu iqtisadiyyatı geniş miqyasa malik bir sahəni özündə birləşdirir. Bu sferaya iqtisadi, mədəni, sosial sahələr aid edilir. Daha geniş formada ifadə etsək bu sferaya həm qeyri-istehsal sahələrini (mənzil-kommunal, ticarət, mədəniyyət, səhiyyə, təhsil, elm, sosial təminat, sosial sığorta), həm də maddi istehsal sferalarını (əməkhaqqınin minimum səviyyəsi, işsizlik dərəcəsi) daxil etmək olar. Cəmiyyət üçün müasir mərhələdə bu sferalar çox əvəzolunmaz əhəmiyyətə malikdirdir. Xüsusilə bu sahələr tənzimlənməsi qarışıq iqtisadi sistemdə fəaliyyət göstərən məmləkətlərdə dövlət tərəfindən gerçəkləşdirilir. Çünki iqtisadiyyatın inkişafına təkcə iqtisadiyyatın artımla çatmaq mümkün olunmaz. Beləki, istənilən məmləkətin iqtisadi tərəqqisinə nail olmaq üçün sosial sahələrin inkişafı da təmin edilməlidir. Bu sahələrə dövlətin marağının və diqqətinin artması ilə sosial sferanın inkişafı təmin edilə bilər. Çünki bir sıra sosial problemlərin qarşısı sosial sahələrin dövlətin imkanları vasitəsilə tənzimlənməsi ilə aradan qaldırılacaq, cəmiyyət üzvülərinin rifah halı yüksələcəkdir. Məsələn, təhsilə yönəldilən diqqətin genişləndirilməsi ilə orta və ali təhsilli vətəndaşların sayı çoxalır, məhsuldar iş qüvvəsinin sayı əmək bazarında artır, işsizlik səviyyəsi cilovlanır və istehsal hüdudlarını genişləndirir. Sonda, cəmiyyət üzvülərinin tələbatlarının müəyyən bir hissəsi təmin edilmiş olar. Nəticədə iqtisadi tərəqqinin sosial sahələrlə hansı qaydada münasibətə qovuşduğunu və sosial sahələrin tənzimlənməsinin dövlət tərəfindən gerçəkləşdirilməsinin zəruri olduğunu müşahidə etmiş oluruq. Beləki, əvvəllər sadəcə olaraq iqtisadi artımı təmin etməklə dövlətlər sosial problemləri həll edilə biləcəkləri qənaətində idilər. Lakin sonrakı dövrlərdə meydana çıxan sosial gərginlikləri yanlız iqtisad istiqamətli islahatlarla və müxtəlif tədbirlər vasitəsilə təmin edilmədiyini dərk etdilər. Bu problemlərin uğurlu həlli üçün həm də sosial meyilli tədbirlər gerçəkləşdirilməlidir. Dövlətin imkanları vasitəsilə reallaşdırılan tədbirlərin hesabına sosial tərəqqi əldə edilə bilər. Sosial tərəqqi isə vətəndaşların həyat tərzlərinə, həyat standartlarına, davranışına, qərar qəbul etmə proseslərinə təsir göstərən iqtisadi proses və hadisələrin və iqtisadi tərəqqinin indikatorudur. Hazırki mərhələdə cəmiyyət üçün bu sahələr çox mötəbər əhəmiyyətə malik olduğu üçün bu istiqamətdə sosial tərəqqiyə xüsusi diqqət yönəltmişdir. Sosial tərəqqi birinci növbədə işsizlik, sosial müdafiə, əmək haqqı, sosial sığorta kimi istiqamətlərin mütəşəkkil inkişafı ilə əldə ediləcəkdir. Hamıya aydındır ki, resursların paylanması qeyri-bərabərdir. Sosial sferanın mütəşəkkil tərəqqisilə, eyni zamanda maddi və mənəvi nemətlər bolluğunu təmin etmək və onların ədalətli paylanmasını gerçəkləşdirmək mümkündür. İqtisadiyyat mübağiləsiz sosial mahiyyətli olmalıdır. Çünki sosial sahələrlə iqtisadiyyat qarşılıqlı münasibətlərdədir, belə demək mümkündür ki, onların məramları ortaq nəticəyə gətiriləcəkdir. Beləki, sosial sahələr kimi iqtisadiyyat da cəmiyyətlə, insanla əlaqəli mümkün olanları əhatə edir. Vətəndaşların rifah halının səviyyəsinin artırılması iqtisadiyyatla birbaşa əlaqəlidir. İnsanların sosial vəziyyətinin səviyəsi iqtisadi fəaliyyətlərlə inkişaf edir. Buna adi misal kimi maddi nemətlərin yaradılmasını göstərə bilərik. Nemətlərin kəmiyyətinin artırilmasına və daha keyfiyyətli istehsalına texnoloji inkişaf səbəb olur. Nəticədə resurslardan istifadənin səmərəsi yüksələcəkdir. Cəmiyyət üzvülərinin tələbatları daha etibarlı təmin ediləcəkdir. Eyni zamanda sahibkarlar gəlirlərinin daha çox artacağını ehtimal edib yeni firmaların, şirkətlərin fəaliyyətə başlamasında maraqlı olacaqlar. Bu proses vətəndaşlar üçün məşğulluq imkanlarının yüksəlməsinə mühit yaradacaqdır. Cəmiyyət və onun ayri-ayrı üzvüləri bütün bu iqtisadi proseslərin nüvəsində dayanır. Çünki texnologiyanın tərəqqisinə nail olanda, onun tətbiqindən keyfiyyətli nəticəyə sahib insanlar olur. İnsanlar yanlız istehsal amili fəaliyyət göstərmirlər. Eyni zamanda iqtisadiyyatinda əsas məramlarındandır. Beləliklə, sosial sferanın tərəqqisi cəmiyyəti və onun ayrı-ayrı üzvülərini rifah halını yaxşılaşdırılacaq. Cəmiyyət üzvülərinin yaşayış səviyyəsi yüksəldikcə iqtisadiyyatın səmərə əldə etməsi də təmin olunacaqdır. Nəticədə, məqsədlərin qarşılıqlı formada təminatı baş tutacaqdır.

İqtisadiyyatın mütamadi tərəqqisində sosial sahələrin fərqli rolu isə sosial meyilli cəmiyyətin formalaşdırılmasında maddi təlabatların təmin edilməsinə səbəb olmasıdır. Maddi tələbatların təminatı isə iqtisadiyyatın mühüm öhdəliyidir. İnsanlara bunun üçün də bazarın üstünlüklərindən müstəqil istifadə imkanları formalaşdırılmalıdır. Bu imkanlara cəmiyyət üzvülərinin gəlir əldə etməkləri, təhsil almaqları, istəklərinə və ixtisasları müvafiq fəaliyyət sahələrində çalışmaqları, dövlətin sosial təxsisatlarından yararlanmaq üçün mühit formalaşdırmaq aiddir. Sonda, cəmiyyət üzvüləri öz potensialları daxilində ehtiyaclarını təmin edəcəklər. Təmin edə bilmədikləri hissəni isə dövlətin kömək üçün ayırdığı təxsisatla ödəyəcəkdir. Bütün bu qeyd edilənlər üçün dövlət mükəmməl sosial-iqtisadi tərəqqiyə nail olmalıdır. Bunun üçün mühüm şərt sosial etibarlığın əldə edilməsidir. Sosial etibarlılıq- cəmiyyət üzvülərinin müvazinətli sosial-iqtisadi şəraitdə özlərinin yaşayış mühitinin təkrar istehsalına çatmaqdır. Sosial sabitliyin davamlılığının müxtəlif qaydaları mövcuddur:



  • Cəmiyyət üzvüləri kifayət qədər gəlir səviyyəsinə malik olmalıdırlar, yəni hər bir insanın həyat fəaliyyətləri təmin edə biləcək təkrar istehsalına təminat verə biləcək miqdarda gəlir təminatı olmalıdır.

  • Gəlirlərin ötrülməsində əsasız fərqlər olmamalıdır.

  • Ölkədə etibarlı stabitlik mövcud olmalıdır.

  • Sosial ziddiyətlərə imkan verilməməlidir.

  • Sosial ödənişlik və sosial qayğıya təminat olmalıdır.

  • Sosial cəhətdən mühafizə təmin olunmalıdır.

Uzunmüddətli sosial tarazlığı qoruyub saxlamaq üçün, həmçinin cəmiyyətin sosial sferası mövcud olmalıdır. Sosial sfera dedikdə, insanların yaşayış tərzini, fəaliyyət şərtlərini, həyat standartlarını, sosial mühiti, ehtiyaclarını müəyyənləşdirən və onlarla qarşılıqlı bağlılığı olan sahələrin cəmi başa düşülür. Deməli, sosial sabitliyin formalaşdırıilması üçün hüquqi, sosial, iqtisadi cəhətdən mütəşəkkil tərəqi etmiş, cəmiyyətin fərqli sosial zümrələrinin arzu və tələbatlarını ifadə etdirən sosial sfera fəaliyyət göstərməlidir.

Sosial tarazlığın təmin edilməsinin bir sıra ciddi prinsipləri mövcuddur ki, onlar sosial meyilli iqtisadiyyatın baza prinsipləridir:



  1. Sosial bərabərlik- bütün vətəndaşların dini, milli, qanunlar, və digər faktorlar qarşısındakı bərabərliyidir.

  2. Sosial həmrəylik- bütün vətəndaşların dövlətin məqsədlərinə çatmaq üçün həssas yanaşması və təkan verməsidir.

  3. Sosial ədalətlilik- bütün vətəndaşların yaşayış tərzində nisbi uyğunluğun təmin edilməsi.

Sosial sferanın başlıca məramı cəmiyyətin və onun hər bir üzvünün həyat səviyyəsinin yüksəldilməsini təmin etmək, təlabatlarını qarşılamaq, daha yaxşı bir şəraitdə fəaliyyət göstərmələrini təmin etmək, cəmiyyətin mütərəqqi inkişafını əldə etməkdir. Sosial sahə qıt resurslar miqyasında mədəniyyət, təhsil, səhiyyə, turizm və rekreasiya, sosial müdafiə, sosial təminant, sosial yardım, sosial sığorta, pensiya, rabitə, mənzil və kommunal, maliyyə-kredit xidmət istiqamətlərini özündə ifadə etdirir və araşdırır. Göstərilənlər sosial-iqtisadi fəaliyyət proseslərinin bünövrəsini təşkil edir. Sosial sfera iqtisadi hadisə və proseslərin dinamikasına birbaşa təsir göstərən ünsürlərdən biridir və iqtisadiyyatla daim əlaqədardır. Beləki, sosial sferanın bir çox sahələri cəmiyyətin maddi resurslar bazarında müxtəlif materiallara, ləvazimatlara, maşın və avadanlığa, əmək bazarında iş qüvvəsinə, qiymətli kağızlar bazarında isə maliyyə resurslarına yaranan ehtiyacların ifadə edirlər və qeyd olunanlar göstərir ki, onun iqtisadiyyatla daha dəqiq desək maddi istehsal ilə bağlantısı sübutu meydana çıxır. Sosial sfereanın tərəqqisi, eyni zamanda cəmiyyət üzvülərinin mənəvi baxımdan zənginləşməsini təmin edir. sosial sfera yuxarıda qeyd etdiyimiz kimi istehsalı təşviq edir. Lakin onu da yaddan çıxarmaq olmaz ki, makroiqtisadiyyat səviyyəsində istehsal və sosial infrastrukturlarını və ünsürlərini bir-birindən fərqləndirə bilməliyik. İstehsal infrastrukturu adındandan da məlum olduğu kimi istehsala xidmət göstərir. Sosial infrastrukturlar isə sosial sahələrin iqtisadiyyatının məramına çatmağı, yəni bütövlükdə cəmiyyətin və onun ayrı-ayrı fərdlərinin mükəmməlləşməsini təmin edir. İstehsal infrastrukturlarına iqtisadiyyatın normal fəaliyyət göstərə biməsini təmin edən qeyri-istehsal sahəsi, yəni xidmət göstərən sahələri aiddir. Xidmət sahələri də özlüyündə qeyri-maddi və mənəvi nemətlərin, resursların yaradılmasını əks etdirir. Cəmiyyətə xidmət göstərən sahələri iqtisadiyyatın üçüncü bölməsi də adlandırırlar. Bazar iqtisadiyyatı mühitində xidmət sahələrinin fəaliyyət mexanizmi dərindən öyrənilir. İqtisadiyyat və sosial sferanın mükəmməl fəaliyyəti üçün bu sahələrin tərəqqisi zəruri nüanslardandır.

Konkret olaraq sosial sferaya aşağıdakı bölmələr aid edilir:



  • əhali və demoqrafiya

  • elm və təhsil sahələri

  • səhiyyə sahəsi

  • xidmət sferası

  • məişət xidmətləri

  • incəsənət və mədəniyyət

  • idman və bədən tərbiyəsi

  • sosial-mədəni və turizm servis xidmətləri

  • sosial müdafiə problemləri

  • tibbi və sosial sığorta

  • ətraf mühitin ekologiyası

  • sosial maliyyə cəhətləri

  • ticarət xidmətləri və ictimai iaşə

  • sərnişin nəqliyyatı

  • informasiya və rabitə xidmətləri

  • sosial müdafiə

  • köçkünlüyün və qaçqınlığın iqtisadi, sosial problemləri

  • mənzil-kommunal təsərrüfatının idarə olunması

  • ölkələrin ərzaq təhlükəsizliyi və əhalinin həyat səviyyəsi.

Dövlətin gerçəkləşdirdiyi sosial siyasətlə cəmiyyətin iqtisadi inkişaf dinamikası arasındakı münasibətin mahiyyət və məzmununa diqqət yetirək. Birincisi, iqtisadi fəaliyyət cəmiyyətin hər bir üzvü üçün optimal yaşayış mühitinin formalaşması naminə gerçəkləşdirildiyi üçün iqtisadi iqtisadi tərəqqinin məramı sosial siyasətdə fərqli üsullarla toplanır. İkincisi, dövlət sosial siyasətin problem məsələlərini uğurlu həll etmək üçün yönəltdiyi iqtisadi resurslar bu məsələlərin reallaşdırılmasına təsir göstərir. İqtisadi tərəqqi insanların sosial rifah halının yüksəlməsinə təsir etmirsə, həyati fəaliyyətilə cəmiyyət üzvlərinin məşğul olmaq istəkləri, iş qüvvəsinin keyfiyyətini mükəmməlləşdirmək üçün motivasiyaları azalmış olur. Eyni zamanda cəmiyyətin sosial gərginliyi artmış olur. Bu araşdırmalardan belə qənatə gəlmək olurki, iqtisadi siyasətin tərkib hissəsi kimi sosial siyasət cəmiyyətin inkişafının mühüm amilidir. Dövlətin iqtisadiyyatda gerçəkləşdirməli olduğu öhdəliklər aşağıdakı göstərilən problem məsəllələrinməsələlərin həllinə istiqamətlənir:

-Birinci növbədə əsas vəzifə iqtisadiyyatda yarana biləcək böhran vəziyyətlərinin qarşısının alınması və onların sosial təsirlərinin məhdudlaşdırılmas.

- Bazar iqtisadiyyatı münasibətləri mühitində sərbəst rəqabə şəraitinin yaradılması və təmin edilməsi, sahibkarlarda maraq formalaşdırmaq, onları müedafiə etmək, bəzi sahibkarlıq fəaliyyəti formalarını inkişafına təminat üçün uyğun hüquqi, iqtisadi, sosial mühitin yaradılmasına zəmanət;

- Təkmil rəqabət bazarının iqtisadiyyatda genişlənməsinə maneçilik törədən inhisarçılıq halları ilə uğurlu mübarizənin təmin edilməsi;

- Milli valyutanın alıcılıq qabliyyətinin və maliyə fondunun fəaliyyətinin stabilliyinin təmin olunması;

- Vergi, valyuta, eyni zamanda maliyyə sistemlərinin mükəmməlləşdirilməsi;

- Cəmiyyətin ümumi istifadəsinə verilən sosial nemətlərin, əmtəələrin və xidmətlərin istehsalının dövlət tərəfindən təşkili;

- Gəlirlərin ilkin bölgüsü və yenidən paylanmasında fərqli sosial zümrələri sosial müdafiəsinin təmin edilməsi;



- Tam məşğulluğun təmin edilməsi üçün işsizliklə mübarizə və s.
Qeyd edilən bu öhdəliklərlə dövlətlər yaranmış sosal problemlərin efektiv həllinə nail ola bilmir. Cəmiyyətdə meydana çıxan sosial problemlərlə yanaşı iqtisadi, siyasi məsələləri, beynəlxalq iqtisadi münasibətlərin təsirini də nəzərdən qaçırmamalıyıq, çünki sosial cəmiyyətin, eyni zamanda formalaşmaqda olan yeni iqtisadi sistemin mükəmməl bünövrəsinin formalaşdırılması çox ziddiyyətli bir prosesdir. Sosial siyasət iqtisadi siyasətlə birbaşa bağlı olduğu üçün orada da iqtisadi maraqlar və son nəticələr ifadəsini əks etdirir. Sosial siyasət iqtisadi artıma təkan verən həm məqsəd, həm də amildir. İnsanların sağlalıq və mənəvi, mədəni inkişafına reallaşdırılan sosial siyasətin səviyyəsinin əlverişliliyinin təmin olunması ilə çatmaq olar. Bunun nəticəsində insanların əmək motivasiyanı artacaq və insanlar daha mürəkkəb əmək qabiliyyətlinə malik olmaqla iqtisadi artımın təmin olunmasına çalışacaqlar. Sosial siyasətin reallaşdırılması iki mərhələdə həyata keçirilir: mikro və makro. Mikrosəviyyyədə sosial tədbirlər xeyriyyə cəmiyyətləri, təşkilatları səviyyəsində həyata keçirilir. Makrosəviyyədə bu sahədəki tədbirlər isə regional və ümumdövlət səviyyəsində gerçəkləşdirilir. Dünya miqyasında beynəlxalq sosial siyasət vasitəsilə reallaşdırılır. Beynəlxalq sosial siyasətin nümunələrinə qlobal ekoloji problemlərin aradan qaldırılması, ekoloji təhlükəsizliyə təminatın əldə edilməsi, iqtisadi və sosial baxımdan zəif təminata malik ölkələrə sosial və maliyyə dəstəyinin verilməsidir. Həlli vacib hesab edilən zəruri makroiqtisadi vəzifələrin gerçəkləşdirilməsi ilə sosial siyasətin effektiv səviyyəsinə nail olunur.

Ümumi iqtisadiyyatı maddi istehsal və sosial sfera kimi fərqləndirilir. Bu sferalar arasındakı zəruri əlaqəni ictimai əmək bölgüsü təmin edir. Bu bölgü sahələrarası münasibətlərin sabitliyini hər zaman təmin edə bilmir. İstehsal sahələrində əmək sərfinin səviyyəsinin maksimalaşdırılması sosial sferada tərəqqini məhdudlaşdırır. Bu məhdudlaşdırmaya səbəb olan mənfi təsirləri iqtisadiyyat tənzimləməli və tarazlığa uyğun gələ bilən nəticələrə çatmağa cəhd etməlidir. Onların sabitliyi ciddi məsələlərdən vacibidir. Ümumi müvazinətin təmin edilməsi bu sahələrin hər birində daxili proporsiyaya çatmağa, nəticədə, iqtisadi vəzifələrin səmərəli həllini əldəetməyə təminat verir. Tarazlığın pozumlası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Marksizm nəzəriyyəsində üstünlük maddi istehsala verilir və maddi istehsalın iqtisadi və sosial sferada birinciliyə sahib olduğu bildirilir. Müharibədən sonrakı illərdə (50-ci illərdə) istehsalın artımı ilə bu fikri izah edirlər. Lakin onu da qeyd etmək lazımdır ki, həmin dövrdə sənayeləşmənin bərpası prosesi getdiyi üçün daha çox maddi istehsal artmışdı. Ancaq əslində maddi və sosial istehsal eyni zamanda mövcud olur. Sosial sfera cəmiyyətin tələbatının, ehtiyaclarının ödənilməsinə istiqamətlənmişdir. Sosial sfera yuxarıda qeyd etdiyimiz kimi ictimai əmək bölgüsünün bir hissəsi olaraq müxtəlif funksiyaları yerinə yetirir. Onun funksiyası odur ki, maddi istehsalı lazımı qədər əmək bazarındakı işçi qüvvəsi ilə təmin edir. Burdan onlar arasındakı əlaqəni görmək mümkündür. Beləki, sosial sfera məhsuldar işçi qüvvəsini maddi istehsala cəlb etməklə onun keyfiyyət göstəricilərini artıracaq. Qeyri-mərkəzləşdirilmiş ərazi və funksional qurumların hamısına verilmiş mənbələrin istifadə və idarə olunması, fəaliyyətə cəlb olunmuş bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin müəyyən olunması, güzəştlərin ödənilməsi bütün bunlar ümumi vəzifə və öhdəliklərinin tərkibinə daxil edilə bilər və səlahiyyətlərə nəzarət edən orqanların himayəsi ilə bu qurumlar fəaliyyət göstərirlər, həmçinin həmin səlahiyyətlər əvvəlcədən də işlənib təşkil edilə bilər. Qeyri-mərkəzləşmiş ərazi və funksional qurumların mənbələrin istifadə və idarə olunması, fəaliyyətə cəlb olunmuş bütün maraqlı tərəflərin vəzifə və öhdəliklərinin müəyyən olunması, güzəştlərin ödənilməsi bütün bunlar ümumi vəzifə və öhdəliklərinin tərkibinə daxil edilərək özlərinə həvalə edilmiş səlahiyyətlərlə əlaqəli tapşırıqların yerinə yetirilməsi üzrə xərclərin bir hissəsinin ödənilməsi ilə bağlı maliyyə məsuliyyəti daşıyırlar.
Yüklə 35,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə