Gənclərin vətənpərvərlik tərbiyəsi



Yüklə 59,73 Kb.
tarix22.10.2017
ölçüsü59,73 Kb.
#10769


Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2015-ci ilin fevral ayının 1-dən mart ayının 1-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dair digər məlumatlar

- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlər
- 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi;

- 6.2.7. Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

- 6.2.9.  gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;

- 6.3.7. müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması;



- 6.4.2. gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

- 6.4.6. internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi;

- 6.5.7. ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili;

- 6.5.9. gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

- 6.6.3. sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi;

- 6.6.5. erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

- 6.6.6. cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

- 6.8.1. beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi.


QEYD 1: Bu istiqamətlərə uyğun olmayan, həmçinin, dini, siyasi və maddi yardımı nəzərdə tutan layihələrə baxılmayacaqdır.
Layihə bir və ya bir neçə təşkilat tərəfindən təqdim edilə bilər.
Layihə 6-8 səhifədən çox olmamalıdır. Bura layihəyə əlavə edilən sənədlər aid edilmir.
Layihədə göstərilən problemlər kifayət qədər elmi cəhətdən əsaslandırılmalı və bütün məlumatlar dəqiq göstərilməlidir.
Hansı layihələr qismən maliyyələşdirilməyəcəkdir:

Layihə gəlir gətirməyə (kommersiya) yönəlibsə, onda həmin layihəyə qismən maliyyə vəsaiti ayrılmayacaqdır.


Daha çox üstünlük veriləcək layihələr:

Layihənin bir neçə donor təşkilat tərəfindən qismən maliyyələşdirilməsi nəzərdə tutulubsa, həmin layihəyə daha çox üstünlük veriləcəkdir. Donorların layihədə iştirakını təsdiqləyən müvafiq məktub sənədlərə əlavə olunmalıdır. Məktubda donorun istiqamətlər üzrə ayıracağı maliyyə və texniki vəsait dəqiq göstərilməlidir. Bundan başqa layihələr konkret rayonu (şəhəri) və dəqiq “hədəf qrupunu” əhatə etməlidir.


Kimlər müsabiqədə iştirak edə bilməzlər:

Dövlət qeydiyyatına alınmayan gənclər təşkilatları, siyasi partiyaların gənclər bölmələri, həmçinin, nizamnamə məqsədi gəncləri əhatə etməyən təşkilatlar və 2014-cü ilin yanvar ayınadan sonra dövlət qeydiyyatına alınmış gənclər təşkilatları Gənclər və İdman Nazirliyindən layihənin həyata keçirilməsi üçün qismən maliyyə vəsaiti ala bilməzlər. Amma dövlət qeydiyyatına alınmayan qeyri-hökumət gənclər təşkilatlarının layihələrinə müvafiq qaydada baxıldıqdan sonra, onun digər donor təşkilatlar tərəfindən maliyyələşdirilməsi üçün yazılı formada rəy verilə bilər.
Layihələr müşayət məktubu ilə birgə Gənclər və İdman Nazirliyinə 1 fevral 2015-ci il tarixdən etibarən həftənin istirahət günləri istisna olmaqla saat 09.00-dan 18.00-dək təqdim edə bilərlər.
Ərizələrin qəbulunun son tarixi: 1 mart 2015-ci il. saat 17.45
Ünvan:

Bakı şəhəri, Olimpiya küç., 4, AZ 1072

Gənclər və İdman Nazirliyinin inzibati binası

2-ci mərtəbə 215, 217 və 219-cu otaqlar

Gənclər təşkilatları ilə iş sektoru

Layihə Azərbaycan dilində çap və elektron variantda (Arial şrift) təqdim edilməlidir.
Əlavələr:

1. Layihənin yazılış forması;

2. Layihənin büdcəsinin hazırlanmasına dair təlimat;

3. Layihənin qısa məlumatı;

4. Müşayət məktubunun forması.

QEYD 2: Müsabiqənin sənədlərini elektron formada Gənclər və İdman Nazirliyinin www.mys.gov.az internet saytından əldə etmək olar.
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Gənclər təşkilatları ilə iş sektoruna müraciət etmək olar (tel: 465-84-19; elektron poçt: bfuad@mys.gov.az və ya layiheler@yahoo.com).
QEYD 3: Müsabiqəyə dair məlumatlar telefon vasitəsilə verilməyəcəkdir. Yalnız elektron poçt ünvanına müvafiq məktub göndərməklə və ya Gənclər və İdman Nazirliyinə gələrək ətraflı məlumat əldə etmək olar.

Azərbaycan Respublikası

Gənclər və İdman Nazirinin müavini

cənab İntiqam Babayevə


Hörmətli İntiqam müəllim,
Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2015-ci il fevral ayının 1-dən mart ayının 1-dək elan olunmuş müsabiqənin _________________________________________________ (bura layiənin təqdim edilən istiqaməti yazılır) istiqamətinə uyğun olaraq _______________________ (bura təşkilatın tam adı yazılır) İctimai Birliyi tərəfindən hazırlanmış “__________________________________ (bura layihənin adı yazılır)” adlı layihəni və ona əlavə olunmuş müvafiq sənədləri təqdim edirik.
Əlavə ___ səh.
Hörmətlə,


QEYD: Müşayət məktubu təşkilatın rəsmi blankında olmalıdır. Məktub mütləq təşkilatın sədri tərəfindən imzalanmalı və möhürlənməlidir. Məktub təşkilat tərəfindən nömrələnməli və tarixi yazılmalıdır.

Əlavə №1
Layihənin yazılış forması
1. LAYİHƏNİN ADI: Layihənin adını tam şəkildə yazın.

2. PROBLEMİN QOYULUŞU: Həll etmək istədiyiniz problem haqqında

məlumat. Problemi necə müəyyən etdiyinizi göstərin. Nə üçün bu problemin həllini zəruri hesab edirsiniz?



3. LAYİHƏNİN TƏSVİRİ: Ətraflı tasviri qeyd edin.

4. LAYİHƏNİN ÜNVANLANDIĞI GƏNCLƏR QRUPU: Sizin təşkilat bu qrupu necə müəyyən etmişdir? Onlar neçə nəfərdir və harada yaşayırlar?

5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ: Layihənin başlanma və bitmə tarixlərini dəqiq göstərin.

6. LAYİHƏNİN MƏQSƏDİ: Layihənin dəqiq məqsədini göstərin.

7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Layihənin həyata keçirilməsində iştirakçıların nə əldə edəcəklərini qeyd edin.

8. FƏALİYYƏT NÖVLƏRİ: Layihənin həyata keçirilməsində görüləcək işləri göstərin. Bundan başqa layihənin ünvanlandığı gənclər qrupunun layihənin həyata keçirilməsində rolunun nədən ibarət olduğunu göstərin.

9. İCRA PLANI: Xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyəti, onun icra vaxtını və icraçıları göstərin.

10. BÜDCƏ: Büdcəni aydın şəkildə, ayrı-ayrı bəndlərdə göstərin. Sizin təşkilat və ya başqa donorlar tərəfindən ödənilməsi nəzərdə tutulan xərcləri qeyd edin. Büdcə “Excel” formatda tərtib edilməlidr. Büdcədə aşağıda göstərilən maddələr Gənclər və İdman Nazirliyi tərəfindən ödənilmir:

- Ofisin icarəsi, mebel və texniki avadanlıqların alınması, layihə icraçılarına maaşın verilməsi (büdcənin tərtibinə dair təlimata bax).



11. LAYİHƏNİN DAVAMLILIĞI: Layihə başa çatdıqdan sonra layihənin ünvanlandığı gənclər qrupuna (benefisiantlara) təsirini qeyd edin. Layihənin davamlılığına təsir edən amilləri göstərin.

12. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI: Layihə başa çatdıqdan sonra onun qiymətləndirilməsinin keçirilməsi vacibdir. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektoruna layihənin nəticələri haqqında ətraflı arayış, Mühasibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim edilməlidir.

13. TƏŞKİLAT HAQQINDA MƏLUMAT: İndiyədək həyata keçirilmiş layihələrin (büdcə və donorlar göstərilməklə) siyahısı, tərəfdaşlarınız, təşkilatın üzvləri, yerli bölmələri və digər maraq doğura biləcək məlumatları göstərin.

14. LAYİHƏNİN İCRAÇILARI: İcraçılar haqqında aşağıdakı məlumatlar təqdim edilməlidir:

- tərcümeyi hal, təhsili, şəxsiyyəti təsdiq edən sənədin surəti, ali təhsili varsa diplomun surəti, layihənin həyata keçirilməsində və təşkilatda onun vəzifəsi.


Məlumatların doğruluğuna zəmanət verən təşkilat sədrinin adı, soyadı və atasının adı.

İMZA: Tarix: "___"_____________ 2015-ci il


Möhür:


Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2015-cü ilin fevral ayının

1-dən mart ayının 1-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə gənclər təşkilatı

tərəfindən təqdim edilmiş layihə haqqında
MƏLUMAT




Gənclər təşkilatının adı

Layihənin adı

Layihənin məqsədi

Layihənin qısa təsviri

İcra müddəti


Ümumi büdcə

(AZN)


Nazirlikdən tələb olunan

(AZN)


























Layihə haqqında məlumatın tərtib edilməsi üçün
TƏLİMAT


  1. Təşkilatın adı” hissəsində təşkilatın adı tam və düzgün yazılmalıdır.

  2. Layihəni adı” hissəsində layihənin adı tam yazılmalıdır.

  3. Layihənin məqsədi” hissəsində məqsəd qısa və aydın şəkildə göstərilməlidir. Layihənin yalnız bir məqsədi ola bilər. Bir neçə məqsədin göstərilməsi düzgün deyil.

  4. Layihənin qısa təsviri” hissəsində layihə çərçivəsində görüləcək işlər, layihənin əhatə etdiyi ərazi (rayon, şəhər), layihənin əhatə etdiyi gənclər qrupu (yaş) və onların sayı və.s məlumatlar əksini tapmalıdır.

  5. İcra müddəti” hissəsində layihənin başlma və bitmə tarixləri (gün, ay, il) dəqiq göstərilməlidir.

  6. Ümumi büdcə” hissəsində layihənin büdcəsi manatla tam göstərilməlidir.

  7. Nazirlikdən tələb olunan” hissəsində yalnız Gənclər və İdman Nazirliyindən istənilən büdcə göstərilməlidir.



Əlavə №2

Büdcənin tərtibinə dair təlimat

Bu təlimat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək “Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə”yə təqdim edilmiş layihələrin büdcə tərtibinə dair münasibətləri tənzimləyir. Büdcənin tərtibi “Excel” formatda aparılmalı və məbləğ AZN-lə göstərilməlidr.



Gənclər və İdman Nazirliyi tərəfindən ödənilməyən hissə:


  • layihə icraçılarına maaşın verilməsi;

  • kompüter və proyektorun alınması və ya icarəsi;

  • ofisin icarəsi və ya alınması;

  • texniki və mebel avadanlığının icarəsi və alınması;

  • internet və kommunikasiya xərcləri;

  • ofisin saxlanması üçün kommunal xidmətlərin ödənişi;

  • çantaların və flaş kartların hazırlanması və ya alınması;

  • təşkilatın veb səhifəsinin yaradılması, saxlanması və yeniləndirilməsi;



Gənclər və İdman Nazirliyi tərəfindən ödənilən hissə:


  • konfrans zallarının icarəsi;

  • ölkədaxili nəqliyyatın icarəsi və yol xərcləri;

  • nəşriyyat xərcləri (kitab, buklet, plakat, döş nişanları, plakat, baner və s.);

  • ölkədaxili ezamiyyələr;

  • yemək və yaşayış xərcləri;

  • texniki avadanlığın icarəsi;

  • foto və video çəkiliş;

  • VEB səhifənin və gənclər üçün İKT resursların yaradılması;

  • video çarxların hazırlanması;

  • sair xərclər.


Qeyd 1: Ölkədaxili ezamiyyələr Nazirlər Kabinetinin təsdiq etdiyi normativlərə uyğun olaraq hesablanmalıdır. Bundan başqa “sair xərclər” olarsa büdcədə ətraflı açıqlanmalıdır. Qanunverciliyə zidd olmadığı halda “sair xərclər” üzrə tələb olunan vəsait Gənclər və İdman Nazirliyi tərəfindən ödənilə bilər.
Qeyd 2: Beynəlxalq tədbirlər üçün yalnız xarici iştirakçıların yemək və yaşayış xərcləri 75 AZN-dən çox olmamalıdır.
Yüklə 59,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin