Gəncə - 2013 Biz fəxr etməliyik ki, Azərbaycan xalqının milli mənliyini qorumaq üçün öz canından keçməyə hazır olan övladları var. Heydər Əliyev Ümummilli lider Ön söz Bu vəsaiti hazırlamaqda məqsəd Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərən Azərbaycanın Milli Qəhrəmanlarını xalqa bir daha tanıtmaq, onların həyatı, göstərdiyi rəşadət və igidliklərlə gənclərimizi tanış etməkdən ibarətdir. Çünki bu qəhrəmanların hər birinin həyatı gənclərimiz üçün bir örnək, bir mübarizlik yoludur. İstəyimiz odur ki, gənclərimiz bu Qəhrəmanlar kimi daim Vətəni sevsınlər, vətənpərvər olsunlar.