Firangiz Rustamova Azerbaijan Milli Bilimler Akademisi Folklor Enstitüsü folklorda almanin mifoloji semantikasi// Folklorda elmanın mitolojik semantikası



Yüklə 43,26 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü43,26 Kb.
#103366
  1   2   3   4   5   6   7

Firangiz Rustamova

Azerbaijan Milli Bilimler Akademisi Folklor Enstitüsü
FOLKLORDA ALMANIN MİFOLOJİ SEMANTİKASI//

Folklorda elmanın mitolojik semantikası
Özet

Qədim türklərdə meyvələrin həm anası, həm də atası hesab edilən, Qafqazda, Anadoluda yaranmış Almanın; dünyaya Mərkəzi Asiyadan, daha doğrusu, Qazaxstandan, yəni bu günkü Qazaxstan Respublikasından yayılması ehtimal edilir. Demək olar ki, əksər hava şəraitində yaşaya bilən, bütün dünyaya yayılmış bu qədim meyvənin o qədər çox növü var ki, əgər gündə bir növ alma yemək istəsək; 20 il vaxt lazım gələr ki, bütün növlərin dadına baxa bilək. Çünki almanın 7000-ə yaxın (bəzi mənbələrə görə isə 7000-dən çox) növü var. Latın dilində Malus adlanan Alma ağacı və ya meyvəsi –gülçiçəklilər (latın d. Rosaceae) fəsiləsinə aid olan bitki növüdür. Bu fəsilə və ailə bir sıra tanıdığımız meyvələri də özündə birləşdirir: armud, heyva, badam, ərik, albalı/gilas, gavalı/alça, şaftalı və s.



Alma prototürk sözü olub demək olar ki, türk xalqlarının hamsında fonetik olaraq eyni cür səslənir: Azərbaycan, başqırd, qazax, qaraçay-malkar, tatar, qırğız, Osmanlı türkcəsində, qaqauz, qaraqalpaq, noqay, uyğur, türkmən və qumuq dillərində alma, türk dilində elma, özbəklərdə olma, çuvaşlarda ulma, hətta Macar dilində belə bu gözəl meyvə alma adlanır. Portuqal, Qalisiya və İspan dillərində isə alma sözü ruh deməkdir.

Bildiridə dünya xalqlarının adət-ənənələrində, mifoloji dünyagörüşündə, ailə məişətində, mərasim folklorunda özünəməxsus yeri olan ALMA meyvəsindən bəhs edilir, ALMA ilə bağlı bir çox sözlərin və ifadələrin etimoloji izahına geniş yer verilir və tədqiqat əsasən müqayisəli aspektdə aparılır.




Yüklə 43,26 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin