Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ BEŞİNCİ DӘRS TAO AYİNİ (1)



Yüklə 0,83 Mb.
səhifə27/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   23   24   25   26   27   28   29   30   31

İYİRMİ BEŞİNCİ DӘRS

TAO AYİNİ (1)

KÖKLӘRİ VӘ FӘLSӘFӘSİ


Tao ayini Çində buddiizm və konfusian ayinlərinin kənarında geniş yayılmış mühüm dinlərdəndir ki, qədim dövrlərdən indiyə qədər çoxlu ardıcılları olmuşdur. Buddiizmlə tanış olduqdan sonra bu dərsdə Tao ayini qısa şəkildə şərh olunacaqdır.

TAO AYİNİN KÖKLӘRİ


1-Taonun lüğətdəki və istilahdakı mənası: Tao lüğət baxımından yol və təriqət mənasını daşıyır. Onun istilahdakı mənası fəzilət yolu, əqidə və nəzəriyyədir. Onun üçün digər mənalar, o cümlədən «bir qanunun icra mərhələsinə qoyulması», «göstəriş vermək», «bəyan etmək» və «demək» mənası da gəlmişdir. Hər halda bu kəlmə qədim Çin ədəbiyyatında mövcud olmuşdur. Bundan istifadə edərək nəzərdə tutduğu mənanı ilahi yol, yaxud asiman yolu sözlərini ona aid etmişdir. Buna görə də bu sözü həmin məktəbin ixtira etdiyi şeylərdən hesab etmək olmaz.

Çinin ibtidai və ümumxalq məzhəbində Tao fövqəladə işlərin yerinə yetirilməsi bacarığı, yaxud qüdrət mənasında işlədilmişdir. İqtidarı əksər hallarda cadugərlik səviyyəsində olan padşahların qüdrətinə aid edilmişdir. Tao kəlməsinin digər istilahi mənaları da vardır ki, bu bəhsin davamında onlar qeyd olunacaqdır.

2-Tao məktəbi: Tao məktəbi üç yönə - fəlsəfi, dini və sehrkarlıq yönünə malikdir. Bu üç yöndən hər biri xüsusi şəraitlərdə formalaşmış və Çin cəmiyyətində xüsusi rol ifa etmişdir. Həqiqətdə Tao məktəbini hərtərəfli və kamil şəkildə öyrənmək üçün bu üç yönü öyrənmək lazımdır.

a) Taoizmin fəlsəfi yönü:

Taoizm ayinin fəlsəfi əsaslarını Tao-te-çing kitabından əldə etmək olar. Bu kitabın yazılma tarixi və onun müəllifi ilə əlaqədar kifayət qədər dəqiq məlumat yoxdur. Dinşünaslardan bəziləri inanırlar ki, bu kitabın vahid müəllifi yoxdur. Çünki onun müəllifi, yaxud müəllifləri öz kitablarında daim digərlərini «xeyir işləri yerinə yetirməkdə naməlum qalmağa» tövsiyə etmişlər. Buna görə də heç bir yerdə öz adlarını qeyd etməmişlər. Әgər bu ehtimal düzgün olsa, bu kitabın müəllifi, yaxud müəlliflərinin aydınlaşdırılması artıq heç bir yolla mümkün olmaz. Amma məşhur nəzəriyyə budur ki, bu kitab Lao Tze adlı yaşlı bir həkim (filosof) tərəfindən yazılmış, yaxud bir yerə toplanmışdır. Әlbəttə, belə bir şəxsin tarixdə olub-olmaması da şübhə ilə qarşılanır və yalnız Çin tarixində Tao-te-çing Tao ayinin müqəddəs kitabı və Lao-Tze onun əsasını qoyan həkim ünvanı ilə tanıtdırılır.

Tao-te-çing kitabının ünvanı müxtəlif mənalarla ifadə olunmuşdur. O cümlədən fəzilət yolu, əql və fəzilət qanunu kimi məşhur mənaları qeyd etmək olar. Lao-tze bu kitabda Tao barəsində ümumi və müəmmalı bir təsvir vermiş, onun yolunu əql, fəzilət və qurtuluş yolu adlandırmışdır.

Lao-tzenin nəzərindən Tao iki formadan - ad qoyula bilən və ad qoyula bilməyən formada təqdim etmişdir. Onun ad qoyulmağa qabiliyyəti olmayan surəti həqiqətdə sabit Tao ilə əlaqədar naməlum bir surətdən ibarətdir. O, sabit bir prinsip kimi adı və xarakteristkası məlum olan Taonun fövqündədir. Bu məlum Tao aləmi yaradandır. Lao-tze bəzən ad qoyulmağa layiq olan Taodan varlıq kəlməsinin oxşarını qeyd edir. Bu baxımdan Tao əsərlərinin tərcüməçilərindən əksəriyyəti ad qoyulması mümkün olmayan Taonu ilahi varlıq, yaxud Allah və mütəal zat müqabilində bilmişlər. Bu cür ad qoymanı Tao-te-çing kitabında adsız Tao üçün qeyd olunan sifətlər və təbirlər təkidləndirir: «Әsil, əzəli, asimanlardan və yerlərdən qabaq, sonsuz, aram, şəkilsiz, dəyişməz, məişət işlərinin davam etdirilməsinin yeganə mənbəyi və hər bir şey adsız Taodur və şərh olunması mükün deyil. O vəsf olunması mümkün olmayan bir həddə böyükdür. Tao özünü tanıtdıran şəxsi asimanın altında ən şərafətli bir şəxs edəcəkdir.»

Tao vəsfləri və təbirləri diqqət yetirilməli və üzərində düşünülməli olan bu kitabın digər yerində belə vəsf olunub:

«Tao boş bir qab kimidir; boş olmasına baxmayaraq ondan su çıxartmaq olar. Tao daxilindəki şeylər tamam olmayan, dərinliyi sonsuz olan qab kimidir. Taoda hər bir sürətli şeyin sürəti azalır, hər bir düyünlər açılır. Taoda hər növ nur öz parlaqlığını əldən verir, hər bir çətinlik asan və ram olur. Tao dərin bir dəryaya bənzəyir ki, heç vaxt qurumaz. Həqiqi insanın hədəfi Tao ilə bir olmaqdır, lakin bu hədəf elə bir şey deyildir ki, insan onun ardınca getsin və ona çatmaq üçün zəhmətlər çəksin. Әksinə, təbiətdən əldə olunan hər bir şeyi bəyənilən tərzdə istifadə etməli, lazımsız və artıq şeyləri əldə etməkdən uzaq olmalıyıq. Tao kimi boşalmaq lazımdır ki, həqiqətlə dolaq. Tao təmiz və düz bir yoldur, lakin camaat yolunu azmaq istəyir. Tao bir əbədi yoldur. Bütün məxluqlar bu yoldan keçəcəklər, lakin heç bir şey onu vücuda gətirməmişdir; çünki onun özü vücudla eyniyyət təşkil edir. Tao hər bir şeydir və heç bir şey deyildir. Tao həm səbəbdir, həm də nəticə. Bütün əşyalar Taodan vücuda gəlir və Tao ilə birlikdə olub Taoya doğru qayıdır.»

Yuxarıdakı mətləblərdən aydın olur ki, Lao-tze Taonu vücudun əsli varlığın külli həqiqəti bilmiş, ona qovuşmağı bütün xeyir-bərəkətin və fəzilətlərin mənşəyi hesab etmişdir. Bu mütləq zata çatmağın yolu bütün dünyəvi və nəfsani bağlılıqları tərk etməkdir ki, bunlar əbədiyyətə qovuşmaq yolu üzərində hicablar və maneələr kimidir. Ona qovuşmaq o vaxt müyəssər ola bilər ki, arif onun barəsində mərifət kəsb etsin və bu mərifət və irfan yalnız ilham yolu ilə mümkün olur. İlham və işraq mərhələsinə çatmaqda xəlvət yaşayışdan, riyazətdən, təfəkkürə qərq olmaqdan başqa bir yol yoxdur. Bu mərhələləri qət edən şəxs Taoya çatacaq və o halətdə Lao-tzenin təbiri ilə «ölüm doğanağına bağlı olmayacaqdır». Onun kamil ibarəti belədir: «Tao tanıyanı və ona arif olanı fənaya uğramaz edir, o artıq ölüm doğanağına qayıtmayacaqdır.» Həqiqətdə insan əbədi həyat çeşməsinə nail olduqda onun üçün ölüm təsəvvür oluna bilməz.

Tao ayinində Tao hər bir şeyin həqiqətidir; buna görə də hər bir şey onun nuru müqabilində işıqsızdır, hər bir fel onun müqabilində dəyərsizdir; çünki hər bir şey son etibarı ilə Taoya qayıdır. Buna görə də vu vayın fəaliyyət etməməsi və səy göstərməməsi prinsipi bu ayinin əsas qanunlarından hesab olunur. La-tze bu barədə belə demişdir: «Şübhəsiz Taoda səy və fəaliyyət yoxdur.» Sonra deyir: «Yalnız sakit və səy etməyən insan müvəffəqdir.» Sonra belə tövsiyə edir: «Qənaətbəxş və müharibənin, hökumətin, yazmağın, səfər etməyin, ölümdən qorxusu olmayan sadə və təbii halətə qayıdın.»

Bu ayində hər bir şey Taonun vasitəsilə yerinə yetirildiyindən hər bir şeyə və hər halda razılıq izhar etmək lazımdır. Çünki hər bir şey sonda Taoya qayıdır. Bu etiqadın digər məfhumu bundan ibarətdir ki, heç bir şeyə görə, hətta əzizlərin ölümünə görə qəm-qüssəyə yol vermək olmaz; hətta bu barədə Lao-tzedən sonrakı ən böyük filosof, yəni Çuvang-tzonun həyat yoldaşı barəsində nəql olunur ki, o dünyadan getdikdə Çuvangın, Huyinzo adlı dostlarından biri onun yanına gedib bu ağır itki münasibəti ilə baş sağlığı vermək istədi. Qapıya çatdıqda görür ki, Çuvang dizlərinin üstünə qoyduğu kasanı çalır, mahnı oxuyur. Təəccüblə ona deyir: Həyat yoldaşın vəfat etdiyi halda qəmgin deyilsən?! Musiqiyə qulaq asırsan? Bu yaramaz bir rəftardır. Çuvantzo cavabında deyir: «Həyat yoldaşım vəfat edəndə əlbəttə qəmgin oldum, ürəyim sıxıldı; lakin diqqətlə fikirləşdikdə anladım ki, o əvvəldən də həyatda olmamışdır. O nəinki diri deyildi, hətta onun şəkili və surəti də yox idi; nəinki şəkili və surəti yox idi, heç bir maddi qüvvəsi və qüdrəti də yox idi. Sonra yoxluq-varlıq dövrəsində müəyyən dəyişikliklər baş verdi, maddə yarandı və o maddə surət tapdı; o surət həyat və ruh əldə etdi. İndi bu dəyişiklik yenidən başlayır və həyat ölümə, yoxluğa çevrilir. Həyat yoldaşımın başına gələnlər eynilə dörd fəslin yaranıb aradan getməsinə bənzəyir (bahar, yay, payız, qış) ki, hər biri başlanıb axırda sona çatır. İndi həyat yoldaşım adı dünya olan bu böyük evdə yoxluğa çevrilib; bu halda mənim ağlayıb hay-küy qoparmağımın mənası budur ki, müqəddərata qarşı cahil və qafiləm; buna görə bu işdən qafiləm.» Bu nəzəriyyə göstərir ki, varlıqların müqəddəratı cəbr əsasındadır, tao tərəfindən heç bir qanun pozuntusu mümkün deyildir. Lao-tze bu barədə belə deyir: «Hər kəs tao ilə müxalifətə qalxsa, məhv olar. Onun istədiyi həyata keçməyəcəkdir, xudpəsəndlər kamal yolunu ötməyəcəkdir. Asimanın yolları müharibə ilə açılmayacaqdır, zorla, icbarla təsxir olunmayacaqdır. Onun istəyi elan olunmaz, hələ heç kim onun cavabını eşitməmişdir.»

Buna əsasən insan kamala çatmaq üçün əvvəlcə özünü tao ilə mütənasib səviyyədə qərar verməli, onun qarşısında sırf təslim olmalıdır. Başqa sözlə desək, insan gərək özünü Tao yoluna həvalə etsin ki, Taonun özü onu öz tərəfinə hidayət etsin. Buna görə də Lao-tze hamını vo-vu-vaya sifariş edib deyirdi: «Fəaliyyət etməməyə alışın; arzu edin ki, heç vaxt arzu etməyəsiniz; ələ gətirə bilmədiyiniz şeylərin dəyərli olmasına inanmayın. İnsanın əldən verdiyi vəziyyətə qayıtmağa adət etməyin. Günah etməyin, qoyun işlər öz təbii yolunu ötüb keçsin.»

Vo-vay, yaxud fəaliyyətsizlik və səy göstərməmək prinsipi hər növ dünyəvi fəaliyyətin inkar olunması demək deyil, əksinə hər bir hadisə, həyatın tabii qanunauyğunluqları qarşısında təslim olmaq, çayın suyunun cərəyanı istiqamətində özünü dalğalara tapşırmaq, hər bir halda aramlığa, sükunətə çalışmaq, həyatda baş verən hadisələr müqabilində müqavimət göstərməmək, hər növ ümidsizlikdən uzaq olmaq. İşlərin islah olunub qaydaya düşməsi üçün heç bir iş görmək lazım deyil, çünki yaxşılaşma və irəliləyiş insanın əlində deyil, Taonun əlindədir. Biz işlərin qaydaya, sahmana düşməsi üçün müəyyən bir şey fikirləşiriksə, əgər o, Taonun iradəsinə uyğun olsa ona ehtiyac yoxdur. Çünki Tao özü belə müqəddər etmişdir. Taonun iradəsinin əksinə olduqda isə biz öz işimizlə kamaldan geri qalacağıq. Çünki Taonun iradəsi ilə müxalifətçilik etmək kamala çatmağa mane olur. Deməli, hər bir halda işlərin sahmana salınması, çətinliklərin qarşısının alınması və ya aradan qaldırılması üçün çalışmaq lazım deyil. Yalnız insan öz aramlığını Taonun iradəsinə həvalə etməli və onun yolunda qərarlaşmalıdır.


DӘRSİN XÜLASӘSİ


Tao məktəbi, yaxud fəzilət yolunda üç yön – fəlsəfi, sehr və dini yol vardır. Onun fəlsəfi yönü Tao-te-çing kitabında bəyan olunmuşdur. Bu kitab Lao-tzenin təlimlər məcmuəsindən ibarətdir. O kamal və qurtuluş yolunu yalnız Taonun qarşısında qeydsiz-şərtsiz tabe olmaqda görür; çünki inanır ki, xilqət quruluşunda heç bir şey Taonun iradə və istəyinin əksinə baş vermir. Bu təfəkkür istilahda vo-vay, yaxud fəaliyyətsizlik və ya səy etməmək prinsipi adlanır ki, bu da onların nəzərində xilas olmağın yeganə şərtidir.

SUALLAR VӘ TAPŞIRIQLAR


1-Tao nə deməkdir?

2-Taoizmin banisi kimdir?

3-Taonun müqəddəs kitablarının ən məşhuru hansıdır?

4-Taoizm nəzəriyyəsində insanın həqiqi hədəfi nədir və onun yolu nədən ibarətdir?

5-Hansı əsasa görə taoizm nəzərindən hər bir hadisə qarşısında razılıq göstərmək lazımdır?

6-Vo-vay prinsipi nədir? Nə üçün bu əqidə tövsiyə olunmuşdur?



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin