Finca azerbaijan



Yüklə 10,99 Kb.
tarix21.10.2017
ölçüsü10,99 Kb.
#8211

c:\users\gulshan.jumayeva\appdata\local\microsoft\windows\temporary internet files\content.word\finca 2-color horizontal.jpg

Mikromaliyyə sahəsində lider olan “FINCA Azerbaijan” müştərilərin mühafizəsi üçün nəzərdə tutulan Smart sertifikatını almışdır.

28 avqust 2015-ci il, Bakı və Vaşinqton – Bu gün “FINCA Azerbaijan” Smart Kampaniyasının Müştəri Mühafizəsi Sertifikatını aldığını elan etdi. Bu qlobal təşəbbüs mikromaliyyə sahəsində müştərilər ilə münasibətdə yüksək etik standartların tətbiqinin qəbul edilməsini təsdiq edir. Bununla “FINCA Azerbaijan” bu sertifikatı almış “FINCA Kyrgyzstan” və dünya üzrə digər 41 maliyyə institutlarının cərgəsinə qoşulur.

“Məsuliyyətli bankçılıq və müştərilərimizin uzunmüddətli rifahına güclü diqqətimizin olması həm FINCA təşkilatının missiyasında, həm də bizim əməliyyatlarımızda öz əksini tapmışdır. Biz daxili standartlarımızı və siyasətlərimizi müştərilərimizdə artıq borclanmanın qarşısını almaq və müştərilərimizlə daima ədalətli və etik davranışı tətbiq etmək üçün uyğunlaşdırmışıq”, - deyə“FINCA Azerbaijan”ın ölkə üzrə Direktoru Timoti Tarrant bildirib.

“FINCA Azerbaijan” bu sertifikatı Smart Kampaniyasının yeddi Müştəri Mühafizəsi Prinsiplərinin daxil olduğu müştərilərin maraqlarının qorunması öhdəliyinə sadiq qalmasının nişanəsi olaraq almışdır. Bu prinsiplərə, uyğun məhsulun hazırlanması və çatdırılması, artıq borclanmanın qarşısını almaq, şəffaflıq, məsuliyyətli qiymətqoyma, müştərilərlə ədalətli və hörmətlə davranış, müştəri məlumatlarının məxfi saxlanılması və şikayətlərin həll edilməsi üçün mexanizm daxildir. Sertifikatlaşdırmanı Smart Kampaniyasının müstəqil və lisenziyalı qiymətləndirmə şirkəti olan MicroFinanza Rating aparmışdır.

Smart Kampaniyasının Direktoru İzabel Barresin sözlərinə görə, "FINCA Azerbaijan”ın sertifikatlaşdırma statusu təşkilatın işçi heyətinin gördüyü hərtərəfli işin və onların ölkədə müştərilərə yönəlmiş diqqətinin göstəricisidir. “"FINCA Azerbaijan”ın müştəri mühafizəsi sahəsində lider olmağından və müştəri mühafizəsi təcrübəsini öz institusional mədəniyyətində təşviq etməyindən qürur duyuruq”, - deyə İzabel barres bildirmişdir.




FINCA International haqqında

“FINCA International”ın missiyası insanların şəxsi işlərini qurmağa, yeni iş yerləri yaratmağa və insanların həyat standartlarını yüksəltməyə köməklik edəcək davamlı həll yolları təmin etməklə yoxsulluğu azaltmaqdır. Aparıcı və sosial məsuliyyətli investorlarla birlikdə FINCA dünyanın 23 ölkəsində 2 milyon müştəriyə xidmət göstərən mikromaliyyə instituları şəbəkəsinə malikdir.

FINCA Azerbaijan MMQBKT haqqında

“FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı 1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş məhdud lisenziya ilə fəaliyyət göstərən və Azərbaycanda bank olmayan mikromaliyyə institutudur. 170 milyon USD portfelə malik olan “FINCA Azerbaijan” ölkə ərazisində fəaliyyət göstərən 67 filialı vasitəsilə150.000-ə yaxın müştəriyə maliyyə xidməti göstərir.

Əlaqə:

Azərbaycan:
Zaur Nurmammadov
zaur.nurmamedov@fincaazerbaijan.com

Vaşinqton:


Seth Spiro
Seth.Spiro@FINCA.org

Yüklə 10,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin