Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodiki İşlərin Təşkili şöbəsi



Yüklə 222,7 Kb.
səhifə1/3
tarix24.02.2018
ölçüsü222,7 Kb.
#43269
  1   2   3

babababababababababababababab


Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki İşlərin Təşkili şöbəsi
bababbababbabab

bababbababbabbbbb



bababbababbabbbbb



Söz sənətimizə forma və məzmunca

yeniliklər gətirən novator şair
b b b b b

/Azərbaycan xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi/



b b b b b
/Metodik tövsiyyə/

b b b

b Gəncə - 2010 b


babababababababababababababab

bababababababababababababababababbbbbb





Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI


bababababababababababababababababababa

2010-cu ilin may ayında Azərbaycanın xalq şairi, SSRİ Dövlət Müka-fatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın (Rəsul İbrahim oğlu Rzayevin) anadan olmasının 100 illiyi tamam olur.
Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən-dir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının ye-ni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamı-zın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliy-yəti ilə tanınmışdır.
Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstər-miş xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini tə-min etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2010-cu il


babababababababababababababab

babababababababababababababab


Mübarizə bu gün də var, yarın da,

Mən də onun ön sıralarında.

Rəsul Rza.
Xalq şairi Rəsul Rzanın adı Azərbaycan covet poeziyasının yaranması, təşəkkülü və inkişafı ilə qırılmaz surətdə bağlıdır.-Yarım əsrdən artıq şərəfli bir yaradıcılıq yolu keçmiş şair yüksək amal və ideallarla yaşamışdır.Rəsul Rzanın poeziyası özünün forma rəngarəngliyi ,fikir dərinliyi,xəlqiliyi,müasirliyi və müba-

rizliyi ilə fərqlənmişdir. Bütün varlığı ilə doğma torpağa,öz xal-qına,onun klassik ədəbiyyatına , zəngin şifahi xalq yaradıcılığına bağlı olan Rəsul Rza cəsarətli novator sənətkardır.

Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublika-mızın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınıb.Rəsul Rza Azərbaycanın tarixində nadir şəxslərdən biridir. Rəsul Rza ilk növbədə, aydın zəkası,olduqca aydın düşüncə tərzi, müxtəlif mövzularda müha-kimələri ilə fərqlənirdi. Onun dərin düşüncəsini yönləndirən, nurlandıran gözəl, nəhayətsiz bir qəlbi vardı. Bu qəlb dünyaya, insana, vətənə məhəbbət tələbatı ilə köklənmişdi. Elə onun şeir-lərinin sirri də bunda idi. Rəsul Rzanın qəlb aləmindən, iti zəka-nın köməyi ilə süzüldüyü üçün xüsusi bir cazibəyə malikdir. Bu kəlmələrin özünün məxsusi bir energetikası var. Bu cazibə, bu energetika milli müstəqillik düşüncəmizin formalaşması üçün olduqca vacibdir.
b b

b

babababababababababababababab


b b Həyat və yaradııclığı b b

Rəsul İbrahim oğlu Rzayev 1910-cu ildə may ayının 19-da

Azərbatcanın səfalı guşələrindən biri olan Göyçayda ana-

dan olmuşdur.Körpəlikdən atasını itirmiş, şer-sənət hə-vəskarı dayıısı Məmmədhüseyn Rzayevin atalıq qayğısı ilə böyümüş, ibti-dai və orta təhsilini də orada almışdır. Hələ uşaq ikən eşitdiyi nağıllar,şer və hekayələr Rəsulun hafizəsində dərin iz buraxmışdır.Rəsul Rzanın şair puhunun mayasında ailə və ilk gənclik illərini keçirdiyi Göyçay mühiti si-linməz izlər salmışdı. Sadə,aram, mənalı sözlərlə fərqlənən bu şeirlər insa-nı düşündürməyə köklənib. Bu şeirlər xalqın düşünə bilən, düşünərək hə-rəkət etməyə tələbatı olan təbəqəsinə ünvanlanıb.

Rəsul Rzanın «Bu gün» adlı ilk şeri 1927 ildə «Qığılcım» almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçi-lən lirik şair kimi diqqəti cəlb etmişdir. Şairin əsərləri «Qanadlar», «Çinar», ”Dözüm”,”Duyğular,düşüncələr..” və s. kitablrında toplanmışdır.R.Rzanın "Qızılgül olmayaydı"poeması Azərbaycan ədəbiyyatında repressiya qur-banları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir.

Şair sənətinin məqsədi xalqa, vətənə xidmətdə görərək ilk ədəbi təcrübə-lərindən tutmuş son əsərlərinə kimi qələimni həmişə bu uğurda işlətmiş və bir-birindən gözəl şərqilər, mahnılar, şerlər, poemalar, dastanlar yarat-mışdır. Şair belə yazmışır:
Hansı şerim, hansı sözüm,

yaşayacaq məndən sonra,

mən bilmirəm eldən soruş.

Yaradıcılığının ilk dövründə şair bilavasitə xalqının həyat və mübarizə-sindən mövzular seçərək, onları romantik bir coşqunluqla qələmə alırdı. Onun “Çinar”, “Könül nəğməsi”, “Bakı”,”Ölkəmə”,”İlqar”,”Sevgilim” və digər şerləri şairin qələminin getdikcə püxtələşdiyini göstərirdi.Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəman-lıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yarat-

babababababababababababababab

babababababababababababababab

dı («Vətən» (1942), «İntiqam! İntiqam…» (1943) şer kitabları, «Ölməz qəh-rəmanlar» (1942), «Qəzəb və məhəbbət» (1943) hekayə və oçerk topluları, «Vəfa» (1943) pyesi və bir sıra silsilə şerlər,oçerklər, publisist əsərlər yaz-mışdır.Onun “Bakı danışır”,”Vətən!, “And”,”Döyüşçünün andı”, “Yurdu-mun qəhrəmanı”,”Sənin ad günün”,-“Vətənə hədiyyə”, ”Bülbül”, “Bizim yaz”.”Vur topçu qardaş”, ”Körpə” kimi şerlərində müharibə illərinin əh-val ruhiyyəsi real və dolğun,canlı və təsirli əks olunmuşdur. ”Bəxtiyar” şeri şairin qəhrəmanlıq lirikasına nümunə ola bilər.Şair şerin finalını böyük qələbəmizə inam hissi ilə bitirir.

Sən qorudun vətəni, Bəxriyar!

Vətən unutmaz səni, Bəxtiyar!

Bundan sonra fəxr ilə analar,

Körpəsinə ad qoyar:- Bəxtiyar!

Bu illərdə yazdığı “Vəfa”şairin dramaturgiyaya ilk müraciətidir.Çətin və mürəkkəb şəraitdə sovet adamlarının öz mənəvi ləyaqətlərini qoruyub sax-lamaq əzmi, vətən və döyüşçü ləyaqətlərini qoruyub saxlamaq əzmi, və-tən və döyüşçü qarşısında şəxsi borc problemi qoyulmuşdur.



60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi «Şerlər» , «Pəncərə-mə düşən işıq» , «Duyğular, düşüncələr» , «Dözüm» şer kitabları. «Qızıl gül olmayaydı» , «Bir gün də insan ömrüdür», «Xalq həkimi» poemalrında insanpərvərlik ideyaları əks olunmuşdur.Biz şairin məşhur «Rənglər» sil-siləsini də məhz xalqın,vətənin,insanın dərdini,taleyini düşünən filosofla-şan bir sənətkarın yaradıcılıq axtarışının nəticəsi,poetik qələbəsi kimi qiy-mətləndirirk. R.Rzanın "Rənglər"i ilk növbədə milli poetik hadisədir. Axı bu rənglərdə istifadə olunan duyğular mənzərəsi daha çox milli təfəkkürlə bağlı idi. Axı rənglərə məna vermək, "Rəsmdən fəlsəfəyə doğru hərəkət" Azərbaycan mifi, folklor və ədəbiyyatında önəmli dərəcədə öz əksini tap-mışdır.Rəsul Rzada isə rənglər bir biçimdə deyil. Eyni rəng müxtəlif çalarlara malikdir. Məsələn, sarı rəngi götürək:
Dolu dənli sünbül dənizi.
Şikəst bir övlad anasının bənizi,

babababababababababababababab


babababababababababababababab
Payıza bürünmüş ağaclar
Payını güclülər yemiş aclar.

Rəsul Rzanın "Rənglər" silsiləsi ilə çağdaş Azərbaycan şerində novatorluq

meylləri daha da gücləndi.. "Rənglər"Azərbaycan şerindən dünyaya açılan ilk pəncərələrdən biri idi."Rənglər"siz Azərbaycan poeziyasının novator-

luq mənzərəsini təsəvvür etmək qeyri- mümkündür.

Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının ( «Dünən,bu gün, sabah» , «Güneylər, quzeylər», «Üzü küləyə» kitabları) əsas mövzusudur.

Cənubi Azərbaycan mövzusu R.Rza poeziyasının baş motivlərindən biri -dir.Onun “Təbrizli dostuma “, “Ərk qalası”,”Təbrizin yolları,”Ayrılmayaq ” və digər əsərlərində cənublu qardaşlarına hüsn - rəğbəti, istismarçı təbəqələrə kin və nifrəti ifadə edilmişdir.
Ağ dəvə düzdə qaldı,

Ovsarı bizdə qaldı,

Neçə arzum həsrətim,

Dərdli Təbrizdə qaldı.

R.Rza poeziyamızın nadir simalarından biri olmaqla həm də sərbəst şerin bilavasitə yaradanıdır.Müasir Azərbaycan satirasının inkişafında Rəsul Rzanın da xüsusi rolu vardır. Müasirləri kimi o da daima Sabirdən

öyrəndiyini söyləmiş, yeni vəznli, yeni ruhlu və yeni şəkilli şeirlərin-də tez-tez Sabir mövzularına müraciət etmişdir. Bundan başqa, şairin ək-sər satirik şeirləri Sabirdə olduğu tərzdə müxtəlif xalq mahnıları, yaxud özündən əvvəl xalq arasında çox məşhur olan şeirlərə nəzirələr şəklində yazılmış, həm də ayrı-ayrı xalq kəlamları, folklor janrları üzərində qurul-muşdur. Onun əsərlərində həll edilən mövzulara fəal sənətkar müdaxiləsi vardır. R. Rza o tipli satirik şairlərdən hesab oluna bilər ki, onda mövzu məhdudluğu yoxdur. O hər şeyi, hər bir hadisə və faktı asanlıqla poeziya materialına çevirə bilir. R.Rzanın tənqid hədəfləri qorxaqlar, yaltaq və iki-üzlülər,sözbaz və yerlibazlar, mənsəbpərəstlər və xalq malını talayanlardır. Şair bu tipləri bütün kəskinliyi ilə axıradək döyəcləyib ifşa edir. Özu də belə halda, o nəsihətamiz, didaktik tənqid yolunu seçmir, Sabir, M.Cəlil yolu ilə gedir.

Şair mövzularını müasir həyatdan götürür, antibəşəri duyğuların, xəbislik, xudbinlik, tamahkarlıq, yalan kimi pis niyyətlərin islahını vacib məqsəd bilirdi. Elə buna görə də, o bəzən ezop dilinə istinad edirdi. Satira-
babababababababababababababab

babababababababababababababab

nın gücünə inanan şair ictimai bəlaların aradan qaldırılmasını ümumxalq işi sayır və ancaq xeyirxah əməl vasitəsi ilə buna nail olmağın mümkün-lüyünü bildirirdi.

R.Rzanın “Öz-özümlə söhbət”, “Kitab üstündə yazılar”, “Poeziya, ağ

nöyüt və sairə...”,“Tozanaq”,“Şikəstlər”,“İclas bəlası”,“Şerin gücü”, “Ədatlar və insanlar", “Çeşid-çeşid insan-lar”, “Sual-cavab”, “Qora ikən mövüc olmuşlar”, “Yaltaq”, “Dərdin gücü, yaxud bir növ şeir” və bir sıra digər əsərlərində bunu aydın görmək mümükündür.

R.Rza XX əsr Azərbaycan satirasının ənənələrindən məharətlə bəhrə-lənir, klassik satirik sənətkarlığın bədii yaradıcılıq üsullarını mənimsəməyi diqqətəlayiq vəzifə sayırdı.Şair həmin problemlər sırasında müasir Azər-baycan kəndinin sosial-iqtisadi vəziyyəti, kənd məktəbləri və yollarının halı, qəzet və jurnalların nəşri məsələləri, qiraətxanələrin dözülməz vəziy-yətini və s. göstərir, eyni zamanda klassik ustalığa, daha doğrusu, Sabirin yaradıcılıq təcrübəsinə arxalanaraq tam yeni mövzulu və məzmunlu şeir nümunəsi təqdim edirdi.

R.Rzanın “Ala qanqallar” satirası hələ 1946-cı ildə yazılmışdır. Sərbəst şəkildə qələmə alınmış bu satirada vəzifələrindən sui-istifadə edənlər, sovet idarələrində dostbazlıqla gün sürənlər, “hamam suyu” ilə özlərinə dost tutanlar ifşa edilirlər. ”Gözlər" şeiri də lirik–satirik plandadır.Bu əsər-də müəllif rənginə görə gözlərə qiymət verir, onları mənalandırır, insanı yoldan azdırmasını təsvir edir.

1960–1970-ci illər R.Rzanın satira yaradıcılığında ən məhsuldar dövrlər-dən biridir. Bu dövrdə o, “Sabiranə”, “Sabir sağ olsaydı” və s. qeydlərlə yazdığı şeirlərdə Sabir ənənələrini davam etdirmiş, Sabir janrlarına yeni nəfəs vermişdir. “Qorxuram” şeirinin qəhrəmanı lülqənbər taksi sürücüsündən,zooparkdakı hər cür heyvandan, papağını yan qoyan xuliqanlardan, viranqalmış bağlardan, boşboğaz natiqlərdən “qorxmur”, amma qorxduğu başqa şeydir:

R.Rzanın satiralarında rüşvətxorluğa qarşı mübarizə ən əsas məqsəd-lərdən biridir. Şairin fikrincə, rüşvətxorluq cəmiyyəti dağıdan ən böyük bəlalardandır. R.Rzanın satirik tipləri qalareyasında rüşvətxorla yanaşı, yaltaq, oğru, mərdimazar, əliəyri işçi, yuxucul keşikçi, “mənəm-mənəm” deyən sədr, kəmfürsət briqadir, bacarıqsız nazir, xalturaçı nasir də öz qiy-mətini alır. Şairin satiralarında şeir bülbülləri, həqiqi sənətə yad olan cız-maqaraçılar,-“uydurma qafiyəçilər”, çibin tənqidçilər, paxıl yaradıcılar da

babababababababababababababab
babababababababababababababab

kəskin tənqidə məruz qalır. Müəllifin hələ 1932-ci ildə qələmə aldığı “Rəcəz” şeirində “Talantsız şairlərə” adlı qeyd var. Şeir satirik vurğulu, bədii suallarla başlayır:


Yüz gül açsın, acı soğan qızılgülə tay olarmı?

Yüz gün umsun, qaysavadan əbləhitə pay olarmı?

Gözü tutaq bir bulaqdan, yüz gün axsın çay olarmı?

Min harayla, yaman gündə namərddən bir hay olarmı?


R.Rzanın “Öz-özümlə söhbət”, “Xoş gəldin”, “Birovuz”, “Sözün var,söz danış”, “Qafiyə” və s. şeirlərində istedadsız, ədəbiyyatda və sənətdə yeni bir söz deyə bilməyən, qələmi küt şairlərə acı və kinayəli bir istehza var.

R.Rzanın klassik ənənələrdən faydalandığı faktı birmənalıdır.Onun müasirliyinin əsas sirlərindən biri də bundadır. Şairin ideya və sənətkar-karlıq qaynaqları onun xeyirxahlığından, humanizmindən və vətəndaşlı-ğından su içir. R.Rza satirasının gücünü və sirrini də bu keyfiyyətlərdə ax-tarmaq doğru olar. Şair təkcə onu düşündürən məsələlərdən deyil, bütün cəmiyyəti ağrıdan məsələlərdən söz açır. Onun gülüşü də sirayətedigi gü-lüşdür, təsirli və yandırıcı gülüşdür. Şairin satirik nailiyyətlərindən bəhs edərkən “Bədən üzvləri” və “Rənglər” silsiləlrini xüsusi qeyd etmək la-zımdır. “Bədən üzvləri” dedikdə müəllif qaşları, gözləri, dilləri, dodaqları, qulaqları, əlləri, ayaqları, burunları və s. satirik baxımdan xüsusiləşdirir və fərqləndirir. Şairin təbirincə, ünsiyyətin açarı olan dil “ətdəndir” və buna görədə hər tərəfə “əyilir”, həm yatmış vicdanları oyadır, həm də qiybət və yalanları ilə ilanı yuvasından çıxarır:


Dil var kinə kimidir, acıdır xeyirlidir.

Dil var iynə kimidir; göynədir,

şəfa verir. elə bil sehirlidir.

Dil var ətdən olsa da bir quduz kimi qapır

Dil var bircə sözündən bir il xəstə yatarsan...
Dodaqları yandıran ah Rəsul Rzanın lirikasında satira və lirikanın yanaşı mövcud olması, bəzən fəlsəfi şeirlərində də satiranın özünü göstərməsi şai-rin yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən biridir.

Azərbaycan Ensklopediyasını yaratmaq da elə bu mənəvi tələbatın,

bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba

yanğının bir təzahürü idi. Ümumiyyətlə, R.Rza hansı sahədə çalışıbsa, o sa-hədə əməksevər, qabiliyyətli bir insan kimi tanınıb, ortaya layiqli, səviyyəli işlər qoyub.Elə bu qabiliyyəti də onda ensiklopediyaya olan marağı daha da artırmışdı. R.Rza ensiklopediyaya xalqın tarixi bir salnaməsi, maariflən-dirmə vasitəsi kimi baxdığından ona böyük önəm verirdi. Ona görə də,öm-rünün bir neçə ilini ensiklopediyamızın yaranmasına həsr etdi.R.Rzanın bütün fəaliyyətinin arxasında milli oyanışa, milli tərəqqiyə xidmət bir mə-nəvi tələbat kimi durur. O, bu yolda öz yaradıcılığı ilə yana-şı, gah uşaq ədəbiyyatına diqqəti artıraraq, yeni nəslin daha səviyyəli bö-yüməsi üçün çalışır, gah tərcümə ədəbiyyatına əl ataraq Azərbaycan oxucusunun zöv-qünə təsir etmək istəyir, gah da müxtəlif məqalələr yazırdı.



Rəsul Rza uşaqlar üçün də yazmışdır«Balacaların şəkilli təbiət en-siklopediyası» seriyasından kitabçalar). Ədəbi-tənqidi və publisistik məqa-lələri oçerkləri var («Mənim fikrimcə» kitabı, 1967).

Nizami Gəncəvinin«Xosrov və Şirin», Esxilin «Zəncirlənmiş Prometey» əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun «Rus elində kimin günü xoş keçir» poemasını, H.Lonqfellonun «Hayavata haqqında mahnı» poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir.

Azərbaycanda dünya poeziyası ilə ayaqlaşan, dünya poeziyasında yenilik-lər edən, eyni zamanda, olduqca xəlqi, xalqın maariflənməsində, mənəvi zənginləşməsində əlahiddə rol oynayan yeni bir istiqamət yaradıb. Dünya poeziyasına yeni bir ahəng, yeni bir rəng gətirən bu qol ölkədə milli oyanı-şı gücləndirməklə yanaşı,Azərbaycan poeziyasını sürətlə inkişaf etdirib, bütün şairlərin yaradıcılığına bu və ya başqa dərəcədə təsir edib.

Rəsul Rza böyük şəxsiyyət, böyük vətəndaş şair idi. Onun gənc nəslə qayğısı danılmazdı.Azərbaycan xalqının milli təfəkkürünün inkişafında böyük əməyi olan Ə.Kərim, Anar, F.Qoca, V.Səmədoğlu, İ.İsmayılzadə və onlarca başqa tanınmış şairlərimiz birbaşa onun məktəbinin yetirmələri, onun ideyalarının daşıyıcısıdırlar.

R.Rza dünya şöhrəti qazanmış şairlərdəndir.Onun adı nəinki ölkə-mizdə, hətta onun sərhədlərindən çox uzaqlarda məşhurdur.

Rəsul Rza şəxsiyyəti, Rəsul Rza yaradıcılığı bizim düşüncə tariximizdə bö-yük rol oynayır, onun poeziyası yaşayır və illər keçdikcə də yaşayacaqdır.

babababababababababababababab
babababababababababababababab
bb

b b Rəsul Rza haqqında bioqrafiq məlumat b b

bb


19 may 1910-cu il



Azərbaycan xalq şairi, dramaturq Rzayev Rəsul İbrahim oğlu (Rəsul Rza) 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur.

1926-1927 il

Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır

1927-1937 illərdə

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinema-toqrafiya İnstitutunda oxumuşdur

1927-37 illərdə



Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.

1930-1932cu illər

Əmək fəaliyyətinə müəllimliklə başlamış,həm də bədii yaradıcılıqla məşğul olmuşdur.Bakı kinostudyasında ssenari şöbəsində eyni zamanda fəhlə-gənclər məktə-bində işləmişdir. Onun lik şerləri də bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur.

1932-1936-cu illər

Sonra Moskvada Pedaqoji institutda təhsilini davam etdirmişdir.

1934-cu illər

Orada təhsil alarkən Bakıda ilk şerlər məcmuəsi çapdan çıxmışdır.

1934-cü ildən

Azərbaycan Yazıçılar Birliyinin üzvü

1937-1939-cu illər

Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsində redaktor işləmişdir.

1937-1938 il

«Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi

1938 il

Azərbaycan Dövlət Filarmoniyasının müdiri

1938-1939 il

Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri

1939 il

Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri

1943 il

Azərbaycan əməkdar incəsənət xadimi

1944-1946 il

Kinematoqrafiya idarəsində rəis

1945-48

Azərbaycan Kinematoqrafiya naziri

1951 il

SSRİ Dövlət mükafatı laureatı

1945 il

Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi

1945-48 illər

Azərbaycan Kinematoqrafiya naziri

1951 il

SSRİ Dövlət mükafatı laureatı

1960 il

Azərbaycan xalq şairi adına layiq görülmüşdür

1960-81il

Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri

1966-75 il

Azərbaycan Ensiklopediyasının baş redaktoru

1966-75 il

Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri

1964 ildən

SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü

1980 il

Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı

1981-ci ildə

aprelin 1-də



Şair. Ssenari müəllifi. Əsər müəllifi. Mahnı mətnlərinin müəllifi. Şeir müəllifi. Filmlərdə və arxiv kadrlarda iştirak edən R.Rza Bakıda vəfat etmişdir.

«Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı seçilmişdir.Azərbaycan şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan əməkdar incəsənət xadim, SSRİ Dövlət mükafatı laureatı adlarına layiq görülmüşdür. Xidmətlərinə görə “Şərəf nişanı “ ordeni və medallarla təltif olunmuşdur.


Ə s ə r l ə r i

1927 il

«Bu gün» adlı ilk şeri

1939 il

«Qanadlar»

1939 il

«Çinar»

1942 il

«Vətən»

1942

“Bəxtiyar”

1942 il

«Ölməz qəhrəmanlar»

1943 il

«Qəzəb və məhəbbət» hekayə və oçerk toplusu

1943 il

«İntiqam! İntiqam…»

1943 il

«Vəfa» pyesi

1954 il

«Könül səsləri»

1966 il

«İllər və sətirlər»

1964 il

«Duyğular, düşüncələr»

1973 il

“Dünən, bu gün, sabah”

1978 il

«Üzü küləyə»

babababababababababababababab

b b b b b b


Rəsul Rzanın ədəbi irsinin kitabxanalarda təbliği
b b b b b b b b
Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrin-dəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək, novator şair kimi geniş şöhrət qazanıb. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamı-zın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun və səmərəli icti-mai fəaliyyəti ilə tanınıb.

2010-cu ilin may ayında Azərbaycanın Xalq şairi, SSRİ Dövlət Müka-fatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 ili tamam olur. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 14-də Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb./Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 yanvar 2010-cu il)// Azərbaycan.-2010.-15 yanvar.-N.10.-S.1/ Sərəncamda deyilir:-“Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, söz sənətimizə forma və məzmunca yeniliklər gətirərək novator şair kimi geniş şöhrət qazanmışdır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran Rəsul Rza yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak etmiş, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınmışdır”Mayın 19-da doğum gününün 100 illiyi ərəfəsində şairin mürəkkəb, çətin və şərəfli həyat, yaradıcılıq yoluna, “çinar kimi əzəmətli və əyilməz kişi ömrünə” nəzər salarkən Rəsul Rza sənətini və şəxsiyyətini Azərbaycanda da, onun hüdudlarından uzaqlarda da yüksək qiymətləndirən dəyərli insanların fikirləriylə yanaşı şairin ömru boyu məruz qaldığı cahil, nadan hücumları da yada salmaq yerinə düşür. Çünki ədəbi qaragüruhun insafsız, mənəviyyatsız atmacaları bu gün də bə-zi qəzetlərin səhifələrində yer alır. Şairin həqiqi simasıyla keçmiş və indiki bədxahlarının qərəzlə uydurduqları obraz arasında nə qədər fərq olduğu-nu görmək üçün təqdim edilən örnəklərlə tanışlıq yetər. Şair haqqında söy-

bababbababbababbababbababbaba

bababbababbababbababbababbaba lənənlərdən həm dəyərli insanların obyektiv rəylərindən, layiq olmayan, sovet dövründə də, müstəqillik illərində də, ortabab şairlərin, kəmfürsət yazarların hədyanlarından parçalar verməklə Rəsul Rzanın mübarizələrdə keçən ömrü haqqında müəyyən dürüst təsəvvür yaratmaq olar”.

Dövlət mükafatları laureatı, Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi-nin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikanın müxtəlif bölgələrində, o cümlədən Gəncədə, Göyçayda, Naxçıvanda və Bakıda silsilə tədbirlər keçiriləcəkdir.


Sairin doğulub boya-başa çatdığı Göyçayda açılacaq ev-muzeyinin qarşı-sında büstü qoyulacaqdır. AYB-nin Rusiyanın paytaxtı Moskva şəhərində-ki filialında və İranda yubiley tədbirləri keçiriləcəkdir. Mayın 12-də isə Türkiyənin İstanbul şəhərində böyük yubiley tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur.

Biz Rəsul Rza kimi insanlarımıza diqqəti artırmaqla milli müstəqilliyimizə diqqəti artırmış oluruq. Məhz buna görə də hörmətli Prezidentimiz İlham Əliyevin Rəsul Rzanın 100 illiyini təntənə ilə keçirməklə bağlı verdi-yi Sərəncam bir daha ölkəmizdə ədəbiyyata, söz sənətinə göstərilən diqqət və qayğının təzahürü kimi qəbul edilir.

Rəsul Rza tanınmış şairlərimizdən biridir. Amma ona tək şair kimi baxdıq-da olduğu qədər tanımaq mümkün deyil. O, ilk növbədə, şairlikdən də əvvəl böyük ziyalı, mütəfəkkir, olduqca vətənpərvər, bütün insanlığın, yer üzünün qayğıları ilə yaşayan bir şəxs idi. Keçdiyi həyat yolunu dərindən, diqqətlə öyrəndikcə daxili aləminin nə qədər zəngin olduğunu, hansı arzularla yaşadığını, qarşısına nə kimi məqsədlər qoyduğunu daha aydın hiss etmək olur. Məhz elə buna görədə biz belə insanlarımızın həyat yolunu qayğı ilə, məhəbbətlə, dərindən öyrənməliyik.

Gəncə MKS-nin şöbə və filialları yubiley ilində Rəsul Rza bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatının: kitab sərgiləri, oxucu konfransı. ədəbi-bəddi gecə, kitab müzakirəsi, şer gecəsi ,kitab xülasəsi,sual-cavab gecəsi,söhbət ,biblioqrafoq icmalalrdan və başqa tədbir formalarından istifadə etməlidirlər.Keçirilən bu tədbirlər milli mədəniyyətimizin müasir oxucunu qədim və zəngin bədii söz sənətimizə hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir. Rəsul Rzanın ədəbi–bədii irsinin zənginliği, onun ideyası həm öz dövrü, həm də indiki zaman,hətta gələcək üçün müasirliyi ilə diqqəti cəlb edir. Bu əlamətdar ildönümü münasibətilə kitabxanalarda R.Rzanın ədəbi irsininin təbliği üçün rəngarəng forma və metodlardan istifadə etməklə geniş tədbirlər

bababbababbababbababbababbaba


bababbababbababbababbababbaba

planı işlənib hazırlanmalıdır.Şairin haqqında çap olunmuş ədəbiyyat eləcə də dövrü mətbuatda dərc olunan materiallar biblioqrafiq kartotekalarda yeni rubrikalar açilmaqla və yubiley materiallarını orada əks etdirməklə göstərilməlidir.Kitabxanalarda keçirilən ən iri həcmli tədbirlərdən biri oxucu konfransıdır.



Oxucu konfransının üstün cəhətlərindən biri odur ki,bu və ya başqa yazıçının yaradıcılığı və yaxud onların ayrı-ayrı əsərləri ilə yüzlərlə oxucu-nu tanış etmək imkanı yaradır. Rəsul Rza ədəbi irsinin təbliği üçün keçirilən oxucu konfranslarında müzakirə olunacaq əsərlərin nə dərəcədə əhəmiyyətli və təsirli olması,bu günün tələbləri ilə necə səslənməsi əsas meyar kimi götürülməlidir.Oxucu konfransı keçirmək üçün kitabxanaçı plan və proqram tərtib etməlidir.Tərtib olunacaq planda tədbir üçün kitabların, məruzələrin, şerlərin seçilməsi,elanın, dəəvtnamənin yazılması, tədbir keçiriləcək yerin müəy-yən edilməsi və s. göstərilir.

  • Konfransın keçiriləcəyi tarix “.....................”

  • Keçiriləəcyi yer (Tapşırılsın .......................)

  • Konfransın əsas məruzəçisinin ayrılması (Tapşırılsın.....................)

  • Kitab üzrə çıxışlar üçün suallar tərtib edilməsi (Tapşırılsın..................)

  • Çıxışların hazırlanması (Tapşırılsın.....................)

  • Konfransın mövzusuna həsr olunmuş kitab sərgisi (Tapşırılsın...........)

  • Elanın yazılışı,dəvətnamənin tərtib edilməsi və paylanması(Tapşırıl..)

  • Konfransın açılışı (Tapşırılsın.....................)

Konfransa hazırlıq dövründə planla yanaşı olaraq, konfransın gedişini və çıxışlar üçün sualları müəyyənləşdirən proqram da tərtib etmək lazımdır. Pproqramda keçiriləcək tədbirin adı, giriş sözü və çıxış edəcək başqa şəxslərin adları qeyd olunmalıdır. 1. Giriş. 2. Əsas məruzə. 3. Çıxışlar. Çıxışlar üçün təxmini mövzular:

Nümunə olaraq R.Rzanın anadan olmasının 100 illyi ilə əlaqədar olaraq R.Rzanın yaradıcılıq yolu”,” adlı oxucu konfransının proqramını veririk:



  1. R.Rzanın həyat və yaradıcılığı.

  2. Şairin poeziyasında lirika.

  3. R.Rzanın əsərlərində müharibə mövzusu

  4. R.Rzanın satirik fəaliyyəti. və s. Bu sualları artırmaq da olar.

Oxucu konfransına hazırlıq dövründə kitabxanaçı R.Rza haqqında

olan ədəbiyyatı seçməli və həmçinin dövrü mətbuatda dərc olunan materi-

bababbababbababbababbababbaba
bababbababbababbababbababbaba

allardan da istifadə etməlidir.Tədbirin keçirilməsində orta məktəb müəllim-lərinin, ixtisaslı mütəxəssislərin.klub və muzey işçilərinin, məktəbin yuxarı sinif şagirdlərinin, imkanlarından istifadə etmək lazımdır.Oxucu konfransında giriş sözü ilə çıxış edən tədbirin ideya, mahiyyəti, məqsədi, müıllifin yaradıcılığının ayrı-ayrı dövrləri , şairin əsərlərinin mövzu aktuallığından, onun ədəbiyyatdakı mövqeyi haqqında məlumat verməli, girişdən sonra tərtib olunmuş suallar ətrafında çıxışlar edilir.Tədbirin rəhbəri yekun sözü ilə çııxş edənlərin dediklərini tamamlamalı tədbiri sona yetirməlidir.



Bu cür tədbirlər şairin əsərlərinin təbliğinə yardım göstərir və onla-rın bədii ədəbiyyata olan marağını artırar, kitabxanada oxucuların və ki-tab verilişinin çoxalmasına səbəb ola bilər.Uşaq və gənclər kitabxanası tərəfindən şagirdlərin tədbirlərə cəlb edilməsi onıarın asudə vaxtının düzgün təşkil edilməsinə, mütaliənin düzgün istiqamətləndirilməsinə, oxucu marağının öyrənilməsinə, həmçinin R.Rzanın çoxsahəli bədii irsindən faydalanmasına kömək edəcəkdir.

Oxucu konfranslarını müxtəlif adlar altında keçirmək olar:

« Azərbaycan poeziyasınında R.Rza yolu » , “R.Rzanın həyat və yaradıcılıq səlnaməsi”, « Mühüm mövzular şairi », R.Rzanın yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu”, ”Şerimizin tut ağacı”, ”R.Rzanın yaradıcılıq yolu”, ”R.Rzanın əsərlərində müharibə mövzu””R,Rzanın tərcüməçilik fəaliyyəti”, «Söz sə-nətimizə forma və məzmunca yeniliklər gətirən novator şair» , “R.Rza yaradıcılığında novatorluq” «Ədəbiyyatımızın görkəmli nü-mayəndəsi» , “R.Rza yardıcılığında satiranın gücü” “ R.Rza poe-ziyasının müasirliyi”, ”Azərbaycan ədəbiyyatında R.Rza xətti”,” R.Rza və müasirləri”və s. R.Rzanın geniş yaradıcılıq irsinin təbliğin-də kitabxanalarda ədəbi-bədii gecələrin keçirilməsi olduqca vacibdir. Ədə-bi-bədii gecələr oxucu konfran-sına yaxın tədbirlərdəndir.Bu cür gecələrin keçirilməsinin də özünəməxsus xarakterik cəhətləri vardır. Ədəbi-bədii ge-cələrin köməyi vasitəsilə oxuculara R.Rza yaradıcılığı haqqında geniş məlumat verilir.

Ədəbi-bədii gecələri müxtəlif adlar altında keçirmək olar:

“R.Rza poeziyası”, “Hər baharda Rəsul Rza yada düşər...” “Rəsul Rza - böyük sənətkar”, ”Bahar oğlu”,”Sabir ənənələrini yaşadan şair”, “Rəsul Rza və çağdaş Azərbaycan poeziyası”, “Rəsul Rza bu gün də var”, , ”Azərbaycan poeziyasının R.Rza zirvəsi”, bababbababbababbababbababbaba

bababbababbababbababbababbaba

”Bir gün də insan ömrüdür” “Poeziya qatarının Rəsul Rza dayanacağı” və s.Adından göründüyü kimi tədbir 2 hissədən ibarətdir : ədəbi və bədii.Birinci hissədə müzakirə olunan əsər və ya mövzu haqqında məruzə və çıxışlar olur.İkinci hissədə isə bədii proqram təşkil olunur ki, burada şairin yazdığı şerlərdən parçalar, pyesləri əsasında düzəldilmiş kiçik səh-nələr və lirikası-na bəstələnmiş mahnılar formasında ssenari tərtib edilmə-lidir.Göründüyü kimi belə tədbirlər geniş oxucu kütləsini özünə daha çox cəlb edir, onların bədii-estetik zövqünün formalaşmasına real şərait yara-dır, həmçinin də oxucuların müəyyən qismi bilavasitə tədbirin iştirakçısına çevrilir.Tədbirin daha da maraqlı və zəngin olması üçün klub və teatr dər-nəklərinin əmək-daşlarını,ali ,orta məktəb müəllimlərini və yuxarı sinif şa-girdlərini cəlb etmək lazımdır. Yubiley dövründə kitab müzakirələri, oxucu konfransları, disputların keçirilməsinin rolu daha böyükdür. Keçirilən tədbirlər içərisində kitab müzakirələri xüsusi yer tutur. Çünki, kitablar oxucuların baxışlarının, hissləri-nin tərbiyə olunmasında qüdrətli amildir.Bu tədbitr vasitəsilə hər bir oxucu R.Rza yaradıcılığının mənəviy-yatına səyahət edir, qələmə aldığı əsərlərdə baş verən hadisələri fikir süzgəcindən keçirir, sənətkarın bu və ya digər əsəri, həmçinin, ümumbəşəri mövzularda qələmə aldığı hadisələr və şəxslərin surətləri ilə tanış olurlar. Şairin « Vəfa » pyesinin müzakirəsini keçirt-mək olar.Kitabxanaçı əsərin müzakirəsinə ciddi hazırlıq görməli və əsərlə əlaqədar suallar tərtib etməlidir.Müzakirə zamanı qoyulan suallar « Vəfa » pyesinin mahiyyətinin aydınlaşdırılmasına xidmət edir.Məs :


  • R.Rza nə üçün  « Vəfa »Pyesinə müraciət etmişdir?

  • Əəsr hansı məqsədlə yazılmışdır?

  • Əsərdə hadisələrin baş verdiyi tarixi şərait?

  • Əsərin ideya mahiyyəti?

  • Vəfa kimdir? və s. Bu sualları artırmaq olar.

Yubiley ərəfəsində R.Rza həyatına, dövrünə, yaradıcılığına həsr olun-muş

söhbətlər və məruzələr də keçirmək olar.Məs :R.Rzanın həyat və yaradıcı-

lığı., «R.Rza yaradıcılığının gənc nəslin tərbiyəsində rolu », «R.Rza yaradıcılığı müharibə illərində », »Vətənpərvər şair, qayğıkeş insan »,- 

 « R.Rzanın yaradıcılığına klassik ədəbiyyatın təsiri » ”,”Azərbaycan şeriy-yatının R.Rza humanizmi”,”Şairin keçdiyi həyat yolu” “Mübariz və vətən-daş şair”,”R.Rzanın yaradıcılığına Sabir təsiri”, ”Azərbaycan ədəbiyyatında R.Rza yolu”,”Böyük ziyalı,qayğıkeş insan” və s.

Şer gecəsi : «R.Rza satiraları» “R.Rza poeziyası », “R.Rza lirikası “, “R.Rzanın söz dünyası”, ”Mübariz və vətəndaş şair”.

bababbababbababbababbababbaba

bababbababbababbababbababbaba

Kitabxanalarda keçirilən kütləvi tədbirlərdən biri də biblioqrafiq icmal-lardır. Belə icmallar əsasən şairin kitabları, ayrı-ayrı əsərləri haqqında oxu-culara məlumat vermək üçün təşkil edilir. İcmalı keçirmək üçün yazıçıların, ədəbiyyatşünasların, tənqidçi - alimlərin R.Rza haqqında dərc olunmuş kitablarını seçmək, onun həyat və ədəbi irsinə aid materiallar dərc olun-muş dövrü mətbuatı araşdırmaq lazımdır. Belə əsərlərin icma-lını keçirmək üçün « R.Rza -100 » adlı xüsusi kartoteka tərtib edilməlidir.

İstər oxucu konfransı, istərsə də ədəbi-bədii gecələrin təşkilində mütləq kitab sərgiləri və stendlər də olmalıdır. Kitab təbliğinin ən canlı əyani təbliğat formalarından biri də kitab sərgiləridir,Sərgilərin təşkilində ümumi məqsəd bir olsa da mövzusuna görə müxtəlif olmalıdır. Kitab sərgilərində birinci növbədə mövzuya müvafiq olaraq rəhbər ədəbiyyat yerləşdirilir və yeri gəldikcə şəkillərdən və sitatlardan də istifadə edilir. Sərgidə R.Rzanın əsərlərini, seçilmiş əsərlərini, şairin haqqında yazilmış kitablar, dövrü mətbuatda çıxan materiallar öz əksini tapmalıdır. Sərgiyə R.Rza haqqında görkəmli adamların dediyi qiymətli fikirlərdən sitstlar da qoymaq olar.Keçiirlən tədbirin səviyyəsinin daha da yüksık olması haqqında ilk təəsüratı bu sərgilər oyadır.R.Rza yaradıcılığına həsr olunmuş sərgini ya fotostendi belə adlandırmaq olar : «R.Rza - 100 » , “Novator şair” ,”Vətəndaş şair” , « Fikir və zəka şairi » “Azərbaycanın ilhamlı nəğməkarı”, ”Klassik poeziyanın davamçısı” R.Rza yaradıcılığına həsr olunmuş sərgini ya fotostendi belə adlandırmaq olar : «R.Rza - 100 » , “Novator şair” ,”Vətəndaş şair” , « Fikir və zəka şairi » “Azərbaycanın ilhamlı nəğməkarı”, ”Klassik poeziyanın davamçısı” « R.Rza -100 » « Novator şair » « R.Rza poeziyası » , »Vətəndaş şair-böyük şəxsiyyət »,  « R.Rzanın yaradıcılıq yolu », »Dünyanın R.Rza planeti ». « Əbədiyaşar poeziya »Klassik poeziyanın davamçısı », « Humanist şair », « Duyğular şairi » “Yeniliyin əbədi mücahidi” və s.başlığı altında tərtib etmək olar.

Azərbaycan xalq şairi R.Rzanın yaradıcılığı bu günkü və gələcək nəsillərimizin tərbiyəsində mühüm əhəmiyyəti olacaq, yaddaşlarda qalacaqdır.Belə tədbirlərdən sonra oxucuların kitabxanaya, kitablara marağı. həvəsi daha da artacaqdır.


b b

b
bababbababbababbababbababbaba


bababbababbababbababbababbaba
b 4 4 4 4 4 4 ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏT b

b XADİMLƏRİ b

b b R.RZA HAQQINDA 4 4 4 4 4 4 b b

b b b b b b


  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin