Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili Şöbəsi. Sinəmdə türkün sazı, dilimdə dastan gəldim



Yüklə 228,42 Kb.
tarix17.03.2018
ölçüsü228,42 Kb.
#45428






Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili Şöbəsi.



Sinəmdə türkün sazı, dilimdə dastan gəldim

(Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi)


Gəncə-2015







Azərbaycan bir nəğmədir,

Sözü mənim ürəyimdə.

Eşqi uca zirvələrdə,

Özü mənim ürəyimdə

I hissə Zəlimxan Yaqub

Həyat və yaradıcılığı:

Azərbaycanın xalq şairi, ictimai xadim Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) 1950-ci il yanvarın 21də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.

1973-cü ildən əmək fəaliyyətinə başlayan Zəlimxan Yaqub

“Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə 1966-cı ildə “Qələbə bayrağı” rayon qəzetində çap etdirdiyi “Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan da fəal yaradıcılıqla məşğul olmuşdur. Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında şairin “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.

1983 cü ildən Yazıçılar İttifaqının üzvüdür. Müasir ədəbiyyatımız- da Azərbaycanın zəngin şer ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardandır. Xalq şairi Zəlimxan Yaqubun ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə edərək, təbiətimizin füsünkarlığına, oğul-qızlarımızın qeyrətinə, ata-babalarımızın müdrikliyinə həsr etdiyi şeirləri oxucular tərəfindən çox böyük məhəbbətlə, hüsnü-rəqbətlə qarşılanır.

Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var.

Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Zəlimxan Yaqub yaradıcılığı təktarolunmazdır, təkrarsızdır.
Nə alim doğuldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Doğulan günümdən ölən günümə.


Xalq şairi Zəlimxan Yaqub üçün kitabxana müqəddəs bir yerdir.

Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir:


“Qələm mənim üçün Allahın danışan dilidir”
Sənət və şəxsiyyət zirvəsinə ucalan, “Ocaq bizim, pir bizim, qıfıl bizim, açar bizim, hikmət bizim sirr bizim deyən” Azərbaycan tarixindən, mədəniyyətinin zənginliyindən xəbər verən şeirləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə, sevgiyə həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır.

Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya gözəllərin var olsun.

Saz şairi yaman ruhdan, şər qüvvədən, bəd nəzərdən qoruyur söyləyən şair el sənətinin qüdrətini çox şeirlərində vəsf edib.


Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar.


Sazın, sözün vəhdətindən qaynaqlalan şeirləri xalqın dillər əzbəri olmuşdur.

Gözlərimi açan gündən

Saza-sözə meylim olub.

Mən havacat Məcnunuyam,

Saz əbədi Leylim olub!
Zəlimxan Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir.

Həmişə olduğu kimi bu gün də şeirləri, poemaları çoxsaylı oxucuları tərəfindən sevilə-sevilə oxunur.

Sevimli sairimizin sözü eldən güc, seldən qanad alır:

Keçilməz dərələr keçilməsəydi,

Aşılmaz zirvələr aşılmasaydı,

Yeldən qanad açıb, seldən güc alıb,

Ruhum küləklərə qovuşmasaydı,

Mən hardan bilərdim şairlik nədir?


Bu gün hər bir Azərbaycanlı kimi Vətənini başının tacı bilən Zəlimxan Yaqub da ruhunu bir məqam üstündə kökləyib.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız xoşbəxt və firavan yaşasın.

Xalq şairi Azərbaycan poeziyasında heyrət duyğusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:
Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,

Və ölümlü dünyada bir ölməzlik tapdılar.


Sevimli şairimiz Zəlimxan Yaqub, Səməd Vurğundan sonra 50

yaşında “Şöhrət” ordeni almış ilk xalq şairidir.

Biz oxucular, bütün kitabxana işçiləri əziz şairimiz Zəlimxan Yaquba möhkəm can sağlığı arzulayır, deyirik ki, ulu Ozan qopuzunuzla, sazlı-sözlü çələnginizlə həmişə, hər an elimizin, obamızın sevimlisi olaraq qalacaqsınız. Ürəklərdə yeriniz var.
Zəlimxan Yaqubun həyatının əsas tarixləri
1950-ci il 21 yanvarda Gürcüstan Respublika

sının Bolnisi rayonunun Kəpənəkçi

kəndində anadan olub.
1966 Ədəbi fəaliyyətə başlamışdır
1966 İlk şeiri Gürcüstan SSR Bolnisi ra

yon qəzeti “Qələbə bayrağı”nda

dərc edilib
1967-1972 Azərbaycan Dövlət Universitetinin

kitabxanaçılıq fakültəsini bitirmiş

dir.
1973 Azərkitab” sistemində ilk əmək

fəaliyyətinə başlamışdır


1983 Yazıçılar İttifaqının üzvüdür
1994 Azərbaycan Respublika Prezdenti yanında

Əfv Komissiyasının üzvüdür.



1987 – 1994 “Yazıçı” nəşriyyatında poeziya şöbəsində

redaktor, şöbə müdiri vəzifələrində şalışıb


1995 Məmməd Araz ədəbi mükafatına layiq

görülüb
1995 “Şair harayı”,”Vətən yaralar”, “Sizi qına-

mıram”, “Ziyarətin qəbul olsun” kitabla –

rına görə H.Z. Tağıyev adına mükafata

layiq görüküb
1998 Gürcü dilinə tərcümə olunmuş “Söz ca-

mı” kitabı gürcü oxucuları tərəfindən

rəğbətlə qarşılanmışdır
1995-2005 Azərbaycan Respublikasının Milli

Məclisinin deputatı olmuşdur


1995-2000 Çində,Səudiyyə Ərəbistanında Almaniya

da, ABŞ, İsveçdə, İsveçrədə, Qırğızıstan-

da, Türkiyədə, Fransada və İraqda işgüzar

səfərlərdə olub


2000 "Şöhrət"ordeni və Gürcüstan Respublika

sının "Şərəf" orde ni ilə təltif edilmişdir.


2005 “Azərbaycanın xalq şairi” fəxri adına la –

yiq görülüb


2008 Azərbaycan aşıqlarının V qurultayında

Azərbaycan aşıqlar birlinin sədri seçilib.


2009 Türk Dünyası Araşdırmaları Uluslar arası

Elmlər Akademyasının “Türk dünyasına

hizmət” mükafatına layiq görülərək

həmin Akademiyanın fəxri doktoru se

çilib.

2010 Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan

dostluğu mövzusunun poetik işıqlandı

rılmasında xüsusi xidmətlərinə görə

Heydər Əliyev adına Gürcüstan-Azərbay

can Tədris Universitetinin fəxri Doktoru

adı verilmişdir.

2010 Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin sərəncamı ilə 60 illik

Yubileyi münasibəti ilə “Şöhrət” və

“Şərəf”ordeninə layiq görlüb.


2010 Gürcüstan Respublikası Prezidentinin

Sərəncamı ilə bu ölkənin “Şöhrət” ordeni

ilə təltif edilmişdir.
2012 Xalq şairi Z.Yaqubun qazandığı mükafat

lar sırasına biri də əlavə olunub. ABŞ-da

fəaliyyət göstərən Azərbaycan NyuYork

Assosiasiyası xalq şairini Fəxri diplom

və medalla təltif edib.

2013 Zəlimxan Yaqubun görkəmli dövlət xa

dimi Heydər Əliyevə ithaf etdiyi “Əbə

diyyət dastanı” poeması haqqında şair-

publisist Əli Rza Xələfli “Ölməzlik

nəğməsi” adlı kitab yazmiş və nəfis

tərtibatla nəşr etdirmişdir.

2014 Türkiyədə “Nazim Hikmət” mükafatına

layiq görülmüşdür.


Xalq şairi Zəlimxan Yaqub haqqında

görkəmli şəxsiyyətlərin fikirləri




Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız.

ulu öndər  Heydər Əliyev


Sizin şeirlər bizdə, anadan olduğunuz, ilk addımlarınızı atdığınız torpaqda böyük oxucu marağı ilə qarşılanır. Sizin poetik əsərlərinizin gürcü dilinə tərcümə edilməsi buna sübutdur.

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze


Zəlimxan Azərbaycan poeziyasının bir-birindən aralı, hərəsi də müstəqil, fərqli və əlçatmaz zirvə təşkil edən qütblərini Füzulini və Sabiri, Cavidi və Səməd Vurğunu, Yunus İmrəni və Bəxtiyar Vahab zadəni öz daxilində vəhdətləşdirərək poeziyamıza yeni-yeni dəst-xətt gətirmişdir.

ictimai xadim Həsən Həsənov

Gənc şair coşqundur, öz şeir yaradıcılığında gələcəklidir. Mən ürəkdən inanıram ki, Zəlimxan gənc şairlər içərisində öz ləyaqətli yerini tutmaqdadır və tutmuşdur.

xalq yazıçısı Süleyman Rəhimov


Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrin- dən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedad- lı gənc şairin əsərləri, mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır.

xalq şairi Osman Sarıvəlli



Zəlimxan həm klassik ədəbiyyatımızı, həm də folklorumuzu bilir desem, çox az olar. Hər ikisi ilə nəfəs alır, yaşayır. Buna görə də onun şeirlərində həm yazılı ədəbiyyatımızın, həm də şifahi ədəbiyyatımızın ruhu qol-qoladır. Zəlimxanın şeiri xalq yaradıcılığına, sazın tellərindən süzülüb durulan aşıq poeziyasına söykəndiyi üçün onun dili kələ -kötür lükdən xali, axıcı və şəffafdır.

xalq şairi Bəxtiyar Vahabzadə

Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.

xalq şairi Hüseyn Arif
Zəlimxanın külü də soyuq deyil. O, qoynunda qor saxlayan küldür.

bir balaca üfləsən, qığılcımlanacaq.

xalq şairi Mirvarid Dilbazi

Stalin repressiyaları illəri haqqında şeirimizdə,nəsrimizdə, dramaturgiyamızda bir sıra dəyərli əsərlər yaranıb, amma Qazaxıstana, Qırğızıstana sürgün edilmiş soydaşlarımız haqqında, Ahıska türklərinin faciəvi taleləri haqqında yazılmış ilk, əhatəli əsər Zəlimxanın yeni poemasıdır. Bu əsər həm də ara-sıra mətbuat səhifələrində, o cümlədən öz qələm həmkarlarımız tərəfindən səslənən iradlara – “son illər Azərbaycan ədəbiyyatında ciddi mövzularda maraq doğuran əsərlər yaranmayıb”iradına tutarlı cavabdır.

xalq yazıçısı Anar

Sənin sənətkar qələmin dilimizin qadirliyini yanlız əyani şəkildə göstərmir, həm də bu qadirliyi sübut edir və içimizdəki həmin ağır «səksəkə» hissiyatını dağıdır.

xalq yazıçısı Elçin

Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur. Çünki özü həm aktyordur, həm şairdir, həm aşıqdır, həm də küll halında,ensklopedik lüğətdir. Natiqdir, böyük ictimai xadimdir. O, bütün sənət növlərini özündə birləşdirən qüdrət əhlidir.

Mən Zəlimxanı şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı hesab edirəm. Onun sazımda Babək qüdrəti,Yunis İmrə qüdrəti, Şeyx Şamil qüdrəti yaşayır.
Zaman bu kəsiri bitirməliydi

Vaqifi bu günə gətirməliydi,

Sazla şeirimizi öpüşdürməyə

Bir şair Zəlimxan gətirməliydi.


xalq şairi Xəlil Rza Ulutürk


Muğamatımızda olduğu kimi, şeirimizdə də zilxanlar, pəsxanlar var. Təbiətimizdə gördüyümüz qədərdir sinəmizdən çıxan sözlərin rəngləri. Təki, öz səsin olsun. Öz səsində üzə bilən şairlərin olsun. Zəlimxan Yaqub kimi!

xalq şairi Vaqif Səmədoğlu



Zəlimxan Yaqub ən kamil insanın ürəyini, vicdanını, təfəkkürünü təmsil edən SƏS-ÜNdür. Göylərdən gəlib, yerdə ən kamil da kamilləşdirməyə qabil olan ustadıdır. Zəlimxan Yaqub Azərbaycana töhfə göndərilmiş Uca insandır. Zəlimxan Yaqub Nəsiminin, Füzulinin, Alının, Ələsgərin varisidir, həm də adi, sadə varis yox, elə bir varisdir ki, onun yaratdığı vərəsə sələflərinin vərəsəsi qədər təkrarolunmazdır. Əbədiyyətdən gələn səs, yer üzünün əbədi səsidir.

xalq yazıçısı İsa Muganna

Zəlimxan Yaqub sözün əsl mənasında milli şairimizdir.

şair Fikrət Sadıq


Onun yaradıcılığı mənim türkcəmin çox doğma sözlərindən, duyğularından hörülüb ki, bu duyguların, söz­lərin minlərlə yaşı var... Min illiklərin də ruhunu ifadə eyləyir.
Zəlimxan Yaqub Güneydə orduların görə bilməyəcəyi işi gördü.

xalq yazıçısı  Mövlud Süleymanlı

Borçalı çökəkliyinin bütün dərd ağrısı Zəlimxan poeziyasının canına hopubdur. Ancaq Borçalı xalqının həyat eşqi, sevinci, gümrah ruhu da bu şeirlə həmişə yanaşı, qoşa səslənmişdir. Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir.

akademik Kamal Talıbzadə

Zəlimxanın elimizə, el sənətimizə böyük sevgisi və borc hissi onu heç kəslə qarşılaşdırıla bilməyən bir yüksəkliyə gətirmək ərəfəsindədir.
Zəlimxanın şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmur, ölçüsüzlüyə çevrilir.Onun nə şeir yazdığını, nə də xalq ədəbiyyatına oxşarsız vurğun olduğunu bilməsəydim də təkcə poeziyamızın gözəl təbliğatçısı kimi pərəstiş edərdim.

Akademik Xudu Məmmədov


Zəlimxanın nəfəsi dəyən yerdə xeyir-bərəkət göyərməlidir. Çünki bütün vətənpərvər şairlər kimi o da qanı canına hopdurulmuş ana torpağın yetirdiyi oğullardan biridir.

Akademik Budaq Budaqov,



Azərbaycan poeziyasının geniş səmasında bir ildırım çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı bir anda nura qərq edən poetik enerjisi ilə şeiri geniş meydanlara, böyük auditoriyalara çıxardı... Və öz içinə qapılmış, fərdi hisslərin məhbusuna çevrilməkdə olan ədəbiyyatı dar sinələrin məhbəsindən qurtararaq minlərin, milyon­­ların mənəvi istifadəsinə/verdi.Şairləri müxtəlif məktəblərə, cərəyanlara, hətta “dəstə”lərə bölməklə onların dəyərini müəyyənləşdirməyə öyrəşmiş ədəbi tənqid Zəlimxan Yaqub fenomeni/qarşısında mat qaldı.

millət vəkili,AMEA-nın müxbir üzvü Nizami Cəfərov


Bu gün çox az adam tapıla bilər ki, milli tarixi mənin çağdaş müstə viyə gətirilməsi sahəsində Zəlimxanla mü­qayisə oluna bilsin.Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni/bir/yolla qayıdır.Zəlimxan Yaqubun yaradıcılığı elə bil ki, şeirlə yazılmış milli poeziya tarixidir.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov,


Nəvaiyə görə, söz gövhər dəyərindədir, hər kəlmənin öz qiyməti (öz dirhəmi) var. Füzuliyə görə isə “söz – candır” və şeirin hər kəlməsi ilə könül candan, can isə cəfadan özünə yuva qurur. Zəlimxan Yaqub şeirin “can evi”nə dirhəmini yox, canını gətirib-gələn şairlərdəndir.

professor Yaşar Qarayev
Zəlimxan təpədən dırnağa, için-daşın millidir. Qardaşım Zəlimxan, yükün millət dərdidir.

professor Pənah Xəlilov

Zəlimxan Yaqub minillik poeziyamızı fenomenal hafizəsində, yaddaşında gəzdirən qeyri-adi bir söz xəzinəsidir. Onun şairliyi də məhz bu xalq çeşməsindən, klassik irsimizdən mayalanır.



professor Şamil Qurbanov

Əzizim Zəlimxan, səni dəfələrlə şeir məclislərində, radio və tele-viziyada, auditoriyalarda səlis avazla şeir oxuyan görmüşəm. Əsərlərin-dəki axıcılıq, rəvanlıq, dil və ifadə yetkinliyi, ən başlıcası isə xəlqi ruh mənə xoş gəlib və düşünmüşəm ki, sənin barəndə doğrudan da fikir söyləməyə dəyər. 

professor Qulu Xəlilov



Zəlimxan Yaqub Azərbaycan mühiti və şeiri üçün gərəkli olduğu bəlli olan Borçalı mühiti ənənələrini Kürün o tayından, bir regiondan – bölgədən ümumvətən mühiti səviyyəsinə çıxarmağı və yaşatmağı bacarmışdır. Zəlimxan Yaqubun qoşma janrına ardıcıl marağının və bu poetik formada qazandığı uğurların mayasında Borçalı aşıq sənəti ənənələri durur. Lakin Zəlimxan qoşmanı aşıq ədəbiyyatındakı məlum “gözəlləmə”çərçivəsindən çıxarıb, ona yeni ictimai məzmun gətirmişdir.
akademik İsa Həbibbəyli

Xalq şairi Zəlimxan Yaqub bu gün şeirsevər oxucuların dərin sev gisini qazanmış sənətkardır. Onun poetik yaradıcılığı folklorumuzdan, aşıq şeirindən qaynaqlandığına görə milli ruhu, koloriti yaşadır. Nə qədər fərqli mövzulardan yazsa belə xalq başlanğıcına bağlılıq onun əsas meyarıdır.

professor Camal Mustafayev
Zəlimxan, türklük sənin qanına elə hopub ki, sən “türk” deməyən- də də onun dünyasından xəbər verirsən.

professor Tofiq Hacıyev


Şairlik Tanrıya qovuşmağa ən böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan bu yolun inadkar yolçusudur. Həmin yolu o, güclü istedadının işığında gedir.
professor Nizaməddin Şəmsizadə

Şəxsən mən Qurbani, Abbas, Alı, Ələsgər kimi yaradıcı aşıqların hər birini istedadlı şair kimi qəbul edirəm. Və həmin silsilənin məntiqi davamı kimi, bu gün Zəlimxan Yaqubu görürəm...

Nüsrət Kəsəmənli

Azərbaycan şeirinin müasir dövrdəki ən parlaq simalarından olan/Zəlimxan Yaqub xalqımızın mənəvi dünyasının poetik təzahürüdür.
professor Əmirxan Xəlilov



Qarşı dağın qənşərində bir topa nəlbəki lalə elə qəribə dalğalanırdı ki! Yox, bu, elə beləcə küləyin təsiri ilə çırpınış deyildi. Onlar bu gözəllikdən vəcdə gəlmiş Zəlimxanın bağrında dəli-divanə olmuş sazdan qopmuşdu...

şair Məmməd Aslan

Böyük Yaradan Zəlimxan Yaquba nə veribsə, nə verirsə, isteda-dından, zəhmətsevərliyindən başqa bir də məhz ürəyinə görə verib və verir – heç kəsə həsəd aparmır, qələm dostlarının uğurlarına milli sözümüzün uğuru kimi sevinməyi, ölüyə hörmət, diriyə qayğı, ağsaq-qala, ağbirçəyə ehtiram göstərməyi, cavanların qo­calmadan, elə gənckən istedadlarını və potensiallarını gerçəkləşdirməyə maddi-mənəvi şərait yaradılmasını istəməyi və bunun üçün əlindən gələni etməyi bacarır.

yazıçı,publisist Arif Əmrahoğlu


Zəlimxan dünya yaranandan üzü bəri durula-durula, nəğmələnə-nəğmələnə gələn, əcdadlarımızın “göz bəbəyi kimi qoruyun” deyə bizə əmanət verdiyi dilimizin büllurgözündən su içən, onu varlığına, ruhuna hopduran və bu dilin nələrə qadir olduğunu, bu dildə necə möcüzələr
yaratmaq mümkün olduğunu və onun gözəl nümunələrini ortaya qoyan, sözdən heykəl yapan bir sənətkardır.

yazıçı Nahid Hacızadə


Tanrı Zəlimxanı şair yaratmaqla onu mükafatlandırıb, bununla da şairlə öz arasında mənəvi yaxınlıq əlaqələrinin mövcudluğunu təsdiq edib. Tanrı payı Zəlimxan Yaqubun ən böyük mükafatıdır.

professor Mürşüd Məmmədli

II hissə:

Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığının

kitabxanalarda təbliği

Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 65 illik yubileyi ilə bağlı təhsil, mədəni maarif müəssisələrində, o cümlədən kitabxanalarımızda müxtəlif səpgidə tədbirlərin keçirilməsi nəzərdə tutulub.Zəlimxan Yaqub elə şairlərimizdəndir ki, onun şeirləri oxunduğu andan oxucunun ürəyini fəth edir. Elə buna görədir ki, şairin şeirləri bütün oxucu təbəqələri tərəfindən həmişə sevilə-sevilə oxunur, yazdıqları böyük rəğbətlə qarşılanır.

Şairin yubileyi ilə bağlı kitabxanalarda oxucu konfransı, dəyirmi masa, musiqili-ədəbi bədii gecə, şeir gecəsi, kitab sərgisi, poeziya gecəsi keçirmək məqsədə uyğun olar.

Kitabxanalarda şairin yubileyi ilə bağlı aşağıdakı başlıqlarda kitab sərgiləri tərtib etmək olar.


“Xalq şairi Zəlimxan Yaqub-65”

“Türk dünyasının böyük şairi”

“Allahın istedadla təltif etdiyi şair”

“Zəlimxanam, sazla sözlə çağlaram” və s.


“Türk dünyasının böyük şairi” başlığı altında tərtib olunmuş kitab sərgisini nümunə üçün təqdim edirik:
TÜRK DÜNYASININ BÖYÜK ŞAİRİ

2





3





4




5




6




7




8




9





10

Sitat





11




12




13




14




15





16




17




Haqqında olan

18 matereallar






Sitat




Qəzet, jurnal məqalə ləri 20




  1. Başlıq:

  2. Fotoşəkil

  3. Seçilmiş əsərləri 13 cilddə

  4. Kitab---Yaqub Z. Seçilmiş əsərləri. 2 cilddə. C.I. - B. : Şərq-Qərb, 2006. - S.87-89.

  5. Zəlimxan Yaqub, Mən öz dastanımı yazıb gəlmişəm. B.: “Elm və Təhsil”, 2009.- S. 287.

  6. Zəlimxan Yaqub, Peyğəmbər.(poema) B.: “Pedaqogika” ,2009.-

S. 320

7. Zəlimxan Yaqub, Bir əli torpaqda, bir əli haqda(şeirlər və

poemalar).- B.: “Azərbaycan”, 1997.- S. 488.

8.“Zəlimxan Yaqubdan yazılanlar”. Məqalələr toplusu, Bakı, 2004,

“Vətən” nəşriyyatı, 400 səh. 1000 nüsxə.

9. “Zəlimxan Yaqub Ədəbi Düşüncədə” (I cild) Bakı,“Vətən”

nəşriyyatı, 2009.- 360 səh.

10. “Zəlimxan Yaqub Ədəbi Düşüncə” (II cild) Bakı,“Vətən”

nəşriyyatı, 2009.- 370 səh.

11. Zəlimxan Yaqub.Söz yorulur, bezir məndən, bezdirirəm o

sözü:Yeni şeirlər // Ədalət.- 2011.- 11 oktyabr.- № 183.- S.12-13.

12. Zəlimxan Yaqub - 65//Ədəbiyyat qəzeti.-2015.-23 yanvar.-

№4/5.- S. 2.

13. Əbilov Aydın Xan.Ədəbiyyatımızın Zəlimxan Yaqub havası...

//Ədəbiyyat qəzeti.-2014.- 31 oktyabr.-№ 42.- S 10.

14. Cəfərov, Nizami.Zəlimxan Yaqub dastanı: portret oçerk // 526-ci

qəzet.- 2014.- 20 fevral.- № 31.- S. 7.

15. Yusifli, Vaqif. Zəlimxan dünyası // Kaspi.- 2013.- iyun.- № 111.-

S.15.

Sərgidə verilən sitatlar:
Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardan-sınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığın-dan ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız.

ulu öndər Heydər Əliyev 





Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan odu-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlib ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir.
xalq şairi Hüseyn Arif

“Azərbaycan bir nəğmədir, sözü mənim ürəyimdə,

Eşqi uca zirvələrdə, özü mənim ürəyimdə”

xalq şairi Zəlimxan Yaqub

Kitabxanalarda keçirilən ən maraqlı və müxtəlif oxucu qruplarını əhatə edən tədbirlərdən biri də musiqili ədəbi-bədii gecədir.

Musiqili ədəbi-bədii gecəyə kitabxanaçı bir ay əvvəlcədən hazırlaşır. Tədbirə şair və yazıçilarla yanaşı, ədəbiyyat müəllimləri, kitabxanaçılar, digər poeziya sevərlər, tələbə və şagirdlər dəvət oluna bilər.

Saz həvəsli, yaz nəfəsli sənətkar”

adlı musiqili ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik:

Tədbirin keçirildiyi zal gül-çiçəklə bəzədilmiş, zalda şairin geniş, çoxsahəli yaradıcılığını əks etdirən sərgi tərtib edilmişdir.

Tədbir “Baş sarıtel”saz havasının sədaları altında başlayır. Aparıcılar səhnəyə daxil olur:

I aparıcı:

Salam əziz və hörmətli qonaqlar və tədbir iştirakçıları! Sizləri sevimli şairimiz, sazlı-sözlü sənətkarımız Zəlimxan Yaqubun poeziya işığına toplaşdığımız bu gecədə xoş gördük. Hamınızı ürəkdən salamlayır və tədbirimizi açıq elan edirik.



Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anadan olmasının 65 ili tamam olur. Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş, bu diqqət və məhəbbət bir an belə səngiməmişdir. Ən önəmlisi də odur ki şairin poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir.

Bu dağ mənim öz dağımdı,

Mən bu dağın bulağıyam.

Çəmənində közə dönmüş,

Şölələnmiş çırağıyam.

II aparıcı:

Sözün əsl mənasında ömrünü, gününü poeziyaya və onun daha da zirvələrə qaldırılmasına həsr edən, sözün poetik təfəkkürünü, dilimizin zənginliyini və haqq sözünün mükəmməlliyini insanlara yetərincə çatdiran, sazı dünyaya anlatmağa çalışan, soya, kökə bağlılığı misra-misra şeirlərinə gətirən Zəlimxan Yaqubun ucalığının və böyüklüyü qədər də sadəliyinin sirri nədədir?
Zəlimxan Yaqub Nizami Gəncəvini, Məhəmməd Füzulini, İmadəddin Nəsimini, Şah İsamayıl Xətaini, Molla Pənah Vaqifi, Mirzə Ələkbər Sabiri, Nazim Hikməti, Hüseyn Cavidi, Əhməd Cavadı, Salman Mümtazı, Səməd Vurğunu, Şəhriyarı və neçə-neçə böyük ustadları əzbər öyrəndi, qeyri-adi yaddaşına hopdurdu və onların haradan gəlib, hara getdiyini, əqidəsini, məsləkini, məramını, məqsədini araşdırdı, özünə ehtiva etdi. Böyüklüyə böyüklüyün gözüylə baxdı:


Sözü Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şairə Xəzangülə verək:


I aparıcı:

Musiqi kollecinin tələbəsi Rüstəm Əliyevin ifasında “Dilqəmi”saz havasını dinləyək.

II aparıcı:

İndi də oxucuların ifasında sevimli şairimizin “Gözəl dünya gözəllərin var olsun” şeirini dinləyək.

I Oxucu:

Gülüşündəndə güllər açdı könlümüz,

Gözəl dünya, gözəllərin var olsun!

Vurğunu da, yorğunu da biz olduq

Gözəl dünya, gözəllərin var olsun!
Ürəyi var, ürəklərin nəşəsi,

Toxunarsan, pul-pul olar şüşəsi.

Könül verib,könül almaq peşəsi

Gözəl dünya, gözəllərin var olsun!

II Oxucu:

Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya, gözəllərin var olsun!

Əcəl ömrü zəmi kimi biçsə də,

Şərbət bilib bir qurtuma içsə də,

Vaxtlı-vaxtsız Zəlimxanlar köçsə də,

Gözəl dünya, gözəllərin var olsun!

I aparıcı:

  Zəlimxan Yaqub qüdrətli şairlər və azman aşıqlar dövründə yaşadı. Hüseyn Arif səmimiyəti, Osman Sarıvəlli sığalı, Aşıq Şəmşir məharəti gördü, Muğanna sehirində sehirləndi, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın və neçə-neçə böyük mütəfəkkirlərin səsinə səs verdi. Onun dövrü idi ki, Ustad aşıqlar –Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Kamandar Əfəndiyev və Alxan Qarayazılı öz qüdrətlərini ortaya çıxardaraq, Əmrah sazının, Hüseyn sözünün və Kamandar avazının vəhdətindən aşıq sənətinin “Qızıl Dövrü”nü yaratdılar.

Onun möcüzəli saza olan sevgisinin özü də bir möcüzədir. Dinlədikcə insan duyğusallaşır:


Arılar gül mənəm, qonun üstümə,

Məndən nə çəksəniz, saf çəkərsiniz.

Başına götürər ətrim dünyanı,

Sözün gülşənində kef çəkərsiniz.


İndi şairin sözlərinə bəstələnmiş “Bu yaşıl ağacın altı bizimdir” mahnısını dinləyək

II aparıcı:

Xalq şairi Zəlimxan Yaqub “Mən sazdan doğulmuşam”

“Saz mənim dilimin duası, saz mənim bütün varlığım”

deyir:


Gözəllər nazdan doğulub,

Çiçəklər yazdan doğulub,

Zəlimxan sazdan doğulub,

Sarıldığım sazdı mənim.


Əl atmaq nə lazım kağız qələmə,

Heç kəsə demərəm yaz ünvanımı,

Kimə gərək olsa sözüm, söhbətim,

Ona göstərəcək saz ünvanımı!


I aparıcı:

Sözü GDU-nun müəllimi Orucov Tahirə verək:



II aparıcı:

“Yanıq Kərəmi” saz havasını dinləyək:



I oxucu:

Bu dağ mənim öz dağımdı,

Mən bu dağın bulağıyam.

Çəmənində közə dönmüş,

Şölənənən bulağıyam.


Bu daş mənim öz daşımdı,

Öz tarixim, öz yaşımdı

Qaya məğrur qardaşımdı,

Onun səsi-sorağıyam.



II oxucu:

Bu yol mənim öz yolumdu,



O, tay bu tay sağ-solumdu.

Xəzər sinəm, Kür qolumdu,

Xan Arazın fərağıyam.
Deməsinlər gəldi-gedər,

Keçirmərəm ömrü hədəк

Öləndə də qəbrim qədər

Azərbaycan torpağıyam!



I aparıcı:

 Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.

Azərbaycan xalqının zəngin şifahi və yazılı poetik irsinin həqiqi varisi olan Zəlimxan Yaqub bu tükənməz mənəvi xəzinədən bəhrələnməklə milli ədəbi aləmdə özünəməxsus cığır açdı. Zəlimxan Yaqub müasir Azərbaycan şeirinin korifeyi missiyasını şərəflə yerinə yetirir. O, həm də qədim saz sənətinin bilicisi, ustad aşıq kimi tanınır.

 Zəlimxan Yaqubun şeirləri dünya ölkələrində milyon-milyon insanların qəlbinə bəşəri hisslər — sülh, əmin-amanlıq, dostluq duyğuları, həyat eşqi aşılayır.



I oxucu: Düz addımla doğru yolu, gəncliyim,

Geri durma, yağsa dolu, gəncliyim,

Uzun yaşa, dəli-dolu gəncliyim,

Dil nəğnəli, ürək sözlü, ürək şən,

Bu sevinci alma mənim əlimdən!

II oxucu:

Qarlı zirvə şöhrətimdi, tacımdı,

Dağ qardaşım, yaşıl yaylaq bacımdı,

Könlüm yenə yüksəklərdən bac umdu,

Çökən duman, enən bulut, gələn çən,

Bu sevinci alma mənim əlimdən!



I oxucu:

Qoy bəzənsin Bakım, Gəncəm, Borçalım,

Eşqi ilə saz götürüm, tar çalım,

Yazmaq üçün bir ömrü də borc alım,

Yavaş-yavaş saçlarıma düşən dən,

Bu sevinci alma mənim əlimdən!



II oxucu:

Bu dünyada söhbətim var, dəmim var,

Bu dünyada ömür adlı qəmim var,

Bu torpaqda biçilməmiş zəmim var,

Vaxtsız əcəl, yetişməmiş hələ dən,

Bu sevinci alma mənim əlimdən!



II aparıcı:

Musiqisi Sevinc Tofiqqızına aid olan yazılmış”Məkkədə” adlı mahnını dinləyək:



I aparıcı: Sözü şair Ramiz Təmkinə verək:

II aparıcı:

Saz xalq şairi Zəlimxan Yaqubun həmişə ümid yeri, pənahı olubdur. O, vətənin keçmişi, bu günü və gələcəyi, ecazkar təbii gözəlliyi, bərəkətli torpağı, zəngin sərvəti, zəhmətkeş və məğrur insanları, vətənpərvər gəncləri barədə söz demək üçün qələmə sarılanda, köksündə sazı dindirəndə ilham pərisi qol-qanad açır, mehvərinə sığmır.

Allah kimi inanmışam hökmünə,

Allah kimi bir bilmişəm mən sazı.

Harda olsa el yığılar başına,

Ocaq kimi pir bilmişəm mən sazı.


Həm tanıyır, həm dünyanı tanıdır,

Sevənlərin ürəyidir, canıdır.

Hər havası ürəyimin qanıdır,

Gözlərimdə nur bilmişəm mən sazı.



I aparıcı:
Zəlimxan Yaqubun Türkiyəyə həsr etdiyi şeirlərinin kökündə, qaynağında böyük sevgi, hədsiz sevinclə yanaşı, uzun illərin ayrılığının yaratdığı həsrət, kədər motivi açıq-aydın hiss edilir. Şair bu həsrətin, ağrı-acının uzanmaması üçün, XXI əsri Türk əsrinə çevirmək üçün bütün türk dünyasını daha sıx birliyə, daha möhkəm, daha sarsılmaz bütövlüyə səsləyir:

Ayaz nədir, şaxta nədir, bürkü nə,

Nə qorxudar haqq yolunda Türkü nə?

Birə düşsün düşmənlərin kürkünə,

Dəniz kimi dalğalan Türk, çalxan Türk

Döyüşən Türk, oyanan Türk, Qalxan Türk.



II aparıcı:

Şeirmizdə Qarabağ mövzusunda danışanda Xalq şairi Zəlimxan Yaqubu xatırlamamaq, onun bu mövzuda qələmə aldığı şeir və poemalarından söz açmamaq mümkün deyil. Hadisələrin lap başlanğıcında Zəlimxanın yurdu mübarizəyə, qələbəyə çağıran səsini eşidirk.

Baxma ki, yollarda duman var, toz var,

Qəlbimdə atəş var, dilimdə köz var.

Bu gün dodağımda tək bircə söz var

Qələbə!


Qələbə!

Ancaq Qələbə!

 

  Haqsızın gücü var, haqqın Allahı,



Allah yerdə qoymaz çəkilən ahı.

Bu gün millət üçün sözlərin şahı

Qələbə!

Qələbə!


Ancaq Qələbə!
deyən şair hər zaman xalqını qalib kimi görmək istəyir. Tökülən qanların, edilən haqsızlıqların qisqsını almağa çağırır.

I aparıcı:

Zəlimxan Yaqub üçün Vətən yalnız təbiət və ya coğrafiya deyil, eyni zamanda təbiətin və ya coğrafiyanın yetirdiyi milli mənəvi ruhdur ki, şair onun həmişə canlı, mübariz və  güclü olmasını arzu edir. Xüsusilə Vətənin, millətin başının üstünü təhlükələr alanda:


Düşmən bilir bu torpağın altı nədir, üstü nə,

Onunçün də od yağdırır gecə-gündüz üstünə.

Qurban olum dumanına, qurban olum tüstünə;

Qlınca dön, həqiqətim, qalxana dön qeyrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim!
Şuşa, Laçın, Xocalı qovrulur öz yağında,

Yetmiş yeddi yara var sinələrin dağında,

Vaqif, Şəmşir, Ələsgər düşmənin tapdağında;

Dağ yandırar intizarım, daş yandırar həsrətim,

Dur ayağa məmləkətim, qalx ayağa millətim!
Deyərək Vətən övladlarını birliyə, bərabərliyə, intiqama çağırır.

İndi sözü yenə də qonağımıza verək:

II aparıcı: indi isə sözü verək Mədəniyyət və Turizm idarəsinin baş məsləhətçisi Bəxtiyar Muradova.

I aparıcı Xalq şairi, görkəmli ictimai xadim Zəlimxan Yaqub özünün fitri istedadı, poetik, güclü yaddaşı, çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti ilə ümumxalq məhəbbəti qazanmışdır. Onun Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirən orijinal, təravətli mənzum əsərləri milli müstəqilliyimizin əbədiyaşar poetik salnaməsidir.


Dünya mənim idi mən olmamışdan,

Bilirəm dünyaya mən nəyə gəldim,

Alnıma yazıldı sözün qisməti,

Dünyaya sözümü deməyə gəldim.


Əziz və sevimli şairimiz siz dünyaya sözünüzü deməyə gəldiniz. Sazınızla sözünüzlə qəlbləri oxşamağa, yaralara məlhəm olmağa gəldiniz. Ustad şairimizin 65 illik yubileyini təbrik edir, ona can sağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Cəngi saz havası ilə bu sazlı-sözlü gecəmizi başa vururuq.








NƏŞR OLUNUŞ KİTABLARI:
1.“Könlümün səsi”. Bakı, “Gənclik” nəşriyyatı, 1980, s. 64

2. “Yolum eldən başlanıb”. Bakı, “Yazıçı” nəşriyyatı, 1981, s. 70

3. “Od aldığım ocaqlar”. Bakı, “Yazıçı” nəşriyyatı, 1989, s.190

4. “Biz bir eşqin butasıyıq”. Bakı, “Yazıçı” nəşriyyatı, 1989, s.190

5. “Ziyarətin qəbul olsun”. Bakı, Gənclik” nəşriyyatı, 1991, s. 232

6. “Şair harayı”. Bakı, Gənclik” nəşriyyatı, 1995, s. 220


7. “Bir əli torpaqda, bir əli haqda”. Bakı, “Azərbaycan” nəşriyyatı, 1997, s. 487

8. “Bu yaşıl ağacın altı bizimdi”. Bakı, “Azərbaycan” nəşriyyatı, 2000, s. 422

9. “Söz camı” (gürcü dilində), “Azərbaycan” nəşriyyatı, 1998, s. 150

10. “Şair taleyi” (fransız dilində), “Azərbaycan” nəşriyyatı, 1991, s. 90

11. “Mən sənin qəlbinə necə yol tapım”. Bakı, “Azərbaycan” nəşriyyatı, 2004, s. 568

12. “Qayıdaq əvvəlki xatirələrə”. “Gənclik” nəşriyyatı, 2004, s. 182.

13. “Səni sevmək üçün gəldim dünyaya”. İstanbul, 2003. “Qum saatı yayınları”, s. 230

14. Zəlimxan Yaqub, Ankara 2003, s. 180

15. Seçilmiş əsərləri. 2 cilddə, “Şərq-qərb” nəşriyyatı, 2006, s. 288

16. “Aşıq Hüseyn Saraçlı”. Bakı 2007, “Pedaqogika” nəşriyyatı, s. 256

17. “Skazı saza” (rus dilində). Moskva 2008, “Novosti” nəşriyyatı, s.192

18. “Əbədiyyət dastanı”. Bakı 2008. Pedaqogika” nəşriyyatı, s. 264

19. “Mən bir dağ çayıyam”. Bakı 2006, Pedaqogika” nəşriyyatı, s. 336

20. “Peyğəmbər”. Pedaqogika” nəşriyyatı, 2009, s. 320

21. “Mən öz dastanımı yazıb gəlmişəm”. “Elm və təhsil” nəşriyyatı, Bakı 2009, s. 288

22. “Dövlətdə, millətdə, sənətdə”. “Nağıl” nəşriyyatı, Bakı 2009, s. 300

23. “Dünya Türkün dünyası”. “Bakı, “Qismət” nəşriyyatı, 2009, s. 300

24. “Biz bir eşqin butasıyıq”. Bakı 2004. Təbriz, “Əxtər” nəşriyyatı,

s. 174

25. “Yaxşı ki, sən varsan, ay sədəfli saz”. Təbriz, “Əxtər” nəşriyyatı, 2005, s. 130.



26. “Ziyarətin qəbul olsun”. Urmiyə, “Yazı” nəşriyyatı, 2005. s.130 .

27. “Mən bir dağ çayıyam”. Təbriz, “Əxtər” nəşriyyatı, 2009, s.168

28. “Düşüncələrin simfoniyası”. Bakı, “Vətən” nəşriyyatı. 2010. s. 278

29. “Biz niyə sevməyək bir-birimizi”. Bakı, “Çaşıoğlu” nəşriyyatı. 2011.

s.255.

HAQQINDA YAZILAN KİTABLAR:

1. “Zəlimxan Yaqubdan yazılanlar”. Məqalələr toplusu, Bakı, 2004, “Vətən” nəşriyyatı, s. 400

2. “Zəlimxan Yaqub Ədəbi Düşüncədə” (I cild) Bakı,“Vətən” nəşriyyatı

2009, s.360


3. “Zəlimxan Yaqub Ədəbi Düşüncə” (II cild) Bakı,“Vətən” nəşriyyatı

2009, s. 370



Dövrü mətbuatda

  1. Zəlimxan Yaqub - 65 // Ədəbiyyat qəzeti.-2015.-23 yanvar.-

N 4/5.- s. 2.


  1. Zəlimxan Yaqub – 65 Bu günün gözəl xətrinə... // Ədəbiyyat qəzeti.-2015.-23 yanvar.- № 4/5.- s. 24-25.




  1. Zəlimxan Yaqub. //Mədəni həyat.- 2015.- N-1.- s. 97.




  1. Əbilov, Aydın Xan. Ədəbiyyatımızın Zəlimxan Yaqub havası...

//Ədəbiyyat qəzeti.- 2014.- 31 oktyabr.-№ 42.- s. 10.


  1. Mürvətqızı, Sevinc.“Bil ki, mənəm min illərin dirisi..” // 525-ci

qəzet.- 2014.- 25 oktyabr.- № 194.- s. 22.
6. Yaqub, Zəlimxan. Söz yorulur, bezir məndən, bezdirirəm o sözü:

Yeni şeirlər // Ədalət.- 11 oktyabr.- № 183.- s.12-13.


7. Hüseynoğlu, Sərvaz. Peşiman deyiləm gələn günümə //

Ədəbiyyat qəzeti.- 2014.- 2 may.- № 16.- s.1,8,9.- Xalq şairi

Zəlimxan yaqqubla müsahibə.
8. Cəfərov, Nizami. Zəlimxan Yaqub dastanı: portret oçerk // 526-

ci qəzet.- 2014.- 20 fevral.- № 31.- S. 7.

9. Yusifli, Vaqif. Zəlimxan dünyası // Kaspi.- 2013.- 12 iyun.- № 111.- s. 7. Xalq şairi Zəlimxan Yaqub haqqında.
10. Cəfərov, Nizami. Xalq şairi Zəlimxan Yaquba açıq məktub // 525-

ci qəzet.- 2012.- 22 dekabr.- № 234.- s. 21.


11.Teymurov, Əhməd. Azərbaycanın nəğməkar ürəyi//Ədəbiyyat

qəzeti.-2012.- 28 iyul.- № 28.- S.3.




  1. Həsənli, Həzi. Çağla, ay Zəlimxan, çağla çay kimi // İki sahil.- 2012.- 7 mart.- № 43.-S.14.




  1. Hüseynbəyli, Elçin. Vətən boyda şair: Xalq şairi Zəlimxan Yaqub

haqqında // 525-ci qəzet.- 2011.- 19 fevral № 32.- S. 24.


ŞAİRLİK

 

Bulaqların dilində  kövrək, həzin nəğmədi,



Yarpaqların dilində  pıçıltıdı şairlik.

Yaralı gövdələrdə  ağrıdı, göynərtidi,

Xəzəllərin dilində sızıltıdı şairlik.

Çəmənlərin dilində  çiçəklərin rəngidi,

Çiçəklərin içində təravətdi şairlik.

Yerlərin yaraşığı, göylərin ahəngidi,

Babalardan bizlərə  əmanətdi şairlik.
Zəlimxan Yaqubu saz yaşat, Allah!
Xaini, namərdi, ara vuranı
Bu fani dünyada az yaşat, Allah!
Könül sındıranın, ürək qıranın
Qəbrini gözündə qaz, yaşat, Allah!

Hamərdlər yaşayar yal hesabına,
İrfan sahiblərin al hesabına,
Hər fəsli bir günün sal hesabına,
Payız yaşat, Allah, yaz yaşat, Allah!

Zülmün qənşərində gülən kəslərin,
Haqqın ünvanını bilən kəslərin,
Mayası sevgidən gələn kəslərin
Ömrünü dağlara yaz, yaşat, Allah!

O sözün aşiqi, söz yadigarı,
İrfan ocağından köz yadigarı,
Əlində Tanrının saz yadigarı -
Zəlimxan Yaqubu saz yaşat, Allah!

Tərtib edən:

Şahnaz Əhmədova

Metodiki işlərin təşkili şöbəsinin

böyük metodisti.
Redaktorlar:

Fəridə Qədimova

MKS-nin direktor müavini.
İradə Abbasova

Metodiki işlərin təşkili

şöbəsinin müdiri.





2015


Yüklə 228,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin