Fikhu'l ebsat


Muhəmməd İbn İsmail Əl-Buxari



Yüklə 1,27 Mb.
səhifə8/20
tarix21.10.2017
ölçüsü1,27 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Muhəmməd İbn İsmail Əl-Buxari


- rahmətullahi aleyhi -
Əbu Abdullah Muhəmməd İbn İsmail İbn İbrahim İbn əl-Muğira İbn Bərdizbəh əl-Cufi əl-Buxari. Hədis elmində Muhəddislərin əmiri sayılır. H. 194-ci il Şəvval ayının 11 Buxara şəhərində (Bəzi rəvayətlərdə: Bəhratəng adlı Buxaraya yaxın bir kənddə) dünyaya göz açmışdır. Çox kiçik yaşlarından hədis elmini öyrənməyə başlamış və bu səbəbdən də elm almaq üçün dünyanın bir çox ölkələrini dolaşmışdır. O, uşaq ikən kor olur. Anası gecə-gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə aparır və hədis elminə olan həvəsinə görə onu Məkkə şəhərində qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman Buxari artıq yetmiş min hədis əzbər bilirdi. Artıq 18 yaşında o «Tarix» kitabını yazır. Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, Bağdad və bir çox başqa yerlərə səyahət edir. İbn Kəsir demişdir: «O, bir dəfə kitaba baxmaqla (oxumaqla) onu əzbərləyərdi». İbn Mücahid – rahmətullahi aleyhi – demişdir: «Muhəmməd İbn Səlləmin yanında idim. O mənə dedi: – Bir az əvvəl gəlmiş olsaydın, sənə yetmiş min hədis əzbər bilən uşağı göstərərdim». Quteybə İbn Səid – rahmətullahi aleyhi – demişdir: «Fəqihlərlə, zahidlərlə və abidlərlə oldum, lakin Muhəmməd İbn İsmail kimisini görmədim. O, öz zamanında Ömər – radıyallahu anhu - kimi idi». Tirmizi – rahmətullahi aleyhi – demişdir: «Sənəd (Hədisin mətninə qədər sadalanan ravilərin (yəni hədisi rəvayət edən kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya mətnində olan və onu zəiflədə biləcək amillərin araşdırılması) elmində Muhəmməd İbn İsmail kimisini görmədim». Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, İbn əl-Mədini, əl-Həmidi və s. kimi muhəddislərdən hədis rəvayət etmişdir. Onun tələbələrindən məşhur Müslim, Nəsai, Tirmizi, əl-Firabridir. Əsərlərindən “Tarix əl-Kəbir”, “Ədəbul Mufrad” və s. Lakin bu əsərlərin içərisində xüsusi bir yeri tutan “əl-Cəmis Səhih” əsəridir. Bu əsərdə 7563 hədis toplanmışdır ki, müəllif bu hədisləri 600000 min hədisin içərisindən seçmişdir. Imam Buxari – rahmətullahi aleyhi – bu əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan sonra yazmışdır. Buxari «əs-Səhih» əsərini iki əsas səbəbə görə yazmışdır O rəvayət edir ki, biz İshaq İbn Rəhaveyhin yanında idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin - sallallahu aleyhi və səlləm – sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi çox xoşuma gəldi və «əl-Cəmius Səhih» kitabını tərtib etməyə başladım. – O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri - sallallahu aleyhi və səlləm – yuxuda gördüm. Əlimdəki yelpiklə onu yelpikləyir və üzərinə qonan milçəkləri ondan uzaqlaşdırırdım. Alimlərdən gördüyüm yuxu barəsində soruşduqda onlar mənə dedi ki, sən Peyğəmbərin - sallallahu aleyhi və səlləm – adından istifadə olunaraq uydurulan rəvayətləri ondan uzaqlaşdıracaqsan. Bu da mötəbər hədisləri cəm etməyim üçün bir səbəb oldu. Buxaridə – İbn Salaha – rahmətullahi aleyhi – görə təkrarla birlikdə 7275 hədis, təkrarsız 4000 hədis, Muttasıl sənədlərlə gələn hədislər təkrarsız 2602. İbn Həcərə – rahmətullahi aleyhi – görə 7397 hədis, 1341 Muallaq, 341 Mutabi hədis. Ümumi olaraq 9082 hədis vardır. Muhəmməd İbn Fuad Abdulbakini təkrarla Muttasıl 7563 hədis vardır. Müxtəsər Buxaridə isə təkrarsız 2226 hədis vardır. Bu kitab Qurani Kərimdən sonra ən səhih və etibarlı kitab sayılır. Müəllif – rahmətullahi aleyhi – deyir ki: Mən bu kitabda yalnız səhih olan hədisləri qeyd etmişəm. Halbuki mən 100000 min səhih, 200000 min isə zəif hədis bilirəm. Mən 1000 yaxın şeyxlərdən hədis toplamışam və elə bir hədis yoxdur ki, mən onun ravilər silsiləsini əzbərdən bilməyim. Hafiz ləqəbli alim Zəhəbi – rahmətullahi aleyhi – demişdir: “Buxarinin “Cəmius-Səhih” adlı əsərinə gəlincə o, İslamın ən möhtəşəm kitablarındandır. O, uca Allahın kitabından sonra ən əfzəl kitabdır. İnsan onu dinləmək üçün min fərsəx yol qət etsə belə bu səfərlə vaxtını zay etmiş sayılmaz”. H. 256-cı il 30 Ramazan ayında Səmərqəndə dünyasını dəyişmişdir.
Lələkai – rahmətullahi aleyhi – dedi ki: Bizə Əhməd İbn Muhəmməd İbn Hafs əlHərəvi xəbər verdi ki: Bizə Muhəmməd İbn Əhməd İbn Muhəmməd İbn Sələmə dedi ki: Bizə Əbu Huseyn İbn Muhəmməd İbn İman İbn Musa əl-Curcani dedi ki: Mən Əbu Muhəmməd AbdurRahman İbn Muhəmməd İbn AbdurRahman əl-Buxarini Şaşda belə deyərkən dinlədim: Əbu Abdullah Muhəmməd İbn İsmail əl-Buxarini – rahmətullahi aleyhi – belə deyərkən dinlədim: Hicaz, Məkkə, Mədinə, Kufə, Bəsrə, Vasit, Bağdad, Şam və Misi elm əhlindən 1000-dən çox kişi ilə qarşılaşdım. Onlarla bir neçə il ərzində dəfələrlə görüşdüm. Bir neçə ilə Şamlılarla, Misir və Cəzirəlilərlə iki dəfə, Bəsrəlilərlə dörd dəfə, Hicazda altı il qaldım. Xorasan, Kuffə və Bağdadda hədis alimləriylə neçə dəfə görüşdüyümün sayını xatırlamıram. Məkki İbn İbrahim, Yəhyə İbn Yəhyə, Əli İbn əl-Həsən İbn Şaqiq, Qutybə İbn Səid və Şihab İbn Məmər – Allah onlardan razı olsun - bunlardandır.

Şamda Muhəmməd İbn Yusuf əl-Firyabi, Əbu Mushir AbdulAla İbn Mushir, Əbu Muğirə AbdulQuddus İbn əl-Həccəc, Əbul Yəmən əl-Həkəm İbn Nəfi – Allah onlardan razı olsun - və digər bir çoxları ilə qarşılaşdım.

Misirdə Yəhyə İbn Kəsir, Leys İbn Sadın katibi Əbu Salih, Səid İbn Əbi Məryəm, Əşhəd İbn əl-Fərh və Nuaym İbn Həmməd – Allah onlardan razı olsun - ilə görüşdüm.

Məkkədə Abdullah İbn Yəzid əl-Mikri əl-Humeydi, Məkkə qazisi Suleyman İbn Hərb və Əhməd İbn Muhəmməd əl-Əzraki – Allah onlardan razı olsun -.

Mədinədə İsmail İbn Əbi Uveys, Mutarrif İbn Abdullah, Abdullah İbn Nifa əz-Zubeyri, Əhməd İbn Əbu Bəkr Əbu Musab əz-Zuhri, İbrahim İbn Həmzə əz-Zubeyri və İbrahim İbn əl-Munzir əl-Hizami – Allah onlardan razı olsun -.

Bəsrədə Əbu Asim əd-Dahhaq İbn Mahləd əş-Şeybani, Əbul Vəlid İbn Hişam İbn AbdulMəlik, əl-Həccacİbn əl-Minhal və Əli İbn Abdullah İbn Cəfər əl-Mədəni – Allah onlardan razı olsun -.

Kufədə Əbu Nuaym əl-Fadl İbn Dukeyn, Ubeydullah İbn Musa, Əhməd İbn Yunus, Kabisa İbn Ukbə, İbn Numeyr, Əbu Şeybənin iki oğlu Abdullah və Osman – Allah onlardan razı olsun - ilə.

Bağdada Əhməd İbn Hənbəl, Yəhyə İbn Məin, Əbu Mamər, Əbu Heysəmə və Əbu Ubeyd əl-Qasim İbn Səlləm – Allah onlardan razı olsun - ilə.

Cəzirədə Amr İn Xalid əl-Hərrani – Allah onlardan razı olsun - ilə.

Vasittə Amr İbn Asim İbn Əli İbn Asim – Allah onlardan razı olsun - ilə.

Mərvədə Sadaka İbn əl-Fadl və İshaq İbn İbrahim əl-Hənzəli – Allah onlardan razı olsun - ilə qarşılaşdım.

Bunların İsimlərini verməklə kifayətlənməyimizin səbəbi sözü qısa edərək bu kimsələrin aşağıda sizə zikr etdiyim xüsuslada eyni eiqada sahib olmalarıdır.

Din söz və əməldir. Bunun səbəbi də Uca Allahın buyurduğu: “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”. (əl-Bəyyinə 5). Quran Allahın kəlamıdır və məxluq deyildir. Allah: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Uca Allah yaratmağın əmirdən olduğunu bəyan etməsidir. Allah buyurdu: “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Xeyir və Şər qədər səbəbilə meydana gəlir. Allah buyurdu: “De: "Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən”. (əl-Fələq 1,2). “Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!". (əs-Saffət 96). Allah buyurur: “Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq”. (əl-Qəmər 49).

Qarşılaşdığım elm adamları hər hansı bir günah səbəbilə qiblə əhlindən heç kimsəni təkfir etməzlər. Uca Allah buyurdu: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. (ən-Nisa 48).

Onlardan hər hansı birisinin də Muhəmmədin - sallallahu aleyhi və səlləm – səhabələrinə dil uzatdığını da görmədim. Aişə - radıyallahu anhu - dedi ki: “Onlara möminlərə, onlara səhabələrə məğfirət diləmələri əmr edilmişdir. Uca Allah buyurdu: “Səhabələrdən sonra gələnlər deyirlər: "Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr 10).

Yenə qarşılaşdığım bu kimsələr Peyğəmbərin - sallallahu aleyhi və səlləm – və səhabələrinin etmədikləri bidətlərdən (insanları) çəkindirirdilər. Uca Allah buyurdu: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. (Ali İmran 104). “...Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız...”. (ən-Nur 54).

Peyğəmbərin - sallallahu aleyhi və səlləm – və ona uyanların izlədikləri yolu izəməyi onlara təşviq edirlər. Allah buyurdu: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”. (əl-Ənam 153).

Əmr sahibləri ilə çəkişməməyi də tövsiyə edirdilər. Çünki Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Bir kimsənin qəlbi bu üç xislətə sahib olmadıqca iman etmiş olmaz: Əməli sadəcə Allah üçün ixlasla etmək, Əmir sahibləri olan kimsələrə itaət etmək və onların cəmaatlarından ayrılmamaq. Çünki onların dəvətləri (duaları) digərlərini əhatə edir”226.

Daha sonra buyurdu: Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa 59). Muhəmmədin - sallallahu aleyhi və səlləm – ümmətinə qarşı qılınc qaldırmaq fikirlərini daşımamalıdır. Fudeyl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: “Əgə mənim qəbul ediləcəyini bildiyim bir duam olsaydı mən onu yalnız əmr sahibi üçün edərdim. Çünki əmr sahibi düzələrsə ölkə və insanlar da əmin olarlar (düzələrlər)”. Xaricilər itaətdən çıxmış kimsələrdir.

Qurani Kərimin məxluq olduğunu iddia edən kimsə dindən çıxacaq şəkildə inkar etmiş bir kafir olur. Məsələni başa düşən birisidirsə onun kafir olmasında şübhə edən kimsədə kafir olar. Allahın kəlamı haqqında şübhə edib, yaradılmışdırmı, yoxsa yaradılmamışdırmı bilmirən deyən kimsə də Cəhmidir. Quran barəsində biliksiz qalan bir kimsəyə öyrədilir, bidətçi olduğu qəbul edilir, lakin təkfir edilməz.



Mənim Quranı tələffüz etməyim məxluqdur deyən Cəhmidir. Əbu Muhəmməd dedi ki: “Atam belə deyərkən dinlədim: Bidət əhlinin əlaməti haqq əhlinə dil uzatmasıdır”. Zındıqların əlaməti Əhli Sünnətə Haşaviyyə adını vermələridir”. Cəhmilərin əlaməti Əhli Sünnətə Müşəbbihə adını vermələridir. Qədərilərin əlaməti Əhli Sünnətə müxalifə və nöqsaniyə adını vermələridir. Bidət əhlinin əlaməti Əhli Sünnətə Nəsibi demələridir. Əhli Sünnətə isə yalnız bir İsim yaraşır. (Əhli Sünnə Vəl Cəmaat Sələfi Saleh).


Kataloq: files -> kitab -> kamal-huseyn

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə